Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1853/2025 23.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Razim qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1334/2025 nömrəli, 14 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat q aydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi ilə X4 arasında bağlanmış xx.xx.2012-ci il 177 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 28,54 kv.m olan xidməti yaşayış sahəsini kirayə haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün Mənzil Məcəlləsi və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür;
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi X3 Müdafiə Nazirliyi ilə xidməti münasibətlərinə xitam verildiyindən yaşadığı mənzili xx.xx.2024-cü il tarixə kimi boşaldılaraq Müdafiə Nazirli yi Mənzil-istismar İdarəsinə təhvil verilməsi barədə xx.xx.2024cü il tarixdə xəbərdarlıq edilmişdir; 4. "xxxx" MMC ilə X4 arasında bağlanmış xx.xx.2023- cü il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı X2 mülkiyyətinə vermişdir;
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu MİH-nin 1 nömrəli Mənzil-İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X4 və ailə üzrləri X5, Cavabdeh3 Bakı şəhəri, Mətbuat prospekti 4 nömrəli evin 177 nömrəli mənzilində qeydiyyatsız yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Razim qızına qarşı iddia ərizəsi ilə məhkəməyə mür aciət edərək, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mənzil komissiyasının sədri mayor X6 ilə R.Y.İmaməliyev arasında 15 fevral 2012-ci il tarixli 177 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin ləğv edilməsi, Cavabdeh1, ailə üzvləri (həyat yoldaşı Cavabdeh2, qızı – Cavabdeh3) ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 28,54 kv.m yaşayış sahəsindən başqa yaşayış sahəsi verilmədən cavabdehlərin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1994-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Azərbaycan Ordusunda xidmət etmiş, ehtiyatda olan mayor Cavabdeh1 Azərbaycan Respublikasının Müdafiə nazirinin 5 iyul 2014-cü il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1 56-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılmışdır. E.O. mayor Cavabdeh1 20 il qüsursuz xidmətini nəzərə alaraq Azərbaycan Ordusunun hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli, 28 dekabr 2011-ci il tarixli Fərmanına əsasən 2 sentyabr 2023-cü il tarixli ******* nömrəli alqısatqı müqaviləsi ilə sonuncu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 76,71 kv.m (daimi) yaşayış sahəsi ilə təmin olunmuş və onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Bakı Qarnizonu Mənzil-İstosmar Hissəsinin 1 saylı Mənzil İstismar Hissəsi tərəfindən Cavabdeh1 ünvanına xx.xx.2024-cü il tarixdə xəbərdarlıq göndərilərək onunla bağl anmış “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə” xitam verildiyindən sonra razılaşdırılmış müddətə ona və ailə üzvlərinə verilmiş Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, bina 4 ünvanında yerləşən 177 nömrəli mənzili xx.xx.2024-cü il tarixədək boşaldaraq təhvil verilməsi bildirilsə də, lakin hazırkı tarixədək sonuncu həmin mənzili təhvil verməmiş və təqdim edilən xəbərdarlığa heç bir səbəb göstərilmədən tanış olaraq imza etməkdən imtina edilmişdir. Beləliklə, Müdafiə Nazirliyi belə qənaətə gəlir ki, işin araşdırılmış halları ilə hazırda iddiaçının yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçular kateqoriyasına aid edilə bilməməsi səbəbindən iddia əsaslıdır. Cavabdeh Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçulara verilən güzəşt və imtiyazlardan kifayət qədər istif adə etdiyindən müqavilə əsasında kirayəyə verilmiş mənzil xüsusi təyinatlı yaşayış sahəsini şərtsiz olaraq boşaltmalıdır.
8. Cavabdeh1 iddiaya etiraz edərək idda tələbinin əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunan xidməti mənzil (əgər ona mənzil demək mümkünsə, çünki yarımzirzəmi yaşayış sahəsidir) N saylı hərbi hissənin uşaq bağçası nəzdində yaradılmış və 11 hərbiçi ailəsinə heç bir şəraiti olmayan dörd divar şəklində bölünərək verilmişdir. Həmin ərazi onlar 11 ailənin öz vəsaiti hesabına yaşayış üçün uyğun vəziyyətə gətirilib. Əgər bu araşdırılsa, 11 hərbiçi ailəsinin və sənədlərin şahidliyi ilə sübuta yetirilə bilər. Şəxsən o həmin xidməti mənzil deyilən dörd divarın yaşayışa uyğu n şəraitə gətirilməsi üçün divarların hörülməsinə, suvaqlanmasına, rənglənməsinə, həmçinin sanitar qovşaqların tikilməsinə, aksessuarların quraşdırılmasına, su-kanalizasiya sisteminin quraşdırılmasına, elektrik və istilik sisteminin çəkilməsinə, tavanın təmirinə, evə giriş üçün seyf qapının quraşdırılmasına, ustaların işləməsinə 20000 manatdan yuxarı vəsait xərcləmişdir. Onun həyat yoldaşı Müdafiə Nazirliyində dövlət qulluqçusu kimi işləyir və səhhətində çoxlu problemlər olduğu üçün (ürəyinin işşemiya xəstəliyi, şəkər xəstəliyi, diporteniya təzyiq xəstəliyi, diz qapaqlarının şişkinliyi və gəzərkən çox çətinlik çəkməsi) uzaq yol gedə bilmir. Hal-hazırda ailəsi ilə yaşadığı xidməti mənzillə yoldaşının iş yeri arasında cəmi 50 metr məsafə var ki, ona görə də iş yerinə gedə bilir. Lakin Müdafi ə Nazirliyinin iddia ərizəsində qeyd olunmuş ona verilən Hövsan qəsəbəsində yerləşən mənzil isə Bakı şəhərinin son kənarında yerləşir və yoldaşının işə gəlməsi üçün dörd marşurut xəttindən istifadə etməlidir ki, qeyd etdiyi kimi buna onun səhhəti imkan vermir. Həyat yoldaşının təqaüd hüququ qazanmasına cəmi iki ilə yaxın vaxt qalıb və bu vaxt bittikdən sonra yuxarıda qeyd etdiklərinə baxmayaraq, mənzili təhvil verməyə tam hazırdır. Azərbaycan Respublikası Prezidentinin 559 saylı, xx.xx.2011-ci il tarixli fərmanına əsasən (20 il qüsursuz xidmətə görə) ona mənzil 2013-cü ildə verilməli idi. Lakin iddia ərizəsindən də göründüyü kimi Hövsanda mənzil ona 10 il sonra verilmişdir. Odur ki, o, 10 il gözlədiyi halda Müdafiə Nazirliyində həyat yoldaşının təqaüd hüququ yaranmasına qalmış 2 il yarım m üddəti gözləyərək ona möhlət verilməsi üçün qərarın qəbul edilməsinə köməklik göstəriləməsini xahiş etmişdir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4617/2024 nömrəli, 27 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ülkər Xəlil) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, qızı – Cavabdeh3 Razim qızı ilə birlikdə ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 28,54 kv.m olan yaşayış sahəsindən başqa yaşayış sahəsi verilmədən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh Ramiz Eyyubov Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasındakı xidməti kirayə müqaviləsinə Mənzil Məcəlləsinin 103.3-cü maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə qaydasında sözügedən müqavilənin ləğv edilməsinə bi r zərurət qalmamışdır. Belə ki, müqaviləyə inzibati orqan tərəfindən artıq xitam verilmiş, həmin protokol-qərar mübahisələndirilməmişdir.
11. Eyni zamanda, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və xitam verilməsi əsasları bir-birindən fərqləndirilmiş və Mənzil Məcəlləsində dairəsi dəqiq müəyyən edilmişdir. Hazırki iş üzrə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi qanunvericilikdə müəyyən edilmiş əsaslardan hər hansı birinə aid edilmir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh X2 vaxtilə, yəni 2012-ci ildə dövlət tərəfindən hərbi qulluqçulara verilən güzəştdən istifadə edərək mənzillə təmin olunmasını, sonradan yeni mənzili mülkiyyətinə keçirməsini və bu əsasla da, “xüsusi tə yinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nə xitam verilməsini nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, qızı – Cavabdeh3 Razim qızı ilə birlikdə ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 28,54 kv.m olan yaşayış sahəsindən başqa yaşayış sahəsi verilmədən çıxarılmalıdır.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82, 92, 98.1, 98.2, 99.1-99.2, 100.1, 100.2, 100.3, 101.1, 101.2, 102.1, 102.2, 103.1-ci maddələrinə, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin 1.1, 1.13, 5.2, 5.75.11-ci bəndlərinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 may 2010-cu il tarixli 86 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”na və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh X4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işə baxılarkən iddiaçının qanunun tələblərini düzgün tətbiq etmədən cavabdehlə arasında olan kirayə müqaviləsinə xitam verilməsi əsaslı hesab edilərək, iddianın kirayə müqaviləsinin ləğvi barədə hissəsini qanunvericiliklə müəyyən edilmiş əsaslardan hər hansı birinə aid edilməməsini qeyd edərək təmi n etməmiş, bununla belə cavabdehlərin məzildən çıxarılmaları barədə qətnamə qəbul etməsi qanuna zidd olmuşdur. Həmçinin, cavabdeh 25 noyabr 2024-cü il tarixdə məhkəməyə teleqram vuraraq üzrlü səbəbdən məhkəmənin iclasına gələ bilmədiyini, ona görə də məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, qətnamədə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin məhkəmə iclasına gəlməmələri və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmələri qeyd olunaraq işə onun iştirakı olmadan baxmaqla çəkişmə prinsipləri də pozmuşdur.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1334/2025 nömrəli, 14 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov - sədrlik edən və məruzəçi, İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin ed ilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə Mənzil Məcəlləsinin 103.3-cü maddəsində qeyd olunub: “Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır”. Cavabdeh1 AR Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) Silahlı Qüvvələrdən ehtiyata buraxılıb. Mənzil Məcəlləsinin 102.1- ci maddəsinə görə, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə x itam verildikdə, vətəndaş həmin müqavilə əsasında kirayəyə götürdüyü yaşayış sahəsini boşaltmalıdır.
18. Bundan başqa, Cavabdeh1 mülkiyyətində başqa yaşayış sahəsi var. Belə ki, Cavabdeh1 hərbi qulluqçu kimi 20 il qüsursuz xidmət etdiyinə görə, AR Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmana əsasən, xx.xx.2023-cü il tarixli müqavilə ilə (iş v. 9) dövlət hesabına onun mülkiyyətinə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Atəşgah küçəsi, ev № 30-da yerləşən, sahəsi 76,71 kv.m olan 3 №-li mənzil verilib və həmin mənzil hazırda Cavabdeh1 mülkiyyətindədir.
19. Beləliklə, birinci instansiya məhkəməsi cavabdehlərin mənzildən çıxarılmasını qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətna mə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kasassiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.
23. Maddə
92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə v ə ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.
24. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.
25. Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəs ində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.
26. Maddə 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.
27. Maddə 101.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir.
28. Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahə lərini boşaltmalıdır.
29. Maddə 103.3. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. He ç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması v ə ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
39. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Cavabdeh1 AR Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156- cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Bundan başqa, Cavabdeh1 mülkiyyətində başqa yaşayış sahəsi var. Belə ki, Cavabdeh1 hərbi qulluqçu kimi 20 il qüsursuz xidmət etdiyinə görə, AR Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmana əsasən, xx.xx.2023-cü il tarixli müqavilə ilə (iş v. 9) dövlət hesabına onun mülkiyyətinə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Atəşgah küçəsi, ev № 30-da yerləşən, sahəsi 76,71 kv.m olan 3 №-li mənzil verilib və həmin mənzil hazırda Cavabdeh1 mülkiyyətindədir.
40. Mənzil Məcəlləsinin 103.3-cü maddəsinə əsasən, xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.
41. Həmin Məcəllənin 102.1-ci maddəsinə görə, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır.
42. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
44. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1334/2025 nömrəli, 14 fevral 2025-ci il tarixli qətnamə si dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.