Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1855/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ekspert rəyinə əsasən iddianın rədd edilməsi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi X4 və vəkili Vəkil, Cavabdehin vəkili Nağıyev Faiq Yavər oğlunun iştirak ilə, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması və torpağın ona qaytarılması tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1089/2020 nömrəli, 26 avqust 2020-ci il tarix li qətnaməsindən iddiaçı X9 oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Kənd bələdiyyəsi iddiaçıya 2012-ci ildə 5 sot torpaq satıb. İddiaçı israr edir ki, həmin torpaq sahəsinin 30 kv.m. hissəsini qonşusu olan cavabdeh zəbt etmiş və orada tikililər inşa etmişdir. Ona görə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması və torpağın ona qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus torpaq sahəsində, evinin arxa hissəsində əlavə tikdiyi arxa divarın sökülməsi, zəbt olunmuş on a məxsus 30 kv.m. sahənin boşaldılması və ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır: 2-ci Cabanı Bələdiyyəsinin 06 avqust 2012-ci il tarixli 09 saylı qərarı ilə iddiaçıya 0,05 ha həyətyanı torpaq sahəsi satılmışdır. Həmin torpağa dair Kadastr planı hazırlanaraq iddiaçıya təqdim edilmişdir. 2016-cı ildə həmin ərazinin başqası tərəfindən zəbt olunması ilə bağlı məhkəmə mübahisələri olmuş, məhkəmə onun xeyrinə qətnamə qət etmişdir. O, həmin torpaq sahəsinə çıxarış almaq istəyir. DƏDRX-nin 14 saylı ərazi idarəsinə müraciət etmişdir. Oranın mütəxəsisləri bu ərazini müayinə edərkən məlum olmuşdur ki, Xancanın evinin arxa divarı onun aldığı torpaq sahəsinin içərisindədir. 3 metr enində 10 metr uzunluğunda (30 kv.m) ona məxsus torpaq sah əsi Xancan tərəfindən zəbt olunmuşdur. Xancanın hazırda yaşadığı ev babalarına məxsus olmuş, sonradan yəni Sovet hakimiyyəti qurulandan sonra bu evdən məktəb kimi istifadə olunmuşdur. İstifadə etdiyi tövlə də 1944-cü ildə atası və babası tərəfindən tikilmişdir. 1960-cı illərdə atası yaylaqdan qayıdanda görmüşdür ki, xalası, yəni Xancanın anası Firuzə üç uşaqla həmin evə girmişdir. Atasını görəndə Firuzə xahiş etmişdir ki, bu evdə yaşamağa onlara icazə versin. Uzun söz söhbətdən sonra atası onlara müvəqqəti olaraq bu evdən istifadə etmələrinə razılıq vermişdir. Sonra heyvan qaralarını da saxlamağa yer olsun deyə atası evlərinin qarşısında olan tövlədən müvəqqəti istifadələrinə razılıq vermişdir. Sonradan Xancan həmin evin arxa hissəsini sökərək geri çəkmişdir. İndi isə məlum olur ki, sonrad an artırılmış sahə onun yaşadığı evə aid deyil, onun aldığı torpaq sahəsinə aiddir.
4. Şamaxı rayon məhkəməsinin 27 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov) İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması və torpağın ona qaytarılması tələbinə dair iddianın rədd edilməsi qət edilmişdir.
5. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.2, 180.1, 180.4, 243, Torpaq Məcəlləsinin 84.1, 84.3, 111-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Sumqayıt Apelyasiya Məhkəməsi MK-nın 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- S.Qafari (sərlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov ) Şamaxı rayon məhkəməsinin 27 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxla nılaraq, İddiaçı ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir.
7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
8. İddiaçı X9 oğlu kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işə yenidən baxılması üçün apellyasiya instnsiyası məhkəməsinə göndərilməsi barəd ə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayəti belə əsaslandırılmışdır: məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçının nümayəndəsi X4 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
12. Cavabdehin vəkili Nağıyev Faiq Yavər oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azə rbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
16. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
17. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqda haqlı olmuşdur.
20. Beləki, İş materiallarında olan JN-080A, kod 41009028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şirəliyev İbad Qubad oğlu, X3, X9 oğlu və Şirəliyeva Nübar Babaş qızına Şamaxı rayın Aqrar İslahat Komissiyasının 18 may 1997-ci il tarixli 30 saylı qərarı ilə 0,03 ha torpaq sahəsi verilmişdir.
21. Şamaxı rayon İİ Cabanı Bələdiyyəsinin 06 avqust 2012-ci il tarixli 09 saylı qərarının surətindən görünür ki, İddiaçı Cabanı Bələdiyyəsinin prespektiv inkişaf fondunun. Şərti yararsız və az yararlı alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi yaşayış evi tikmək üçün müsabiqədənkənar qaydada 0,05 ha torpaq sahəsi alqı-satqı qaydasında satılması qərara alınmışdır.
22. A №461725 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, İddiaçı Şamaxı rayon u 2-ci Cabanı bələdiyyəsinin 06.08.2012-ci il tarixli 09 saylı qərarı ilə 500 kv.m. fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir.
23. JN-079B, kod 41009028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Şamaxı rayon Aqrar İslahat Komissiyasının 18 may 1997-ci il tarixli 30 saylı qərarı ilə 0,04 ha torpaq sahəsi verilmişdir.
24. Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Cavabdeh məxsus Şamaxı rayonu Cabanı kəndində yerləşən fərdi yaşayış evi 3 otaqdan, ümumi sahəsi 91,5 kv.m., yaşayış sahəsi 47,9 kv.m., kömkçi sahə 43,6 kv.m.-dən ibarətdir.
25. Şamaxı rayon 2-ci Cabanı Bələdiyyəsinin 25 noyabr 2019-cu il tarixli 56 saylı məktubuna əsasən Cavabdeh və X1 həyətyanı torpaq sahə sinin sənədlər əsasında faktiki sahəsi ilə üzləşdirilməsi zamanı məlum olmuşdur ki, qonşusu X2 adına olan tikintinin 3.00 metrlik hissəsinin faktiki olaraq Cavabdeh məxsus olan torpaq sahəsi üzərində yerləşdiyi məlum olmuşdur. Qonşular mübahisə predmeti olan eni 3.00 metr, uzunluğu 12 metr olan tövlə 1966-cı ildə tikilmişdir.
26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 iyul 2020-ci il tarixli 10/443 №li ekspertiza rəyində göstərilmişdir ki, “xxxx” MMC-nin 10 iyun 2020ci il tarixli mütəxəssis rəyinə əsasən, Şamaxı rayonunun Cabanı kənd ərazisində yerləşən mübahisəli 0,05 ha torpaq sahəsinin hər hansı bir hissəsindən Cavabdeh tərəfindən istifadə edilmədiyi müəyyən olunmuşdur, tədqiq olunan torpaq sahəsinin hər hansı bir hissəsində Cavabde h tərəfindən tikinti inşa edilmədiyi müəyyən olunmuşdur.
27. İşdən göründüyü kimi iddiaçı cavabdeh tərəfindən ona məxsus torpaq sahəsinin zəbt edildiyini iddia etsə də, məhkəmə instansiyaları tərəfindən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmədiyi müəyyən edilmişdir.
28. Göründüyü kimi sübut etmə yükü daşıyan iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.
29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X9 oğlunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1089/2020 nömrəli iş üzrə XX2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.