Məhkəmə qərarları › İş №2(102)-1854/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1854/2025

17.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1854/2025 17.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Hərbi Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş maddi və mənəvi ziyan, (Maliyyə Nazirliyinə qarşı tələblər)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlundan, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı c avabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Hərbi Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1103/2025 nömrəli 10 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. X12 N saylı Hərbi Hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. X12 ilə X4 arasında nikah 18 iyul 2003-cü il tarixdə 18 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Qafarova soyadı verilmişdir

2. Azərbaycan Respublikas ı Hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Şəfahət İmranovun 04 may 2018-ci il tarixli ********* nömrəli cinayət işi üzrə «Sübutların qiymətləndirilməsi və cinayət təqibinə xitam verilməsi haqqında» qərarından görünür ki, N nömrəli hərbi hissənin 2-ci taborunun sabiq komandiri vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində xidmətdə olmuş mərhum X5 düşmənlə əməkdaşlıq etməsi öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası CM-nin 274-cü və ya digər maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirliliyi sübuta yetirilmədiyindən mərhum X5 barəsində Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir.

3. Tərtər Hərbi Məhkəməsinin 1(098)-7/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünə əsasənünür ki, X18 Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə təqsirli bilinib 4 il müddətinə, CM-nin 126.2.1, 126.2.3-cü maddələri ilə təqsirli bilinib 6 il müddətinə, CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinib 9 il müddətinə, CM-nin 127.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə, CM-nin 133,2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə təqsirli bilinib 4 il müddətinə, CM-nin 134-cü maddəsi ilə təqsirli bilinib 1 il müddətinə, CM-nin 341.2.1, 341.2.2, 341.2.3-cü maddələri ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Fuad Ağayevin cəza çəkməsinin əvvəli 19 iyun 2 017-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmiş; X7 CM-nin 125-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə, CM-nin 126.2.1, 126.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində CMnin 62-ci maddəsi tətbiq edilməklə 4 il müddətinə, CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinib barəsində CMnin 62-ci maddəsi tətbiq edilməklə 5 il müddətinə, CM-nin 127.2.2-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə, CM-nin 133.2.1, 133.2.3, 133,2.4, 133.2.6-cı maddələri ilə təqsirli bilinib 3 il müddətinə, CM-nin 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qurban Cümşüdovun cəza çəkməsinin əvvəli 18 iyun 2017-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmiş; X6 CM-nin 125-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə, CM-nin 126.2.1, 126.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 4 il müddətinə, CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinib barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 5 il müddətinə, CM-nin 127.2.2-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddəl əri ilə təqsirli bilinib 3 il müddətinə, CM-nin 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəza çəkməsinin əvvəli 18 iyun 2017-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmiş, mülki iddialar baxılmamış saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi sonradan Azərbaycan Respublikası MPM-nin 53-cü ma ddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərərə görə 497.073 manat məbləğində kompensasiya və mənəvi zərərə görə isə ******* manatın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı həyat yoldaşı polkovnik-leytenant X12 2017-ci ilin mart ayına kimi N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmət göstərib. 2017-ci ilin martında ordudan tərxis olunmaq üçün 90 günlük məzuniyyətə buraxılmışdır. Ailəsi ilə birlikdə Qəbələ rayonunda olan zaman 04 may 2017-ci il tarixdə saat təxminən 23.00 radələrində polislər evə gəlmiş, Saleh Qafarovu N saylı hərbi h issənin köhnə qərargah binasına gətirmiş, orada ona qarşı sürülmüş saxta ittihamı etiraf etməsi üçün ağır işgəncələr verilmiş və o, bu səbəbdən vəfat etmişdir. İddiaçının həyat yoldaşı «Tərtər işi» kimi tanınan və Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən istintaqı təzələnərək aparılan iş çərçivəsində Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə istintaq altında olmuş və verilmiş işgəncə nəticəsində dünyasını dəyişib. Təqsirləndirilən şəxslər X18, X7 və X3 rəis və vəzifəli şəxs kimi bir qrup şəxs halında, silah tətbiq etməklə, müntəzəm olaraq digər şəxsi marağa görə qulluq səlahiyyətlərini aşması və öz qulluq mövqeyindən sui-istifadə etməsi ağır nəticələrə səbəb olmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı mütəmadi olaraq döy məklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirab, habelə işgəncə verməklə əzab vermiş, icra ediləcəyi üçün real əsaslar olmaqla öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmiş, ondan sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma və ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırmış, aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla və ağır iztirablar verməklə, həyat üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş, habelə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla və ağır iztirabla r verməklə insan həyatı üçün təhlükəli olan, sağlamlığın başqa cür pozulmasına və əmək qabliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsinə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmuş, eləcə də təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla və ağır iztirablar verməklə, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin ölümünə səbəb olmuşlar. Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 1(098)-7/2019 saylı hökmünə əsasən X18 Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 126.2.1, 126.2.3-cü maddələri ilə təqsirli bilinib 6 il müddətinə, CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 127.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 134cü maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 341.2.1, 341.2.2. 341.2.3-cü maddələri ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X18 qəti olaraq 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa, X7 Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə tə qsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 126.2.1, 126.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CMnin 62-ci maddəsi tətbiq edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CMnin 126.3-cü maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 127.2.2-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 133.2.1, 133.2.4, 133.2.6-cı maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X7 qəti olaraq 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmçinin, X6 Azərbaycan Respublikası CMnin 125-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 126.2.1, 126.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 127.2.2-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6- cı maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X6 qəti olaraq 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 1(098)-7/2019 saylı hökmü qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Hökmdən görünür ki, təqsirləndirilən şəxs X18 N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə mayoru X7 N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş gizir X6 isə N nömrəli hərbi hissənin hərbi qulluqçusu, kiçik gizir olmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus hərbi hissələrin əməkdaşları olmuşlar. Saleh Qafarovun vəzifəli şəxslər tərəfindən gördüyü işgəncə nəticəsində vəfat etməsi bu hökmlə təsdiq edilib. X12 18 iyul 2003-cü il tarixdə İddiaçı ilə nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2004-cü il təvəllüdlü X13 və xx.xx.2007-ci il təvəllüdlü X15 doğulmuşdur. Ölüm haqqında şəhadətnaməyə əsasən Saleh Qafarov 13 may 2017-ci il tarixdə ölüb. X5 Cinayət Məcəlləsinin 274-cü və digər maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən 04 may 2018-ci il tarixdə Saleh Qafarov barəsində cinayət təqibinə bəraətverici əsasla, Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. Faktiki olaraq Saleh Qafarov 1 (bir) il ərzində CM-nin 274-cü və digər maddələri üzrə təqsirləndirilən qismində olub. Müdafiə Nazirliyi iddiaçıya bildirib ki, Saleh Qafar ov 2017-ci ilin aprel ayında ordudan tərxis olunub. Müdafiə Nazirliyinin dediyi əsas götürülsə Saleh Qafarov 34 il müddətində pensiya alacaqdı. Belə ki, Saleh Qafarov işgəncə nəticəsində həlak olduğu zaman 40 yaşı var idi. Azərbaycanda orta ömür həddi 74 il olaraq müəyyən edilib. Saleh Qafarov ən azı 34 il yaşayacaqdı. Polkovnik-leytanant olan Saleh Qafarov minimum aylıq 1000 manat pensiya alacaqdı (34 il x 12 = 408 ay). İddiaçıya dəyən maddi ziyanın məbləği 408000 (dörd yüz səkkiz min) manatdır (408 ay x 1.000 manat). İddiaçının ailə başçısının, yəni həyat yoldaşının və övladlarının atasının yuxarıda qeyd edilən hökmlə müəyyən edilmiş qaydada və şəraitdə, başqa sözlə dövlətə xəyanət etməkdə şübhəli bilinməklə, fiziki və psixi zor tətbiq edilməyə və işgəncələrə məruz qalaraq ölməsi faktı h eç şübhəsiz ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxsi (şəxsləri) tərəfindən törədilən (hökmdə öz əksini tapan) qanunsuz hərəkətlər nəticəsində ailə başçısının, yəni həyat yoldaşının və övladlarının atasının ölməsi faktı ilə yanaşı, həmçinin həyat yoldaşının barəsində istər xidmət yoldaşları, istərsə də yaşadıqları rayonda (kənddə) əhali arasında yaranmış mənfi fikir və şübhələr də iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur.

6. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Aynur Abbasova məhkəməyə iddiaya etiraz göndərərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazilriyinə qarşı «maddi zərərə görə 408000 ma nat və mənəvi zərərə görə ******* manat kompensasiya ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bununla bağlı bildirir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi ilə bağlı müddəalar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 189-191-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə kompensasiya verilməsi məsələsini zərər çəkmiş şəxsin ərizəsi ilə məhkəmə həll edir. Zərər çəkmiş şəxsə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya verilməsi haqqında qərarı ittiham hökmündə əks etdirərkən məhkəmə həmçinin kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını hökmdə göstərir. Bu baxımdan hesab edir ki, ilk növbədə cinayət işi üzrə məhkəmə icraatı zamanı iddiaçıya kompensasiya ödənilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib-etməməsi, həmin məhkəmə işi üzrə hökmdə kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılması məsələsinin qeyd olunub-olunmaması araşdırılmalıdır. Bundan başqa, Cinayət Prosessual Məcəllənin 197-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərər çəkmiş şəxsə vurulmuş ziyana görə kompensasiya qismində ödənilmiş məbləğ məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən yuxarıda qeyd olunan məhkəmə məsrəfi məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Göstərilənlərə əsasən bildirir ki, məhkəmə tərəfindən kompensasiya müəyyən edilərkən, həmin kompensasiyanın dövlət büdcəsinə qaytarılması məsələsi də həll edilməlidir. Bununla yanaşı iddia ərizəsində «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa istinad edilərək kompensasiya tələb edilmişdir. Bildirir ki, Cinayət Prosessual Məcəllənin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vu rulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Lakin iş materiallarında iddiaçıya cinayət prosesini həyata keçirən orqanın (təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının) səhvi və ya sui-istifadəsi nəticəsində ziyan dəyməsi faktını müəyyənləşdirmək mümkün deyildir. Belə ki, yuxarıda qeyd olunan cinayət işi üzrə məhkum olunmuş şəxslərin cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxsləri olubolmaması məlum deyildir. Eyni zamanda nəzərə çatdırır ki, Azərbaycan Respublikası Baş Prokurorluğu, Müda fiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti sözügedən cinayət işi ilə bağlı 2017-ci il 7 may tarixli bəyanat yaymışdır. Bu baxımdan hesab edir ki, yuxarıda qeyd olunan məsələlər ilə bağlı adıçəkilən orqanların məhkəmə işinə cəlb olunması məqsədəmüvafiqdir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 8 nömrəli Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş ve rməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bununla yanaşı maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbayca n Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə - üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə - yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə - əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə - on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Bundan başqa iddiaçı maddi zərərə görə kompensasiya tələb etmişdir. Bununla bağlı bildirir ki, sözügedən məsələ əmək mübahisəsi olduğundan qeyd olunan məsələ işçi (hərbi qulluqçu) və işəgötürən (müvafiq hərbi hissə) arasında tənzimlənməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə uyğun olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Yuxarıda qey d olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli e-2(006)2778/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, vurulmuş mənəvi zərərə görə 50000 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Ceyhun Tağıyev).

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 1(098)-7/2019 saylı hökmü ilə X9 əməllərinə hüquqi qiymət verildiyindən və həmin hökm ona aid hissədə qanuni qüvvəyə mindiyindən, hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan akt kimi qəb ul edilməlidir. Baxılan iş üzrə iddiaçının ailə başçısının, yəni həyat yoldaşının və övladlarının atasının yuxarıda qeyd edilən hökmlə müəyyən edilmiş qaydada və şəraitdə, başqa sözlə dövlətə xəyanət etməkdə şübhəli bilinməklə, fiziki və psixi zor tətbiq edilməyə və işgəncələrə məruz qalaraq ölməsi faktı heç şübhəsiz ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxsi (şəxsləri) tərəfindən törədilən (hökmdə öz əksini tapan) qanunsuz hərəkətlər nəticəsində ailə başçısının, yəni həyat yoldaşının və övladlarının atasının ölməsi faktı ilə yanaşı, həmçinin həyat yoldaşının barəsində istər xidmət yoldaşları, istərsə də yaşadıqları ərazidə (şəhərdə, rayonda və s. yaşayış məntəqələri nəzərdə tutulur) əhali arasında yaranmış mənfi fikir və şübhələr də iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçıya mənəvi zərərin vurulması halı öz təsdiqini tapır. Məhkəmə, iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsinə dair iddiasının əsaslı olması qənaətinə gəlsə də, zərərin əvəzi olaraq iddia edilən ******* manat məbləği ağlabatan hesab etməmişdir. Məhkəmə, mənəvi zərərin həcmini müəyyən edərkən iddiaçının (həyat yoldaşının) məruz qaldığı hüquqa zidd əməlin növünü, dərəcəsini, şiddətini, davam etdiyi müddəti, hüquqa zidd əməlin hansı şəraitdə və mühitdə baş verməsini, hüquqa zidd əməlin iddiaçının həyat yoldaşının ölümünə səbəb olmasını və bunun nəticəsində onun keçirdiyi mənəvi sarsıntının və iztirabın dərəcəsini, habelə işin sair d iqqətəlayiq hallarını nəzərə alıb hesab etmişdir ki, iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 50000 (əlli min) manat məbləğində pul tutulması ədalətli və ağlabatandır.

10. Məhkəmə, hazırki halda vurulmuş zərərin ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına, dövlətin bu kimi səlahiyyətlərinin isə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirməsinin qanunvericiliklə tənzimlənməsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya (onun həyat yoldaşına) qarşı qanunsuz hərəkətlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxsi (şəxsləri) tərəfindən törədilsə də, hazırki iddia üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdehlik daşımır.

11. İddia tələbinin vurulmuş maddi zərərin əvəzinə 497073 manat məbləğində kompensasiya ödənilməsinə dair hissəsi nə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının qeyd edilən tələbi ehtimallara əsaslanır, mücərrəddir. Belə ki, iddiaçı maddi zərərin vurulması barədə iddia tələbi irəli sürərkən, real tələblərlə (real olaraq sərf edilmiş məsrəflər və s.) çıxış etməmiş, insanın yaş həddi barədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistik məlumatlarına, həyat yoldaşının bu hadisə səbəbi ilə bağı vəfat etməsəydi müəyyən dövr ərzində pensiya təminatından yararlanacağına və s. barədə ehtimallara əsaslanmışdır. Bu isə iddianın təmin edilməsi üçün qanuni əsas deyil. İddia tələbi konkret olmalı, mötəbər sübutlara dayanmalı, ehtimallar üzərində deyil, real faktlar üzərində qurulmalı və möhkəm hüquqi əsaslara malik olmalıdır. Hazırki iddia tələbinin vurulmuş maddi zərərin ödənilməsi tələbi i sə qeyd edilən xüsusiyyətlərin heç birinə (mötəbər sübuta, real faktlara, möhkəm hüquqi əsaslara) malik deyil və təmin edilə bilməz.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 43.3, 1096, 1097, 1100, 1101, 1115-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» 24 aprel 2020-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 say lı qərarına, Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 82.4, 88-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli və «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 2016-cı il 23 fevral tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının tələb etdiyi ******* manat mənəvi zərər həm özünün, həm də mərhum həyat yoldaşının yaşadığı ağrı acının əvəzidir. Mənəvi zərərə görə ödənilən təzminat ailə üz vünün ölməsi nəticəsində şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılması və pozulan mənəvi tarazlığın bərpa edilməsi üçündür. Təzminat, yaxınını itirməsi nəticəsində şəxsin keçirdiyi sarsıntı və iztirabı unutdurmaq, yaşama sevincindəki azalma və mənəvi narahatlığı aradan qaldırmaq üçün olan mənəvi dəstəkdir. ******* manat eyni zamanda iddiaçının mərhum ərinə verilmiş bəraətin nəticəsində almalı olduğu kompensasiyadır. Məhkəmə peşəkar zabit, ermənilərlə döyüşlərdə fəal iştirak etmiş, nümunəvi və qüsursuz xidmətlərinə görə dəfələrlə orden və medallarla təltif olunmuş, dövlət orqanının vəzifəli şəxslərinin ağır işgəncələri nəticəsində ölən, özü də “Vətən xaini” kimi ölən, Azərbaycan Silahlı Qüvvələrinin şərəfli zabitinin, mərhum polkovnik-leytenant S.Qafarovun həyat yold aşının çəkdiyi mənəvi zərəri cəmi 50.000 manat məbləğində dəyərləndirib. Məhkəmə mənəvi təzminatın həcmini müəyyən edərkən iddiaçı ilə mərhum əri arasındakı şəfqət və mənəvi bağlılığın möhkəmliyini, keçirilmiş iztirabın və sarsıntının dərəcəsini nəzərə almayıb. İddiaçının ailəsi gəlirdən məhrum olub, iddiaçı həyat yoldaşını itirib, övladı atasız qalıb. Hakimin daxili inamı ərini itirən, onu artıq şəkillərdə və baş daşında görə biləcək qadın üçün necə bu məbləği ədalətli və ağlabatan hesab edə bilib. Hakimin daxili inamı atasını itirən azyaşlı uşaqları heç düşünməyib. Hakimin qərarı ədalətlilik və mütənasiblik meyarlarına qətiyyən uyğun deyil, ola da bilməz. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı tətbiq etsə də, maddi hüquq normasını səhv təfsir edib. Həmin qərara əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir. Məhkəmə qətnamə qəbul edərkən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əmlak vəziyyətini nəzərə almayıb. Məhkəmə bu işə cavabdehin fiziki şəxs olduğu digər işlər kimi yanaşıb. Halbuki, fiziki şəxsin əmlak vəziyyəti ilə dövlət qurumunun, xüsusilə də ölkənin Maliyyə Nazirliyinin əmlak vəziyyəti eyni ola bilməz. Məhkəmə məhz cavabdehin əmlak vəziyyətini nəzərə alıb iddiaçının mənəvi zərərə görə ******* manat təzminat tələbini təmin etməli idi. Digər tərəfdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsində hərbi xidmət üçün son yaş həddi 63 olaraq müəyyən edilib. Mərhum S.Qafarov öldüyü zaman 40 yaşında olub. Yaşayacağı təqdirdə ən azı 23 il hərbi xidmət keçəcəkdi və maddi gəliri 341.274 (23 il x 12 ay x 1236,50 manat) manat olacaqdı. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda kişilər üçün gözlənilən ömür uzunluğu 2017-ci il üçün 73.6 yaş müəyyən edilib. Mərhum S.Qafarov 63 yaşında hərbi xidmətdən pensiyaya çıxsa idi, ən azı 13.6 yaş yaşayacaqdı. Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilib ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 20.14.1-ci maddəsinə əsasən, S.Qafarovun 2017-ci il tarixinə təminat xərcliyinin 100 faizi məb ləğində pensiya almaq hüququ olub. Yəni, yaşasaydı mərhum S.Qafarovun 10 il yarım pensiya almaq imkanı olacaqdı və 155.799 (10.6 x12 x1236,50 manat) manat gəlir əldə edəcəkdi. Ona görə də iddiaçıya vurulmuş maddi ziyanın ümumi məbləği 497.073 (dörd yüz doxsan yeddi min yetmiş üç) manat təşkil edir. Göründüyü kimi məhkəmə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi barədə tələbi qanunsuz olaraq təmin etməmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1103/2025 nömrəli 10 fevral 2025-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli e-2(006)-2778/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (X1 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə)

16. Apellyasiya məhkəməsinin mövqeyi ondan i barət olmuşdur ki, baxılan iş üzrə iddiaçının ailə başçısının, yəni həyat yoldaşının yuxarıda qeyd edilən hökmlə müəyyən edilmiş qaydada və şəraitdə, başqa sözlə dövlətə xəyanət etməkdə şübhəli bilinməklə, fiziki və psixi zor tətbiq edilməyə və işgəncələrə məruz qalaraq ölməsi faktı heç şübhəsiz ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Odur ki, iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının əsaslı olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

17. Məhkəmə maddi zərər tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı maddi zərərin vurulması barədə iddia tələbi irəli sürərkən, real tələblərlə (real olaraq sərf edilmiş məsrəflər və s.) çıxış etməmiş, insanın yaş həddi barədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi nin statistik məlumatlarına, həyat yoldaşının bu hadisə səbəbi ilə bağı vəfat etməsəydi müəyyən dövr ərzində pensiya təminatından yararlanacağına və s. barədə ehtimallara əsaslanmışdır. Bu isə iddianın göstərilən hissəsində təmin edilməsi üçün qanuni əsas deyildir.

18. Məhkəmə iddiaçı tərəfin istinad etdiyi analoji işlər üzrə mənəvi zərər məbləğinə aid hissədə 50.000 manatdan yuxarı məbləğdə qətnamə qəbul edilməsi ilə bağlı dəlillərinə qiymət verərək hesab etmişdir ki, qeyd edilən qətnamə mövcud olduğu təqdirdə belə həmin iş üzrə işin halları fərqli ola və hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etməyə bilər.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 68(İİ), Mülki Məcəlləsinin 21, 1101; Cinayət Prosessual Məcəlləsinin 56, 57, 58, 60, 61, 63;Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 88; «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununa; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına; «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vək il) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2025-ci il tarixli 2(103)-1103/2025 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. İddiaçının kassasiya şikayəti iddia ərizəsi və apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya məhkəməsi vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi barədə tələbi qanunsuz və əsassız olaraq təmin etməyib. Məhkəmə kollegiyası işi tam, obyektiv və hərtərəfli araşdırmayıb. İşdə maddi zərərin ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edən kifayət qədər sübutlar olsa da, məhkəmə kollegiyası həmin sübutlara ümumiyyətlə qiymət verməyib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kass asiya şikayətlərinə qarşı etiraz daxil olmumışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

25. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalman ın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

26. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi

27. Maddə 56.0. Aşağıdakılar cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər: 56.0.1. bəraət almış təqsirləndirilən şəxs; 56.0.2. bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs; 56.0.3. Bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs.

28. Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulmas ı nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.

29. Maddə 58.3. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: 58.3.1. məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 58.3.2. müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 58.3.3. ödənilmiş məhkəmə xərcləri; 58.3.4. müdafiəçiyə ödənilmiş pul məbləği; 58.3.5. hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə.

30. Maddə 60.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha y axın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir.

31. Maddə 61.2. Bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir.

32. Maddə

63. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsin də fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir.

33. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir.

34. Həmin Qanunun 4-cü maddəsinə əsasən vuru lmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; inzibati xəta haqqında işə xitam verildikdə yaranır.

35. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

39. Maddə 4 07.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir;

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır;

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının h ədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayət inin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

46. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (103)-1103/2025 nömrəli iş üzrə 10 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar