Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1850/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı: İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC qarşı iş üzrə QƏRARİ (Açar sözlər:işə bərpa barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2021-ci il tarixli, 2(107)1846/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC kassasiya şikayəti üzrə işə 05 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC qarşı iddia qaldıraraq, işəgötürənin 30 avqust 2019-cu il tarixli, 201 “k” saylı və 02 iyun 2021-ci il tarixli, 67 “k” saylı əmrlərinin etibarsız hesab edilməsi, onun cavabdehdə əvvəlki işinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Ə.M.Hüseynov) iddia təmin edilərək, işəgötürənin 30 avqust 2019-cu il tarixli, 201 “k” saylı və 02 iyun 2021-ci il tarixli, 67 “k” saylı əmrlərinin etibarsız hesab edilməsi, iddiaçının cavabdehdə 9-cu dərəcə ilə Su və kanalizasiya sistemlərinin is tismarı sahəsinin ustası işinə bərpa edilməsi və 02 iyun 2021-ci il tarixdən başlayaraq ona məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı sonuncu dəfə cavabdehin Mingəçevir Sukanal İdarəsində su və kanalizasiya şəbəkəsinin istismarı sahəsində rəis müavini vəzifəsində işləyib. 29 avqust 2019-cu il tarixdə iddiaçı, işəgötürənin adına ərizə yazaraq “Mingəçevir Sukanal” İdarəsinin "xxxx" MMC tərkibinə verilməsi ilə əlaqədar olaraq 30 avqust 2019-cu il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş edib. İşəgötürənin 30 avqust 2019-cu il tarixli, 201-k saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən iş çi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə 30 avqust 2019-cu il tarixdən ləğv edilib. Əmrin verilməsinə əsas kimi iddiaçının yazılı ərizəsi göstərilib. Bundan sonra, iddiaçı, 03 dekabr 2019-cu il tarixdə işəgötürənin adına yazılı ərizə verərək onu 03 dekabr 2019-cu il tarixdən “Mingəçevir Sukanal” İdarəsinə 9-cu dərəcə üzrə su və kanalizasiya sistemlərinin istismarı sahəsinə usta vəzifəsinə təyin edilməsini xahiş edib. İşəgötürənin 02 iyun 2021-ci il tarixli, 67 “k” saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq 02 iyun 2021-ci il tarixdən xitam verilib. Əmrin verilməsinə əsas kimi 02 sentyabr 2019-cu il tarixli, 529 saylı əmək müqaviləsi göstərilib. Göründ üyü kimi, iddiaçı uzun müddətdir ki, fasiləsiz və etirazsız olaraq cavabdehdə işləyib və onun əvvəllər və hazırda tutduğu vəzifə daimi xarakter daşıyıb. Bu səbəbdən iddiaçının planlı şəkildə daimi işdən azad olunaraq onunla 3 aylıq müddətli əmək müqaviləsinin bağlanması onun əmək hüququnun pozulması kimi qiymətləndirilməlidir. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilməklə bağlanmasına yol verilmir. Bu qaydadan istisnalara yalnız Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar olduqda yol verilir. Hazırki halda iddiaçı ilə bağlanmış əvvəlki əmək müqaviləsi müddətsiz olub və həmin müqavilənin şərtlərinin dəyişdirilməsini, yəni mü ddətli bağlanmasını müəyyən edən yeni müqavilə bağlanıb. Halbuki, əmək qanunvericiliyi işçilərin əmək hüquqlarını və bu hüquqların həyata keçirilməsinin təmini qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, onu daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan edir. Tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinin onların hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, habelə Əmək Məcəlləsinin 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz n ormaya çevirmiş olar. Nəzərə alınmalıdır ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Əmək Məcəlləsinin 12ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bu baxı mdan tərəflər arasında 3 ay müddətinə əmək müqaviləsinin bağlanması əmək qanunvericiliyinin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə və işçi ilə bağlanmış yeni müqavilə müddətli hesab oluna bilməz. Həmçinin işəgötürən, 29 avqust 2019-cu il tarixdə iddiaçının könüllü ərizə yazaraq əmək müqaviləsinin 30 avqust 2019-cu il tarixdən xitam verilməsini xahiş etməsini əsaslandıra bilməyib. Belə ki, iddiaçının uzun müddət bir müəssisədə müddətsiz qaydada işləyərkən birdən-birə yeganə qazanc yerinin itirilməsinə səbəb ola biləcək işdən azad olunma barədə ərizə yazmasını inandırıcı hesab etmir. Çünki, iddiaçı işdən azad olunma barədə ərizə yazdıqdan sonra işəgötürən onunla yeni əmək müqaviləsi bağlanmaya da bilərdi. Burdan da belə qənatə gəlmək olar ki, işəgötürən iddiaçını yeni qısa müddətli əmək müqaviləsi bağlamağa məcbur etməklə onun konstitusion hüququnu pozub. Eyni zamanda, qeyd edilməlidir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. İşəgötürən bu hüququndan sui-istifadə etməklə iddiaçıya münasibətdə ədalətli qərar qəbul etməyib. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 2, 14, 43, 45, 47ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh "xxxx" ASC "xxxx" MMC apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Q.Abbasov sədrlik edən, məruzəçi, A.M.Eyvazov və İ.H.Şükürov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsin in 45, 46, 47, 68-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh "xxxx" ASC "xxxx" MMC kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi və ya mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəli lləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Həmin Məcəllənin 45-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funk siyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 47-ci maddəsinə görə aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti o lduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi o lduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Həmin Məcəllənin 300.1-ci maddəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı m addələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə…çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya i nstansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı işəgötürənin 02 iyun 2021-ci il tarixli, 67 “k” saylı əmrlərinin etibarsız hesab edilməsi, iddiaçının cavabdehdə 9-cu dərəcə ilə Su və kanalizasiya sistemlərinin istismarı sahəsinin ustası işinə bərpa edilməsi və 02 iyun 2021-ci il tarixdən başlayaraq ona məcburi işburaxma günləri üçün əmək haqqının hesablanaraq ödənilməsi hissələrində təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlib və aşağıda sadalanan maddələrin tələblərini hazırki əmək mübahisəsinə düzgün tətbiq edib. Belə ki, iddiaçı sonuncu dəfə cavabdehin Mingəçevir Sukanal İdarəsində su və kanalizasiya şəbəkəsinin istismarı sahəsində rəis müavini vəzifəsi ndə işləyib. 29 avqust 2019-cu il tarixdə iddiaçı işəgötürənin adına ərizə yazaraq “Mingəçevir Sukanal” İdarəsinin "xxxx" MMC tərkibinə verilməsi ilə əlaqədar olaraq 30 avqust 2019-cu il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş edib. İşəgötürənin 30 avqust 2019cu il tarixli, 201-k saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə 30 avqust 2019-cu il tarixdən ləğv edilib. Əmrin verilməsinə əsas kimi iddiaçının yazılı ərizəsi göstərilib. Bundan sonra iddiaçı, 03 dekabr 2019-cu il tarixdə işəgötürənin adına yazılı ərizə verərək onu 03 dekabr 2019-cu il tarixdən “Mingəçevir Sukanal” İdarəsinə 9-cu dərəcəli su və kanalizasiya sistemlərinin istismarı sahəsinə usta vəzifəsinə təyin edilməsini xahiş edib. İşəgötürənin 02 iyun 2021-ci il tarixli, 67 “k” saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq 02 iyun 2021-ci il tarixdən xitam verilib. Əmrin verilməsinə əsas kimi 02 sentyabr 2019-cu il tarixli, 529 saylı əmək müqaviləsi göstərilib. Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada mü ddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 47-ci maddəsinə görə aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksi yasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəq qəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki əmək mübahisəsinə tətbiq edib, cavabdehin kassasiya şikayəti ilə ey ni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə, iddiaçının gördüyü işin, göstərdiyi xidmətin daimi xarakterə malik olduğu qabaqcadan işəgötürənə bəlli olduğu halda, işəgötürənin onunla müddətli əmək müqaviləsi bağlaması qanunsuz olub. Belə ki, yuxarıda qeyd olunan normaların mənasına görə, yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl etməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı, 5 ildən artıq müddətdə cavabdehdə müxtəlif vəzifələrdə fasiləsiz və etirazsız olaraq işlədiyindən, sonuncu dəfə onunla müddətli əmək müqaviləsinin bağlanması halı, həmin əmək müqa viləsinin tərəflərin hüquq bərabərliyi prinsipinə əməl etməklə onların qarşılıqlı razılığı ilə bağlandığı qənaətinə gəlməyə əsas vermir. Çünki, tərəflər arasında əmək müqaviləsinin müddətli bağlanması iddiaçının mənafeyinə, sonrakı iradəsinə uyğun olmayıb və işəgötürən, qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək onunla müddətli əmək müqaviləsi bağlayıb. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin qeyd olunan hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və cavabdehin kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin və göstərdiyi xidmətin daimi xarakterə malik olduğu qabaqcadan işəgötürənə bəlli olduğu halda, məhz onun tərəfindən əmək müqaviləsində müddətin müəyyən edilməsi, başqa sözlə müddətli əmək müqaviləsinin bağlanması, iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət edib. Ona görə də iddianı bu hissədə əsaslı hesab edib təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki əmək mübahisəsinə düzgün tətbiq edib. İddianın, işəgötürənin 30 avqust 2019-cu il tarixli, 201 “k” saylı əmrinin etibarsız hesab edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə isə mülki iş materiallarına uyğun olmadığına görə əsaslı sayıla bilməz. Belə ki, işdən görünür ki, 29 avqust 2019-cu il tarixdə iddiaçı yazılı ərizə ilə cavabdehə müraciət edərək əmək müqaviləsin ə 30 avqust 2019-cu il tarixdən xitam verilməsini xahiş edib və iddiaçının ərizəsi həmin gün qeydiyyata alınıb və onunla bağlanmış əmək müqaviləsinə işəgötürənin sözügedən əmri ilə xitam verilib. Elektron informasiya sistemində “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” 31 avqust 2019-cu il tarixdə qeydiyyata alınıb və işəgötürən tərəfindən elektron imza ilə imzalanıb. Eyni zamanda iddiaçı, 02 sentyabr 2019-cu il tarixdə işəgötürənin adına yazılı ərizə yazaraq Su və kanalizasiya sisteminin istismarı sahəsinə rəis müavini vəzifəsinə təyin edilməsini xahiş edib, ərizə həmin gün qeydiyyata alınıb və işəgötürənin 02 sentyabr 2019-cu il tarixli, 325-k saylı ərminə əsasən iddiaçı ilə əmək müqaviləsi bağlanıb. Elektron informasiya sistemində “əmək müqaviləsinin bağlan ması ilə bağlı əmək müqaviləsi bildirişi” 04 sentyabr 2019-cu il tarixdə qeydiyyata alınıb və işəgötürən tərəfindən elektron imza ilə imzalanıb. Həmçinin iddia ərizəsindən, habelə iddiaçının izahatından görünür ki, sözugedən əmr üzrə o, son haqqı-hesabı 2019-cu ilin sentyabr ayında alıb. Göründüyü kimi iddiaçı, işəgötürənin sözügedən əmri üzrə hüququnun pozulduğunu 2019-cu ilin sentyabr ayından bildiyi və ya bilməli olduğu halda, həmin əmrin etibarsız hesab edilməsi ilə bağlı hazırki iddia tələbi ilə məhkəməyə 16 iyun 2021-ci il tarixdə müraciət etməklə açıq-aşkar qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürüb. Halbuki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməs i üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü bəndində göstərilir ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Cavabdeh, birinci instansiya məhkəməsinə ünvanladığı 15 iyul 2021-ci il tarixli etiraz ərizəsində iddiaçının qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət edənədək qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürdüyünü və iddia müddətinin tətbiq olunmalı olduğunu göstərib, iddiaya e tiraz etsə də, nə birinci, nə də apellyasiya instansiyası məhkəməsi onun bu dəlilinə hüquqi qiymət verməyib. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir və hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2 maddələri). Maddənin mənasına görə iddia müddəti dedikdə- məhkəməyə iddia vermək yolu ilə pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyənləşdirilən müddət başa düşülür. İddia müddətinin mahiyyəti ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsi ilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Bunun üçün ilk növbədə iddia müddətini düzgün hesablamaq lazımdır. İddia müddəti axımının başlanması anının müəyyən edilməsi onun düzgün və dəqiq hesablanması üçün həlledici rol oynayır. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. O gündən ki, həmin gün pozulmuş hüququn məcburi qaydada məhkəmə orqanlarının köməyi ilə həyata keçirilmək imkanı yaranır. İddia hüququnun əmələ gəldiyi gün isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (Mülki Məcəllənin 377.1-ci maddəsi). Deməli, şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya konkret hallar əsasında bunu bilməli olduğu gündən iddia müddətinin axımı başlanır. Göründüyü kimi iddiaçının, işəgötürənin sözügedən əmri ilə hüququnun pozulduğunu 2019-cu ilin sentyabr ayından bilməsi və hazırki iddia ilə məhkəməyə 16 iyun 2021-ci il tarixdə müraciət etməklə qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürməsi açıq-aşkar mülki iş materialları ilə istisna edilmir və apellyasiya instansiyası məhkəməsi iddianı bu hissədə təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla sadalanan maddi hüquq normalarının tələblərini pozub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardad ının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.1.4 və 417.2-ci maddələrində göstərilir ki, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Bu baxımdan kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- iddianın işəgötürənin 30 avqust 2019-cu il tarixli, 201 “k” saylı əmrinin etibarsız hesab edilməsi tələbinə aid hissədə ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilməklə iddia rədd olunmalı, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2021-ci il tarixli, 2(107)-1846/2021 saylı qətnaməsi qismən- iddianın işəgötürənin 30 avqust 2019-cu il tarixli, 201 “k” saylı əmrinin etibarsız hesab edilməsi tələbinə aid hissədə ləğv edilsin, həmin hissədə yeni qərar qəbul edilməklə iddia rədd olunsun, qalan müba hisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1850/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1850/2022
05.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver