Məhkəmə qərarları › İş №2(102)-1852/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1852/2019

18.03.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1852/2019 18.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehlər X5, Cavabdeh3 (o həm də Cavabdeh1 nümayəndəsidir), onların və digər Cavabdeh4 vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.10.2018-ci il tarixli 2(103)10143/2018 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim N.Misirzadə) 29.06.2018-ci il tarixli 2(011)-1277/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “mənzilin və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiasının rədd edilməsi, ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaitinin İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov, X.Mərdanova, İ.Vəliyev) 09.10.2018-ciiltarixli 2(103)-10143/2018 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməyərək, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 29.06.2018-ci il tarixli 2(011)-1277/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.10.2018-ciil tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, X9, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilin və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə 15.12.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanının boşaldılıb ona təhvil verilməsi və cavabdehlər tərəfindən yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ************* saylı evin və istifadəsində olan torpaq sahəsinin qanunsuz tikililərinin sökülərək ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində ola n ünvan 1 ünvanının 1/3 hissəsinin cavabdehlərin zəbt etdiyi sahənin boşaldılıb ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci və apelyasiya instansiyası məhkəmələri evin iddiaçıya aid hissəsinin cavabdehlər tərəfindən zəbt olunması və hər hansı tikinti işlərinin aparılmasının müəyyən edilmədiyinə istinad etmiş, lakin *** saylı evin digər paylı mülkiyyətçiləri olan X11 və X6 tərəfindən notarial qaydada verilmiş iddiaçıya məxsus ev və torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsinə dair əruizəsini nəzərə almamış, həmin şəxsləri şahid qismində, nə də üçüncü şəxs qism ində işə cəlb etməmişlər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yaşayış evinə baxış keçirilərkən iddiaçının vəkili Vəkil evin və evin torpaq sahəsinin ölçülərinin yerində müəyyən edilməsi üçün metrəölçən vasitəsilə ölçmə işlərinin aparılması barədə vəsatət vermiş, lakin vəsatət təmin edilməmiş, bu barədə iclas protokolunda hər hansı qeyd aparılmamış, işlə tanış olarkən isə iclas protokolunda rəqəmlə sahələr göstərilmiş tikililərin müəyyən edilməsinin qeyd olunduğu görünmüşdür. Halbuki, orada heç bir ölçmə işləri aparılmamış, cavabdehlər tərəfindən yaradılmış süni maneə və oraya yığdıqları qohumlarının səs-küy salması nəticəsində məhkəmə heyəti həyətə baxıb çıxmışdır. İş üzrə qanuni qüvvəsini almış məhkəmə aktları, dövlət reyestrindən çıxarış və texniki pasport olduğu halda, apelyas iya instansiyası məhkəməsi həmin sənədləri sübut kimi qəbul etməmişdir. Mübahisəli fərdi yaşayış evi vərəsəlik əsasında iddiaçıya və bacıqardaşına keçdiyindən, həmin evin torpaq sahəsinə mülkiyyət onun gözlənilən hüququdur. Cavabdehlərin isə fərdi yaşayış evi və torpaq sahəsi üzərində heç bir sahiblik hüququna təsir edən sübutları mövcud deyil. Buna baxmayaraq, onlar iddiaçının həmin evdən və torpaq sahəsindən istifadəsinə imkan verməmişlər. Bu səbəbdən iddiaçı hazıradək fərdi yaşayış evinə və torpaq sahəsinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını həyata keçirə bilmir. İddiaçının iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Hər kəs mülkiyyətində olan əmlakdan sərbəs istifadə və sahiblik etmək, onun barəsində sərəncam vermə k hüququna malik olduğundan və bu hüququn həyata keçirilməsinə maneənin aradan qaldırılmasını tələb etməsi təbii haqqı olduğundan apelyasiya instansiyası məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə qanunsuz və əsassızdır. Cavabdehlər fərdi yaşayış evinin 1/3 hissəsinin onlara məxsus olmasına istinad etsələr də, bu barədə hər hansı sübutlarını məhkəmətə təqdim edə bilməmişlər. Göründüyü kimi apelyasiya instanbsiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 9.1, 14, 77.1, 88 və 189-cu maddələrinin tələblərini pozmuş, sübutların obyektiv qiymətləndirilməsini təmin etməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mül ki Kollegiyasının 09.10.2018-ci il tarixli 2(103)10143/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh1, Cavabdeh4 və üçüncü şəxs AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə istina d edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehlər X12, Cavabdeh3 (o həm də Cavabdeh1 nümayəndəsidir), onların və digər Cavabdeh4 vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək, məhkəmədən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 09.10.2018ciiltarixliqətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməyərək, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 29.06.2018-ci il tarixli 2(011)-1277/ 2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Bakı şəhəri, ************ saylı fərdi yaşayış evi 31.12.1971-ci il tarixdə X2 adına ilkin qeydiyyata alınmış, 6 saylı DNK-nın 22.12.1973-cü il tarixdə verdiyi “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən X13 adına, 6 saylı DNKnın 08.02.2013-cü il tarixdə verdiyi “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən isə İddiaçı, X3 və X7 adlarına qeydiyyatdan keçmiş, X14 23 saylı DNK-nın 21.08.2014-cü il tarixli ******** saylı reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözüg edən ünvanının özünə məxsus payını X1, 22.01.2016-cı il tarixdə evin 1/3 hissəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçının iddia tələbini əsaslandırdığı faktiki hal ondan ibarətdir ki, cavabdehlər evin məhz onun mülkiyyətində olan 1/3 hissəsini zəbt etmişlər və onu həmin sahəyə buraxmamaqla mülkiyyət hüququnu pozmaqdadırlar. Kollegiya qeyd etməyi zəruri hesab etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun tələblərinin dispozisiya şərtləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər – məhkəmə araşdırmaları zamanı isə iddiaçının əmlakının cavabdehlərin qanunsuz sahibliyində olduğu sübuta yetirilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin təyin etdiyi məhkəmə tikinti-texn iki ekspertizasının 08.06.2017-ci il tarixli rəyi ilə, Bakı şəhəri, ************ küçəsində yerləşən *** saylı evin torpaq sahəsində faktiki mövcud olan sahələri 12,1 kv.m (2,2x5,5m), 11,1 kv.m (41,x2,7m), 20 kv.m (5x4), 21,8 kv.m (5,9x3,7), 13,6 kv.m (31x4,4m), 27 kv.m (4,5x6m), 11,7 kv.m (2,6x4,5m), 9,9 kv.m (2,1x4,7m), 2,8 kv.m (1,4,x2m) və 17,6 kv.m (3,2x5,5m) olan tikililərin 13.03.2013-cü il tarixli texniki pasportun məlumatlarına, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.09.2000-ci il tarixli 16 №-li təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılara və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanlar ı ilə razılaşdırıması Qaydalarının 4.1 və 4.2 bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmiş, əlavə məhkəmə tikinti-texniki ekspertizasının 04.06.2018-ci il tarixli rəyi ilə isə, İddiaçı, X10 və X4 məxsus olan sahəsi 34.8 kv.metr olan tikililərin texniki pasportunda çəkilmiş sxemdə miqyas, koordinatlar və ya hər hansı istinad nöqtəsindən məsafə və ölçülərin göstərilməməsi, eyni zamanda ərazidə tikintilərin çox olması, texniki pasportda “Torpaq sahəsi haqqında məlumatlar cədvəlində sənəd üzrə torpaq sahəsinin göstərilməməsi və ərazinin dövlət mülkiyyətində olması səbəbindən sözügüdən tikililərin yerləşdiyi torpaq sahəsinin sərhədlərini müəyyən etməyin qeyri-mümkünlüyü, tikililərin yerləşdiyi torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmadığından, cavabdehlərin yaşadıqları tikilinin (mübahisəli tikili və ya tikililər) İddiaçı, X8 və X3 adlarına texniki pasportda göstərilmiş sxemin hüdudları daxilində yerləşib-yerləşmədiyini müəyyən etməyin mümkün olmadığı vurğulanmışdır. Apellyasiya baxışı zamanı keçirilmiş yerli baxış zamanı da cavabdehlərin iddiaçıya məxsus sahədə yaşadıqları müəyyən olunmamış, iddiaçı isə cavabdehlərin ona məxsus olduğunu irəli sürdükləri otağın qapısını açmayaraq müqayisəli tədqiqat aparılmasına şərait yaratmamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilav asitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Mülki prosessual qanunvericilikdən (MPM-in 14.2 və 77.1-ci maddələri) irəli gələn tələblərin tətbiqi baxımından görünür ki, iddiaçı, cavabdehlərin məhz onun mülkiyyətində olan sahəni zəbt etməklə orada yaşadıqlarını kifayətedici aydınlıqla sübut edə bilməmişdir. Buna görə də kollegiyanın qənaəti bundan ibarət olmuşdur ki, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkıişinfaktikihallarını tam, hərtərəfl ivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətinin dəlili olan “Mübahisəli fərdi yaşayış evi vərəsəlik əsasında iddiaçıya və bacı-qardaşına keçdiyindən, həmin evin torpaq sahəsinə mülkiyyət onun gözlənilən hüququdur. Cavabdehlərin isə fərdi yaşayış evi və torpaq sahəsi üzərində heç bir sahiblik hüququna təsir edən sübutları mövcud deyil. Buna baxmayaraq, onlar iddiaçının həmin evdən və torpaq sahəsindən istifadəsinə imkan verməmişlər. Bu səbəbdən iddiaçı hazıradək fərdi yaşayış evinə və torpaq sahəs inə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını həyata keçirə bilmir. İddiaçının iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.” dəlilinə gəldikdə isə kassasiya kollegiyası qeyd edir ki, iş materiallarına əsasən iddiaçının mübahisəli evin 1/3 hissəsinə mülkiyyət hüququn olmasının mübahisəsiz olduğu məlumdur və hər bir instansiya məhkəməsində bu fakt danılmaz fakt kimi qəbul edilmişdir. Lakin hər iki instanasiya məhkəməsi təyin edilmiş və əldə edilmiş ekspert rəyinə istinadla cavabdehlər tərəfindən mübahisəli evin iddiaçının mülkiyyətində olan hissəsinin zəbt edildiyinin müəyyən edilmədiyinə istinad edərək və iddiaçı tərəfindən onun mülkiyyətində olan payının zəbt edilməsinə dair sübut təqdim edilmədiyinə istinad edərək, iddia t ələbini rədd etmişlər və iddia tələbinin əsasını təşkil etdiyi iddia edilən Mülki Məcəllənin 157.2-ci maddəsi üzrə qeyd olunanlara əsaslanmaqla aydınlıq gətirmişlər. Bu səbəbdən qeyd edilən dəlil əsassızdır və qətnamənin ləğvi üçün əsas deyildir. Kassasiya kollegiyası həmçinin qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə Azərbaycan Respublikası MPM-nin 9.1, 14, 77.1, 88 və 189-cu maddələrinin tələblərini pozulması halına da rast gəlinməmişdir. Bu səbəbdən qeyd edilən dəlil əsassızdır və qətnamənin ləğvi üçün əsas deyildir. Beləliklə, göstərilən səbəblərdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.10.2018-ciiltarixli 2(103)-10143/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar