Məhkəmə qərarları › İş №2(102)-1855/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1855/2019

29.03.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1855/2019 29.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, iddiaçı1, iddiaçı2, və onların vəkili 1, cavabdeh4, və cavabdeh11 vəkili 2 iştirakı ilə, Cavabdeh4 və cavabdeh11 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10999/2018 nömrəli iş üzrə 26 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.R.Səlimova) 05 m art 2018-ci il tarixli, 2(011)1653/18 nömrəli qətnaməsi ilə iddiaçı1 və iddiaçı2 cavabdeh1, cavabdeh2, cavabdeh3, cavabdeh4, cavabdeh5, cavabdeh6, cavabdeh7, cavabdeh8, cavabdeh9, cavabdeh10 və cavabdeh11 qarşı Bakı şəhəri ünvan 1 evə istifadə hüquqlarına xitam verilməsinə dair iddia ərizəsinin təmin edilməməsi, hazırki qətnamə cavabdeh1, cavabdeh2, cavabdeh3, cavabdeh4, cavabdeh5, cavabdeh6, cavabdeh7, cavabdeh8, cavabdeh9, cavabdeh10 və cavabdeh11 Bakı şəhəri ünvan 1 evdən qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) 2(103)-10999/2018 nömrəli iş üzrə 26 oktyabr 2018-ci qətnaməsi ilə cavabdeh1, cavabdeh2, cavabdeh3, cavabdeh4, cavabdeh5, cavabdeh6, cavabdeh7, cavabdeh8, cavabdeh9 və cavabdeh11 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2018-ci il tarixli, 2(011)-1653/18 nömrəli qətnaməsi onların apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı1 və iddiaçı2 cavabdeh1, cavabdeh2, cavabdeh3, cavabdeh4, cavabdeh5, cavabdeh6, cavabdeh7, cavabdeh8, cavabdeh9, cavabdeh10 və cavabdeh11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri ünvan 1 evə istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2003-cü ildə mülkiyyətində olan Bakı şəhəri ünvan 2-də 60 saylı mənzilini sataraq Bakı ş əhəri ünvan 1 evi 09.05.2003-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən X13 almış və həmin vaxtdan da həmin ev iddiaçı istifadəsində və sahibliyindədir. İddiaçı evi aldıqdan sonra 02.06.2003-cü il tarixdə də o və anası iddiaçı ilə Bakı şəhəri ünvan 1 evə qeydiyyata düşmüşlər. Bundan sonra, iddiaçı əvvəllər nikahda olduğu cavabdeh4 xahişi ilə 22.08.2003cü il tarixdə müvəqqəti olaraq onu və onun oğlu cavabdeh11, 15.01.2004-cü il tarixdə isə anası da həmin ünvana qeydiyyata salmışdır. Lakin iddiaçı həmin şəxslərdən yalnız cavabdeh4 tanımış, iddiaçı onunla nikahda olsa da evdə azyaşlı qızı kimi o, olduğuna görə cavabdeh4 onlarla birlikdə həmin ünvanda yaşamamış, birgə təsərrüfat aparmamışdır. İddiaçı cavabdeh4la 2009-cu ildən əlaqələri kəsmiş, 2014-cü ildə isə rəsmi nikahları pozulmuşdur. Digər şəxslər isə cavabdeh4 qohumlarıdır. O və anası ümumiyyətlə bu cavabdehləri tanımır, onların hansı yolla qeydiyyata düşmələrindən xəbəri yoxdur. Digər şəxs cavabdeh3 adlı şəxs isə yəqin edir ki, evi satmış qohumlarındandır. Bu yaxınlarda o, iş yerinə təqdim etmək üçün Bakı şəhəri Xətai rayonu MKİS-nin 2 saylı MİS-dən arayış alan zaman ona məlum olmuşdur ki, iddiaçının icazəsi, xəbəri olmadan heç bir qohumluq əlaqəsi olmayan cavabdeh5, cavabdeh9, cavabdeh1, cavabdeh7, cavabdeh8, cavabdeh9 və cavabdeh10 Bakı şəhəri Pivzavod küçəsi 25A saylı evə pasport qeydiyyatına düşmüşlər. Onların həmin şəxslərlə heç bir qohumluq əlaqəsi yoxdur, həmin şəxsləri tanımırlar. Həmin şəxslər Bakı şəhəri Pivzavod küçəsi 25A saylı evə qanunsuz yolla qeydiyyata düşmüşlər. Bundan başqa, iddiaçı həmin evi aldıq dan sonra iddiaçının iddiası əsasında həmin ünvanda qeydiyyatda qalmış şəxslər ünvan 1-də 2017-ci il tarixli qətnaməsinə əsasən qeydiyyatdan çıxarılmışdır. Beləliklə, kənar şəxslərin iddiaçıya məxsus olan evdə pasport qeydiyyatında olmasına baxmayaraq həmin evə istifadə hüquqları yaranmamışdır və onların qeydiyyatı formal xarakter daşıyır. Digər bir fakt da odur ki, 3-cü şəxslər formal olaraq iddiaçıya məxsus evdə qeydiyyatda olmasına baxmayaraq onlar heç bir kommunal xidmət xərclərini ödəməmiş, onlara aid xərcləri də iddiaçı ödədiyi üçün ona maddi ziyan dəyir. İddiaçı bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyatı və Miqrasiya İdarəsinin rəisinə müraciət etsə də həmin ərizəsi Xətai RPİ-nə göndərilmiş və Xətai RPİ-nin 18.12.2017-ci il tarixli məktubu il ə əsassız olaraq ərizə təmin edilməmişdir. Göstərdiyi hallar ünvan 1-də 2007-ci il tarixli qətnaməsi və yaxın qonşularının ərizəsi ilə də təsdiq olunur. Tərəfindən cavabdehlərin qeydiyyatdan çıxarılmasına əsas verən qanunla müəyyən edilmiş sənədləri iddiaçıdan asılı olmayan səbəblərə görə məhkəməyə təqdim edə bilmir. Cavabdehlərin formal qeydiyyatda qalmaları onların Azərbaycan Respublikasında ən ali qüvvəyə malik olan, Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüquqlarını pozur və maddi ziyan vurur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh4 və cavabdeh11 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10999/2018 nömrəli iş üzrə 26 oktyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilib, işin yenidən apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına cavabdeh4 və cavabdeh11 kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh4 və cavabdeh11 vəkili 1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdlər. İddiaçı1, iddiaçı2 və onların vəkili 2 kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qayda da məlumatlandırılmasına baxmayaraq digər proses iştirakçıları iştirak etmədiyi üçün və iştirak etməməsinin üzrlü səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zəru rətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş, özbaşına tikilidən istifadə hüquqlarına xitam verilmə ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin, bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarına uyğun olmalıdır. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticədən görünür ki, cavabdehlərin mübahisə predmeti olan evdən pasport qeydiyyatından çıxarılmaları heç bir halda kompensasiya ödənilməsi ilə əlaqələndirilə bilməz, yəni onlara iddiaçılar tərəfindən qeydiyyatdan çıxmalarına görə kompensasiya ödənilə bilməz. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, cavabdeh4 ilə iddiaçı nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 313 nömrəsi ilə qeyd edilmişdir. Onların bu nikahdan uşaqları yoxdur. cavabdeh11 əvvəlki nikahdan olan övladıdır. İşin materiallarından görünür ki, avabdeh1, cavabdeh2, cavabdeh3, cavabdeh4, cavabdeh5, cavabdeh6, cavabdeh7, cavabdeh8, cavabdeh9, cavabdeh10 və cavabdeh11 Bakı şəhəri ünvan 1-də evdə daimi qeydiyyatdadırlar. İşdə olan, X9, X14, X10 notarial qaydada təsdiq olunmuş 08.11.2017-ci il tarixli ərizələrindən müəyyən olunur ki, onlar avabdeh1, cavabdeh2, cavabdeh3, cavabdeh4, cavabdeh5, cavabdeh6, cavabdeh7, cavabdeh8, cavabdeh9, cavabdeh10 və cavabdeh11 tanımırlar, onların ünvan 2 ünvana gəlib getdiklərini görməmiş, onlar heç vaxt bu ünvanda yaşamamışlar. İşin materiallarından görünür ki, iddiaçılar cavabdehlərin Bakı şəhəri ünvan 1 evə istifadə hüquqlarına xitam verilməsini mübahisələndirmişlər. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cavabdehlərin Bakı şəhəri ünvan 1də evdə qeydiyyatda olmaları faktına onların bu evə istifadə hüquqlarını n yaranması kimi qiymət verilməsinin qanunun tələblərinə zidd olması kimi qənaəti ilə razılaşır. Belə ki, özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehlər qeydiyyatda olduğ u ünvanda yaşamırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1.-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olma dıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin fakt iki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi özözlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar... Buna görə də, məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəblər i aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəm ə kollegiyası hesab edir ki, hazırki iş üzrə, iddia tələbinin faktiki əsası analoji münasibətləri tənzimləyən hüquq normalarının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun olduğundan apellyasiya instansiya məhkəməsinin iddianın rədd olunmasına dair gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş, özbaşına tikilidən istifadə hüquqlarına xitam verilmə ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin, bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarına uyğun olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan 29 mart 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqenin hazırkı iş üzrə tətbiqinin mümkünlüyünü nəzərə alaraq irəli sürülən iddia tələblərinə verdiyi hüquqi qiymətlə razılaşır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə cavabdehlərin hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. Belə ki, cavabdehlərdən cavabdeh4 apellyasiya şikayətində mübahisə predmeti olan evin alınmasında İddiaçı maddi cəhətdən köməklik etdiyini, apellyasiya baxışı iclasında isə 3700 manat verdiyini, 43 kv. metr olan evi onun zəhməti ilə 105 kv. metr etdiyini bildirsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, məhkəmə iclasında da bu dəlillərini sübuta yetirə bilmədi. Çünki, etirazının əsası kimi istinad etdiyi bu halları sübut etmək yükü artıq onun üzərinə düşsə də, nə o, nədəki digər cavabdehlər heç bir ciddi arqumentdən də istifadə etmədilər. Əksinə, iddiaçıların gətirdiyi dəlillər işin faktiki hallarına uyğun olaraq daha inandırıcı və ağlabatan oldu. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə daha sonra müəyyən etmişdir ki, cavabdehlərdən cavabdeh4 başqa digər cavabdehlər mübahisə predmeti olan evdə heç vaxt yaşamamışlar. Zakir Məmmədov iddiaçı ilə rəsmi nikahda olsa da, 2009-cu ildən faktiki, 2014-cü ildən isə rəsmi qaydada nikah münasibətlər inə xitam verilmişdir. Göründüyü kimi, cavabdeh4 mübahisəli evdə yaşamamasını və evdən istifadə etməməsini zəruri edən əsas, yaşayış sahəsinə ehtiyacı aradan qalxdıqda mümkün ola bilərdi ki, bu da faktiki olaraq 2009-cu ildə baş vermiş, digər cavabdehlər isə ümumiyyətlə həmin evdə yaşamamışdır. Belə ki, iş materialları ilə təsdiq olunur ki, məhz həmin tarixdən Cavabdeh4 birinci nikahından olan ailə üzvləri ilə birgə yaşamaq üçün mübahisə predmeti olan evdən köçmüş və başqa ünvanda yaşamışdır. Yalnız, apellyasiya şikayətində qeyd olunduğu kimi 2018-ci ildə oğlu pasportunu dəyişərkən qeydiyyatda olmadıqları məlum olduqdan sonra qətnamədən, iddiaçılara təsir etmək məqsədilə apellyasiya şikayəti vermək qərarına gəlmişlər. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayəti yaşayış sahəsinə olan ehtiyacları ilə əlaqədar olmaması, əksinə, yalnız pasport qeydiyyatında olduqlarına görə iddiaçılara məxsus mübahisə predmeti olan evdən hansısa mənfəət güdmək məqsədilə verilməsi, ona görə də, cavabdehlərin mübahisə predmeti olan evdən pasport qeydiyyatından çıxarılmalarının heç bir halda kompensasiya ödənilməsi ilə əlaqələndirilə bilməməsi, yəni onlara iddiaçılar tərəfindən qeydiyyatdan çıxmalarına görə kompensasiya ödənilə bilməməsinə dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların cavabdehlərə qarşı Bakı şəhəri ünvan 1 evə istifadə hüquqlarına xitam verilməsinə dair iddiaları rədd edilsə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsində bu qətnamənin Cavabdeh1, X2, Ca vabdeh3, Cavabdeh4, Cavabdeh5, X11, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 Bakı şəhəri ünvan 1 evdən qeydiyyatdan çıxarılması üçün əsas olmasına dair nəticəsinin qanuniliyinə hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23.02.2016-cı il tarixli qərarında göstərilmişdir ki, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, idd ia tələbi olmadığı halda apellyasiya instansiyası məhkəməsi iddia tələbində kənara çıxmaya, bu çıxmanın müstəsnalılığının əsaslandırılmamasına qiymət verməmiş, öz qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnamənin «hazırki qətnamə Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X11, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 Bakı şəhəri ünvan 1 evdən qeydiyyatdan çıxarılması üçün əsasdır» nəticəsini dəyişdirilmədən saxlamaqla səhv hüquqi nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, hər bir halda məhkəmə iddia tələbindən kənara çıxmamalı, çıxdığı halda kənara çıxmanın müstəsnalığını əsaslandırmalıdır. Göründüyü kimi, iddia tələbi olmadığı halda gəlinmiş nəticə qanuni sayıla bilməz. Azərbaycan Respublikasının MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20.05.2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının MPM-nin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bəqrərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunların və digər normativ hüquqi aktlarının düzgün tətbiqinin təmin olnması məhkəmənin vəzifəsidir. (MPM-nin 2.1-cimaddə). Bu vəzifənin məhkəmə tərəfindən yerinəyetirilməsi işdə işirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir h al da məcburi deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «Vəkilanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Azərbaycan Respublikasının MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin qərarın 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni he sab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən göstərilən hissədə prosessual hüquq normaları pozulmuşdur. Azərbaycan Respublikasının MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansi yası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Prosessual hüquq normalarının pozulması göstərilən hissədə düzgün qətnamə çıxarılmaması ilə nəticələnmişdir. İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi «hazırki qətnamə cavabdeh1, cavabdeh2, cavabdeh3, cavabdeh4, cavabdeh5, cavabdeh6, cavabdeh7, cavabdeh8, cavabdeh9, cavabdeh10 və cavabdeh11 Bakı şəhə ri ünvan 1-dən evdən qeydiyyatdan çıxarılması üçün əsasdır» hissəsində ləğv edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmaqla kassasiya şikayəti qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 oktyabr 2017-ci il tarixli qətnaməsi hazırki qətnamə avabdeh1, cavabdeh2, cavabdeh3, cavabdeh4, cavabdeh5, cavabdeh6, cavabdeh7, cavabdeh8, cavabdeh9, cavabdeh10 və cavabdeh11 Bakı şəhəri ünvan 1-dən evdən qeydiyyatdan çıxarılması üçün əsasdır hissəsində ləğv edilsin, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar