Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1851/2024 30.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yardımlı rayon Şəfəqli Bələdiyyəsi cəlb olunmaqla) iş üzrə QƏRARI Açar sözlər: avtomobil yolunun zəbtdən azad olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yardımlı rayon Şəfəqli Bələdiyyəsi cəlb olunmaqla) “avtomobil yolunun zəbtdən azad olunması ” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-214/2024 nömrəli, 15 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Yardımlı rayonu Şəfəqli kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 92 m2 ibarət fərdi yaşayış evi İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətindədir.
2. İddiaçı və Cavabdeh (bundan sonra – cavabdeh) qonşudurlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt edilmiş, onun evinə gələn avtomobil yolunun zəbtdən azad edilməsi b arədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evinə avtomobillə gediş-gəliş üçün nəzərdə tutulmuş yol cavabdeh tərəfindən metal torla çəpərlənərək və darvaza qoyularaq tutulmuşdur. Bir müddət yaxınlıqdan axan çayın içərisindən avtomobillə keçməklə həyətinə getmiş, lakin son vaxtlar çayın suyu həmin ərazini yuyub apardığından həmin yoldan istifadə edə bilmir və avtomobilini kənarda saxlayaraq həyətinə piyada gedir. Həyətə gedən digər alternativ yol yoxdur. Cavabdeh zəbt etdiyi yola qoyduğu darvazanı götürərsə, yolu açılar və o, həyətyanı torpaq sahəsinə avtomobillə gedib-gələ bilər. Dəfələrlə aidiyyəti orqanlara müraciət etsə də, cavabdeh yol u zəbtdən azad etmir.
5. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçının iddia etdiyi avtomobil yolu Yardımlı rayon Şəfəqli Bələdiyyəsinin mülkiyyətindədir və həmin torpaq sahəsi 1980-ci ildən onun istifadəsindədir. İddiaçının evinə görə ayrıca avtomobil yolu vardır. İddiaçı əvvəllər piyada yolu kimi istifadə etməklə onun həyətindən keçərək öz evinə getsə də, təqribən 1 ildən artıqdır ki, iddiaçı özü həmin piyada yoluna dəmir tor çəkib yolu bağlamış, digər ərazidən özünə piyada yolu çəkmiş, avtomobilini həmin piyada yolunun yanında, asfalt yolun kənarında saxlamışdır. Həmin vaxt aralarında heç bir mübahisə olmamışdır. O, öz evinə gedən yoldan yalnız özü istifadə etdiyinə görə, dəmir tordan hazırlanmış darvazanı asfalt yola yaxın hiss ədə quraşdırmışdır. Həmin darvazının yerini dəyişdirdikdən sonra iddiaçı etirazını bildirmiş və sökülməsini tələb etmişdir. İddiaçıya bildirmişdir ki, həmin darvaza dəmir tordan olmaqla, həmişə istənilən şəxs açıb bağlaya bilir, üzərində kilidi yoxdur. İddiaçı da istədiyi vaxt sərbəst darvazanı açıb, irəlidə avtomobilini saxlaya bilər, özünün bağlamış olduğu piyada yolundan istifadə edə bilər, buna etiraz etmir. Darvazanın yerini dəyişdirməsində məqsədi həyətyanı sahəsini mühafizə etmək olmuşdur. Hətta yaranmış mübahisədən sonra darvazının yerini 5-6 metr dəyişdirmişdir. İddiaçı orada avtomobilini sərbəst saxlayıb evinə gedə bilər.
6. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Yardımlı rayon Şəfəqli Bələdiyyəsinin sədri X2 məhkəmə iclasında izahat verərək bild irmişdir ki, iddiaçının iddia etdiyi avtomobil və piyada yolu Şəfəqli Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. İddiaçının həyətinə və evinə oradan heç vaxt avtomobil yolu olmamış, yalnız əvvəllər piyada yolu olmuşdur. Ona ayrılmış maşın yolu çay tərəfdəndir. Təqribən bir il əvvəl iddiaçı həmin piyada yolunu özü məftildən hazırlanmış torla bağlamış və bələdiyyə sədri kimi onun razılığı ilə digər bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsində özünə piyada yolu hazırlamışdır. Cavabdeh darvazanın yerini dəyişdikdən sonra iddiaçı məftil torla hazırlanmış qapının (darvazanın) sökülməsini tələb etmişdir. Hal-hazırda cavabdeh həmin darvazanın yerini 5-6 mertr evi istiqamətində dəyişmişdir və iddiaçının oradan istifadə etməsinə maneə yaratmır. Məhkəmədən qanuni qərar qəbul edilməsini x ahiş etmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/5012 saylı ekspert rəyi və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edilmişdir: - Torpaqların elektron kadastr uçot informasiya sistemi baza məlumatlarına əsasən iddia olunan 0,022 ha və darvaza qoyulmuş yer Yardımlı rayon Şəfəqli bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsidir. - Torpaqların elektron kadastr uçot informasiya sistemi baza məlumatlarına **********79-10301 reyestr nömrəli çıxarışın texniki pasportunun planına əsasən İddiaçı fərdi yaşayış evinə gediş-gəliş yolu iddia olunan ərazidən nəzərdə tutulmuşdur (Bu gedişgəliş yolunun yerləşmə vəziyyəti rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır). - Torpaqların elektron kadastr uçot informasiya sistemi baza məlumatlarına və **********79-10301 reyestr nömrəli çıxarışın texniki pasportun planına əsasən İddiaçı mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu kimi nəzərdə tutulmuş 0,022 ha ümumi istifadəli torpaq sahəsi hissəsi Cavabdeh tərəfindən dəmir torla çəpərlənmişdir və darvaza qoyulmuş ərazinin hüdudları daxilində yerləşir. - Torpaqların elektron kadastr uçot informasiya sistemi baza məlumatlarına əsasən İddiaçı mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə başqa ərazidən gediş-gəliş yolu nəzərdə tutulmamışdır.
8. Məhkəmə tərəfin dən mülki işin halları araşdırılarkən mübahisəli əraziyə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehə məxsus torpaq sahələri qonşudur və bir-birindən dəmir materialdan olan tor çəpər ilə ayrılmışdır. İddiaçının əvvəllər istifadə etdiyi piyada yolunda faktiki olaraq meşə ağacları bitmiş, əvvəllər yalnız piyada yolu kimi istifadə olunmuşdur, hal-hazırda piyada yolu kimi istifadə etmək üçün həmin ağaclardan təmizlənməsi zərurəti vardır. Bələdiyyə sədrinin və iddiaçının deməsinə görə ərazi bələdiyyə mülkiyətindədir, lakin icarə müqaviləsi əsasında iddiaçının istifadəsindədir. Həmin yolun (cığırın) bir tərəfi cavabdehin yaşadığı həyət, digər tərəfi isə iddiaçının yaşadığı həyətdir. İddiaçının yaşadığı fərdi yaşayış evinə və torpaq sahəsinə çay yatağı istiqamətindən baş qa bir avtomobil yolu vardır, lakin həmin yoldan istifadə olunmur, iddiaçı kəndin içindən keçən asfalt yolun kənarında avtomobilini saxlamaqla, özünün hazırlamış olduğu digər hissədən, bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsindən piyada yolu ilə evinə gedir. Həmin piyada yolu faktiki onun istifadəsindədir, dəmir torla əhatə olunmuşdur, kiçik qapı qoyulmaqla ərazi mühafizə olunur. Bundan başqa, qeyd edilən avtomobil yolundan və iddiaçının açılmasını tələb etdiyi piyada yolundan başqa iddiaçının yaşadığı həyətlə kənd içərisindən keçən avtomobil yolunu birləşdirən alternativ cığır-piyada yolu vardır. İddiaçının sökülməsini tələb etidiyi darvaza dəmir metaldan olan tordandır, iki laylıdır, heç biri kilidi yoxdur, hündürlüyü təqribən 1,50 metr, eni 3,50 metrdir, istənilən şəxs sərbəst açıb -bağlaya bilir. İddiaçı məhz həmin darvazanın yerləşdiyi ərazini avtomobil yolu kimi istifadə etməsi üçün, həmçinin onun əvvəllər piyada yolu kimi istifadə etdiyi yoldan istifadə etməsinə maneə yaratdığı üçün darvazanın sökülməsi ilə yolun zəbtdən azad edilməsini tələb edir.
9. Yardımlı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(038)-19/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Habil Bəhmənov) iddia rədd edilmişdir.
10. Məhkəmə araşdırma zamanı müəyyən edilmiş hallara istinadən qeyd etmişdir ki, iddiaçının heç bir hüquq və mənafeyi pozulmur, cavabdeh məhz iddiaçının yolunu bağlamaq məqsədi ilə darvazanı quraşdırmamışdır. Əksinə, iddiaçı könüllü olaraq özü üçün yeni yol hazırladıqdan sonra həyətinə gedən yolun giriş hissəsinə dəmir tordan hazı rlanmış darvaza qoymuşdur.Tərəflər arasında bir il əvvəl razılıq olmuş və hazırda tərəflərin istifadəsində olan yollar onların özü tərəfindən aralarındakı razılaşmaya uyğun olaraq müəyyənləşdirilmişdir. Beləliklə, mülki işin materiallarında öz əksini tapan sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisəli yol Şəfəqli Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Bu halda məhkəmə hesab etmişdir ki, hüquq və mənafeyinə toxunmadığı üçün iddia tələbi üzrə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır.
11. Məhkəmə məhkəmə tikinti-texniki ekspertiza rəyinə və mütəxəssis rəyinə hüquqi qiymət verərək qeyd etmişdir ki, rəylərdə iddiaçı tərəfindən mübahisələndirilən yolun iddiaçının fərdi yaşayış evinə yeganə gediş-gəliş yolu kimi nəzərdə tutulması qeyd edilsə də, işin halları, tərəflərin izahatları və məhkəmə tərəfindən keçirilmiş yerli baxış əsasında rəydə qeyd edilən hallar öz hüquqi təsdiqini tapmamış, cavabdeh tərəfindən iddiaçıya hər hansı maneələr yaradıldığı müəyyən edilməmiş, iddiaçının fərdi yaşayış evinə avtomobil yolunun əslində çay yatağı hissədən olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə, iş üzrə alınmış mütəxəssis və ekspert rəylərini mötəbər hesab etməmiş və sübut kimi qiymətləndirməmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.7, 157.4, 170.2, 175.1, 175.3 və Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayə ti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.
15. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-214/2024 nömrəli, 15 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Samir Mayılov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, **********79-10301 reyestr nömrəli çıxarışın texniki paspotrunun planına əsasən iddiaçının mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu kimi nəzərdə tutulmuş 0,022 ha ümumi istifadəli torpaq sahəsində cavabdeh tərəfindən dəmir torla cəpərlənərək qoyulmuş darvazanın götürülməsi və həmin sahənin zəbtdən azad edilməsi qət edilmiş, ödənilmiş 100 manat dövlət rüsumu və 50 manat ekspertiza xərci cavabdehə aid edilmişdir.
16. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, bələdiyyənin mülkiyyətində olan və ümumi istifadə üçün nəzərdə tutulmuş torpaqlara bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin, küçələrin, meydanların, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların torpaqları daxildir ki, həmin torpaqlardan bələdiyyə əraz isində yaşayan bütün hüquqi və fiziki şəxslər heç bir məhdudiyyət qoyulmadan hər kəsin istifadəsi üçün açıq olan sahə kimi istifadə edilməlidir. Ümumi istifadədə olan torpaqların hər hansı şəxs tərəfindən tutularaq maneə yaradılmsı, həmin ərizədə yaşayan şəxslər o, cümlədən bələdiyyə tərəfindən mübahisələndirməklə yaradılan maneə aradan qaldırılmalıdır. Hazırkı işdə iddaçı məhz cavabdeh tərəfindən ümumi istifadədə olan və onun evinə və həyətyanı sahəsinə gedən yolda quraşdırmış olduğu dəmir tordan hazırlanmış darvazanın sökülməsini tələb etməsi və həmin sahənin zəbtdən azad edilməsi tələbini irəli sürmək üçün subyektiv hüquqa malikdir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müd afiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin mövcud hallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alan kollegiya hesab edir ki, iddiaçı iddianın predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməlidir.
17. Məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı iddia tələbinin əsaslı olması, həm tərəflərin verdiyi izahatları, həm də iş üzrə əldə edilmiş (ekspert rəyi) sübutlarla tam təsdiq olunur. Baxmayaraq ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi və həmin tələbi əsaslandıran işin faktiki hallarını hərtərəfli araşdırmadan tələbi təmin etməmış və bununla da məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamaqla, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlməyən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. **********79-10301 reyestr nömrəli çıxarışın texniki paspotrunun planına əsasən İddiaçı mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu kimi nəzərdə tutulmuş 0,022 ha ümumi istifadəli torpaq sahəsi hissəsi Cavabdeh tərəfindən dəmir torla çəpərlənərək, darvaza qoymaqla iddiaçıya hə min yoldan istifadə etməsinə maneə yaratmış, məhkəmə isə işi hərtərəfli araşdırmadan iddiaçının evinə və həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolunun cavabdeh tərəfindən tutulmaması barədə yanlış nəticəyə gəlmişdir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29, 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 238.1, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-3-cü bəndlərinə, 55, 68-ci maddələrinə, 84-cü maddəsinin 1-ci bəndinə, 111-ci maddəsinə, “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikası Qanununa istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin mümkünsüz hesab edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəməyə yalnız hüququ pozulmuş şəxs müraciət edə və iddia edilən pozuntunun aradan qaldırılmasında məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Lakin işin faktiki hallarından görünür ki, iddiaçının hüquqları pozulmamışdır. Belə ki, iddiaçının cavabdehə qarşı hazırkı iddia tələbi avtomobil yolunun zəbtdən azad edilməsi barədədir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Yardımlı rayon Şəfəqli Bələdiyyəsinin sədri X1 məhkəmədə verdiyi izahatından və Yardımlı rayon Şəfəqli Bələdiyyəsinə göndərilən sorğuya xx.xx.2023-cü il tarixli, 03 №-li cavabından görünür ki, “iddiaçının iddia etdiyi maşın yolu Yardımlı rayon Şəfəqli Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir və iddiaçının həyətinə oradan heç vaxt maşın yolu olmamışdır. Adı çəkilən yoldaşın həyətinə maşın yolu başqa yerdəndir". İşin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisəli yol Şəfəqli Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Bu səbəbdən iddiaçının hüquqları pozulmamış və onun cavabdehə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ olmamışdır.
21. İddiaçının iddianın predmeti ilə bağlı subyektiv hüququ olmadığı üçün mümkünsüz hesab edilməlidir. Qətnamədə isə cavabdeh tərəfindən apellyasiya şikayətinə etirazın daxil olmadığı bildirilir (poçt qəbzi və etirazın surəti əlavə olunmuşdur). Bundan başqa, məhkəmə qətnaməsi özü qeyri-müəyyəndi r və ya məhkəmə iddia predmetindən kənara çıxmışdır. Belə ki, iddia tələbi, “avtomobil yolunun zəbtdən azad olunması”dır. Lakin qətnamənin nəticə hissəsində iddiaçının evinə gələn piyada gediş-gəliş yolunun zəbtdən azad olunması, açılması qət edilir. Hansı ki, tərəflər arasında bir il əvvəl razılaşma olmuş, tərəflərin istifadəsində olan yollar onların özü tərəfindən aralarındakı razılaşmaya uyğun olaraq müəyyənləşdirilmiş, cavabdeh tərəfindən darvazanın 5-6 metr öz evinə doğru geri çəkməsi iddiaçının piyada yolu kimi orada istifadə etməsinə maneəni tam aradan qaldırmışdır. Daha sonra məhkəmə darvazanın götürülməsini və sahənin zəbtdən azad edilməsini qət edir. Qeyd olunan sahə bələdiyyənin mülkiyyətində olduğuna görə və mülkiyyətçinin məhkəməyə eyni əsaslarla müraciət etməməsi səbəbindən hesab etmişdir ki, məhkəmə sahənin zəbtdən azad edilməsinə dair qərarında haqlı olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
24. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
25. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
26. Maddə 47, 1-ci hissə. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.
27. Maddə 47, 2-ci hissə. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara;... Ü mumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.
28. Maddə
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arası nda bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
29. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
30. Maddə 84. 1-ci bənd. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
31. Maddə
111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun
32. Maddə 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfat ı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə g örə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq m ünasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üz rə).
43. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
44. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
45. Bələdiyyənin mülkiyyətində olan yolun açılması ilə bağlı iddiaçının subyektiv hüququnun olub-olmamasına münasibətdə qeyd olunmalıdır ki, həmin yol ümumi istifadədə olan yol olmaqla, iddiaçının oradan istifadə üzrə hüququ vardır. Həmçinin iş materialları ilə müəyyən olunur ki, mübahisəli torpaq sahəsindən iddiaçı həyətinə avtomobillə gəlmək üçün əvvəllər də istifadə edib və cavabdeh bu istifadə qaydasına müdaxilə edərək, hər hansı hüquqi əsas olmadan həyətinin darvazasının qabağa çəkib, oranı zəbt etmişdir. İddiaçının əvvəlki vəziyyətin bərpa edilməsini tələb etmək hüququ vardır və apelyasiya instansiyası məhkəməsi iddiaçının subyektiv hüququnu tanımaqda haqlı olmuşdur.
46. Məhkəmənin iddia predmetindən kənara çıxması, iddia tələbi “avtomobil yolunun zəbtdən azad olunması” olduğu halda qətnamənin nəticə hissəsində iddiaçının evinə gələn piyada gediş-gəliş yolunun zəbtdən azad olunması və açılmasını qət ediyi barədə dəlilləri əsassızdır. Çü nki məhkəmə iddia tələbinə uyğun olaraq, «**********79-10301 reyestr nömrəli çıxarışın texniki paspotrunun planına əsasən İddiaçı mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu kimi nəzərdə tutulmuş 0,022 ha ümumi istifadəli torpaq sahəsində Cavabdeh tərəfindən dəmir torla cəpərlənərək qoyulmuş darvazanın götürülməsi və həmin sahənin zəbtdən azad edilməsi»ni qət etmişdir. Məhkəmənin bu göstərişi hərfən iddia tələbi ilə eyni səslənməsə də, mahiyyəti üzrə iddiaçının irəli sürdüyü tələbə uyğundur və həmin tələbdən kənara çıxmamışdır. İddiaçı cavabdeh tərəfindən həyətinə gələn avtomobil yolunda əvvəllər olan darvazanı heç bir hüquqi əsas olmadan qabağa çəkib zəbt etdiyi, ümumi istifadədə olan, ekspert rəyində müəyyən olunan torpaq sahəsindən cavabdehin çıxarılmasını (avtomobi l yolunun zəbtdən azad edilməsini) xahiş etmişdir və apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə də bu tələb uyğundur.
47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
49. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-214/2024 nömrəli, 15 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.