Məhkəmə qərarları › İş №2(102)-1854/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1854/2024

04.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1854/2024 04.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycann Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti) qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzil mübahisələri, qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binaların sökülməsi ilə bağlı mübahisələr; müvəqqəti yaşayış sahəsindən ayrılması və kirayə haqqının ödənilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı (m üstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı Şəhər Nizami rayon İcra Hakimiyyəti cəlb edilməklə) “mənzillərin sökülməsi, əvəzində yeni təmirli mənzillərin verilməsi, kirayə haqqının verilməsi, mənzildən çıxarılma” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5754/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 4 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 25 fevral 2016-cı il tarixli, 75 nömrəli sərəncamına əsasən “STL-K” firmasının 15 fevral 2016-cı il tarixli, 01 nömrəli müraciətini nəzərə alaraq, Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti A.Manafov, T.Ab basov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452-ci məhəllədə yerləşən tikililərin sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin firmanın istifadəsinə verilmiş və həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi, “STL-K” firmasına həvalə olunmuşdur.

2. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 06 oktyabr 2017-ci il tarixli, 461 nömrəli “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 25 fevral 2016-cı il tarixli, 75 nömrəli sərəncamının addan-ada keçirilməsi haqqında” sərəncamına əsasən İddiaçı MTK-nın 02 oktyabr 2017-ci il tarixli, 177 nömrəli müraciətini nəzərə alaraq, Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti A.Manafov, T.Abbasov və Özbəkistan kü çələrinin kəsişməsindəki 2452-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 25 fevral 2016-cı il tarixli, 75 nömrəli sərəncamı, tərtib olunmuş 13281 nömrəli inşaat pasportu və digər sənədləşmələr İddiaçı MTK-nın adına rəsmiləşdirilmişdir. 3. 23 oktyabr 2017-ci il tarixli, 1397 nömrəli torpaq icarə müqaviləsinə əsasən icarəverən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 06 oktyabr 2017-ci il tarixli, 461 nömrəli sərəncamı və 13281 nömrəli, 04 iyul 2017-ci il tarixli inşaat pasportuna əsasən Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452-ci məhəllədə yerləşən 10.000 kv.m. olan torpaq sahəsini 49 il müddətinə icarəçi İddiaçı MTK-ya icarəyə vermi şdir. Həmin müqavilənin 7.4-cü bəndinə görə icarəçi hər il həmin torpaq sahəsinə görə 22713,60 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.

4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 20 dekabr 2021-ci il tarixli Tİ117/21 nömrəli obyektin tikintisinə icazəyə əsasən Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452-ci məhəllə ünvanında yerləşən torpaq sahəsinin koordinatları təsdiq edilmişdir.

5. Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 13 iyul 2017-ci il tarixli 17/95 sayla qeydiyyata alınmış ayrıc aktına əsasən “STL-K” firmasına Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, A.Manafov, T.Abbasov və Özbəkistan küç ələrinin kəsişməsindəki 2452-ci məhəllədə yerləşən 1000 hektar ərazidə çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün torpaq sahəsi ayrılmışdır.

6. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Baş İdarəsi tərəfindən verilmiş 14 yanvar 2020-ci il tarixli rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti, İ.Əliyev, A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2451-2452-ci məhəllələrdə yaşayış binaları (bina 9.10 və 11) üzrə tikinti layihəsi razılaşdırılır.

7. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş 20 dekabr 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ümumi sahəsi 48.4 kv.metr olan Bakı şəhəri Nizami rayonu Özbəkistan küçəsi ev 12, mənzil 3 xüsusi mülk iyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı MTK (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 mülkiyyətindəki ünvan 2 ünvanda yerləşən binadakı 58,0 kv.m sahəsi olan iki otaqlı 2 nömrəli mənzilinin əvəzinə, 78,0 kv.m. sahəsi olan iki otaqlı təmirli mənzil, Cavabdeh1 mülkiyyətindəki həmin ünvanda yerləşən binadakı 48,4 kv.m. sahəsi olan iki otaqlı 3 nömrəli mənzilinin və sənədsiz sahəsinin əvəzinə, 78,0 kv.m. sahəsi olan ikiotaqlı təmirli mənzil, Cavabdeh3 mülkiyyətindəki həmin ünvanda yerləşən binadakı 54,2 kv.m. sahəsi olan ikiotaqlı 5 nömrəli mənzilinin əvəzinə, 78,0 kv.m. sahəsi olan ikiotaqlı təmirli mənzil, Cavabdeh2 mülkiyyətindəki, həmin ünvanda yerl əşən binadakı 51,4 kv.m. sahəsi olan ikiotaqlı 9 nömrəli mənzilinin və özbaşına tikilinin əvəzinə, 84,68 kv.m. sahəsi olan ikiotaqlı təmirli mənzil verilməklə, cavabdehlərin mənzillərinin sökülməsi, yeni mənzillər təhvil verilənədək cavabdehlərin hər birinə hər ay 450 manat kirayə haqqı ödənilməklə cavabdehlərin söküləcək həmin mənzillərdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 26 fevral 2016-cı il tarixli, 75 nömrəli və 06 oktyabr 2017-ci il tarixli, 461 nömrəli sərəncamlarına əsasən Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452 nömrəli məhəllədə çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilm əsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 25 fevral 2016-cı il tarixli 75 nömrəli sərəncamı, tərtib olunmuş 13281 nömrəli inşaat pasportu və digər sənədləşmələr İddiaçı MTK-nın adına rəsmiləşdirilib və torpaq sahəsi İddiaçı MTK-nın istifadəsinə verilib. ünvan 2 ünvandakı 12 mənzilli ikimərtəbəli bina Bakı Şəhər İcra Hakimiyyəti Başçısının qeyd olunan sərəncamı ilə İddiaçı MTK-ya ayrılmış torpaq sahəsində yerləşir. Həmin yaşayış binası 20-ci əsrin 53-cü illərində tikilib, istismar müddəti bitib, köhnə və istifadəyə yararsız vəziyyətdədir. İddiaçı MTK-nın qeyd edilən sərəncamının icrası ilə bağlı Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti, A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452 nömrəli məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin dəyərinin öd ənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi işlərini həyata keçirir. 12 nömrəli 12 mənzilli köhnə yararsız binanın əksər sakinləri ilə razılıq əldə olunsa da yalnız cavabdehlər X4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ilə onların əsassız varlanmaq niyyətinə düşmələri səbəbindən razılıq əldə etmək mümkün olmayıb. Cavabdeh1 əsassız varlanmaq məqsədilə müqavilə bağlamaqdan və mənzilini təhvil verməkdən imtina edərək mənzilinin əvəzinə 1 ədəd sahəsi 117.80 kv.m və 1 ədəd 63,12 kv.m təşkil edən 1/2 otaqlı mənzillər tələb edir. Cavabdehlər əsassız varlanmaq məqsədilə ünvan 2 ünvanda yerləşən yaşayış binasının sahə mülkiyyətçiləri kimi razılığa gəlməkdən və yararsız binadan köçməkdən imtina ediblər. Bu səbəbdən də uzun müddətdir cavabdehləri söküləcək yaşayış sahəsindən çıxarmaq, söküntü-tikinti işlərinə başlamaq mümkün olmayıb. Nəticədə isə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 06 oktyabr 2017-ci il tarixli, 461 nömrəli sərəncamının icrası və tikinti işlərinə başlanması mümkün olmayıb. Tikinti işlərinin yubanması mənzil tikintisi üçün "Orbita” MTK ilə müqavilələr bağlamış, pay haqqı ödəmiş şəxslərin haqlı etiraz və narazılığına səbəb olmuşdur.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 iyun 2023-cü il tarixli, 2(007)-1647/2023 saylı qətnaməsi ilə (hakim H.Əhmədova) iddia təmin edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, tikinti işlərini aparan iddiaçı tərəfindən cavabdehlərə edilən həmin təkliflər, sərəncamla İddiaçı MTK-nın üzərinə qoyulmuş vəzifənin həyata keçirilm əsindən irəli gələn addımdır və MTK bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehlər onlara məxsus olan mənzillərə iddiaçının təklif etdiyi cavabdehlərin yaşayış sahələrinə uyğun əlavə yaşayış sahələrindən daha çox sahə tələb edirlər. Bu hal cavabdehlərin hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. 1

2. Məhkəmə xüsusi qeyd etmişdir ki, sərəncamı icra edən iddiaçı tərəfindən cavabdehlərin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehlərə mülkiyyətlərində olan əmlakın müqabilində ədalətli təkliflər edilir. Bu isə, cavabdehlərin öz mülkiyyətlərində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Cavabdehlərin əksəriyyəti tərəfindən də məhkəmə prosesi zamanı mənzilinin sökülərək əvəzinə yeni tikiləcək müasir binada tam təmirli yeni mənzilin verilməsinə etiraz edilməmiş, lakin veriləcək mənzilin sahəsində mübahisələrinin olması bildirilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyə tdə olan mənzillərdən çıxarılması ilk növbədə orada yaşayanlar üçün həyati vacib məsələdir. Belə ki, cavabdehlərin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşaması gələcəkdə məhz cavabdehlər üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. Hansı ki, binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdehlərə mənzillərinin, özbaşına tikililərinin, sənədsiz sahələrinin ölçüsünə ağlabatan ölçüdə əlavə sahələri olan yeni mənzillər verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onlarla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilmələri üçün 450 manat məbləğində kirayə haqq ı ödənilməsi öhdəliyini “Orbita“MTK öz üzərinə götürür.

14. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 152.6, 560.1, 560.2-cı maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin qismən - Cavabdeh1 aid hissədə ləğv edilərək iddianın onun özünə aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) (hakimlər F.Qasımov (sədrlik edən və məruzəçi), F.Abdıyev və X.Sarıyev) 2(103)-5754/2023 nömrəli 28 noyabr 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsi nin qətnaməsinin Cavabdeh1 veriləcək mənzilin ölçüsü ilə bağlı hissədə dəyişdirilərək ona məxsus olan ünvan 4 ünvanında yerləşən binadakı 48,4 kv.m. sahəsi olan ikiotaqlı 3 saylı mənzilinin və sənədsiz sahəsinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452 saylı məhəllədə inşa etdiyi 10 saylı binan 2-ci mərtəbəsində sahəsi 84,0 kv.m 2 otaqlı 3 saylı mənzili təmirli vəziyyətdə verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, apellyasiya şikayəti iddiaçının ona təmirsiz mənzil təklif etməsi, onun ailə üzvləri ilə birlikdə yaşamağa başqa evinin olmaması, həmçinin iddiaçının tək lif etdiyi mənzili təmir etdirib yaşanılacaq vəziyyətə gətirmək də yüksək məbləğdə xərc tələb olunması isə əsaslandırılsa da, bu xüsusatlar nəinki işin halları, birinci instansiya məhkəməsinin qətnaməsi və həmin qətnaməyə əsasən gəlinən nəticə ilə tam təkzib olunur. Belə ki, iddiaçının tikintisinə başlamaq istədiyi yeni çoxmənzilli bina istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən köhnə binanın yerində inşa ediləcək və bu binada sakinlərə yeni təmirli mənzilləri verməyi iddiaçı öhdəlik kimi öz üzərinə götürür və yeni mənzilin təmirli olaraq təhvil verilməsi qətnamənin nəticəvi hissəsində qeyd olunmuşdur.

18. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mülkiyyət hüququna müdaxilənin mümkünlüyünü nəzərdə tutan aktlarda xüsusi mülkiyyətin sosial öhdəliklərə s əbəb olması, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə, cəmiyyətin maraqları naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində məhdudlaşdırılması, şəxsin bu hüquqdan məhkəmə qərarı ilə məhrum edilməsinin mümkünlüyü açıqca təsbit olunmuşdur. O cümlədən, qəza vəziyyətində olan və bərpası mümkün olmayan binaların yerində yeniləri inşa edilməklə, mülkiyyət hüququnun kompensasiyası mümkündür.

19. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının cavabdehə təmirsiz mənzil təklif etməsi, onun ailə üzvləri ilə birlikdə yaşamağa başqa evinin olmaması, həmçinin iddiaçının təklif etdiyi mənzil təmir etdirib yaşanılacaq vəziyyətə gətirmək yüksək məbləğdə xərcin tələb olunması əsaslandırılsa da, bu xüsusatlar həm işin halları, həm də birinci instansiya məhkə məsinin qətnaməsi və həmin qətnaməyə əsasən gəlinən nəticə ilə tam təkzib olunub.

20. Məhkəmə həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin cavabdehə məxsus mənzilin əvəzində tikiləcək çoxmərtəbəli yaşayış binasında təmirli yeni mənzilin verilməklə, mənzildən çıxarılmalı olması ilə bağlı gəldiyi nəticə düzgün olsa da, mövcud vəziyyətdə cavabdehə əvəz kimi verilən əmlakın əlamətləri konkret şəkildə fərdiləşdirilmədiyindən, bu məzmunda çıxarılmış qətnamə tikinti şirkətinin vəzifələrini dəqiq müəyyən edən, kompensasiyanın ədalətli olub-olmamasını müəyyənləşdirməyə imkan verən, habelə mülkiyyətinə müdaxilə olunan cavabdehin hüquqlarının real bərpasını təmin edən məhkəmə aktı hesab edilə bilməz.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası “Məhkəmə qətnaməsi haqqında” Ali Məhkə mənin Plenumu Qərarına, Mülki Məcəllənin 6.1, 16.1, 152.1, 152.5, 152.6, Mənzil Məcəllənin 2.1, Torpaq Məcəllənin 6, 50.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh1 hüquqi varisləri Əhməd Murad Asif oğlu və X6 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edərək, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh1, Söylü Əhmədovanın və Cavabdeh1 vərəsələri kimi onun da əsas konstitusiyon hüquqlarından olan mülkiyyət hüququ kobud surətdə pozulmuşdur. Mübahisə predmeti olan əmlak iş üzrə iştirak etməyən anası X5 paylı mülkiyyəti olmasına baxmayaraq iddiaçı həmin şəxsin razılıq və ya narazılığına əhəmiyyət vermədən onu cavabdeh belə qoymadan onun mülkiyyət hüququnu pozmuş, məhkəmə isə bu hallara əhəmiyyət verməmişdir.

24. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən yalnız bir-biri ilə bağlı olan tələbləri birləşdirməkdə iddiaçıya hüquq verməsinə baxmayaraq, iddiaçı bir neçə cavabdehlərə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi bir iddia ərizəsində birləşdirmiş və məhkəmə isə həmin hala əhəmiyyət verməyərək iddianı geri qaytarmayaraq kobud pozuntuya yol vermişdir. Belə ki, cavabdehlərin heç birinin bir-biri ilə və ya iddiaçı ilə heç bir öhdəlik və s. heç bir, öhdəlik və vəzifələr daşımasını müəyyən edən hər hansısa bir müqav iləsi olmadığı halda məhkəmənin iddianı bir-biri ilə əlaqəli olan cavabdehlər kimi icraata alması tamamilə prosessual normaların pozuntusu deməkdir.

25. Cavabdeh şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1 və MPM-in 149.3, 152.1.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

27. Maddə

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

28. Maddə

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır;

29. Maddə

29. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum e dilə bilməz;

30. Maddə

43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz;

31. Maddə

71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

32. Maddə

71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır:

34. Maddə 6.1.4. Mülkiyyətin toxunulmazlığı.

35. Maddə 1 6.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

36. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

37. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

38. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir Azərbaycan Respublikası Mənzil Məcəlləsi

39. Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yer inə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

40. Maddə

6. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır:

41. Bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınması.

42. Maddə 50.1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

45. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtər əfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 hüquqi varisləri Əhməd Murad Asif oğlu və X6 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələrin müəyyən etmişlər ki, İddiaçı MTK Bakı şəhəri Nizami rayonu ərazisində apardığı tikinti işlərini Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 75 nömrəli 25 fevral 2016-cı il tarixli və 06 oktyabr 2017-ci il tarixli, 461 nömrəli sərəncamlarına uyğun olaraq mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətlərini tərəfindən öz vəsaitləri hesabı na inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsi ilə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasına uyğun olaraq həyata keçirir.

55. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tam qiymət verərək belə qənaətə gəlmişdir ki, mülkiyyət hüququna müdaxilənin mümkünlüyünü nəzərdə tutan aktlarda xüsusi mülkiyyətin s osial öhdəliklərə səbəb olması, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə, cəmiyyətin maraqları naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində məhdudlaşdırılması, şəxsin bu hüquqdan məhkəmə qərarı ilə məhrum edilməsinin mümkünlüyü açıqca təsbit olunmuşdur. O cümlədən, qəza vəziyyətində olan və bərpası mümkün olmayan binaların yerində yeniləri inşa edilməklə, mülkiyyət hüququnun kompensasiyası mümkündür.

56. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisə predmeti olan mənzil qeyri – yaşayış sahəsi deyil, yaşayış sahəsi kimi qeydə alınmışdır və bu əsasla qiymətləndirilə bilməz. Digər tərəfdən həmin cavabdeh izahatında həmin evin 1-ci mərtəbəsində obyekt olmadığını bildirmiş, lakin evin yerləşdiyi sırada və ev ilə üzbəüz istiqamətdə obyektlərin olduğunu bildirmişdir. Evin yerləşdiyi sırada və ev ilə üzbəüz istiqamətdə obyektlərin olması mənzilin qeyri - yaşayış sahəsi ilə eyniləşdirə bilməz. Mənzil yaşayış sahəsi kimi qeydə alınsa da, həmin mənzildən qeyri – yaşayış sahəsi kimi istifadə edilsə idi, həmin daşınmaz əmlakın cavabdeh üçün gəlir gətirməsini əlavə hal kimi nəzərə alaraq fərqli nəticəyə gələ bilərdi. Lakin hazırkı vəziyyətdə bu hal da mövcud olmadığından məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, qeyd olunan xüsusat qətnamənin ləğvinə əsas vermir. Bununla yanaşı, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi kimi tədbirlər, orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınm ası kimi qanuni məqsədlər daşısa belə, mülkiyyət hüququnun kompensasiyası ədalətli (mütənasib) olmalıdır. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdüyü zərərin tam şəkildə qarşılanması başa düşülür.

57. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

58. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən prossesual hüquq normaları məhkəmələr tərəfindən pozulmamışdır. Buna görə də, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Kassasiya şikayətində istinad olunan bəzi dəlilləri işin faktiki hallarını araşdırmaq səlahiyyətə aid olan məhkəmlərə təqdim olunmamışdır. Hazırda isə həmin dəlillərin qiymətləndirilməsi kassasiya icraatının səlahiyyətlərindən kənar olduğuna görə nəzərə alınmır.

59. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin hüquqi varisləri X6 və Əhməd Murad Asif oğlunun kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegi yasının 28 noyabr 2023-cü il tarixli, 2(103)-5754/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar