Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1852/2022 11.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti) iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-1852/22 Açar sözlər: ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası nın 2(103)-7908/2021 nömrəli iş üzrə 27 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 11 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 22 mart 2020-ci il tarixdə X2 etibarnamə əsasında idarə etdiyi İddiaçı (bundan sonra – iddiaçı) məxsus “Mitsubishi Pajero” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Cavabdeh (bundan sonra – cavabdeh) etibarnamə əsasında idarə etdiyi X3 məxsus BMW X-6 markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomaşının toqquşması nəticəsində yolnəqliyyat hadisəsi baş vermişdir. Bununla əlaqədar 22.04.2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, eyni tarixli inzibati tənbeh vermə haqqında qərarla cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin tələbini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində inzibati cərimə edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus olan “Mitsubishi Pajero” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus **-ZO-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı avtomobilə cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə 33290 manat, mənəvi zərərə görə 50000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxar ılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobil arxası üstə yerə aşmış, sürücü dərəcəsi təyin edilməyən bədən xəsarətləri almışdır. Hadisə nəticəsində avtomobilə 33290 manat məbləğində maddi ziyan vurulmuş və tamamilə yararsız hala düşmüş, sözügedən avtomobil 20 iyun 2020-ci il tarixdə dövlət qeydiyyatından çıxdaş edilmişdir. Dəfələrlə müraciət olunsa da, cavabdeh dəymiş zərərin ödənilməsindən boyun qaçırmışdır. Hadisəyə qədər heç bir zərər görməmiş, üzərində heç bir təmir işi (boya, cila və s.) aparılmamış avtomobilin bu vəziyyətə düşməsi iddiaçının daimi olaraq əsəb, gərginlik, stress keçirməsinə səbəb olmuş və ona xeyli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, maşının sığortası var, avtomobil ona məxsusdur, etibarnamə əsasında digər şəxs tərəfindən idarə olunmuş, sığorta tərəfindən həmin şəxsə 4800 manat pul ödənilmişdir. Əslində isə avtomobil tamamilə məhv olmuş, heç bir hissəsinin düzəldilməsi mümkün deyildir. Bu halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehin vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbinə etiraz verərək izahatında bildirmişdir ki, iddiaçıya məxsus avtomobilə ziyan vurulmuşdur, lakin vurulmuş ziyanın məbləği sığorta şirkətinin mütəxəssisləri tərəfindən 4800 manat müəyyən edilmişdir. Həmçinin, faydalanan şəxs qismində çıxış edən şəxsə həmin pul ödənilmişdir. Başqa ziyan məbləği ilə razı deyillər. Məhkəmədə tədqiq olunmuş 07.05.2020-c i il tarixli "xxxx" MMC tərəfindən verilmiş qüsur aktında qeyd olunmuşdur ki, iddiaçıya məxsus buraxılış ili 2007, “Mitsubishi Pajero” markalı, **-ZO-*** dövlət nömrə nişanlı minik avtomobilinə dəymiş zərərin ümumi məbləği 33290 manat təşkil edir. Məhkəmədə tədqiq olunmuş, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat İmtahan Şöbəsi tərəfindən verilmiş 20.06.2020-ci il tarixli arayışda qeyd edilmişdir ki, “Mitsubishi Pajero” markalı **-ZO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil çıxdaş edilmişdir. Məhkəmədə tədqiq olunmuş "xxxx" Sığorta Şirkəti ASC tərəfindən verilmiş 16.11.2020-ci il tarixli arayışda qeyd edilmişdir ki, 22.03.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağlı faydalanan şəxs X5 bank hesabına 4800 manat məbləğində sığorta ödənişi edilmişdir. Sı ğorta ödənişinin verilməsi 08.10.2020-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur. Faydalanan şəxs “Mitsubishi Pajero” markalı **-ZO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin 4800 manat məbləğində olması ilə bağlı 11.08.2020-ci il tarixli razılaşma sənədinə imza edərək, avtomobilə dəymiş zərərlə razı olmuşdur. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/1549 nömrəli 05.05.2021-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, 2007-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərin i çıxmaqla, təxminən 15400 manat müəyyən edilir. Avtomobilə dəymiş ziyan hər iki qüsur aktına şamil edilir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(002)-190/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Əhmədova) iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçıya məxsus olan “Mitsubishi Pajero” markalı **-ZO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurulmuş ziyanın əvəzi olaraq 10600 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçı ona məxsus avtomobilə dəymiş ziyanın məbləğinin 33290 manat olduğunu bildirsə də, həmin hallara dair heç bir mötəbər sübutu məhk əməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş müvafiq qüsur aktında avtomobilin ehtiyat hissələrinin və görülməli olan təmir-bərpa xidmətlərinin dəyərinin bazar qiymətinə uyğun olubolmamasının müəyyən etmək mümkün olmamışdır. Ona görə də, məhkəmə araşdırması çərçivəsində müvafiq ekspertiza təyin edilmiş və həmin ekspertizanın nəticəsinə dair rəydə iddiaçıya məxsus avtomobilə dəymiş zərər 15400 manat müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus avtomobilə vurulmuş ziyanın məbləği müəyyən edilərkən müvafiq ekspert rəyi əsas götürülməlidir. Həmçinin, müvafiq sığorta şirkəti tərəfindən iddiaçıya məxsus avtomobilə vurulmuş ziyanın əvəzi olaraq 4800 manat məbləğində pul vəsaiti ödənilmişdir. Ona görə də, iddiaçıya məxsus avtomobilə vurulmuş ziyanın m əbləği müvafiq ekspert rəyi əsas götürülməklə (vurulmuş ziyanın məbləği 15400 manat), habelə ödənilmiş sığorta ödənişi (4800 manat) nəzərə alınmaqla, 10600 məbləğində müəyyən edilməli, iddia tələbi qalan hissədə rədd olunmalıdır. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı hesab etmişdir ki, iddia tələbi qeyd edilən hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərər vurulduğunu bildirsə də, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər h ansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4, 218.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərt ərəfli araşdırmamış, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, 22.03.2020-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus sözügedən avtomobilə ümumilikdə vurulmuş tam zərərin miqdarı sığorta müqaviləsi üzrə faydalanan şəxs X9 ilə razılaşdırılmış və sığorta şirkəti tərəfindən ona ödənilmişdir. Faydalanan şəxs X9 isə dəymiş zərərin miqdarı ilə razılaşmış və bunu öz imzası ilə təsdiq etmişdir. Bu günə qədər sığorta hadisəsinin qiymətləndirilməsi barədə akta qarşı heç bir etirazını bildirməmişdir. Lakin birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7908/2021 nömrəli iş üzrə 27 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.İbayev ( sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə əsaslı olaraq zərərin məbləğini ekspert rəyini əsas götürməklə və faydalanan şəxsə ödənilən məbləği nəzərə almaqla 10600 manat məbləğində müəyyən etmişdir. Cavabdehin apellyasiya şikayətindəki dəlillər isə əsassızdır. Belə ki, sığorta şirkəti tərəfindən ödənilən 4800 manat sığorta ödənişi zərərin məbləğinin müəyyən hissəsi kimi birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmışdır. İddiaçıya vurulmuş zərərin müəyyən hissəsinin sığorta şirkəti tərəfindən ödənilməsi zərər çəkmiş şəxsi zərərin tam öd ənilməsini tələb etmək hüququndan məhrum edə bilməz. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə qiymətləndirmə aktına, sığorta aktına, sığorta məbləğinin ödənilməsi barədə qəbzə əhəmiyyət verməmiş, zərərin məbləğinin artıq sığorta şirkəti tərəfindən müəyyən olunduğunu və faydalanan şəxsə ödənildiyini, sonuncunun məbləğlə razı olduğunu, bununla bağlı hər hansı mübahisə olmadığını nəzərə almamış, buna hüquqi qiymət verməmişdır. Eksp ert rəyində zərər düzgün müəyyən olunmamışdır, rəylə sığorta şirkətinin mütəxəssislərinin müəyyən etdiyi məbləğ arasında ciddi fərq var, lakin məhkəmə təkrar ekspertiza təyin etməmişdir. Məhkəmə qanunsuz və əsassız qətnamə qəbul etmiş, MPM-in 88, 102.1, 102.2, 102.3, 103.1-cü maddələrinin tələblərini pozmuşdur. Şikayətin əsası kimi, həmçinin Mülki Məcəllənin 884, 909, 927-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassatorun vəkili şikayətin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı heç bir üz rlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymə tləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında iddianın təmin olunmuş hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüqu qla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması (maddə 1096). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərv uran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə et mək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (maddə 1108.1). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan a pellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kollegiya nəzərə alır ki, sığorta hüquq münasibətləri üzrə mülkiyyətçi olmayan faydalanan şəxsin sığortaçı tərəfindən təklif olunan məbləğlə razılaşaraq, həmin məbləği qəbul etməsi mülkiyyətçini onun əmlakına dəymiş tam zərərin ödənilməsini təqsirli şəxsdən tələb etmək hüququndan məhrum edən hal kimi qiymətləndirilə bilməz. Baxılan iş üzrə məhkəmələr tərəfindən faydalanan şəxsə ödənilmiş məbləğ dəymiş ziyanın ümumi məbləğindən çıxılmı şdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7908/2021 nömrəli iş üzrə 27 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. AZƏRBAYCAN RESPUBLİKASİ ALİ MƏHKƏMƏSİNİN MÜLKİ KOLLEGİYASİ AZ-1025, AZ-1025 Bakı şəhəri, Yusif Səfərov küç, 26, 1193-cü məhəllə Te l: (012) ***-**-** Faks: (012) 493-18-84, www.supremecourt.gov.az ================================================================ İş № 2 (102)-1423/2022 26 aprel 2022-ci il Abşeron rayonu, H.Z.Tağıyev küç, döngə 2, ev 1 X1 Bakı şəhəri, Yasamal ray, Z.Xəlilov küç, 523-cü məh, ev 2/11 Bakı şəhər 17 saylı Vəkil Bürosu Vəkil X6 Bakı şəhəri, Yasamal ray, B.Məmmədov küç, ev 45 X7 Bakı şəhəri, B.Səfəroğlu küçəsi, ev 120, mənzil 1 Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil X8 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2022-ci il tarixli, 2(102)-1423/2022 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti- vərəq.
Məhkəmə qərarları › İş №2(102)-1852/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1852/2022
11.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver