Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1853/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MTK-nın Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair və iddiaçı Cavabdehlər İddiaçı MTK-ya və X1 qarşı «mənzilin sənədləşdirilməsi üçün zəruri sənədlərin verilməsi» tələbinə dair iddiası üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliyinin icra edilməsi, sübutların obyektiv araşdırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2(103)11040/2021 saylı qət naməsindən İddiaçı MTK-nın nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı MTK ilə “payçı” adlandırılan Cavabdeh arasında kooperativ binada mənzil tikintisi haqqında 13.03.2007-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, İddiaçı MTK Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 3004-cü məhəllədə tikilməkdə olan binada 3 otaqlı, ümumi sahəsi 116 kv.m olan 38 №li (279) mənzili payçıya vermək, payçı isə həmin mənzili qəbul etmək və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəmək barədə öhdəlik götürmüşdür. Müqavilədə mənzilin ümumi dəyəri 69634 manat (80040) ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Mü qavilədə ilkin haqqın məbləği göstərilməmiş, lakin pulun ümümi qalıq dəyərinin 10%-i məbləğində hər ay ödənilməsi barədə şərt nəzərdə tutulmuşdur. Həmçinin müqavilənin 8-ci bəndinə görə ilk ödəmədən sonrakı haqların 30 gündən artıq gecikdirilməsi halında kooperativin müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ vardır və bu halda ödənilmiş pulun kooperativ tərəfindən yalnız həmin mənzil başqa şəxsə verildikdən sonra payçıya qaytarılır.
2. Müqavilədə nəzərdə tutulmuş mənzil inşa edildikdən sonra Cavabdeh tərəfindən təmir edilmişdir və sonuncu köçüb orada yaşayır. Mənzildə qazdan istifadəyə dair «Azəriqaz» İB ilə Cavabdeh arasında 15.01.2018-ci il tarixli AK-1/21419 saylı və 20.07.2020-ci il tarixli AKX-0231275/07-2020 saylı müqavilələr, sudan istifadəyə dair "xxxx" ASC ilə Cavabdeh arası nda 19.09.2012-ci il tarixli müqavilə bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 1 ünvanda yerləşən 116 kv.m sahəsi olan 3 otaqlı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı MTK iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanan 13 mart 2007-ci il tarixli müqavilə üzrə ödəməli olduğu pul ödənilmədiyi üçün İddiaçı MTK tərəfindən cavabdehə borcu olmadığına dair maliyyə arayışı verilməyib. Həmin müqavilənin 8-ci bəndinə əsasən payçı pay haqqını ödəmədikdə və ya gecikdirdikdə kooperativin haqqı var ki, müqaviləni birtərəfli qaydada ləğv etsin. Bunu nəzərə alaraq, Cavabdeh ilə müqavilə İddiaçı MTK tərəfindən ləğv edilib. Bu barədə ona dəfələrlə məlumat verilsə də, Cavabdeh həm müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən, həm də mənzili boşaltmaqdan imtina edir. Bununla əlaqədar, cavabdeh ünvan 2 ünvanda yerləşən 116 kv.m sahəsi olan 3 otaqlı mənzildən çıxarılmalıdır. Qanunvericiliyə əsasən, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının ödənilməməsi onun həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarını, yəni sahiblik, istifadə və sərəncam hüquqlarını yaratmır və həmin əmlaka sahiblik və istifadə etmək hüququnu da istisna edir.
5. İddiaçı Cavabdehlər İddiaçı MTK-ya və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh İddiaçı MTK arasında 13.03.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 80.000 ABŞ dolları dəyər i tam ödənilməklə ona məxsus olan ünvan 3 ünvanda inşa edilmiş çoxmənzilli binanın 11-ci mərtəbəsində, ümumi sahəsi 116 kv.m olan 3 otaqlı 38 nömrəli mənzilin Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə təqdim edilməsi məqsədi ilə həmin mənzilə dair 13 mart 2007-ci il tarixli müqavilənin, maliyyə arayışının, həmin mənzilin ona məxsus olmasına dair İddiaçı MTK-nın ümumi iclasının protokolundan çıxarışın, mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surətinin ona verilməsinin cavabdeh İddiaçı MTK-nın öhdəsinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı Cavabdeh iddia ərizəsini onunla əsaslandırmışdır ki, 13 mart 2007-ci il tarixdə onunla İddiaçı MTK arasında bağlanmış müqavilə əsasında ünvan 4 ünvanda yerləşən çoxmərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, 116 kv.m-dən ibarət olan 38 saylı mənzili almışlar. Müqaviləyə özü imza etmiş, qarşı tərəfdən isə İddiaçı MTKnın direktoru Akif Mustafayev imzalayıb, möhürləmişdir. Aldıqları mənzilin dəyərinin ilkin ödənişi olaraq 45.000 ABŞ dolları ödəmiş, qalan 35.000 ABŞ dolları vəsaiti hissə-hissə olaraq, aralarında olan şifahi razılaşmaya əsasən 7 ay ərzində, hər ay 5.000 ABŞ dolları olmaqla ödəmişlər. Həmin dövrdə Moskva şəhərində yaşadıqlarına görə sonrakı 7 ayın ödənişini onun xalası oğlu olan Akif Kərimovun vasitəsi ilə göndərmiş, Akif Kərimov İddiaçı MTK-nın mühasibi Firuz adlı şəxsə və ya direktor Akif Mustafayevin özünə ödənişi etmişdir. Mənzilin ödənişi tam qurtardıqdan sonra heç bir borc qalmadığına dair yeku n maliyyə arayışı verilmişdir. Onlar mənzilin dəyərini tam ödədikdən sonra MTK-nın nəzdində satışda olan qarajı da 10.000 ABŞ dollarna almışlar. 2007-ci ilin mart ayından 2008-ci ilədək onların İddiaçı MTK-dan aldıqları mənzilə görə heç bir borc ödənişləri qalmamışdır. 2009-cu ildə ilk öncə qayını Adilin evi, daha sonra isə onların evi təmir olunmuş, təmir 2010-cu ildə bitmişdir. Təmirdən sonra evdə özləri ailəliklə yaşamış, 2011ci ildən isə mənzili kirayəyə vermişlər. 2020-ci ildə mənzillərə çıxarışların verildiyini eşitmiş və sənədləri vermək istəyərkən sənədləri tapa bilməmişlər. Ehtimal edirlər ki, sənədlər təmir zamanı atılıb. Mənzilin müqaviləsini və maliyyə arayışlarını tapa bilmədikləri üçün 15 mart 2020-ci il tarixdə MTK-nın ofisinə müraciət etmiş, həyat yoldaşı Sakit MTK-nın dire ktoru Akif Mustafayevlə görüşmüş, sonuncu öz növbəsində işçilərə sənədlərin surətlərini vermək barədə göstəriş verəcəyini demişdir. Sənədlərin itməsindən əmin olandan sonra, MTK-nın direktoru Akif Mustafayev onlara demişdir ki, sənədlər yoxdursa onlar da sakin deyillər və burada evləri yoxdur. Halbuki, İddiaçı MTK ilə onun arasında bağlanmış 13.03.2007-ci il tarixli müqaviləyə əsasən mənzili şəxsən özü almış, mənzilin dəyərini tam ödəmiş, mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışları verilmişdir. Mənzildə təmir işlərini 2009-2010-cu illərdə aparmış və bitirmişdir. Hal-hazırda da orada yaşayır. İşıq, qaz, su, internet, kabel TV və sayğacları quraşdırmışdır və sayğac üzrə kommunal xidmət haqlarını ödəyir. MTK ilə bağlanmış 13 mart 2007-ci il tarixli müqavilənin 8-ci bəndinə əsasən ilk ödəmədən sonrakı haqların 30 gündən artıq gecikdirilməsi halında kooperativin ixtiyarı var ki, müqaviləni birtərəfli qaydada ləğv etsin. Müqavilənin bu bəndini nəzərə aldıqda, İddiaçı MTK çoxdan, hələ 2007-ci ildən bu müqaviləni birtərəfli qaydada ləğv etməli idi. Mənzilə dair sənədləri itirsə belə, bu sənədlərin kötüyü MTK-da mövcuddur. Onun mənzilini təmir etməsi və 13 il müddətində orada davamlı və etirazsız yaşaması bir daha təsdiq edir ki, onun MTK-ya borcu yoxdur. Çünki, MTK-nın rəhbəri hal-hazıradək ona qarşı mənzilin dəyərinin ödənilməsinə dair hər hansı tələb irəli sürməmiş və etiraz bildirməmişdir (o özü şirkətə müraciət edənədək). O, mənzilin dəyərini tam ödəməsə idi, ona mənzildə təmir işləri aparmağa icazə verilməzdi. İddiaçı MTK-nın rəhbərliyi heç bir hüquqi əsas olmadan ona məxsus olan mənzilin onun adına özəlləşdirilməsi üçün tələb olunan sənədləri təqdim etməkdən imtina etmiş, bununla da müqavilə öhdəliyini yerinə yetirməmiş və onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən, onun həmin mənzil üzərindəki hüquqları pozulmaqdan müdafiə edilməlidir.
7. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(006)1968/2021 saylı qərardadına əsasən hər iki iddia üzrə mülki işlər bir icraatda birləşdirilmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-678/2021 saylı, 20 avqust 2021ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) İddiaçı MTK-nın Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası əsassız olduğundan, həmçinin iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməklə rədd edilmiş, iddiaçı Cavabdehlər İddiaçı MTK- ya və X1 qarşı iddiası təmin edilərək, Cavabdeh ilə İddiaçı MTK arasında 13.03.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 80.000 ABŞ dolları dəyəri tam ödənilməklə Cavabdeh məxsus olan ünvan 5 ünvanda inşa edilmiş çoxmənzilli binanın 11ci mərtəbəsində, ümumi sahəsi 116 kv.m olan 3 otaqlı 38 nömrəli mənzilin Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə təqdim edilməsi məqsədi ilə həmin mənzilə dair 13 mart 2007-ci il tarixli müqavilənin, maliyyə arayışının, həmin mənzilin Cavabdeh məxsus olmasına dair İddiaçı MTK-nın ümumi iclasının protokolundan çıxarışın, mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surətinin Cavabdeh verilməsinin cavabdeh İddiaçı MTK-nın öhdəsinə qoyulması qət edilmişdir.
9. Məhkəmə g əldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin 25.10.2010-cu il tarixli qərarında göstərilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır.
10. Lakin məhkəmə baxışı zamanı İddiaçı MTK-nın Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda mübahisəli mənzilin ona yaşayış üçün təhvil verilməsinə və hazırki vaxta kimi (iddia qaldırılana qədər) orada daimi yaşamasına etiraz etməməsinin səbəblərini izah edə bilməmişdir.
11. Həmçinin məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 8ci bəndini nəzərə aldıqda, İddiaçı MTK çoxdan, hələ 2007-ci ildən bu müqaviləni birtərəfli qaydada ləğv etməli və mənzildə qanunsuz yaşayanlar olduğu təqdirdə isə onun boşaldılması barədə iddia tələbi ilə müraciət etmək hüququndan istifadə edə bilərdi. Lakin məhkəmə baxışı zamanı İddiaçı MTK tərəflər arasında 13 mart 2007-ci il tarixdə bağlanmış müqaviləni ləğv etdiyi halda 13 il ərzində MTK tərəfindən cavabdehə qarşı hər hansı iddia qaldırılmamasının səbəbini də izah edə bilməmişdir.
12. Məhkəmə İddiaçı MTK-nın iddia ərizəsində qeyd etdiyi kimi özünün ləğv etdiyi müqavilə üzrə cavabdehin öhd əlikləri yerinə yetirməmək adı ilə 13 ildən sonra inşa etdiyi binanın mənzilindən çıxarılmasını iddia etməsi ilə bağlı bu qənaətə gəlmişdir ki, iddia ərizəsinin məzmunundan aydın görünür ki, İddiaçı MTK Cavabdeh ilə mübahisəli mənzilə dair aralarında həqiqətən də 13 mart 2007-ci il tarixdə müqavilə bağlanmasını inkar etmir və bu müqavilənin özü tərəfindən müqavilənin 8-ci bəndinə əsasən ləğv edildiyini bildirir.
13. İşin bu halı Cavabdeh İddiaçı MTK-nın iddiasına etirazının əsası kimi istinad etdiyi halın, yəni həqiqətən də mübahisəli mənzilə dair aralarında müqavilə bağlanaraq hər nüsxəsinin tərəflərdə olması faktının təsdiqidir.
14. İddiaçı MTK-nın tələblərindən daha sonra görünür ki, müqavilənin MTK tərəfindən ləğv edilməsi barədə Cavabdeh dəfələrlə məlumat verilsə də, sonuncu həm müqav ilə üzrə öhdəliklərini yerinə yetirməkdən, həm də mənzili boşaltmaqdan imtina etmişdir.
15. Lakin məhkəmə baxışı zamanı İddiaçı MTK müqavilənin MTK tərəfindən ləğv edilməsi barədə Cavabdeh dəfələrlə məlumat verilməsinin, eləcə də, sonuncuya həm müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi, həm də mənzili boşaltmaq kimi tələblərini yazılı və ya şifahi formada bildirməsini təsdiq edən heç bir sübut növü (ləğv edilmiş müqavilənin MTK-da olan nüsxəsi, teleqram, məktub və s.) təqdim etməmişdir.
16. Tərəflərin izahatlarından və iş materiallarından (habelə məhkəməyə təqdim edilmiş mənzilin hazırki vəziyyətini əks etdirən fotoşəkillərdən) da görünür ki, mübahisəli mənzil təmir edilmiş vəziyyətdə yaşayış üçün tam yararlı olmaqla Cavabdeh uzun müddətdir ki, istifadəsindədir (bir müddət özü, daha s onra isə kirayənişinlər yaşamaqla). Həmin mənzil su, qaz, işıq və rabitə (telefon, internet) xətləri ilə təchiz edilmiş, onların istifadəsi və istismarı ilə bağlı onunla müvafiq müqavilələr bağlanmışdır.
17. Məhkəmə qeyd edir ki, mübahisəli mənzilin dəyərinin kifayət qədər yüksək məbləğ olduğu, eləcə də, İddiaçı MTK-nın rəhbərliyi ilə cavabdeh arasında ciddi qohumluq, dostluq əlaqələri mövcud olmadığı halda mənzilin müqavilədə göstərilən məbləğinin MTK tərəfindən cavabdehdən uzun müddət tələb edilməməsi üçün hər hansı məntiqi və ağlabatan səbəb və ya səbəblər müəyyən edilməmişdir.
18. Məhkəmənin qənaətinə görə mübahisəli mənzillə bağlanmış müqavilə ləğv edildiyi halda cavabdehin həmin mənzildə yuxarıda göstərildiyi kimi təmir edilməsinə və hazırki vaxta kimi daimi yaşamasından MTK rəhbər liyinin məlumatsız olması da inandırıcı deyildir. İşin bu halı Cavabdeh MTK tərəfindən yaşadığı müddət ərzində ondan aybaay kommunal xərclərlə bağlı ödənişlərin alınmasına dair izahatları ilə təsdiq edilir.
19. Belə olan halda məhkəmə İddiaçı MTK-nın cavabdehin 2007-ci ildə üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi əsası ilə hazırda mübahisəli mənzildən çıxarılmasına dair iddia tələblərini əsaslı saymır və hesab edir ki, bu tələblər əsaslı olmuş olsa idi belə (halbuki buna dair heç bir mötəbər subutlar işdə yoxdur) İddiaçı MTK tərəfindən mülki qanunvericilikdə nəzərdə tutulmuş 10 illik ümumi iddia müddəti üzürsüz səbəbdən ötürülmüşdür. Belə ki, 2000-ci ilin sentyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası MM-nin 373.1-ci maddəsinə əsasən ümumi müddəti 10 il təşkil edir. Cavabdeh tə rəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etməsini də nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı MTK-nın iddiası rədd edilməlidir.
20. Məhkəmə İddiaçı MTK-nın iddia müddətinin hazırki mübahisəyə tətbiq edilməməsinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə istinad etməsini əsassız sayır və bu qənaətini onunla əsaslandırır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384-cü maddəsi ilə iddia müddətinin şamil edilmədiyi tələblərin dairəsi müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə iddia müddəti şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə, əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələblərə, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi h aqqında tələblərə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərinə və bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda digər tələblərə şamil edilmir.
21. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir.
22. MM-in 384.0.4-cü maddəsi mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntular ının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin şamil edilmədiyini təsbit etmişdir.
23. Qeyd edilən normaya əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrum etmə ilə birləşdirilmiş olmasa belə, iddia müddətinin şamil edilmədiyi tələbdir. Normanın da məzmunundan aydın olur ki, iddia müddətinin şamil olunmayan halı mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərlə bağlıdır.
24. Hazırki işdə isə İddiaçı MTK özünü mübahisəli mənzilin mülkiyyətçisi (sahibi) kimi qələmə versə də, işin faktiki və araşdırılmış halları ilə tam təsdiq edilmi şdir ki, mübahisəli mənzil 2007-ci ildən Cavabdeh sahibliyindədir. Belə olan halda isə İddiaçı MTK-nın iddia müddətinin keçməsinin tətbiq edilməsinə dair ərizənin təmin olunmamasına dair dəlilləri əsassızdır.
25. Məhkəmə İddiaçı MTK-nın iddiasının göstərilən əsaslara görə rədd edilməsi nəticəsinə gələrkən həmçinin iddiaçı Cavabdehlər İddiaçı MTK-ya və X1 qarşı iddia tələblərinin əsası kimi istinad edilən halların da hazırki birləşdirilmiş iş üzrə məhkəmə baxışı zamanı öz təsdiqini tapmasını mütləq şəkildə nəzərə alır.
26. Belə ki, iş üzrə araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, 13 ildir ki, Cavabdeh mübahisəli mənzildə yaşamasına heç bir formada etiraz etməyən İddiaçı MTK və onun rəhbəri X2 ilə hazırki mübahisə sözügedən mənzilin özəlləşdirilməsi ilə bağlı MTK-ya müraciət edilm əsi və bununla əlaqədar da zəruri sənədlərin (müqavilənin və maliyyə arayışının əsilləri) itməsinin aşkara çıxması ilə yaranmışdır. Başqa sözlə, məhkəmənin qənaətinə görə hadisələrin gedişatı onu deməyə tam əsas verir ki, Cavabdeh yaşadığı mənzilin özəlləşdirilməsi ilə bağlı müraciət etmədiyi təqdirdə MTK ilə hazırki mübahisəsi yaranmazdı.
27. İş materiallarından görünür ki, Cavabdeh həyat yoldaşı X4 2020-ci ilin iyul ayında Bakı şəhər BPİ-yə müraciət edərək, müqavilə və arayışın itdiyini bildirmişdir. Bakı şəhər BPİ-nin 21 iyul 2020-ci il tarixli məktubundan görünür ki, BPİ Sakit Məmmədovun müraciətinə cavab olaraq qeyd olunan müqavilə və maliyyə arayışının tapılması barədə Tapıntılar bürosuna məlumat daxil olmadığını bildirmişdir. MTK isə məhkəməyə 15 sentyabr 2020-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir.
28. Məhkəmə MTK-nın yuxarıda qeyd edildiyi kimi məhz özəlləşdirmə ilə əlaqədar tələb edilən sənədlərin itməsinin aşkara çıxmasından sonra Cavabdeh qarşı iddia ilə müraciət etməsini hüquqdan sui-istifadə kimi qiymətləndirir.
29. İddiaçı MTK-nın və onun rəhbərinin hüquqdan sui-istifadəyə yol verməsi həm Cavabdeh iddia tələblərinin əsası kimi istinad etdiyi halların və təqdim etdiyi sübutların mötəbərliyi, həm də şahid ifadələrinin məzmunu ilə təsdiq edilir.
30. Belə ki, məhkəmə iclasında verilən şahid ifadələrindən birmənalı şəkildə görünür ki, mənzilin müqavilə üzrə dəyəri payçı tərəfindən MTK-ya tam şəkildə ödənilmişdir.
31. Məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli mənzili təmir etməsi faktı, onun orada 13 il müddət sahibliyi və yaşaması, özünün MTK-ya (202 0-ci il) müraciətinədək, cavabdehin ona mənzillə bağlı hər hansı bir tələb irəli sürülməməsi və mənzilə dair etiraz bildirməməsi bir daha bu qənaətə gəlməyə əsas verir ki, o, həmin mənzilin müqavilədə qeyd edilmiş 80.000 ABŞ dolları dəyərini tam ödəmiş və heç bir borcu qalmamışdır. İddiaçı MTK-nın rəhbərliyi heç bir hüquqi əsas olmadan ona məxsus olan mənzilin onun adına özəlləşdirilməsi üçün tələb olunan sənədləri təqdim etməkdən imtina etməklə isə müqavilə öhdəliyini yerinə yetirməmiş və onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Halbuki, Cavabdeh mənzillə bağlı itirdiyi sənədlərin digər nüsxələrinin sözügedən cavabdeh MTK– da olmalı olmasına dair iddiaçının dəlillərini məhkəmə inandırıcı sayır və bu səbəbdən də onun həmin mənzil üzərindəki hüquqlarının pozulmaqdan müdafiə edilməli ol unmaqla iddiasının tam həcmdə təmin edilməsi nəticəsinə gəlir.
32. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 152.2, 152.5, 157.8, 178.1, 178.2, 384.0.4, 560.1, 560.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
33. Qeyd olunan qətnamədən narazı qalan "xxxx" MTK-nın nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi, ikinci iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
34. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əri X4 ilə "xxxx" MTK-nın sədri Akif Mustafayev arasında yaxın münasibətlər olduğu üçün, Moskvada təhsil alan oğluna zəng çatmayanda onu tapmağa yardımçı olduğu üçün Sakit Məmmədova mənzilin pulunu ödəməsə də, həmin mənzil i təmir etməyə icazə verib. Sakit Məmmədova və Cavabdeh onunla "xxxx" MTK arasında müqaviləyə xitam verildiyi barədə dəfələrlə məlumat verilib. Bu müddətdə "xxxx" MTK-nın məhkəməyə müraciət etməsi mümkünsüz olub. Sakit Məmmədov hər dəfə pulu ödəyəcəyinə dair Akif Mustafayevə yalançı vədlər verdiyi üçün uzun müddət məhkəməyə müraciət olunmayıb. Cavabdeh pulu ödəmədiyi halda, sözügedən mənzildə yaşaması faktını “Günəşli'' MTK-nın izah edə bilmədiyi nəticəsinə gəlmək üçün əsas yoxdur. Birinci instansiya məhkəməsi bunu onunla əsaslandırır ki, mübahisəli mənzil 2007-ci ildən faktiki Cavabdeh sahibliyində olduğu üçün "xxxx" MTK həmin mənzilin mülkiyyətçisi və ya sahibi ola bilməz. Birinci instansiya məhkəməsi faktlara deyil, mülahizələrə əsasən belə qənaətə gəlir ki, Cavabdeh mənzilə sahiblik hü ququnu verən maliyyə arayışı "xxxx" MTK tərəfindən ona verilib. İşin bu halı məhkəmə prosesinin gedişində sübut olunmayıb. Bu halda, Cavabdeh mübahisəli mənzildə yaşaması, digər sözlə həmin mənzilə sahiblik hüququ olmayıb. Qanunsuz zəbt edilən mənzildən çıxarılma ilə əlaqədar "xxxx" MTK-nın iddia tələbinə iddia müddəti tətbiq oluna bilməz. Həm də nəzərə alınmalıdır ki, Cavabdeh ilə bağlanan müqaviləyə 2015-ci ilin yanvar ayında xitam verilib. Birinci instansiya məhkəməsi Cavabdeh iddia tələbi ilə əlaqədar iddia müddəti tətbiq etməli olduğu halda iddia müddəti tətbiq etməyib. Cavabdeh mənzilə dair ödəniş etməsi barədə məhkəməyə qəbz, yaxud digər yazılı sübut təqdim edə bilməyib. Əgər sübut yoxdursa, bu halda onun mötəbərliliyindən danışmaq mənasızdır. Şahid ifadələrinə gəldikdə isə onlar kifayət qədər ziddiyyətlidir. Cavabdehin məhkəməyə şahid kimi dəvət etdiyi Cavabdeh xalası oğlu X5 oglu məhkəməyə verdiyi izahatda pulların "xxxx" MTK onun vasitəsi ilə ödənildiyini bildirmişdir. "xxxx" MTK-ya indiyə qədər nə qədər pul ödənildiyi sorğusuna cavab verən Akif Kərimov şəxsən 80.000 ABŞ dolları pulun onun tərəfindən "xxxx" MTK-ya ödənildiyini bildirib. Halbuki cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsində ilkin ödəniş kimi 45.000 ABŞ dolları pulun onun özü tərəfindən, daha sonra isə 7 ay ərzində hər ay 5000 dollar pul vəsaitini ödədiklərini qeyd edib. Məhkəmə şahidlə cavabdehin söylədikləri arasında bu ziddiyyətə qiymət vermək əvəzinə onun izahatını iddia ərizəsində qeyd olunan hallara uyğunlaşdırıb. Həmçinin cavabdeh iddia ərizəsində 2007-ci ilin mart ayında 45 000 ABŞ dolla rı, daha sonra 7 ay ərzində hər ay 5000 ABŞ dollarını ödədiklərini bildirsə də, şahid Cavabdeh xalası oğlu Akif Kərimov məhkəməyə verdiyi izahatında "xxxx" MTK - ya sonuncu ödənişi 2008-ci ilin yanvar ayında ödədiyini bildirmişdir. Yəni iddia ərizəsində mənzilə görə pulun 2007 - ci ilin oktyabr ayına qədər bağlandığı qeyd edilsə də, şahid axırıncı dəfə pulu 2008-ci ilin yanvar ayında ödədiyini bildirmiş və bununla da bir daha məhkəməyə yalan məlumatların verilməsi öz təsdiqini tapmışdır. X3 verdiyi izahatda Akif Kərimovdan pul almadığını bildirib. İddia ərizəsində isə onun Akif Kərimovdan pul aldığı qeyd olunur. Lakin birinci instansiya məhkəməsi bu ziddiyyətlərə heç bir qiymət verməyib. Akif Mustafayev məhkəməyə verdiyi izahatda heç vaxt heç bir müştəridən, o cümlədən Cavabdeh ödəniş qəbu l etmədiyini, ödənişlərin bütün müştərilərdən yalnız X3 tərəfindən qəbul edildiyini və bu ödənişlər barəsində müvafiq jurnalda onun tərəfindən qeydiyyat aparıldığını, lakin həmin jurnalda Cavabdeh tərəfindən ödəniş edildiyinə dair qeyd olmadığını bildirsə də, izahatın bu hissəsi qətnamədə öz əksini tapmayıb.
35. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2(103)-11040/2021 saylı qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunan işin hallarına görə 13.03.2007-ci il tarixli İddiaçı MTK-nın üzvlərinin binada m ənzil tikintisi haqqında müqaviləsinin kserosurətindən göründüyü kimi bir tərəfdən MTK-nin sədri X2, digər tərəfdən Bakı şəhəri, M.Əlizadə küçəsi, ev 20, mənzil 38-də yaşayan, «Payçı» adlandırılan Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 3004-cü məhəllədə yerləşən İddiaçı MTKnın tikilməkdə olan binasında 279 №li (38) mənzili payçıya verməyə, payçının isə həmin mənzili qəbul etməyə və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyə öhdəsinə götürür. Mənzil 3 otaqdan ibarətdir, ümumi sahəsi 116 kv.m- dir. Mənzilin ümumi dəyəri 69634 manat (80040) ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Mənzilin 3-cü bəndində göstərilmiş ümumi qiyməti baş müqaviləyə uyğun olaraq tikinti işləri başa çatdırılanadək dəyişməz qalır. Müqavilə bağlandığı gündən 5 gün ərzində payçı tərəfindən mənzilin ümumi qiymətinin ilk haqq ödənilməsi məbləği müqavilədə göstərilməmişdir. Müqaviləyə əsasən payçı öhdəsinə götürür ki, pulun qalan hissəsini Kooperativə, ümümi qalıq dəyərini 10%-i məbləğində hər ayın (01.11.2007-ci il) arasında ödəyəcəkdir.
37. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili-nümayəndəsi tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq edilmiş arayışdan görünür ki, İddiaçı MTK-nın payçısı Cavabdeh həqiqətən 11.01.2008-ci il tarixdə kooperativə gələcəkdə hazır olunacaq binanın 38 saylı mənzilinin dəyərini İddiaçı MTK-nın kassasına tam ödəmişdir. Həmin arayış İddiaçı MTK-nın sədri A.N.Mustafayev tərəfindən imzalanmış və möhürlənmişdir.
38. İlkin iddia tələbinin əsasını cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icra edilməməsi təşkil etmişdir. Belə ki, iddiaçı iddia edir ki, cavabdeh ödənişlər etmədiyindən onun MTK-ya borcunun olmaması barədə maliyyə arayışı verilməmişdir. Lakin işin apellyasiya instansiyası məhkəməsində araşdırılması zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh tərəfindən öhdəliklərin tam icra edilməsinə dair maliyyə arayışının notariat qaydada təsdiq edilmiş surəti təqdim edilmişdir. Həmin arayışdan görünür ki, İddiaçı MTK-nın payçısı Cavabdeh, həqiqətən, 11 yanvar 2008-ci il tarixdə kooperativə gələcəkdə hazır olacaq binanın 38 saylı mənzilinin dəyərini İddiaçı MTK-nın kassasına tam ödəmişdir. Həmin arayış İddiaçı MTK-nın sədri A.N.Mustafayev tərəfindən tərtib edilmiş, imzalanmış və möhürlənmişdir.
39. Qeyd olunan arayışın mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil İddiaçı MTK tərəfindən məhk əməyə təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 40. 14. Günəşli” MTK-nın nümayəndəsi kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. 41. Günəşli” MTK-nın kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyə əsasən, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının ödənilməməsi onun həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarını, yəni sahiblik, istifadə və sərəncam hüquqlarını yaratmır və həmin əmlaka sahiblik və istifadə etmək hüququnu da istisna edir. Cavabdeh əri X4 ilə "xxxx" MTK-nın sədri Akif Mustafayev arasında yaxın münasibətlər olduğu üçün, Moskvada təhsil alan oğluna zəng çatmayanda onu tapmağa yardımçı olduğu üçün Sakit Məmmədova mənzilin pulunu ödəməsə də, həmin mənzili təmir etməyə icazə verib. Sakit Məmmədova və Cavabdeh onunla "xxxx" MTK arasında müqaviləyə xitam verildiyi barədə dəfələrlə məlumat verilib. Bu müddətdə "xxxx" MTK-nın məhkəməyə müraciət etməsi mümkünsüz olub. Sakit Məmmədov hər dəfə pulu ödəyəcəyinə dair Akif Mustafayevə yalançı vədlər verdiyi üçün uzun müddət məhkəməyə müraciət olunmayıb. Cavabdeh pulu ödəmədiyi halda, sözügedən mənzildə yaşaması faktını “Günəşli'' MTK-nın izah edə bilmədiyi nəticəsinə gəlmək üçün əsas yoxdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili-nümayəndəsi tərəfindən təqdim edilmiş notarial təsdiq edilmiş arayışın əsli deyil, surəti verilmişdir. Sənədlərin hərhansı formada çıxarılmış surətləri onun etibarlılığına dəlalət etmir. Bu baxımdan təqdim edilmiş sənəd mütləq şəkildə əsli təqdim edilməli və həqiqiliyi subüt olunmalıdır. Məhkəmə kollegiyası isə təqdim edilmiş sənədin surəti ilə kifayətlənmiş və bu sənədlərin həqiqiliyini şübhə altına almamışdır, halbuki məhkəmə sübut qismində təqdim olunmuş sənədlərin həqiqiliyinə diqqət yetirməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər
43. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
44. Tə rəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq
45. Azərbaycan Respublikasının Konstitusiyası Madd13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 60.Hüquq və azadlıqların inzibati və məhkəmə təminatıhttp://eqanun.az/framework/897 İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
46. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə
157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəy yən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etmə lidir.
47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxar kən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
48. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətn amə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
49. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
50. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini ehtiva etdiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Ali Məhkəmənin Mülki Kollegiyası hesab edir ki, aşağıdakılara əsasən iddiaçının kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün ape llyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
53. Belə ki, işin hallarından göründüyü kimi İddiaçı MTK ilə Cavabdeh arasında kooperativ binada mənzil tikintisi haqqında 13.03.2007-ci il tarixli müqavilə bağlanmış, MTK Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 3004-cü məhəllədə tikilməkdə olan binada 3 otaqlı, ümumi sahəsi 116 kv.m olan 38 №li (279) mənzili payçıya vermək, payçı isə həmin mənzili qəbul etmək və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəmək barədə öhdəlik götürmüşdür. Müqavilədə mənzilin ümumi dəyəri 69634 manat (80040) ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Müqavilədə nəzərdə tutulmuş mənzil inşa edilərək Cavabdeh təhvil verilmiş, mənzil onun tərəfindən təmir edilmiş və sonuncu köçüb orada yaşayır.
54. İddiaçı MTK tərəfindən Cavabdeh qarşı mə nzildən çıxarılma tələbi irəli sürmüş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, pay haqqını ödəməmişdir. Cavabdeh tərəfindən isə İddiaçı MTK-ya və X1 qarşı mənzilin sənədləşdirilməsi üçün zəruri sənədlərin verilməsi barədə tələb irəli sürülmüşdür. Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, mənzilə dair bağlanmış müqavilə, maliyyə arayışı və ödəmə qəbzlərini itirmişdir.
55. İşin hallarından göründüyü kimi baxılması üçün iki iddia irəli sürülmüşdür və bu iddialar qarşılıqlı əlaqəsinə görə bir-birinə ziddir. Yəni İddiaçı MTK-nın iddiası, Cavabdeh iddiası təmin edilmədiyi halda təmin oluna bilər.
56. İşə baxmış birinci instansiya məhkəməsi Cavabdeh iddiası ilə bağlı qeyd etmişdir ki, məhkəmə İddiaçı MTK-nın iddiasının göstərilən əsaslara gö rə rədd edilməsi nəticəsinə gələrkən həmçinin iddiaçı Cavabdehlər İddiaçı MTK-ya və X1 qarşı iddia tələblərinin əsası kimi istinad edilən halların da hazırki birləşdirilmiş iş üzrə məhkəmə baxışı zamanı öz təsdiqini tapmasını mütləq şəkildə nəzərə alır.... Məhkəmə iclasında verilən şahid ifadələrindən birmənalı şəkildə görünür ki, mənzilin müqavilə üzrə dəyəri payçı tərəfindən MTK-ya tam şəkildə ödənilmişdir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin gəldiyi bu nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır. MPM-nin 88-ci maddəsi məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsini tələb edir.
58. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilmə si təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
59. Sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.
60. Sübutların qiymətləndirilməsi zamanı ilk addımlardan biri də sübutun özünün mümkünlüyünün araşdırılmasıdır. Sübutların mümkünlüyündən bəhs edən MPM-nin 81-ci maddəsində deyilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
61. Bu baxımdan nəzərə alınmalıdır ki, mənzillərin pay dəyərinin ödənilməsini təsdiq edən, mötəbər sübut qismində qəbul ediləcək xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədinin, ciddi hesabat blankının mövcud ol madığı, yaxud təcrübədə istifadə olunan maliyyə arayışları təqdim olunmadığı halda şahid ifadələrinə istinadla mənzilin dəyərinin ödənilməsi barədə nəticəyə gələrkən, məhkəmə istinad etdiyi sübutların mümkünlüyünü xüsusi olaraq əsaslandırmalıdır.
62. İddiaçı MTK-nın nümayəndəsinin apelyasiya şikayətində irəli sürdüyü dəlillərdən biri məhz birinci instansiya məhkəməsinin sübut kimi istinad etdiyi şahid ifadələrinin ziddiyyətli olması, məhkəmə tərəfindən bu ziddiyyətlərə qiymət verilməməsi, məhkəmənin ziddiyyətə qiymət vermək əvəzinə ifadələri iddia ərizəsində qeyd olunan hallara uyğunlaşdırması barədə idi. Lakin apelyasiya instansiyası məhkəməsi həmin dəlili araşdırmamışdır.
63. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh vəkili tərəfindən 30 noyabr 2021ci il tarixdə keçirilən məhkəmə iclas ında təqdim edilmiş, notarial qaydada təsdiq olunmuş maliyyə arayışına sübut kimi istinad etmişdir. Həmin arayış İddiaçı MTK-nın payçısı Cavabdeh tərəfindən 11.01.2008-ci il tarixdə kooperativə gələcəkdə hazır olunacaq binanın 38 saylı mənzilinin dəyərini İddiaçı MTK-nın kassasına tam ödəməsi barədə verilmişdir və İddiaçı MTK-nın sədri A.N.Mustafayev tərəfindən imzalanaraq möhürlənmişdir. 64. 30 noyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasının protokolundan görünür ki, sözügedən maliyyə arayışı tərəflərin izahatları dinlənildikdən sonra təqdim olunmuş, sədrlik edən arayışla MTK-nın vəkilini tanış etmişdir. MTK-nın vəkili maliyyə arayışının həqiqiliyini dəqiqləşdirmək üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə kollegiyası vəsatəti təmin etməmişdir.
65. Məhkəmə kollegiyası vəsatətin rədd edilməsini prosessual baxımdan əsassız sayır. Çünki, əvvəla məhkəmə vəsatəti nəyə görə rədd etməsini əsaslandırmamışdır.
66. MPM-nin 47.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, sübutların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək kimi prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər.
67. MPM-nin 377-ci maddəsi işdə iştirak edən şəxslərin işə apellyasiya instansiyası məhkəməsində baxılması ilə bağlı olan bütün məsələlər barəsində müraciətləri və vəsatətləri, işdə iştirak edən digər şəxslərin fikri dinlənildikdən s onra məhkəmə tərəfindən həll edilməsini tələb edir.
68. Məhkəmə mürəkkəb olmayan məsələləri məhkəmə iclasında həll etdikdə, müşavirə otağına getməyib, yerində müşavirə edərək, ayrıca akt şəklində tərtib olunmadan qərardad çıxara bilər. Qərardad şifahi elan olunur və məhkəmənin iclas protokoluna yazılır. Qərardadda onun hansı məsələ üzrə çıxarıldığı, məhkəmənin gəldiyi nəticələrin səbəbləri və baxılan məsələ üzrə nəticə göstərilir. İş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır (MPM-nin 263.1. 263.4 və 263.5-ci maddələri).
69. Məhkəmə kollegiyası qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflə rin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir(Hiro Balani İspaniyaya qarşı iş üzrə9 dekabr 1994-cü il,Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə21 yanvar 2007ci il tarixli Qərarları).
70. Məhkəmə qərarlarının əsaslandırılması barədə tələb məhkəmə qərardadlarına da aiddir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddənin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). Əsaslandırılmış qərar tərəfl ərə işlərinə həqiqətən baxıldığını göstərir.
71. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36).
72. Göründüyü kimi Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində yer alan “işin ədalətli araşdırılması” anlayışı hakimlərdən tələb edir ki, qərarlarını əsaslandırsınlar. Qərarların əsaslandırılmasının funksiyalarından biri tərəflərə onların fikirlərinin dinlənildiyini nümayiş etdirməkdir. Bundan əlavə, əsaslandırılmış qərar iş üzrə tərəfin həmin qərardan şikayət etməsinə və şikayətə apellyasiya orqanı tərəfindən baxılmasına imkan verir. Yalnız əsaslandırılmış qərarın çıxarıl ması ədalət mühakiməsinin həyata keçirilməsi üzərində ictimai nəzarətə imkan yaradır. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının nümayəndəsinin vəsatətinin rədd olunmasını əsaslandırmamışdır.
73. Bundan başqa, cavabdehin təqdim etdiyi sübut (maliyyə arayışının surəti) birinci instansiya məhkəməsində təqdim olunmamışdı və əks tərəf apelyasiya instansiyası məhkəməsində təqdim olunan həmin sübutla bağlı dəlillərini təqdim etmək hüququna malik idi və bunun üçün ağlabatan müddətə ehtiyac vardı. Bu halda məhkəmə iclasının təxirə salınması barədə vəsatət təmin edilməli və ağlabatan müddətə məhkəmə iclası təxirə salınmalı idi. Buna görə də apelyasiya instansiyası məhkəməsinin «Qeyd olunan arayışın mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil İddiaçı MTK tərəfindən məhkəməy ə təqdim edilməmişdir» qənaəti əsassızdır.
74. Həmçinin iddiaçının nümayəndəsi təqdim olunmuş maliyyə arayışının sürətinin həqiqiliyinin dəqiqləşdirilməsi barədə məsələ qaldırmışdı və bu vəsatət, sübutun mötəbərliyinin mübahisələndirilməsinə bərabər idi. MPM-nin 204.2-ci maddəsi sübutun saxtalığını yoxlamaq üçün məhkəmənin ekspertiza təyin etmək, habelə tərəflərə başqa sübutlar təqdim etmək hüququ verir.
75. Nəzərə alınmalıdır ki, MPM-nin 89.4-cü maddəsinə əsasən, sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir.
76. Apellyasiya instansiyası məhkəməsi, məhkəmə baxışı zamanı İddiaçı MTK-nın Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməd iyi halda mübahisəli mənzilin ona yaşayış üçün təhvil verilməsinə və hazırki vaxta kimi (iddia qaldırılana qədər) orada daimi yaşamasına etiraz etməməsinin səbəblərini izah edə bilmədiyini, İddiaçı MTK tərəflər arasında 13 mart 2007-ci il tarixdə bağlanmış müqaviləni ləğv etdiyi halda 13 il ərzində MTK tərəfindən cavabdehə qarşı hər hansı iddia qaldırılmamasının səbəbini də izah edə bilmədiyini qeyd etmişdir.
77. İddiaçı MTK apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bu dəlilləri ilə bağlı qeyd etmişdir ki, Cavabdeh əri X4 ilə "xxxx" MTK - nın sədri Akif Mustafayev arasında yaxın münasibətlər olduğu üçün, Moskvada təhsil alan oğluna zəng çatmayanda onu tapmağa yardımçı olduğu üçün Sakit Məmmədova mənzilin pulunu ödəməsə də, həmin mənzili təmir etməyə icazə verib.
78. Apellyasi ya instansiyası məhkəməsi bu dəlilə qiymət verməmişdir.
79. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ilkin iddiaya iddia müddətinin tətbiqi ilə bağlı məhkəmənin mövqeyi də ziddiyyətlidir.
80. Belə ki, Mülki Məcəllənin 178.8-ci maddəsinin 15 dekabr 2017-ci il tarixli 918VDQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilənədək redaksiyasına görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
81. Bu normadan göründüyü kimi əmlak yalnız pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ kooperativdən payçıya keçmiş olur. Məntiqi nəticə ondan ibarətdir ki, pay haqqı ödənilənədək əmlakn mülkiyyətçisi ko operativ sayılır. Məhkəmə iddia müddəti tətbiq edərkən bu hala qiymət verməmişdir.
82. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayın maqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.
83. Ədalətli məhkəmə araşdırması prinsipi, məhkəmə üçün öz qərarına aid olubolmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı 19 aprel 1993-cü il tarixli qərarı).
84. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, e ləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
85. Məhkəmə kollegiyası işə yenidən baxan məhkəmənin diqqətinə çatdırır ki, MPMnin 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
86. Baxılan işdə cavabdeh tərəfindən birinci instansiya məhkəməsində təqdim olunmamış maliyyə arayışının apellyasiya instansiyası məhkəməsinə təqdim olunması mümkündür. Çünki baxılan işin halı ondan ibarətdir ki, Cavabdeh məhz bu maliyyə arayışının və mənzilə dair digər sənədlərin itm əsi səbəbindən iddia vermişdir və maliyyə arayışını sonradan, apelyasiya instansiyası məhkəməsində işə baxılanda tapmışdır.
87. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı MTK-nın kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2(103)11040/2021 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.