Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1854/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 və digərlərinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: evə köçürülmə 07.06.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 dekabr 2022-ci il tarixli, 2(103)7916/2022 saylı qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə 07 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. 28 dekabr 2015-ci il tarixli daşınmaz əml akın alqı-satqı müqaviləsi ilə X4 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci məhəllə, 03 saylı evin 75 saylı mənzilini İddiaçı2 satın almışdır. 2. “Qanun üzrə vərəsəlik hüququ haqqında” 01 iyul 2015-ci il tarixli Şəhadətnamədə qeyd edilir: “31 dekabr 2014-cü ildə vəfat etmiş X19 vərəsəsi, atası 28 yanvar 2013-cü ildə vəfat etmiş X13 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 20 saylı evin 37 saylı mənzilində yaşayan oğlu İddiaçı2dir və o, miras əmlakdan irs almalıdır. Səhadətnamə verilən miras əmlak Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 20 dekabr 1995-ci il tarixli “Qeydiyyat vəsiqəsi”nə və DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş, 19 may 2015-ci il tarixli “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyya tına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış”a əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci məhəllə, 03 saylı evin, 2 otaqlı, ümumi sahəsi 51,21 kv.metr olan 75 saylı mənzildən ibarətdir”.
3. Yaşayış yeri haqqında arayışa əsasən Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, 28 “M” saylı evdə qeydiyyatdadır.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsində yerləşən, 20 saylı evin 37 saylı mənzilindən istifadə hüququ olmayan hesab edilməsi qət edilmişdir.
5. Bakı Şəhəri, Nəsimi Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən ünvan üzrə (abunə kodu **********0028) ilə bağlanmış “Elektrik enerjisinin alqı-satqı müqaviləsi” ləğv edilmiş və müqavilənin İddiaçı3 adına rəsmiləşdirilməsi qət edilmişdir.
6. Bakı Şəhəri, Suraxanı Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı2 Cavabdeh qarşı “aliment borclarını ödəməkdən azad edilmə” barədə iddiası rədd edilmişdir.
7. Bakı Şəhəri, Suraxanı Rayon Məhkəməsinin 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı2 arasında 29 noyabr 2005-ci ildə bağlamış və həmin tarixdə Suraxanı rayon VVADQ şöbəsi tərəfindən akt qeydləri kitabında 1151 nömrəsi ilə qeydə alınmış nikah pozulması, xx xxxxxxxx 2003-cü il təvəllüdlü İddiaçı1 boşanmadan sonra Cavabdeh yanında qalm ası, xx xxxxxxxx 2003-cü təvəllüdlü İddiaçı1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı2 hər ay 154 manat olmaqla sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.
8. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iş üzrə Bakı Şəhəri, Suraxanı Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli qətnaməsi qismən, iddianın təmin olunan hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia həmin hissədə rədd edilmişdir.
9. X10 tərəfindən verilmiş tədiyyə bildirişinə əsasən, Bakı Şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O. Şabanov küçəsi ilə bağlı əmlak vergisi və torpaq vergisi vergi ödəyicisi kimi X14 tərəfindən ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsind ə icraat
10. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların cavabdehin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində yerləşən 28 “M” saylı fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
11. İddiaçı3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı2 Cavabdeh ilə 11 noyabr 2001-ci ildə ailə qurmuş və sonuncu həmin tarixdən ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsində yerləşən 20 saylı evin 37 saylı mənzilinə gəlin köçmüşdür. 2015-ci ilin dekabr ayının sonunda İddiaçı2 özünə məxsus mənzili satıb, Bakı şəhəri, Suraxanı rayonu, Çöllük küçəsində yerləşən və hazırda Cavabdeh yaşadığı 28 “M” saylı evi satın almışdır. Bu ndan sonra, onlar həmin evə köçüb yaşamış, ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsində yerləşən 20 saylı evin 37 saylı mənzilini kirayə verib, alınan kirayə haqqı hesabına dolanışıqlarını təmin etmişlər. Hətta o, sonradan 28 “M” saylı evə köçən zaman öz mənzilindəki özünə məxsus bütün mebelləri, qab-qacağı, paltarlarını və bütün digər əmlakları da ora aparmışdır. Mülkiyyət hüququ üzrə özünə məxsus olan 37 saylı mənzili isə hər ay 200 manat olmaqla kirayəyə vermiş, hər ay aldığı kirayə haqqını nəvəsi Səfərin hazırlıq kurslarına və ailənin dolanacaq ehtiyaclarına sərf etmişdir. Cavabdeh İddiaçı2la evli olduğu müddətdə işləməmiş və evə qazanc gətirməmişdir. 2020-ci ilin əvvəllərində İddiaçı2 məhkəmə hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilm iş və cəza çəkdiyi müddət ərzində o və İddiaçı1 bir müddət həmin evdə yaşasalar da, İddiaçı1 Türkiyə Respublikasında universitetə qəbul edilməsi ilə əlaqədar o, nəvəsi İddiaçı1 ilə birlikdə 2021-ci ilin sentyabr ayında Türkiyə Respublikasına getmiş, Türkiyədən qayıtdıqda isə Cavabdeh onları həmin evə buraxmamışdır. Bundan sonra o, məcburiyyət qarşısında qalıb orda-burda yaşamağa başlamış, lakin bütün əmlakları Cavabdeh yaşadığı 28 “M” saylı evdə qalmışdır. O, sahə müvəkkilinin köməyi ilə cavabdehin yaşadığı 28 “M” saylı evə getmiş və əmlaklarını götürmək istədikdə Cavabdeh onun geyim əşyalarını küçəyə ataraq qalan əmlakını verməkdən imtina etmişdir. Hazırda onun əşyaları cavabdehin yaşadığı həmin evdədir. Hazırda İddiaçı2 cəzasını çəkib qurtarmış, onlar öz evinə gedib, evə daxil olmaq istə dikdə cavabdeh onları öz yaşadıqları evə buraxmamışdır. İddiaçı XX9 ölkəyə gələndə də cavabdeh onu öz evində yaşamağa qoymur. İddia tələbinin predmeti olan yaşayış evi qanunsuz tikili olsa da, həmin ev yaşayış sahəsi olduğuna, həmin ev onların birlikdə yaşamaqları üçün nəzərdə tutulduğuna və onların daimi yaşayış yeri olduğuna görə onların həmin evdə yaşamaq hüquqları vardır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iddia tələbini qəbul etməyərək məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh nikahdan sonra İddiaçı3 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsində yerləşən 20 saylı evin 37 saylı mənzilinə gəlin köçmüş, hətta həmin mənzilə 09 yanvar 2006-cı ildə pasport qeydiyyatına alı nmışdır. Lakin, Bakı Şəhəri, Suraxanı Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsində yerləşən 20 saylı evin 37 saylı mənzilindən istifadə hüququ olmayan hesab edilmişdir. Qətnamədən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilsə də, qətnamə üzrə Suraxanı rayon Məhkəməsi tərəfindən icra vərəqəsi verilmiş, İddiaçı3 isə onun əsasında Cavabdeh pasport qeydiyyatından çıxarmışdır. İş materiallarına sübut qismində əlavə etdiyi Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 14 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İddia ərizəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsində yerləşən 20 sayl ı evin 37 saylı mənzilin kirayəyə verilməsi isə həqiqətə uyğun deyil, İddiaçı3 öz mənzilində uzun müddət yaşamış, gəlini Cavabdeh qanunsuz olaraq qeydiyyatdan çıxardıqdan sonra isə mənzili onun razılığı olmadan qızına bağışlamış, sonradan isə satmışdır. İddiaçı3 bu qanunsuz əməlinin araşdırılması, həmçinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 14 dekabr 2018-ci il tarixli qətnaməsinə əsasən pasport qeydiyyatına qaytarılması istiqamətində artıq prosessual araşdırma başlanılmışdır. İddiaçı2 iddia ərizəsində qeyd etdiyi kimi məhkəmə hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəza çəkdiyi müddət ərzində Cavabdeh İddiaçı3 da yaşadığı mənzildən qovmuş, onu həmin evə buraxmamışdır. Məhkəmə işə baxarkən nəz ərə almalıdır ki, İddiaçı2 uzun müddət narkotik vasitələrin istifadəçisi olmuşdur. Həmçinin Bakı Şəhəri, Suraxanı Rayon Məhkəməsinin müvafiq hökmü ilə İddiaçı2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Onun Bakı şəhəri, Suraxanı rayonu, Çöllük küçəsində yerləşən 28 “M” saylı fərdi yaşayış evində olması, istifadə hüququnun yaranması və fərdi yaşayış evinə köçürülməsi üçün heç bir hüquqi əsası yoxdur. Cavabdeh İddiaçı3 yaşadığı mənzildən qovması hissəsinə isə bildirmək istəyir ki, İddiaçı3 mənzildən qovulması faktına aid hər hansı sübut mülki iş materiallarına əlavə edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlər siyahısında “qonşuların ərizəsi” adlı sənəd mülki iş materiallarına əlavə olunmamışdır. Elektron məhkəmə portalı ü zərində əlavə olunmuş sənədlər siyahısında mövcud sənəd yoxdur. Mülki iş üzrə araşdırma aparan məhkəmə qanunvericiliyin tələbinə istinad edərkən nəzərə almalıdır ki, hazırkı işin mahiyyəti üzrə mübahisə mediasiya sessiyasından keçməlidir. Lakin iddiaçı məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, Cavabdeh hazırkı tələb üzrə tərəf deyil. Belə ki, sözü gedən mənzil başqa şəxsin istifadəsindədir. Mövcud mənzil ilə bağlı iddia tələbi məhz ona qarşı qaldırılmalıdır. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Çöllük küçəsində yerləşən 28 “M” saylı fərdi yaşayış evinin faktiki yeganə sahibidir. Buna dair Cavabdeh ilə "xxxx" ASC, "xxxx" ASC və "xxxx" QSC arasında müvafiq müqavilələr imzalanmış, həmçinin cavabdeh göstərilən ünvanda pasport qeydiyyatına düşmüşdür. Ən əsası isə Cavabdeh sözügedən torpaq sa həsi və üzərində olan tikiliyə dair müvafiq bələdiyyəyə vergi ödəyir. Lakin, iddiaçıların Bakı şəhəri, Suraxanı rayonu, Çöllük küçəsində yerləşən 28 “M” saylı fərdi yaşayış evinə heç bir hüquqları yaranmadığından, onlar əsassız olaraq fərdi yaşayış evinə köçmələrini tələb edirlər. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.
13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, e2(010)-3038/2022 saylı qətnaməsi ilə ( hakim L.Talıbova) iddia təmin edilmiş, iddiaçıların Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində yerləşən 28 “M” saylı fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutlar və verilmiş izahatlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh ilə cavabdeh İddiaçı2 aras ında 29 noyabr 2005-ci ildə nikah bağlanmış və cavabdeh iddiaçılara məxsus evə gəlin köçmüşdür. İddiaçı2 01 iyul 2015-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 məhəllə, 03 saylı evin 75 saylı ünvanda yerləşən mənzili miras əmlak kimi qəbul etmiş və həmin mənzili 28 dekabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satmışdır. Sonradan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində yerləşən 28 “M” saylı fərdi yaşayış evini almışlar və ailəlikcə hamısı həmin mənzilə köçmüşlər. İddiaçı2 məhkəmənin hökmünə əsasən həbs olunmuş və İddiaçı3 isə nəvəsi Səfərlə birlikdə Türkiyə Respublikasına getmişlər. Sonradan tərəflər arasında mübahisə yaranmış və Bakı Şəhəri, Suraxanı Rayon Məhkəməsinin 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı2 arasınd a 29 noyabr 2005-ci ildə bağlamış nikah pozulmuşdur. Mübahisələndirilən fərdi yaşayış evi qanunsuz tikilidir və Bakı Şəhəri, Nəsimi Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən ünvan üzrə (abunə kodu **********0028) ilə bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilənin İddiaçı3 adına rəsmiləşdirilməsi qət edilmişdir.
15. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, mübahisəli fərdi yaşayış evi qanunsuz tikili olsa da, həmin evə dair qazın alqı-satqısı, elektrik enerjisinin alqı-satqısı, su təchizatı barədə müqavilə bağlandığından və onların həmin evə köçürülməsinə cavabde h tərəfindən maneə yaradıldığından iddia təmin olunmalı və iddiaçılar Bakı Şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində yerləşən 28 “M” saylı fərdi yaşayış evinə köçürülməlidirlər.
16. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 180.1-ci maddələrinə, qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 15, 12.1, 12.2, 12.3, 13.2-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 1, 2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılm asına dair” 30 noyabr 2018-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə etirazın məzmunu ilə eynilik təşkil etmiş və əlavə olaraq apellyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasını n 20 dekabr 2022-ci il tarixli, 2(103)-7916/2022 saylı qətnaməsi ilə (hakimlər N.Cəfərov sədrlik edən, məruzəçi, E.Mehdiyev və X.Sarıyev) apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, ev üzərində heç kəsin mülkiyyət hüququ yoxdur, o, özbaşına tikintidir. İddiaçılar evi zəbt etməyiblər, ev onların yaşayış yeridir. Lakin tərəflərin münasibətləri pozulduqdan sonra cavabdeh iddiaçıların evdə yaşamasına imkan vermir. Cavabdeh tərəf etiraf edir ki, iddiaçılardan İddiaçı1 və İddiaçı2 həmin evdə yaşayıblar. Cavabdeh digər iddiaçı X həmin evdə h eç vaxt yaşamadığını bildirsə də, birinci instansiya məhkəməsində dindirilmiş şahidlər X həmin evdə yaşadığını təsdiq etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Həmin normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, evə, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçılar köçmək istədikləri evdə yaşayıblar və yaşadıqları evdən məhrum ediliblər. Ona görə də 3cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə evdən çıxarma, güc tətbiq etməklə evə buraxmama və s.) yol verən şəxsin ev üzərində mülkiyyət hüququ, istifadə hüququ və ya digər əşya hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində qeydə alınan hüququ olmadığından onun iddiaçılara qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Ona görə də qanun pozuntusunun nəticələri aradan qaldırılmalı, iddiaçılar məhrum edildikləri evə köçürülməlidirlər. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh kassasiya şikayəti verərə k (Vəkil), iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddiaçı tərəfindən məhkəmə iclasına şahid qismində çağırılan şəxslər münasibətdə bildirilir k ki, şahidlərin vermiş olduğu ifadələr həqiqətə uyğun deyil və iddiaçı tərəfindən qabaqcadan hazırlanmış ssenari əsasında eyniliklə verilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 mənzildə kirayədə qalmasına dair hər hansı bir sübutun olmadığını bildirmişdir. Belə olan halda məhkəmə tərəfindən nəzərə alınmalıdır ki, X1 mənzildə kirayədə qalması, həmçinin iddiaçının mülkiyyətində olan mənzili kirayə verməsi faktı təsdiqini tapmır. Onu da vurğulama q lazımdır ki, 2017-ci ilin əvvəllərində ailə daxilində olan münaqişələr zəminində iddiaçının oğlu ilə cavabdehin boşanması, həmçinin İddiaçı3 Cavabdeh ilə bir evdə yaşaması mümkünsüz olmuşdur. Onların biri-birinə qarşı olan qərəzli münasibəti əsasında bir evdə yaşamalarına dair verilmiş bütün istinadlar əsassızdır. Qətnamədə cavabdehin nümayəndəsi və vəkili Vəkil adından yazılmış ifadə məhkəmə tərəfindən əsassız olaraq yazılıb. Belə ki, açıq məhkəmə proseslərinin heç birində cavabdehin vəkili İddiaçı3 evdən qovulmasında dair hər hansı bir fikir söyləməmişdir. Məhkəmə tərəfindən araşdırma aparılan zaman mülki iş materiallarına əlavə edilmiş Hövsan Bələdiyyəsi tərəfindən verilmiş Tədiyyə Bildirişinə əsasən faktiki olaraq mübahisəli mənzilin sahibinin X14 olmasına baxmayaraq məhkəmə bu sübut u araşdırmamış, ona heç bir hüquqi qiymət verməmişdir. Məhkəmə işə baxarkən nəzərə almalı idi ki, İddiaçı2 uzun müddət narkotik vasitələrin istifadəçisidir. Həmçinin, Bakı Şəhəri, Suraxanı Rayon Məhkəməsinin müvafiq hökmü ilə İddiaçı2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri, Binə qəsəbəsi 17 saylı X18 cəza çəkmişdir. Dolayısı ilə onun Bakı Şəhəri, Suraxanı rayonu, Çöllük küçəsində yerləşən 28 “M” saylı fərdi yaşayış evində olması, istifadə hüququnun yaranması və fərdi yaşayış evinə köçürülməsi üçün heç bir hüquqi əsası yoxdur. Cavabdeh İddiaçı3 da yaşadığı mənzildən qovulması hissəsinə münasibətdə bildirilir ki, İddiaçı3 mənzildən qovulması faktına aid hər hansı sübut mülki iş materiallarına əlavə edilməmişdir. İddiaçıların iddia təl əbində istinad etdiyi faktlar sadə şifahi ifadələrə köklənmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlər siyahısında “qonşuların ərizəsi” adlı sənəd mülki iş materiallarına əlavə olunmayıb. Elektron məhkəmə portalı üzərindən əlavə olunmuş sənədlər siyahısında mövcud sənəd yoxdur. Mülki iş üzrə araşdırma aparan məhkəmə qanunvericiliyin tələbinə istinad edərkən nəzərə almalıdır ki, hazırkı işin mahiyyəti üzrə mübahisə mediassiya sessiyasından keçməlidir. Lakin, Cavabdeh hazırkı tələb üzrə tərəf deyil. Belə ki, sözügedən mənzil X5 istifadəsindədir. Mövcud mənzillə bağlı iddia tələbi də məhz ona qarşı qaldırılmalıdır. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Çöllük küçəsində yerləşən 28 “M” saylı fərdi yaşayış evinin faktiki sahibi olmuşdur. Buna dair Cavabdeh ilə "xxxx" ASC, "xxxx" ASC və "xxxx " QSC arasında müvafiq müqavilələr imzalanmış, həmçinin cavabdeh göstərilən ünvanda pasport qeydiyyatın düşmüşdür. Ən əsası isə Cavabdeh sözü gedən torpaq sahəsi və üzərində olan tikiliyə dair müvafiq olaraq bələdiyəyə vergi də ödəyib. Lakin, iddiaçıların Bakı şəhəri, Suraxanı rayonu, Çöllük küçəsində yerləşən 28 “M” saylı fərdi yaşayış evinə heç bir hüquq yaranmadığı bir halda onlar əsassız olaraq fərdi yaşayış evinə köçmə tələbi edirlər. İddiaçı3 "xxxx" ASC-nə qarşı “müqavilənin addan-ada keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi (vəkili) X16 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsini rəhbər tutaraq “iddia tələbinin dəqiqlədirilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh aras ında bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən ünvan üzrə (abunə kodu **********0028) ilə bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsi ləğv edilərək, qazdan istifadə müqaviləsinin İddiaçı3 adına rəsmiləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş tələb müqavilənin ləğv olunması, işığın İddiaçı3 adına rəsmiləşdirilməsi barədə qərar qəbul edilməsi kimi başa düşülməsini xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçılar Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən yaşayış evini X6 almış, həmin evi alıb evə köçmüşl ər. O, evi alan zaman evə verilən elektrik enerjisinə görə abunə kodu X8 adına olmuş, kodu dəyişib öz adına keçirtmək istəyən zaman, yəni elektrik enerjisinin alqı- satqı müqaviləsinin iddiaçının adına keçirilməsini tələb edən zaman, həmin abunə kodunun artıq onun keçmiş gəlini Cavabdeh adına keçirilməsini bilmişdir. O, həmin abunə kodunun onun adına keçirilməsi barədə cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh ona məktub ünvanlayaraq ASAN xidmətmərkəzinə müraciət etmədiyini tövsiyə etminşdir. ASAN xidmət Mərkəzindən də bu cür müraciətlərə yalnız "xxxx" ASC-də baxılmasını ona bildirmişlər. Sonda iddia tələbinin təmin edilməsini məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçının tələbi ümumiyyətlə Nəsimi Rayon Məhkəməsində baxıla bilməzdi. "xxxx" ASC inzibati orqan olmasa da fəaliyyət növü inzibati orqanın fəaliyyəti ilə eynidir və müvafiq qaydada "xxxx" ASC-yə qarşı öhdəlik qoyulmasına dair tələblər aidiyyət üzrə Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğundan Nəsimi Rayon Məhkəməsinin qətnaməsi bu əsas görə ləğv edilməlidir. Məhkəmə iş materiallarına əlavə edilmiş 29 dekabr 2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, X17 onun faktiki sahibliyində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Çöllük” küçəsi yerləşən 140 kv.metr torpaq sahəsini və üzərində tikilmiş evi təyinatı üzrə istifadə etməyi və gələcəkdə özəlləşdirilməyi və digər səlahiyyətləri ünvan 3 ünvanda qeydiyyatda olan İddiaçı2 həvalə edildiyini istinad etsə də nəzərə almalı idi ki, müvafiq etibarnamə mülkiyyət sənədi deyil. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları
24. Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
25. Maddə 43. 1-ci hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
27. Mad də
15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun
28. Maddə
1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçiri lməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
29. Maddə
2. Qanuni əsaslarla daimi və ya daha çox yaşadığı yer (ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri) hər hansı bir şəxsin yaşayış yeri hesab olunur. Onun yaşayış yeri sayılmayan müvəqqəti yaşadığı yer (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə özünün, qohumunun, tanışının və başqa yaşayış binası) isə vətəndaşın olduğu yer sayılır. Yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraqalideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayı ş yeri sayılır və yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 noyabr 2018-ci il tarixli qərarı 30. “...mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya v ə s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur...” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsa slı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prose ssual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş s übutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
42. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdiril məsi üçün əsaslar yoxdur.
43. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
44. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, hazırki mübahisə Bakı Şəhəri, Suraxanı rayonu, Çöllük küçəsində yerləşən 28 “M” saylı fərdi yaşayı evi ilə bağlıdır. Ev özbaşına tikilidir, 1 mərtəbəli, 3 otaqlıdır. Evdə cavabdeh X yaşayır. X12 İddiaçı2 keçmiş arvadı, İddiaçı3 keçmiş gəlini, İddiaçı1 isə anasıdır. Cavabdeh X ilə İddiaçı2 2001-ci ildə faktiki ailə münasibətlərinə daxil olublar, 29 noyabr 2005-ci ildə nikah bağlayıblar və ni kah məhkəmənin 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə pozulub.
45. Cavabdeh X 2001-ci ildə İddiaçı2 ilə ailə qurduqdan sonra qayınanası- İddiaçı3 məxsus, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi, 20 saylı evin 37 saylı mənzilinə gəlin köçmüşdür. Mübahisə predmeti olan ev isə 2015-ci ildə qeyri-rəsmi satın alınıb. Cavabdeh tərəf bildirir ki, ev ailə büdcəsinin hesabına alınıb. İddiaçı tərəf isə bildirir ki, İddiaçı2 2015ci ildə özünə məxsus mənzili- Bakıxanov qəsəbəsi, 4085-ci məhəllə, 03 saylı evin 75 saylı mənzilini satmış, əldə edilən pulla hazırda mübahisə predmeti olan evi satın almışlar. Bundan sonra cavabdeh və iddiaçılar həmin evə köçmüşlər. İddiaçı3 özünə məxsus, Bakı Şəhəri, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi, 20 saylı evin 37 saylı mənzilini kirayəyə vermiş, kirayə haqqı ilə ailəni n dolanışığını təmin etmişlər. 2020-ci ilin əvvələrində İddiaçı2 azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, cəza çəkdiyi müddətdə İddiaçı3 və İddiaçı1 evdə yaşayıblar. Lakin, İddiaçı1 Tükiyədə universitetə qəbul edilməsi ilə əlaqədar İddiaçı3 nəvəsi İddiaçı1 ilə 2021-ci ilin sentyabr ayında Türkiyəyə getmişdir. Türkiyədən qayıtdıqdan sonra cavabdeh onları evə buraxmamışdır. İddiaçı2 cəzasını çəkib qurtarıb, evdə qayıtmaq istəsə də cavabdeh onu da evə buraxmamışdır. İddiaçıların əşyaları hal-hazıra kimi həmin evdədir. Hazırda evdə cavabdeh yaşayır.
46. Cavabdeh tərəf isə bildirir ki, İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi, 20 saylı evin 37 saylı mənzili olub. İddiaçı3 cavabdehi qanunsuz olaraq bu mənzildən qeydiyyatdan çıxarıb, bundan sonra mənzili öz qızına bağışlayıb, daha sonra isə mənzil satılıb.
47. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, mübahisəli ev üzərində heç kəsin mülkiyyət hüququ yoxdur, o, özbaşına tikintidir. İddiaçılar evi zəbt etməyiblər, ev onların yaşayış yeridir. Lakin tərəflərin münasibətləri pozulduqdan sonra cavabdeh iddiaçıların evdə yaşamasına imkan vermir. Cavabdeh tərəf etiraf edir ki, iddiaçılardan İddiaçı1 və İddiaçı2 həmin evdə yaşayıblar. Cavabdeh digər İddiaçı3 evdə heç vaxt yaşamadığını bildirsə də, birinci instansiya məhkəməsində dindirilmiş şahidlər İddiaçı3 həmin evdə yaşadığını təsdiq etmişlər.
48. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1 -ci hissəsində qeyd olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
49. Həmin normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, evə, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: şəxs köçmək istədiyi yerdə yaşayıbmı; şəxs yaşadığı yerdən məhrum edilibmi; məhrum edilmə qanunidirmi.
50. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib qeyd etmişdir ki, hazırkı işdə 1 -ci və 2-ci hallar mövcuddur, yəni iddiaçılar köçmək istədikləri evdə yaşayıblar və yaşadıqları evdən məhrum ediliblər. Ona görə də 3-cü halın mövcud olub- olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə evdən çıxarma, güc tətbiq etməklə evə buraxmama və s.) yol verən şəxsin ev üzərində mülkiyyət hüququ, istifadə hüququ və ya digər əşya hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində qeydə alınan hüququ olmadığından onun iddiaçılara qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Ona görə də qanun pozuntusunun nəticələri aradan qaldırılmalı, iddiaçılar məhrum edildikləri evə köçürülməlidir.
51. Kassasiya instansiyası məhkəməsi, cavabdehin apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, iddianı təmin etmiş birinci instansiya məhkm əsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir.
52. Digər tərəfdən, cavabdeh kassasiya şikayətində mübahisəli evin X7 məxsus olduğunu, iddaçıların həmin evə köçürülmələri üçün əsasların olmadığını və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları süb ut etməlidir.
54. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
55. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib.
56. Ona görə də kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, iş üzrə ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 dekabr 2022-ci il tarixli, 2(103)-7916/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.