Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1852/2020 24.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, vəkili X1, Cavabdeh LPO QSC “Bank Standard” KB-nin ləğvedicisi xnun vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, xnömrəli MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh xna qarşı iddia qaldıraraq, cavabdehə ünvanlanmış xx.xx.2016-cı il tarixli Zəmanət məktubunun, “xxxx” MMC-nin təsisçiləri nin, ümumi yığıncağının eyni tarixli protokolun və QSC “Bank Standard” KB ilə onun arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 1xx/xx/3502/14 saylı zaminlik müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Səmədov) xx xxxxxx 2018-ci il tarixli 2(006)4592/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-V.Həsənov (sərlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev) xx xxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-V.Həsənov (sərlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev) xx xxxxxx 2019-cu il tarixli, x nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qərardadının ləğv edilib, onun tərəfindən verilmiş 28 noyabr tarixli kassasiya şikayəti qəbul edilərək baxılması üşün Ali Məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qərardad qəbul edərkən prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı e tiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını və apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli mülki iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh x və vəkil Əsgərova Əfıfə Füzuli qızı kassasiya şikayəti vermişlər. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 408.1.3 və 408.1.4-cü maddələrinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, eləcə də kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən isə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki işin 152-ci səhifəsində olan xəbərnamədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli mülki iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi cavabdehə göndərilmiş, xx.xx.2019-cu il tarixdə rəsmi qaydada xəbərnaməyə imza edilməklə ünvanda qəbul edilmişdir. Cavabdeh isə kassasiya şikayətini xx.xx.2019-cu il tarixdə rabitə orqanına təqdim etmişdir. Göründüyü kimi, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmiş, eyni zamanda buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təqdim olunmamışdır. Odur ki, apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qərardadı dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1852/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1852/2020
24.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver