Məhkəmə qərarları › İş №2(102)-1854/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1854/2019

03.04.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1854/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, İddiaçı1 vəkili Vəkil1 və cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil3 iştirakları ilə, İddiaçı1 və vəkili Vəkil1 Rəfail oğlunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 08 iyun 2018-ci il tarixli qətnaməsi ilə (P.A.Hüseynov, iş 2(006)-1961/18) idd iaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.K.Xəlilov, iş 2(103)-11348/2018) Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 2(006)-1961/2018 saylı iş üzrə 08 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı İddiaçı1 və vəkili Vəkil1 kassasiya şikayəti verib qətnamənin qismən ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 vəkili Vəkil1 kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil3 kassasiya şikayətinin dəlillərinə etiraz edib şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, iddiaçılar İddiaçı2 və İddiaçı1 üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən kassasiya kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 28 dekabr 2017-ci il tarixli, 450-k nömrəli əmək müqavilələrinin ləğv edilməsinə dair əmrinin onlara aid hissədə ləğv edilməsi, işə bərpa olunmaları və məcburi işburaxmaya görə əmək haqqlarının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı1 və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, iddiaçının vəkili Vəkil1 Rəfail oğlunu, cavabdehin vəkili Vəkil3 dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası m əhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İşin müə yyən olunmuş hallarına əsasən Cavabdeh ASC ilə İddiaçı1 arasında 18 аргеl 2016cı il tarixdə 1 il müddətinə müddətli əmək müqaviləsi bağlanmaqla o, “Satış kanalları departamentinin alternativ satış kanalları şöbəsinin Telemarketinq bölməsi”nin kiçik mütəxəssisi vəzifəsinə işə qəbul edilmiş, 20.02.2017-ci il tarixli, 73-k saylı əmrlə struktur dəyişikliyi ilə əlaqədar “X11 edilməsi departamentin Satış kanalları şöbəsinin Telemarketinq bölməsi”nə kiçik mütəxəssis vəzifəsinə, 04.05.2017-ci il tarixli, 161-k saylı əmrlə həmin bölmədə mütəxəssis vəzifəsinə keçirilmiş, 28.12.2017-ci il tarixli, 450-k saylı əmrlə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşin müəyyən olunmuş halı həmçinin ondan ibarətdir ki, Cavabdeh ASC ilə İddi açı2 arasında 10 noyabr 2016-cı il tarixdə 1 il müddətinə müddətli əmək müqaviləsi bağlanmaqla o, “Satış kanalları departamentinin alternativ satış kanalları şöbəsinin Telemarketinq bölməsi”nin kiçik mütəxəssisi vəzifəsinə işə qəbul edilmiş, 20.02.2017-ci il tarixli, 73-k saylı əmrlə struktur dəyişikliyi ilə əlaqədar “X11 edilməsi departamentin Satış kanalları şöbəsinin Telemarketinq bölməsi”nə kiçik mütəxəssis vəzifəsinə keçirilmiş, 28.12.2017-ci il tarixli, 450-k saylı əmrlə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarından məlum olur ki, iddiaçılar Cavabdeh ASC-nin (bank) Etik Davranış Məcəlləsinin qəbulu ilə bağlı qəbul/təsdiq formasını ayrı-ayrılıqda imzalamaqla bankın işçiləri üçün nəzərdə tutulmuş həmi n Məcəllənin şərtlərini qəbul etdiklərini təsdiq etmiş, orada göstərilən qaydalara və ediləcək müvafiq dəyişikliklərə riayət edəcəkləri barədə öhdəlik götürmüşlər. İş materiallarına əlavə olunmuş iddiaçıların imzalamış olduqları vəzifə təlimatının təsdiqli surətlərindən aydın olur ki, onlar əmək müqaviləsi, departamentin əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir, öz statusundan, bankın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə edilməsinə yönəlmiş korrupsiya ilə əlaqədar hüquqpozma törətməyə görə qanunvericilik, əmək müqaviləsi və bankdaxili korpor ativ aktlarla müəyyən olunmuş məsuliyyət daşıyırlar. İş materiallarından görünür ki, Cavabdeh ASC-yə ərizə ilə müraciət edən vətəndaşlar (X13 və X8) x1 və X2 adlı vasitəçilərin köməyi ilə bankdan kredit aldıqlarını, vasitəçilərə kredit məbləğinin 10% həcmində ödəniş etdiklərini, vasitəçilərin problem yaranacağı halda “X müəllim”in adını verməyi tapşırdıqlarını, bundan əlavə söhbətlərində “X”ın adını çəkdiklərini bildirmişlər. Cavabdeh ASC-nin “Komplayens departamenti”nin direktoru X tərəfindən İdarə Heyətinin sədri X-ə ünvanlanmış 26.12.2017-ci il tarixli məktubda qeyd edilmişdir ki, “...04.12.2017-ci il tarixdə X2 tərəfindən 144/0l-07/2077a qeydiyyat nömrəli ərizə təqdim edilmişdir. X2 04.07.2017-ci il tarixdə Cavabdeh ASC-nin Nəsimi filialından 9.100 (doqquz min bir yüz) manat məbləğində gündəlik tələbat krediti əldə etməsini, krediti əldə etməmişdən öncə x1 və X2 adlı vasitəçilərin köməklərindən istifadə etdiyini və əldə olunan kredit məbləğindən 10% (on) miqdarında məbləğin həmin şəxslərə verilməsi barəsində razılaşmalarının olmasını təqdim etdiyi ərizədə bildirmişdir. Həmçinin vətəndaş ərizədə qeyd etmişdir ki, Nəsimi filialında kreditin verilməsi zamanı hər-hansısa amilin olacağı təqdirdə X müəllim tərəfindən göndərilməsi haqqında məlumatın verilməsi x1 və X2 adlı vasitəçilər tərəfindən ona tapşırıldığını bildirmişdir. Kredit əldə edildikdən sonra x1 və X2 adlı vasitəçilərin hər birinə 1.000 (bir min) manat təklif etdiyini, lakin vasitəçilər tərəfindən vətəndaşa ayrılan kredit məbləğinin danışılandan artıq olması əsas gətirilərək əlavə vəsait alınmışdır. Bu hal isə vətəndaşı şübhələndirmişdir, səbəb isə kredit əldə etdiyi zaman tək olması və başqa şəxs tərəfindən onun əldə etdiyi kredit məbləği barədə vasitəçilərə məlumatın verilməsi idi. Həmçinin vətəndaş sonradan 10.08.2017-ci il tarixdə Nəsimi filialından 18.000 (on səkkiz min) manat məbləğində gündəlik tələbat krediti və 4.000 (dörd min) manat məbləğində bir kart kredit məhsulunun alınmasında yenidən x1 və X2 adlı vasitəçilərin köməkliyindən istifadə etməsini və yenidən kreditin rəsmiləşdirilməsi zamanı yaranacaq hər-hansı bir amilin aradan qaldırılması üçün X müəllimin adından istifadə edilməsi barədə məlumatlandırılmışdır. Əldə olunan kredit məbləğindən 2.700 (iki min yeddi yüz) manat miqdarında vəsaitin vasitəçilərə verməsi barədə məlumat qeyd etmişdir. Vətəndaş ərizəsindən kreditin alınmasınd a X müəllimin və Xın adının hallanmasından şübhələnərək və kreditlər üçün 5.300 (beş min üç yüz) məbləğində rüşvətin vasitəçilər tərəfindən alınmasını bildirərək araşdırmanın aparılmasını xahiş etmişdir. Cavabdeh ASC-nin Komplayens departamentinin frod və dələduzluğa qarşı mübarizə şöbəsi tərəfindən vətəndaşın şikayətinə əsasən araşdırma aparılmışdır və əlavə hadisələrin mövcud olması aşkar edilmişdir. Cavabdeh ASC-nin Nəsimi filialının satış bölməsinin aparıcı mütəxəssisi X4 aid olan kredit portfelinin monitorinqi keçirilmişdir. Monitorinq zamanı X6 tərəfindən cari ilin iyun-avqust ayları ərzində rəsmiləşdirmiş gündəlik tələbat (GT kredit məhsulu) kreditlərindən 17 (on yeddi) ədədi saxta arayışların təqdim edilməsi ilə rəsmiləşdirilməsi müəyyən edilmişdir. Saxta arayışların təqdim edilməs i nəticəsində rəsmiləşdirilmiş kreditlərin ümumi məbləği 113.700 (bir yüz on üç min yeddi yüz) manat təşkil etmişdir. Müəyyən edilmişdir ki, kredit əldə etmiş şəxslər Nəsimi filialına Cavabdeh ASC-nin X11 Edilməsi departamentinin (FŞİED) Satış kanalları şöbəsinin kiçik mütəxəssisi İddiaçı2 tərəfindən göndərilmişdir. İddiaçı2 Cavabdeh ASC-nin X11 Edilməsi departamentinin Satış kanalları şöbəsində kiçik mütəxəssis vəzifəsində çalışır. Vəzifə öhdəliklərinə uyğun olaraq ona təqdim olunan siyahı üzrə müştərilərə zəng edib bankın kredit məhsulları ilə tanış edir və ilkin razılıq əldə olunan zaman bankın filialına vətəndaşı yönləndirir. Satış kanalları tərəfindən yalnız CLM məhsulunun şərtlərinə uyğun olan müştəri bazasına zənglər edilir. İstisna hal kimi, “isti müraciət” təşkil edir, “isti mürac iət”-lər üzrə müştəri bazası vətəndaşların öz təşəbbüsləri əsasında kredit əldə edilməsi üçün bankın qaynar xəttinə zəng elədikdə formalaşır. Nəsimi filialından kredit əldə etmiş müştərilər FŞİED- nin Satış kanalları şöbəsi tərəfindən göndərildiyindən müştərilər CLM və “isti müraciət”lər siyahısı ilə yoxlanılmışlar. Məlum olmuşdur ki, həmin müştərilər heç bir siyahı üzrə zənglərin edilməsi üçün şöbənin əməkdaşına təqdim edilməmişlər. Bu halda kredit əldə etmiş müştərilərin hansı bazadan götürülməsi və filiala göndərilməsini müəyyən edilməsi üçün kredit əldə etmiş vətəndaşlar ilə görüş keçirilmişdir. 01.08.2017-ci il tarixdə Nəsimi filialından 10.000 (on min) manat məbləğində gündəlik tələbat krediti əldə etmiş X8 bildirmişdir ki, kredit əldə etmək üçün bir neçə dəfə filiala müraciət etmişd ir. Lakin MKR-dən əldə edilmiş çıxarışda vətəndaşın adına borc olmasından ona imtina edilmişdir. Vətəndaşın bildirdiyinə görə filialın binasını tərk etdikdən sonra ona müraciət etmiş bir şəxs kreditin əldə edilməsində köməklik göstərməsini təklif etmişdir. Sonradan həmin şəxsin vasitəsi ilə Xadlı vasitəçi ilə tanış olduğunu və əldə olunan kreditin məbləğindən 21% (iyirmi bir) qarşılığında həmin şəxsin köməkliyindən yararlanmışdır. Xadlı vasitəçi tərəfindən vətəndaşa “xxxx” ASC qarşısında olan öhdəliyin bağlanması haqqında arayış təqdim edilmişdir. Həmin gün X adlı bank əməkdaşı vətəndaşın mobil nömrəsinə zəng edərək kredit məbləğinin ayrılmasını və banka rəsmiləşdirilməsi üçün müraciət edə biləcəyini söyləmişdir. Araşdırma zamanı Xadlı vasitəçinin X3 və İddiaçı2 ortaq tanışı olması müəyyən edilmişdir. Hər iki əməkdaş izahatlarında həmin şəxsi ilkin olaraq müştəri kimi tanımaları sonradan isə vasitəçi kimi fəaliyyət göstərməsindən şübhələnərək həmin şəxs ilə münasibətlərinə yekun qoyduqlarını bildirmişlər. Bu hadisənin cari ilin iyun ayının ortaları iyul ayının əvvəllərinə təsadüf etməsini bildirmişlər. Araşdırmanın daha geniş aparılması məqsədi ilə korporativ yazışma vasitəsi olan Lync Basic programından hər iki əməkdaşın 1 (bir) il ərzində olan yazışmaları sorğulanmışdır. Nəticə olaraq müəyyən olunmuşdur ki, əməkdaşlar tərəfindən aparılmış yazışmalarda X adlı vasitəçinin adı bir neçə dəfə hallanmışdır. X3 həmin şəxsi Qara Qarayev filialında işlədiyi zamandan tanıması və orda onun yanına bir neçə dəfə yaxınlaşması aydınlaşdırılmışdır. Həmçinin Nəsimi filialının satış bölməs inin aparıcı mütəxəssisi X9 Xadlı şəxsin vasitəçi olmasından şübhələndikdən sonra X1 yazışma portalından İddiaçı2 Xadlı vasitəçinin müştərilərin yanında filiala gəlməməsini və X9 şübhələnməsini bildirmişdir. Həmçinin İddiaçı2 İddiaçı1 ilə yazışmada İddiaçı2 5.000 (beş min) manat məbləğədək olan kreditlər üçün 50-75 manat məbləğində, 5.000 (beş min) manat məbləğindən yuxarı olan kreditlər üçün 100-150 manat məbləğində vəsaitin alınmasını iş yoldaşına bildirmişdir. İddiaçı1 Cavabdeh ASC-nin işçiləri üçün etik davranış məcəlləsinin 8-ci bəndini riayət etməmişdir (rəhbərinə bu barədə məlumat verməmişdir). İddiaçı2 və X6 arasında korporativ yazışma üçün nəzərədə tutulmuş Linc Basic programında aşkar olunmuşdur ki, İddiaçı2 X3 şəxsi istifadəsində olan mobil telefona whatsapp programı vasitəsi ilə bir neçə dəfə vətəndaşlara aid şəxsiyyət vəsiqəsi məlumatlarını və MKR-dən çıxarışları təhlilin aparılması üçün göndərmişdir. Həmçinin FŞİED-nin satış kanallarının mütəxəssisi İddiaçı1 kredit əldə olunması üçün İddiaçı2 tərəfindən X4 İddiaçı1 şəxsiyyət vəsiqəsinin fotoşəkili whatsapp programı vasitəsi ilə göndərmişdir. Krediti əldə edən şəxs Nəsimi filialına müraciət etmədən onun MKR-dən çıxarışı əldə edilmiş və gündəlik tələbat krediti məhsulunun rəsmiləşdirilməsi üçün BƏS-ə zəruri məlumatlar daxil edilmişdir. Kreditin rəsmiləşdirilməsi təsdiq üçün göndərilməmişdir və vətəndaşın müraciətindən sonra göndərilməsi gözlənilirdi. Lakin həmin kredit sonradan Nəsimi filialının direktoru tərəfindən təsdiq edilməmişdir və İddiaçı1 Nəsimi filialından kredit əldə edə bilməmişdir. Kreditin verilm əsinə imtina kimi, filial direktorunun krediti əldə edən şəxsin bank əməkdaşı olması və rəhbərlik tərəfindən rəyin alınmaması səbəb olmuşdur. Yuxarıda qeyd edilənlərə əsaslanılaraq Cavabdeh ASC-nin Nəsimi filialının satış bölməsinin aparıcı mütəxəssisi X3 ona təqdim edilmiş arayışları yetərincə təhlil etməməsi və işinə səhlənkar yanaşması, vətəndaşın müraciət etmədən MKR-dən çıxarışının alınması və vasitəçi kimi tanınan Xadlı şəxs ilə tanış münasibətlərinin olması əlbir işlərin görülməsi həmin şəxsdən whatsapp vasitəsi ilə vətəndaşların şəxsiyyət vəsiqəsi məlumatlarının və MKR-dən çıxarışlarının əldə olunması səbəbindən, FŞİED-nin satış kanalları şöbəsinin kiçik mütəxəssisi İddiaçı2 Xadlı vasitəçi ilə iş birliyinin qurulması və nəticədə vətəndaşlardan verilmiş kreditlər qarşılığında alınan vəsaitlərdən pay alması səbəbindən və FŞİED-nin satış kanalları şöbəsinin mütəxəssisi İddiaçı1 İddiaçı2 Xadlı vasitəçi ilə olan münasibətlərindən xəbərdar olmasına baxmayaraq Cavabdeh ASCnin işçiləri üçün etik davranış məcəlləsinin 8-ci bəndinin tələblərinə riayət etməməsi səbəbindən adları qeyd edilmiş şəxslərin əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” yarımbəndinə əsasən xitam verilməsinə münasibət bildirilməyinizi xahiş edirik”. İş materiallarında olan Cavabdeh ASC-nin X5 Komitəsinin Rəyasət Heyəti iclasının 28 dekabr 2017-ci il tarixli, 27 nömrəli protokolundan çıxarışın təsdiqli surətindən aydın olur ki, bankın “X11 edilməsi departamentinin Satış kanalları şöbəsinin Telemarketinq bölməsi”nin mütəxəssisi İddiaçı1 və kiçik mütəxəssisi İddiaçı2 ilə bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozduğuna görə) rəsmiləşdirilməklə xitam verilməsinin məqbul hesab edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ASC-nin 28 dekabr 2017-ci il tarixli, 450-k nömrəli əmrində göstərilmişdir ki, “Bankın Nəsimi filialının Satış bölməsinin aparıcı mütəxəssisi X6, X11 edilməsi departamentinin Satış kanalları şöbəsinin Telemarketinq bölməsinin mütəxəssisi İddiaçı1 və kiçik mütəxəssisi İddiaçı2 Bankın daxili təlimatlarını və qanunvericiliyi kobud şəkildə pozaraq, öz əmək funksiyalarını və vəzifə öhdəliklərini yerinə yetirməmiş, Bankın qanunla qorunan mənafelərinə ziyan vurmuşlar. Belə ki, Komplayens departamentinin Fraud və dələduzluğa qar şı mübarizə şöbəsi tərəfindən Bankın Nəsimi filialının kredit portfelinin monitorinqi zamanı 18 (on səkkiz) ədəd kreditin verilməsində saxta arayışın təqdim edilməsi halı müəyyən edilmişdir. Həmin kreditlərdən 17 (on yeddi) ədədi Nəsimi filialının Satış bölməsinin aparıcı mütəxəssisi X tərəfindən rəsmiləşdirilmişdir. Z.Şiriyeva tərəfindən rəsmiləşdirilmiş kreditlərin ümumi məbləği 113.700 (bir yüz on üç min yeddi yüz) manat təşkil etmişdir. Aparılmış araşdırmalar zamanı məlum olmuşdur ki, həmin müştərilər X11 edilməsi departamentinin Satış kanalları şöbəsinin Telemarketinq bölməsinin əməkdaşı İddiaçı2 tərəfindən Nəsimi filialına göndərilmişdir. Vətəndaşlar ilə keçirilmiş görüşlər zamanı arayışların və kreditin əldə edilməsi üçün Xadlı vasitəçinin xidmətlərindən istifadə etmələri bildirilmi şdir. Xadlı vasitəçi X və İddiaçı2 ortaq tanışıdır. Təqdim olunmuş arayışların üzərində dəqiq təhlilin aparılmaması nəticəsində müraciət etmiş şəxslərə kreditlər verilmişdir. Aydın olmuşdur ki, İddiaçı2 gündəlik ona verilən müştəri bazası ilə işləməli olduğu halda, onun tərəfindən Nəsimi filialına göndərilən müştərilər ona verilən müştəri bazasına aid deyil, həmçinin isti müraciətlər zamanı (müştərinin təşəbbüsü ilə müraciət) adlarına kredit rəsmiləşdirilən vətəndaşlar “isti müraciət” ilə müraciət etmiş şəxslərin siyahısında deyildirlər. Əməkdaşın Xadlı şəxs ilə iş birliyi etməsi və verilmiş kreditlərdən ona çatan məbləğləri sübut edən dəlillər aşkar edilmişdir. X11 edilməsi departamentinin Satış kanalları şöbəsinin Telemarketinq bölməsinin mütəxəssisi İddiaçı1 iş yoldaşı İddiaçı2 Xadlı şə xs ilə tanış olmasından və kreditlərə görə İddiaçı2 çatan vəsaitlərdən məlumatlı olmuşdur. Həmçinin İddiaçı1 Xilə əlaqəsinin olması və İddiaçı2 tərəfindən Xadlı vasitəçinin cəlb etdiyi müştərilərdən İddiaçı1 ötürülməsi halı müəyyən edilmişdir. İddiaçı1 - Bankın X11 edilməsi departamentinin Satış kanalları şöbəsinin Telemarketinq bölməsinin mütəxəssisi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) 29 dekabr 2017-ci il tarixdən (həmin gün ona iş günü hesab edilməsin) xitam verilsin. İddiaçı2 - Bankın X11 edilməsi departamentinin Satış kanalları şöbəsinin Telemarketinq bölməsinin kiçik mütəxəssisi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləs inin 70-ci maddəsinin «ç» bəndinə əsasən (əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) 29 dekabr 2017-ci il tarixdən (həmin gün ona iş günü hesab edilməsin) xitam verilsin.” İş materiallarından aydın olur ki, X ilə İddiaçı2 və eləcə də “Satış kanalları şöbəsinin Telemarketinq bölməsi”nin əməkdaşı İddiaçı1 müxtəlif vaxtlarda bankın daxili kommunikasiya sistemi (lync proqramı) vasitəsilə yazışmalar aparmış, həmin yazışmalarda Xadlı şəxsin vasitəçiliyi ilə banka müştərilərin yönləndirilməsindən və İddiaçı2 kredit məbləğindən asılı olaraq ondan (vasitəçidən) müəyyən məbləğdə pul vəsaiti (5000 manata qədər 50-75 manat; ondan yuxarı 100150 manat) almasından və s. bəhs etmişlər. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, müxtəlif müştərilərin (X13 və X8) adından Cavabdeh ASC-yə daxil olmuş müraciətlər əsasında bankın “Komplayens departamentinin Fraud və dələduzluğa qarşı mübarizə şöbəsi” tərəfindən araşdırma aparılmış, araşdırma çərçivəsində bankın Nəsimi filialının satış bölməsinin aparıcı mütəxəssisi X4 aid olan kredit portfelinin monitorinqi keçirilmiş, bu zaman bir çox gündəlik tələbat kreditlərinin saxta arayışların təqdim edilməsi ilə rəsmiləşdirildiyi müəyyən edilmiş, onların hansı bazadan götürülməsi və filiala göndərilməsinin müəyyən edilməsi məqsədilə həmin müştərilərlə görüş keçirilmiş, nəticədə onların “X” adlı vasitəçinin köməyindən istifadə etdikləri, həmin vasitəçinin isə Xnın və İddiaçı2 ortaq tanışı olması ortaya çıxmış, məsələ ilə əlaqədar işəgötürən tərəfindən sonuncuların izahatları alınmış, onlar izahatlarında Xadlı vasitəçini ilkin o laraq müştəri kimi tanıdıqlarını, sonradan isə vasitəçi olmasından şübhələndikləri üçün münasibətlərinə son qoyduqlarını, bu hadisənin cari ilin iyun ayının ortaları, iyul ayının əvvəllərinə təsadüf etdiyini bildirsələr də, bankın daxili kommunikasiya sistemi (lync proqramı) vasitəsilə X ilə İddiaçı2 və eləcə də “Satış kanalları şöbəsinin Telemarketinq bölməsi”nin əməkdaşı İddiaçı1 apardıqları yazışmalardan saxta arayışlarla kredit əldə etmiş həmin müştərilərin Xadlı şəxsin vasitəçiliyi ilə banka yönləndirilməsi, İddiaçı2 isə hər kreditə görə ondan müəyyən məbləğdə pul vəsaiti (5000 manata qədər 50-75 manat; ondan yuxarı 100-150 manat) alması müəyyən edilmişdir. Göründüyü kimi, X əmək müqaviləsinin, vəzifə təlimatının müddəalarının və həmçinin X17 Məcəlləsinin tələblərinə uyğun olmayan həm in əməlləri iş yoldaşı olan digər iddiaçıya (İddiaçı1) məlum olsa da, bu barədə heç bir tədbir görməmiş, əksinə 18 dekabr 2017-ci il tarixdə işəgötürənə verdiyi izahatında yalan məlumat verərərək İddiaçı2 hərəkətlərində bankın təlimatlarına zidd hərəkətlər görmədiyini, “X” adlı vasitəçini tanımadığını, onun Xlə münasibətlərindən xəbərdar olmadığını bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərə findən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi belə halların sırasında göstərilmişdir. Həmin Məcəllənin 80-ci maddəsinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıların Cavabdeh ASC-nin 28 dekabr 2017-ci il tarixli, 450-k nömrəli əmrində qeyd edilən pozuntuya yol vermiş olduqları işdəki sənədlər və yazılı sübutlarla öz təsdiqini tapdığından əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsi ndə göstərilən kobud pozuntuların onların əməllərində mövcud olmaması barədə iddiaçıların arqumentlərini əsaslı hesab etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur, Bu hallar özü-özlüyündə Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan əmək və icra intizamının normal ahənginin pozulmasına, habelə işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurulmasına dəlalət edir. İddiaçı1, əmək müqaviləsinə məzuniyyətdə olarkən xitam verilmiş olması arqumentinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, onun 29.12.2017-ci il tarixində işə çıxmalı olduğu halda işə gəlmədiyi və onunla bağlanmış əmək müqaviləsinə də məhz işə qayıtmalı olduğu həmin gün xitam verildiyi mübahisə mövzusu deyildir. O, həmin gün işə çıxmamasını xəstə olması il ə əlaqələndirməyə çalışsa da, özünün təqdim etdiyi “əmək qabiliyyətinin olmaması vərəqəsi”ndə 04.01.2018-ci il tarixdən 06.01.2018-ci il tarixədək və həmçinin 07.01.2018-ci il tarixdən 09.01.2018-ci il tarixədək xəstə olduğu müəyyən edilmişdir. Başqa sözlə onun, 29.12.2017-ci il tarixində işə çıxmamasına hər hansı əsas olmamışdır; bu isə o deməkdir ki, əmək müqaviləsinə məzuniyyətdə olarkən xitam verilməsi ilə əlaqədar onun mövqeyinin hüquqi əsası mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tətbiq olunacaq hüquq, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apell yasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 25 oktyabr 2018-ci il tarixli, 2(103)-11348/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar