Məhkəmə qərarları › İş №2(102)-1851/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1851/2019

29.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1851/2019 29.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, iddiaçının vəkili 1 və cavabdehin iştirakı ilə, İddiaçının Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10593/2018 nömrəli iş üzrə 24 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin (hakim T.C.Xəlilova) 22 iyun 2018-ci il tarixli, 2(004)3700/2018 nömrəli qət naməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 2590 manat əsas borc, 1380 manat maddi ziyan, cəmi 3970 manat və 25 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və E.E.Nağıyeva) 2(103)-10593/2018 nömrəli iş üzrə 24 oktyabr 2018-ci qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli, 2(004)-3700/2018 saylı qətnaməsi 2590 (iki min beş yüz doxsan) manat əsas borcun, 3970 (üç min doqquz yüz yetmiş) manat cəmi məbləğin tutulması hissələrində dəyişdirilərək, əsas borc 1090 (min doxsan) manat, cəmi məbləğ 1090 (min doxsan) manat müəyyən edilmiş, qətnamə 1380 (min üç yü z səksən) manat maddi ziyanın tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin maddi ziyan hissəsində təmin edilməməsi, qətnamənin qalan hissədə- 25 (iyirmi beş) manat dövlət rüsumunun tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona olan 3090 manat borcun və ona vurulmuş 1680 manat zərərin, ümumilikdə 4770 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10593/2018 nömrəli iş üzrə 24 oktyabr 2018ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilib, Yasamal rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli, 2(004)-3700/2018 saylı qətnaməsinə uyğun olaraq cavabdehdən 2590 manat əsas borc, 1380 manat maddi ziyan, cəmi 3970 manat və 25 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına iddiaçının kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili 1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdlə r. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər proses iştirakçıları iştirak etmədiyi üçün və iştirak etməməsinin üzrlü səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, iddiaçı polisə verdiyi izahatında Xəqani adlı şəxsə ona Bakı şəhərində torpaq alması üçün 3000 manat pul verdiyini qeyd etdiyi halda, məhkəmədə qaldırdığı iddia tələbində isə Xəqaninin ondan 3500 manat borc pul aldığını qeyd etmişdir. İddiaçının ifadələri bir-biri ilə ziddiyyət təşkil etmiş, həmin ziddiyyətin aradan qaldırılması ilə bağlı mötəbər sübut təqdim etməmişdir. Həmçinin, cavabdeh polisdə və birinci instansiya məhkəməsində izahat verərək, iddiaçıdan 1500 manat borc götürdüyünü bildirmişdir. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticədən görünür ki, iddiaçı tərəfindən cavabdehə verilən borcun məbləği ziddiyyətli olmaqla, iddiaçı bununla bağlı mötəbər sübut təqdim etməmişdir. Borc məbləği ilə bağlı iddiaçı tərəf mötəbər sübutlar təqdim etmədiyindən, cavabdehin etirafı qəbul etməklə, onun iddiaçıdan 1500 manat borc alması mötəbər sübut kimi qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticələrdən həmçinin görünür ki, cavabdehə verdiyi pulu məşğul olduğu ticarət dövriyyəsindən çıxartmasını, pulu verdiyinə görə dövriyyədə pul olmadığını qeyd etsə də, bununla bağlı sübutlar təqdim etməmişdir. Digər tərəfdən iddiaçı tərəfdən borc 2013-cü ildə verildiyi halda, 2018-ci ildə iddiaçının anasının lombarddan pul götürməsi və 1380 manat məbləğində faiz ödəməsi, iddiaçıya dəymiş maddi zərərin sübutu kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmamaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, Yasamal rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 06.02.2017-ci il tarixli qərarından görünü r ki, iddiaçı şikayət ərizəsi ilə polis bölməsinə müraciət edərək cavabdehdən torpaq sahəsi alması məqsədi ilə 3000 manat pul verdiyini, həmin puldan sonuncu tərəfindən 410 manat geri qaytarıldığını pulun qalan hissəsini hal-hazıradək geri qaytarılmadığını bildirmişdir. Eyni zamanda həmin qərardan görünür ki, cavabdeh vermiş olduğu izahatında iddiaçıya faizə 1500 manat pul aldığını və həmin puldan 100 manat qaytardığını göstərmişdir. “xxxx” MMC tərəfindən verilmiş 21.02.2018-ci il tarixli girov biletindən görünür ki, iddiaçının anası 8 adda qızıl-zinət əşyalarını girov qoyaraq 1960 manat məbləğində borc pul götürmüşdür. Birinci instansiya məhkəmsində şahid qismində dindirilimiş iddiaçının anası ifadəsində göstərmişdir ki, oğlu onun yanında bir neçə dəfəyə cavabdehə 3500 manat məbləğində borc vermiş və cavabdeh onun müqabilində oğlunu Korlar Cəmiyyətində işə düzəltməyi vəd etmişdir. Lakin onun oğlunu işə düzətməmiş və götürdüyü pulu geri qaytarmamışdır. Allahverdiyev Xəqaninin anasına dəfələrlə müraciət olduqdan sonra bir dəfə 160 manat, ikinci dəfə isə 250 manat, ümumilikdə 410 manat pulu geri qaytarmışdır. Oğlu gözdən əlil olduğundan heç bir lombard və ya bank ona kredit vermədiyindən pulu lombarddan onun adına götürmüşlər. Pul götürmək üçün ona və qohumlarına məxsus qızıl zinət əşyalarını girov qoymuşlar və bu günə kimi 1680 manat faiz ödəmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının polisə verdiyi izahatında Xəqani adlı şəxsin ona Bakı şəhərində torpaq alması üçün 3000 manat pul verdiyini qeyd etdiyi halda, məhkəmədə qaldırdığ ı iddia tələbində isə Xəqaninin ondan 3500 manat borc pul aldığını qeyd etməklə izahatlarının bir-biri ilə ziddiyyət təşkil etməsi qənaətinə gələrkən iddiaçının izahatlarında cavabdehin ona pulunun qaytarılmasının tələbi qarşısında onu gah «Korlar Cəmiyyəti»nə adını yazdırmaqla işə düzəltdəyəciyini, sonradan isə onu pulunun əvəzinə Sulutəpədə özünə məxsus torpaq sahəsinin ona verilməsini təklif etməsini, daha sonra onu «xxxx» MTK-da işə düzəldəcəyini bildirməsinə diqqət yetirməmiş, işin bu halları baxmından cavabdehin iddiaçıya olan borc məbləğinin qədərindən asılı olmayaraq borcunu tam qaytarmamasının səbəblərini araşdırmamışdır. Həmçinin, işin materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılan zaman 2015ci ilin sentyabr ayında aparılmış video yazıya baxış zamanı müə yyən olunmuşdur ki, Nümayəndə “sənin mənə 4900 manat borcun var, düzdür?” sualına Allahverdiyev Xəqani “hə” deyərək cavab vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının videoçəkilişin nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılması barədə məlumatlar vermədiyi halda, birinci inst ansiya məhkəməsinin əsassız olaraq, sübut kimi istifadə oluna bilməyən, gizli yolla əldə edilmiş həmin videoçəkilişə istinad etməsi qənaətinə gəlsə də, iş materiallarında olan birinci instansiya məhkəməsinin iclas protokolunda iddiaçının sədrlik edənin «videoyazının nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılması» sualına cavabdehi taksi sürücüsü kimi tanımasını, 9111 nömrəli tksi xidmətində taksi sürücüsü kimi fəaliyyət göstərməsi, 2015-ci ilin sentyabr ayında yoldaşına zəng edərək onu cavabdehlə birilkdə gəlib götürücəyini və ona pul alması ilə bağlı suallar verəcəyini, bunlara isə video görüntüləməsini söyləməsi kimi cavab verməsinə diqqət yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada b ağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 739.1 və 739.2-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul v ə ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Azərbaycan Respublikası MM-in 425.1 və 425.2-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehə verdiyi pulu məşğul olduğu ticarət dövriyyəsindən çıxartmasını, pulu verdiyinə görə dövriyyədə pul olmadığını qeyd etsə də, bununla bağlı sübutlar təqdim etməməsi qənaətinə gələrkən tərəflərin birinci instansiya məhkəməsinin iclas protokoluna əsasən verdikləri izahatlara da diqqət yetirməmişdir. Belə ki, iddiaçı izahatında cavabdehin ondan pulu hissə-hissə a lmasını, ona 800 manat əvəzində ərzaq verməsini, sonda isə yenidən 400 manat almasını, cavabdeh də izahatında iddiaçıdan borc aldığı məbləğin 800 manat hissəsini mal şəklində götürməsini göstərmişlər. İzahatlardan göründüyü kimi, iddiaçı ticarətlə məşğul olmuş, cavabdehə verdiyi malları pul ilə qiymətləndirib borc məbləğinə aid etmişdir, cavabdeh də bu halın mövcudluğunu inkar etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli ol duğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin; - 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiym ət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 80 və 81-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar i şdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mülki qanunvericilik müddəalarının tətbiqi (təfsiri) zaman hər bir müddəanın hərfi mənasının deyil, onun normalar sistemindəki yeri, mülki qanunvericiliyin ümumi prinsipləri (məqsəd və vəzifələri), insan hüquq və azadlıqlarının sosial təbiəti, mülki münasibətlərdə müqavilə azadlığı fəlsəfəsi, qanunda nəzərdə tutulduğundan artıq hüquqların məhdudlaşdırılmasının, sui-istifadə və hökmranlığının yolverilməzliyi, ədalət, insaf və humanizm baxımından təfsir edilməli olmamasını nəzərə almamışdır. Belə ki, məhkəmələr qarşısında duran ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməsi qəbul olunmuş qərarların tam şəkildə qanun tələblərinə uyğun olmasını nəzərdə tutur. Məhkəmənin qərarı demokratik ədalət mühakiməsinin ən vacib aktıdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə Qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş ol sun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqument i rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Azərbaycan Respublikasının MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisə lər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Bu isə Azərbaycan Respublikasının MPM-nin 418.1-ci maddəsinə əsasən apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Həmin normaya əsasən isə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddə sində nəzərdə tutulmuş əsaslar olmadığı üçün kassasiya şikayəti qismən təmin edilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, iş üzrə hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10593/2018 nömrəli iş üzrə 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar