Məhkəmə qərarları › İş №2(102)-1851/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1851/2020

04.06.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1851/2020 04.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X4 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-13893/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin (hakim Şəhriyar Əliyev) 2(011)-6803/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “Azərneftya ğ” X1 İttifaqı Komitəsinə qarşı “İZ formalı aktın özünün, yaxud təsdiq edilmiş surətinin verilməsi” barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Xumar Mərdanova –sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdeh “Azərneftyağ” X1 İttifaqı Komitəsinə qarşı “İz formalı aktın özünün, yaxud təsdiq edilmiş surətinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət edərək əmək vəzifələrini yerinə yetirərkən xx.xx.1980-ci il tarixdə “Azərneftyağ” İstehsalat Birliyində (hazırkı Hey dər Əliyev adına X9) baş vermiş bədbəxt hadisə ilə əlaqədar zavodun müvafiq səlahiyyətli əməkdaşları tərəfindən xx.xx.1980-ci il tarixdə tərtib edilmiş İZ formalı aktın (akt № 2) zavod rəhbərliyi tərəfindən təsdiq edilərək ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, xx.xx.1981-ci il tarixdə əmək qabiliyyətinin 35 faizini itirdiyinə görə ona 35 faizlik ömürlük ödəniş haqqında verilmiş şəhadətnamədə qeyd olunan qanuni ödənişlərin xx.xx.1981-ci il tarixdən xx.xx.1999-cu ilədək dövr üçün ödənilmədiyindən pozulmuş hüquqlarının bərpa edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının və onun vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı İddiaçı 1969-2010-cu illərdə “Azərneftyağ” İstehsalat Birliyində “xxxx”nda çalışmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərneft” İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli 40 saylı əmrin kserosurətindən görünür ki, iddiaçıya xx.xx.1999cu il tarixdən ömürlük 74119,92 manat məbləğində ömürlük ödənişin ödənilməsi, zərərə görə aylıq ödəniş İB-də əmək haqqının kütləvi artımı zamanı qanunvericiliyə uyğun olaraq müəyyən edilməsi nəzərdə tutulmuşdur. xx.xx.1980-ci il tarixli 2 saylı “İstehsalatda bədbəxt hadisə haqqında” aktın ksero surətindən görünür ki, iddiaçının aldığı xəsarətə səbəb olan hadisə xx.xx.1980-ci il tarixdə baş vermişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Heydər Əliyev adına X9 tərəfindən İddiaçı ünvanlanmış arxiv arayışının ksero surətindən görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixli, SOCAR **********90070102XH00018 saylı ərizəsinə baxılmış, sorğuya cavab olaraq keçmiş “Azərneftyağ” X9nun arxivində 1980-ci ildə baş vermiş istehsalat xəsarəti ilə bağlı onun barəsində tərtib edilmiş İZ fotmalı AKT aşkarlanmamışdır, bu səbəbdən aktın nüsxəsinin verilməsi qeyri-mümkün olmuşdur. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı 1969-cu il tarixdən cavabdeh təşkilat olan “Azərneftyağ” İstehsalat Birliyində çalışmışdır, onun xx.xx.1980-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisədə əmək qabiliyyətini itirdiyinə görə təyin olunmuş ömürlük ödənişə görə kompensasiya almaq hüququ 1980-ci ildən yaranmışdır. Bununla belə, iddiaçının iddia tələbi üzrə hüququnun cavabdeh tərəfindən pozulmasını təsdiq edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Apelyasiya instansiyası məhkəməs i hesab etmişdir ki, iddia tələbini rədd etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan SSR Mülki Məcəlləsinin xx.xx.1964-cü il tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümümi müddət (iddia müddəti) 3 il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və s. ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il təşkil edir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının xx.xx.1971-ci il tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 224-cü maddəsinin 1-ci abzasına müvafiq olaraq bilavasitə qanunda nəzərdə tutulan hallar istisna olmaqla, bütün fərdi əmək mübahisələrinə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 226-cı maddəsinin ikinci bəndinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi arzusu ilə məhkəməyə, yaxud məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə bilər. Həmin Məcəllənin 228-ci maddəsinə əsasən, fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən üç ay ərzində, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqəda r yaranan əmək mübahisələrinin həlli üçün isə bir ay ərzində müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, sərəncamın, qərarın, əmək kitabçasının, haqq-hesab kitabçasının (vərəqəsinin) verildiyi, həmçinin fərdi və ya kollektiv əmək müqaviləsinin (kontraktın, sazişin) mühüm şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirmədən bilə-bilə qəsdən pozulduğu gündür. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsip i ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx xxxx 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Qeyd olunanlara əsasən, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia müddətini tətbid etməklə düzgün nəticəyə gəlmiş və əsaslı qətnamə qəbul etmişdir. Apelly asiya şikayətinin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. İş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəy işdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçıkassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-13893/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar