Məhkəmə qərarları › İş №2(102)-1854/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1854/2021

19.05.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1854/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “başqasının torpaq sahəsində qeyri-qanuni tikilmiş yaşayış sahəsinin cavabdehlərin öz hesabına sökülərək əvvəlki vəziyyətinə qaytarılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ilkin müqavilə, subyektiv hüquq, tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, S umqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2020-ci il tarixli, 2(105)1290/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhəri 11 saylı notariat kontorunda bağlanmış 19 may 2017-ci il tarixli torpaq sahəsinin alqı-satqısına dair ilkin müqavilə ilə Cavabdeh1 XXXBələdiyyəsi ərazisində ona ayrılmış 0,10 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra 0,066 ha hissəsinin 6400 manata İddiaçı satılması barədə gələcəkdə, 19 may 2040-ci il tarixə kimi alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Müqavilənin 2.1-ci bəndinə əsasən İddiaçı satış məbləğindən 5950 manatını notariusun bankda açılan depozit hesabı vasitəsi ilə Cavabdeh1 ödəmiş, satış qiymətindən qalan 450 manatını isə torpağın alqı-satqısına dair əsas müqavilə bağlanılarkən ödəməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri 11 saylı notariat kontorunda verilmiş 19 may 2017-ci il tarixli etibarnamə ilə etibar edən Cavabdeh1 tərəfindən etibar edilən İddiaçı XXXBələdiyyəsi ərazisində Cavabdeh1 ayrılmış 0,10 ha torpaq sahəsinin 0,066 ha hissəsinin istifadəsi ilə bağlı bir sıra hərəkətlərin icra edilməsini etibar etmişdir. Etibarnamə 80 il müddətinə verilmiş və 19 may 2097-ci il tarixədək qüvvədə olması qeyd olunmuşdur. Cavabdeh1 XXXBələdiyyəsi ərazisində ayrılmış 0,10 ha torpaq sahəsinin İddiaçı gələcəkdə satılması razılaşdırılmış 0,066 ha hissəsində X3 tərəfindən tikinti işləri aparılır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan torpaq sahəsində qeyri-qanuni tikilmiş yaşayış sahəsinin cavabdehlərin öz hesabına sökülərək əvvəlki vəziyyətinə qaytarılması və ona dəymiş maddi ziyan olaraq 2000 manat, mənəvi ziyan olaraq 10000 manat və əldən çıxmış faydaya görə 5000 manat olmaqla, cəmi 17000 manat ziyanın müştərək şəkildə cavabdehlər tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı XXXBələdiyyəsinin 31 yanvar 2016-ci il tarixli 10 №-li qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhər sakini Cavabdeh1 adına ayrılan 0,10 ha torpaq sahəsinin 0,066 ha hissəsini Bakı şəhə ri 11 saylı Notariat Kontoru vasitəsi ilə 6400 manata qiymətləndirərək, torpaq sahəsinin alqı-satqısına dair ilkin müqavilə ilə Cavabdeh1 almışdır. Həmin satış məbləğindən 5950 manat pulu notariusun bankda açılan depozit hesabı vasitəsi ilə cavabdehə ödəmiş, əlavə olaraq 92 manat ilkin alqı-satqı müqaviləsinin bağlanması haqqı üçün və 11 manat 50 qəpik etibarnamənin verilməsi haqqı kimi notariusa ödəmişdir. Satış məbləğinin qalan 450 manatını isə torpağın alqı-satqısına dair əsas müqavilə bağlanarkən Cavabdeh1 ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh1 ilə onun arasında 19 may 2017-ci il tarixində ilkin alqı-satqı müqaviləsi bağladıqdan sonra Cavabdeh1 ona 19 may 2097-ci tarixə qədər olan 80 il müddətinə etibarnamə vermişdir. Alqı-satqıdan bir müddət keçdikdən sonra Cavabdeh1 alqı-satqı za manı onunla birlikdə olan digər cavabdeh X3 ilə əlaqə saxlayaraq aralarında gizlin sövdələşmə apararaq, həmin torpaq sahəsinin 0,038 ha hissəsində ev tikintisi inşa etmək üçün sonuncuya razılıq vermişdir. X3 iddiaçının bacısı oğludur. Sonradan Cavabdeh1 demişdir ki, torpağı iddiaçıya yox, X1. Cavabdeh X3 özbaşına olaraq qeyri-qanuni surətdə həmin torpaq sahəsində özü üçün yaşayış evi tikdirməyə başlamışdır. İddiaçı torpaq sahəsinə baş çəkməyə gedərkən orada ev tikintisinin başlanmasının şahidi olmuş və cavabdeh X2 tikintinin dərhal dayandırmasını bildirmişdir. Lakin sonuncu iddiaçının sözünə məhəl qoymayaraq işi davam etdirmişdir. Cavabdehlərin bu qanunsuz əməlləri nəticəsində o, stress və həyəcan keçirərək əmək qabiliyyətini itirərək iki ay ambulator müalicə almışdır. Bununla da cavabde hlərin bu qanunsuz əməlləri nəticəsində ona 2000 manat maddi ziyan, 10000 manat mənəvi ziyan və 5000 manat əldən çıxmış faydaya görə (2 il müddətinə həmin torpaq sahəsində hər hansı bir sahibkarlıq fəaliyyəti qursaydı əldə edəcəyi fayda) ziyan vurulmuşdur. Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2(012)-4276/2019 nömrəli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı və Cavabdeh1 arasında 19 may 2017-ci il tarixdə bağlanmış ilkin müqavilə ilə mübahisəli torpaq sahəsinə dair çıxarış alındıqdan sonra alqı-satqı müqaviləsinin bağlanması nəzərdə tutulmuş, lakin həmin halları təsdiq edən hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Nə qədər ki, mübahisəli ərazinin iddiaçının mülkiyyətində olmasını və ya həmin əraziyə məhdud əşya hüququnun olmasını təsdiq edən sənəd məhkəməyə təqdim edilməmiş, iddia tələbi qanuni və əsaslı hesab edilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2(012)-4276/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2020-ci il tarixli, 2(105)-1290/2020 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.Abbasovdan və G.F.Tağızadədən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2(012)4276/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh həmin dəlilləri əsaslandıra bilməmiş, buna dair heç bir sübut təqdim etməmişdir. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi ev mülkiyyət hüququ əsasında onun adına dövlət qeydiyyatına alınmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2020-ci il tarixli, 2(105)-1290/2020 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunl a əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, qanunvericiliyin mahiyyətinə görə ilkin müqavilə bağlanmaqla əmlak üzərində istifadə, sərəncam hüququna məhdudiyyət yaranır. Məhkəmələr nəzərə almamışlar ki, ilkin müqaviləyə əsasən öhdəliklər 19 may 2040-ci il tarixədək yerinə yetirməlidirlər. Qəbul edilən qətnamələrdə müqavilənin müddətinin bir il olmasına istinad edilmiş bu isə əsassız və qanunsuz qətnamələrin qəbul olunmasına səbəblərdən biri olmuşdur. Həmçinin Cavabdeh1 19 may 2017-ci ildə iddiaçıya baş etibarnamə verməklə, ona torpaq üzərində bütün hüquqlarını etibar etmiş, lakin sonradan öhdəliklərini icra etməkdən qərəzli olaraq yayınaraq etibarnaməni ləğv etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yə ni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxış ının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 365.2-ci maddəsinə əsasən etibarnamə vermiş şəx s istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.3-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavi lə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı r. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüq uqu; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, ilkin müqavilənin mahiyyətini tənzimləyən Mülki Məcəllənin 402-ci maddəsinin müddəalarına görə ilkin müqavilə tərəflər üçün əsas müqavilənin gələcəkdə bağlanmasına dair öhdəliklər yaradır, lakin bu müqavilənin bağlanması ilə əmlak üzərində hüquqların keçməsi baş vermir. Yəni ilkin müqavilə mal mübadiləsinə deyil, onun təşkilinə, yəni gələcək mal mübadiləsinin iştirakçıları arasında qarşılıqlı münasibətlərin qurulmasına yönələn təşkilatı müqavilədir. Konstitusiya Məhkəməsinin Plenumu gələcəkdə yaranacaq öhdəliyin icrası üzrə bağlanmış zaminlik müqaviləsi ilə ilkin müqavilə arasında olan fərqləri müəyyən edərkən göstərmişdir ki, ilkin müqavilənin tərəflərindən hər biri öhdəliklərin yerinə yet irilməməsi nəticəsində əmələ gələn ziyanın ödənilməsi şərti ilə əsas müqavilənin imzalanmasından imtina edə bilər. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2012-ci il tarixli qərarı). İlkin müqavilənin digər xüsusatı ondan ibarətdir ki, müvafiq əmlaka hüququnu ötürmək öhdəliyini götürmüş şəxsdə müqavilə bağlanan zaman belə hüquq mövcud olmaya bilər. Hazırki iddiadan da müəyyən olunmuşdur ki, Cavabdeh1 ilkin müqavilə ilə gələcəkdə mübahisələndirilən torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaqla, həmin torpağı iddiaçıya satacağını öhdəsinə götürmüşdür. Yəni ilkin müqavilə ilə nəinki iddiaçının torpaq sahəsinə hər hansı hüququ yaranmamış, hətta müqavilənin məzmununa əsasən satıcının da həmin dövrdə mülkiyyət hüququ olmamış, sonuncu belə hüququnu qeydə aldıqdan sonra torpağı satacağına öhdəsinə götürmüşdür. Odur ki, iddiaçının mübahisələndirilən torpaq sahəsinə hər hansı əşya hüququ mövcud olmadığı halda, onun orada inşa edilən tikililərin sökülməsi və bu tələbdən irəli gələn maddi və mənəvi ziyanın ödənilməsinə dair tələbləri irəli sürməyən subyektiv hüququ olmamışdır. İddiaçının əsas müqavilənin bağlanmasından imtina ilə bağlı vurulmuş ziyanla bağlı məhkəməyə müraciət etmək hüququ var ki, bu hal hazırki mübahisənin əsasını təşkil etmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, ilkin müqavilənin bağlanması ilə əmlak üzərində iddiaçının hüquqlarının yaranmasına dair kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası həmçinin izah edir ki, ilkin müqavilə ilə iddiaçının torpağa əşya hüququ yaranmadığı üçün həmin müqavilənin hansı müddətə bağlanması (əsas öhdəliyin hansı müddətə bağlanmalı olması) əhəmiyyət kəsb etmir. Kassasiya şikayətinin iddiaçıya verilmiş etibarnamənin cavabdeh tərəfindən ləğv olunmasına dair dəlilinə hüquqi qiymət verərkən məhkəmə kollegiyası izah edir ki, Mülki Məcəllənin 362.1-ci maddəsinin məzmunundan da göründüyü kimi, etibarnamə etibar olunmuş əmlak üzərində təmsilçiyə həmçinin hər hansı hüquq vermir. Həmin sənəd yalnız təmsil olunanın təmsilçi tərəfindən üçüncü şəxslər qarşısında təmsil olunmasına, o cümlədən əqdlər bağlanmasına səlahiyyət verməsini təsdiq edir. Etibarnamə vermiş şəxs etibarnamənin ləğv edilməsində sərbəstdir və hüquqlarından sui-istifadə kimi qiy mətləndirilə bilməz. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kolle giyasının 17 mart 2020-ci il tarixli, 2(105)-1290/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar