Məhkəmə qərarları › İş №2(102)-1853/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1853/2024

01.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1853/2024 01.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh 2 saylı X3rşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Təhsil İdarəsi) iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu, Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-887/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 2 s aylı X6 xx.xx.2022-ci il tarixli əmrindən çıxarışın surətinə əsasən, İddiaçı (bundan sonra - iddiaçı) çalışma müddəti yaş həddinə çatması ilə əlaqədar olaraq 2022/2023-cü tədris ilinin sonunadək uzadılmışdır. 2. xx.xx.2023-cü il tarixli 8 saylı əmrdən çıxarışın surətindən görünür ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə son yaş həddinə çatmağı əsası ilə məzuniyyətinin son günü olan xx.xx.2023-cü il tarixindən xitam verilmişdir.

3. Bakı şəhər üzrə Təhsil İdarəsinin 20 iyul 2023-cü il tarixli əmrinin surətindən görünür ki, 2 saylı X6 direktoru 22 avqust 2023-cü il tarixinə kimi məzuniyyətə buraxılmış və müəssisəinin direktor vəzifəsinin həvalə olunduğu şəxs X2 olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh 2 saylı X4rşı “işə bərpa və s.” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli əmr və xx.xx.2023-cü il tarixli əmrin etibarsız hesab edilməsi, tarix müəllimi vəzifəsinə bərpa olunaraq xx.xx.2023-cü il tarixdən işləmədiyi müddətdə orta aylıq əmək haqqı miqdarında ziyanın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixindən Bakı şəhəri 2 saylı X6 müvəqqəti direktor əvəzi Aybəniz Cavadova tərəfindən iddiaçı barəsində xəbərdarlıq edilmədən əmr verilərək xx.xx.2023-cü il tarixi müddətində əmək fəaliyyətini məhdudlaşdırılmışdır. xx.xx.2023-cü il tarixində 2 saylı TH Liseyin təşkilatçısı Kəmalə Abbasova direktor vəzifəsini müvəqqəti icra edən adından xəbərdarlıq edilmədən əmək müqavilə sinə xitam verilməsi haqqında əmr imzalamışdır. Bu xəbəri aldıqdan sonra xx.xx.2023-cü il tarixində 2 saylı TH Liseyin direktoru Turanə Məcidliyə ərizə ilə müraciət etdikdən sonra xx.xx.2023-cü il tarixli əmrin surəti iddiaçıya təqdim edilmişdir. Bununla əlaqədar olaraq bildirmək istəyir ki, həyat yoldaşı 2009-cu ildə vəfat etdikdən sonra 2 azyaşlı uşaqları tək böyütmüşdür. Biri 10-cu sinifdə, digəri isə ali məktəbə imtahan vermişdir. Başlıca məqsədi onların təhsillərini başa vurmalarını nəticələndirməkdir. Bu səbəbdən əmək fəaliyyətini davam etmək hüququndan istifadə etmək istəyir. 1993-1994cü illər arasında Azərbaycan torpaqlarının bütövlüyü uğrunda Qarabağın Murov dağ istiqamətində Kəlbəcərdə ağır döyüşlərdə iştirak etmişdir. İddiaçı haqqında xx.xx.2022-ci il tarixli əmr verilərkən razı laşma olmayıb, ərizəsi yazılmayıb, xəbərdarlıq edilmədən, heç bir müddət göstərilmədən əmək müqaviləsi imzalanmayıb. AR Əmək Məcəlləsinin 81.2-ci maddəsinə əsasən məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. Ümumiyyətlə, xx.xx.2022-ci il tarixli əmr Əmək Məcəllənin tələbləri pozularaq qanunsuz olaraq yazılmışdır. Əmək Məcəllənin 77-ci maddəsinin tələblərinə əməl edilməyərək xəbərdarlıq edilmədən xx.xx.2023-cü il tarixli əmr qanunsuz olaraq yazılmışdır. Sözügedən əmr işəgötürənlə işçi arasında fərdi qaydada yazılmalı olduğu halda qanunsuz olaraq siyahı əsasında bir neçə müəllimin adları göstərilərək qanunsuzluqların üstünü örtmək məqsədilə yazılmışdır. Əmək Məcəllə sinin 84.1 maddəsinə əsasən, xx.xx.2023-cü il tarixli əmr yazılarkən hüquqi ünvan göstərilməyib, işəgötürənin vəzifəsinin adı və atasının adı göstərilməyib, əmək müqaviləsi üzrə işçinin vəzifəsi, peşəsinin adı qeyd edilməyib, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməyib, əmr 2 saylı TH Liseyin direktoru Turanə Məcidli tərəfindən imzalanmalı olduğu halda liseyin təşkilatçısı Kəmalə Abbasova tərəfindən imzalanmışdır.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, 2(009)-2028/2023 saylı qətnaməsi ilə (hakim İ. Rüstəmli) iddia təmin edilməmişdir.

7. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının xx.xx.2022-ci il tarixdə onun çalışma müddəti yaş həddinə çatması ilə əlaqəda r olaraq tədris ilinin sonuna kimi uzadılmışdır. xx.xx.2023-cü il tarixli 82 saylı əmr ilə isə onunla bağlanmış əmək müqaviləsinə son yaş həddinə çatmağı əsası ilə xitam verilmişdir.

8. Birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2023-cü il tarixli işdən azad olunma ilə bağlı əmrlə əlaqədar işdən azad olunmamışdan qabaq ona xəbərdar edilməməsi ilə bağlı bildirdiklərinə münasibətdə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən işçi çalışmanın yaş həddinə çatmaqla işdən azad olunarkən onun öncədən xəbərdar edilməsi tələb olunmur. İddiaçı isə çalışmanın son yaş həddinə çatdığı 2022-ci ilin dekabr ayından həmin tədris ilinin (2022/2023) sonuna kimi çalışmaqda və əmək haqqı almaqda davam etməklə onun çalışma müddətinin uzadılmasına razılıq verməsi barədə öz ir adəsini ifadə etmişdir.

9. Məhkəmə iddiaçının xx.xx.2023-cü il tarixli işdən azad olunma ilə bağlı əmrə münasibətdə əmrin səlahiyyətli olmayan şəxs tərəfindən imzalanması ilə bağlı bildirdiklərinə münasibətdə qeyd etmişdir ki, Bakı şəhər üzrə Təhsil İdarəsinin xx.xx.2023cü il tarixli əmrinin surətindən görünür ki, 2 saylı X6 direktoru xx.xx.2023-cü il tarixinə kimi məzuniyyətə buraxılmış və müəssisəsinin direktor vəzifəsinin həvalə olunduğu şəxs X2 olmuşdur. Eyni zamanda xx.xx.2023-cü il tarixli əmrdən çıxarışdan da görünür ki, iddiaçı barəsində əmr məhz direktor vəzifəsini müvəqqəti icra edən şəxs kimi X2 tərəfindən verilmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1, 70 “e”, 77.1, 83.1 və 83.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-887/2024 nömrəli mülki iş üzrə 8 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev - sədrlik edən və məruzəçi, G.Axundova və C.Musayeva) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Apellyasiya instansiya məhkəməsi iddiaçının işəgötürən tərəfindən xx.xx.2022-ci il tarixli əmrlə onun əmək müqavi ləsi uzadılan zaman yazılı razılığının alınmaması ilə bağlı dəlili ilə əlaqədar qeyd etmişdir ki, qanunvericiliyin yuxarıda qeyd edilən normalarından da göründüyü kimi əmək müqaviləsinin müddəti uzadılan zaman işçinin yazılı razılığının alınması ilə bağlı hər hansı tələb mövcud deyildir və bununla bağlı işəgötürənin üzərinə işçidən yazılı razılığın alınmasına dair öhdəliyin qoyulması nəzərdə tutulmamışdır. Həmçinin iddiaçı 65 yaşı tamam olarkən işləməyə davam etməsinin səbəbləri barədə maraqlanmamış və narazı olduğunu göstərən hər hansı hərəkət etməmiş və işəgötürənlə münasibətlərinə davam etmişdir. Yəni, iddiaçı artıq öz hərəkətsizliyi ilə əmək müqaviləsinin uzadılmasına razılığını göstərmişdir. Buna görə də, iddiaçının işəgötürən tərəfindən əmrlə onun əmək müqaviləsi uzadılan zaman yazıl ı razılığının alınmaması ilə bağlı dəlilləri əsassız hesab olunmalıdır.

14. Kollegiya işdən azad olunmamışdan qabaq ona xəbərdarlıq edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən işçi çalışmanın yaş həddinə çatmaqla işdən azad olunarkən onun öncədən rəsmi xəbərdar edilməsi tələb olunmur. Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi halında rəsmi xəbərdar etmə ilə bağlı tələb yalnız məcəllənin 70-ci maddəsinin “b” bəndi, yəni işçilərin sayı və ya ştatları ixtisar edildikdə xitam verilməsi hallarında mövcuddur. Hazırki mübahisənin predmeti də qeyd olunan normanın təsir dairəsinə aid olmadığından xəbərdar etmə ilə bağlı hansısa tələbinin işəgötürənin üzərinə qoyulmasının hüquqi əsası mövcud deyildir.

15. Məhkəm ə iddiaçının xx.xx.2023-cü il tarixli işdən azad olunma ilə bağlı əmri X1 imzalaması və onun bununla bağlı səlahiyyətinin olmaması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, Bakı şəhər üzrə Təhsil İdarəsinin 20 iyul 2023-cü il tarixli ilə 2 saylı X6 direktoru X8 22 avqust 2023-cü il tarixinə kimi məzuniyyətə buraxılmış və müəssisəinin direktor vəzifəsinin həvalə olunduğu şəxs X2 olmuşdur. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Həmin Məcəllənin 138-ci maddəsinə əsasən bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) i lə rəsmiləşdirilir. Qeyd olunanlardan da göründüyü kimi xx.xx.2023-cü il tarixli əmr imzalanan zaman X2 buna səlahiyyətli şəxs olmuş, şəgötürən tərəfindən bu məsələdə də qanunvericiliyin tələbləri gözlənilmişdir.

16. Kollegiya həmçinin hesab etmişdir ki, iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbləri əsassız hesab olunduğu üçün, iddia tələbinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsi də prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırma aparmadan yuxarıda göstərilən əsaslarla rədd edilməlidir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1, 70 “e”, 77.1, 83.1 və 83.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şi kayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. İddiaçı kassasiya şikayətini apellyasiya şikayətində göstərilən eyni dəlillərə əsaslandıraraq qeyd etmişdir ki, o, 1993-1994-cü illər arasında Azərbaycan torpaqlarının bütövlüyü uğrunda Qarabağın Murovdağ istiqamətində, Kəlbəcərdə ağır döyüşlərdə iştirak edib və birinci Qarabağ veteranıdır, həyat yoldaşı 2009-cu ildən vəfat etdikdən sonra iki azyaşlı uşaqları təkbaşına böyüdür, onlar hal-hazırda təhsil alırlar, işləmədən isə onları oxutmaq qeyri-mümkündür.

20. O həmçinin qeyd etmişdir ki, işəgötürən tərəfindən xx.xx.2022-ci il tari xli 113 nömrəli əmr verilərək “çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin uzadılması barədə” əmr verərək iddiaçının fəaliyyətini xx.xx.2023-cü il tarixə qədər çalışma müddətini məhdudlaşdırarkən onunla hər hansı müqavilə bağlanmamış, razılığını almamış, bu barədə xəbərdar etməmişdir. Məhkəmə həmin əmrə münasibətdə belə qənaətə gəlmişdir ki, iddiaçı dövlət büdcəsindən maliyyələşən müəssisədə çalışmanın son yaş həddinə çatdığına görə tədris ilinin sonunadək onun çalışma müddəti uzadılmışdır. Çalışma müddətinin uzadılmasına onun razılıq verməyi barədə mübahisəyə münasibətdə qeyd etmişdir ki, qanunvericilikdə işçinin bu razılığı yazılı formada verməli olduğu əks olunmamışdır. Məhkəmənin gəldiyi bu qənaəti düzgün hesab oluna bilməz ona görə ki, Əmək Məcəlləsinin 81-ci maddəsinin İ İ hissəsində birbaşa göstərilir ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. Həmçinin Əmək Məcəlləsinin 47-ci maddəsinin “d” bəndində də müvəqqəti əmək müqaviləsi bağlanan hallardan biri də işçinin pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallar nəzərdə tutulmuşdur. Göründüyü kimi apellyasiya məhkəməsinin gəldiyi bu qənaət düzgün hesab oluna bilməz ona görə ki, guya işəgötürən 113 saylı əmrlə onun əmək müqaviləsi uzadılan zaman yazılı razılığımın alınması tələb olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Halbuki, yuxarıda qeyd edilən 47-ci maddənin tələbinə görə müqavilənin uzadılması işəgötürənin əmri ilə deyil, onunla bağlanan müvəqqəti əmək m üqaviləsi ilə rəsmiləşdirilməli idi.

21. İddiaçı şikayətini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1.2, 47, 81, 83, 84-in və MPM-in 217.2, 217.3, 217.4, 372.6, 372.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

23. Maddə 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.

24. Maddə 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

25. Maddə 70, bənd “e”. Dövlət büdcəsindən mal iyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətn amə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. apellyasiya Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materi allarını araşdıraraq bu qənaətə gəlmişlər ki, ilə iddiaçının əmək müqaviləsinin dövlət büdcəsindən maliyyələşən müəssisədə çalışmanın yaş həddinə çatması əsası ləğv edilməsi əmək qanunvericiliyinə uyğun olmuşdur, həmin əmrin ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir.

35. Belə ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər (§ 23, 25).

36. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldi yi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

37. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiy a şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

39. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-887/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar