Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1855/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və kirayə pulunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və kirayə pulunun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-715 4/2021 nömrəli 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh1 oğludur. Dİgər cavabdehlər isə iddiaçının qardaşlarıdır. ünvan 1 ünvanı ilkin olaraq 02.07.1992-ci il tarixdə iddiaçının atası X2 adına qeydə alınmışdır. 13.09.2006-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında sözügedən mənzil Cavabdeh1, X3, Cavabdeh2 və İddiaçı adlarına qeydiyyata alınmışdır. 22.12.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən qeyd olunan mənzil X1. ünvan 2 ünvanında yerləşən mənzil 19.04.2002-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına rəsmiləşdirilmişdir. İddiaçı, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmin mənzildə qeydiyyata düşmüşlər. 2. "xxxx" MTK ilə Cavabdeh1 arasında 2017-ci il tarixdə əvəzləşdirmə müqaviləsi bağlanmışdır. Əvəzləşdirmə müqaviləsinin şərtlərinə görə Cavabdeh1 qeydiyyatda olmaqla yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ev 29, mənzil 22-ni və göstərilən mənzilin divar qonşuluğunda yerləşən, 23 saylı mənzili "xxxx" MTK-ya təhvil vermiş, sonuncu isə öz növbəsində həmin evlər söküldükdən sonra yerlərində tikiləcək, hazırda ünvan 3 ünvanında yerləşən binanın 1-ci blok 11-ci mərtəbəsində yerləşən 1 otaqlı 71 saylı mənzili və yenə 1-ci blok 12-ci mərtəbəsində yerləşən 1 otaqlı 79 saylı mənzilləri onların ailəsinə təhvil verməyi üzərinə götürmüşdür. İş materiallarında olan 17.11.2020-ci il tarixli DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfin dən verilmiş sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 48A (Qarabağ küçəsi, ev 44,46,48,48A) 79 saylı mənzil 32 nömrəli, "xxxx" MTK tərəfindən verilmiş 32 nömrəli, 11.09.2020-ci il tarixli maliyyə arayışına, 32 nömrəli 11.09.2020-ci il tarixli protokoldan çıxarışa əsasən 07.10.2020-ci il tarixində ilkin olaraq Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 48A (Qarabağ küçəsi, ev 44,46,48,48A) 71 saylı mənzil "Poleks” MTK tərəfindən verilmiş 31 nömrəli, 11.09.2020-ci il tarixli maliyyə arayışına, 31 nömrəli 11.09.2020-ci il tarixli protokoldan çıxarışa əsasən 23.09.2020-ci il tarixində ilkin olaraq Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Lakin sözügedən mənzil 2 saylı Bakı “ ASAN xidmət” mərkəzində təsdiq edilmiş, 28.09.2020-ci il tarixli, 4Ə-1467 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən - 12.10.2020 X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və kirayə pulunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında olan binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 79 saylı mənzilə yaşayış sahəsindən istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsini və cavabdehlər tərəfindən 4500 (dörd min beş yüz) manat məbləğində pulun və kirayə haqqı kimi ödədiyi 2400 (iki min dörd yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 4 ünvanında yaşamışdır. Həmin ev onların ailəsinə mərhum atası Rizvan Əhmədzadə tərəfindən qalmışdır. Təxminən 2005-2006-cı illərdə anası Cavabdeh1 göstərilən evi sataraq əldə olunan vəsaitlə ailəsi üçün yeni ünvanda, ünvan 5anov rayonu Xətai prospekti ev 29 ünvanında yerləşən 22 və 23 saylı mənzilləri almışdır. O və anası Cavabdeh1 o cümlədən qardaşları Cavabdeh2 və R.R.Əhmədzadə ünvan 5anov rayonu Xətai prospekti ev 29, mənzil 22 ünvanında qeydiyyatda olmaqla yaşamışlar. Digər 23 saylı mənzilin isə 1 otaqdan ibarət hissəsi onlarda qalmaqla digər hissəsi satılmışdır. O, bu illər ərzində yuxarıda qeyd etdiyi ünvanda böyümüşdür, uzun illər ailə üzvləri ilə birlikdə həm in evdə yaşamışdır. 2017-ci ildə "xxxx" MTK ilə cavabdeh 2017-ci il tarixdə əvəzləşdirmə müqaviləsi bağlamışdır. Əvəzləşdirmə müqaviləsinin şərtlərinə görə anası Cavabdeh1 qeydiyyatda olmaqla yaşadıqları ünvan 5anov rayonu Xətai prospekti ev 29, mənzil 22-ni və göstərilən mənzilin divar qonşuluğunda yerləşən, onlara məxsus olan 23 saylı mənzili "xxxx" MTK-ya təhvil vermiş, sonuncu isə öz növbəsində həmin evlər söküldükdən sonra yerlərində tikiləcək, hazırda ünvan 3 ünvanında yerləşən binanın 1-ci blok 11-ci mərtəbəsində yerləşən 1 otaqlı 71 saylı mənzili və yenə 1-ci blok 12-ci mərtəbəsində yerləşən 1 otaqlı 79 saylı mənzilləri onların ailəsinə təhvil verməyi üzərinə götürmüşdür. Həmçinin MTK yeni binada mənzillər təhvil verilənədək ev sakinlərinin müvəqqəti kirayədə yaşaması üçün aylıq kirayə pulu da ödəmə öhdəliyi də götürmüşdür. Həmin məbləğ aylıq 500 manatdan ibarət olub və ödənildiyi 3 il ərzində cavabdehlər tərəfindən ona həmin puldan heç bir vəsait ödənilməmişdir. Bu illər ərzində öz vəsaiti hesabına mənzil ehtiyaclarını təmin etmişdir. Müqavilə bağlandıqdan sonra qeydiyyatda olduğu ünvan da daxil olmaqla mənzillər sökülmüş və 2020-ci ildə yerlərində tikilən yeni bina MTK tərəfindən istifadəyə təhvil verilmişdir. MTK ilə cavabdeh arasında bağlanmış əvəzləşdirmə müqaviləsi yuxarıda göstərdiyi qaydada icra olunmuş və ünvan 3 ünvanında yerləşən binanın 1-ci blok 11-ci mərtəbəsində yerləşən 71 saylı mənzil və 12-ci mərtəbəsində yerləşən 79 saylı mənzil onların ailəyə təhvil verilmişdir. Mənzillər təhvil verildikdən dərhal sonra təxminən 2 ay bundan əvvəl xəbəri olmuşdu r ki, ünvan 3 ünvanında yerləşən binanın 1-ci blok 11-ci mərtəbəsində yerləşən 1 otaqlı 71 saylı mənzil cavabdehlər tərəfindən artıq satılmışdır. Beləliklə də nəticədə onun mənzil hüquqları pozulmuşdur. Belə ki, ünvan 5anov rayonu Xətai prospekti ev 29, mənzil 22 ünvanındakı evin sökülməsi və əvəzində yeni mənzil verilməsi ilə bağlı müqavilə onun iştirakı olmadan, razılığı notarial qaydada tələb olunmadan bağlanmışdır. Hansı ki, o ailə üzvü olduğu üçün, həmin evdə qeydiyyatda olduğu və faktiki olaraq da həmin ünvanda yaşadığı üçün qanunvericiliyin tələbinə görə onun razılığı əldə edilməli və ya istifadə hüququndan imtina etdiyi üçün ədalətli kompensasiya məbləği ilə təmin edilməlidir ki, başqa yerdə yaşamaq üçün ev əldə edə bilsin. ünvan 3 ünvanında yerləşən binanın 1-ci blok 12-ci mərtəbə də yerləşən 79 saylı mənzilə məhkəmə qaydasında yaşayış sahəsindən istifadə hüququ tanınmalı və həmin mənzilə köçürülməyi təmin edilməlidir. Bundan başqa MTK tərəfindən 3 il ərzində aylıq 500 manat kirayə haqqı verildiyini və cavabdehlər tərəfindən həmin məbləğdən ona həmin vəsaitdən verilmədiyini nəzərə alaraq müvafiq olaraq 4500 manat pul cavabdehlərdən alınaraq ona verilməlidir. Bundan başqa mənzil MTK tərəfindən 2020-ci ilin may ayından təhvil verilib, lakin həmin vaxtdan indiyə qədər həmin mənzildə köçüb yaşayır və aylıq kirayə haqqı olar 400 (dörd yüz) manat pul ödəyir. Hal- hazıradək 2400 (iki min dörd yüz) manat kirayə haqqı olaraq ödəmişdir. Hazırda da kirayədə qalır. Hesab edir ki, bu vəziyyətin yaranmasında cavabdeh tərəf məsuliyyət daşıdığından ona dəymiş zərər cavabdeh tərəfin dən ödənilməlidir.
5. Cavabdehlər iddiaya qarşı yazılı etiraz verərək göstərmişlər ki, Cavabdeh1 1995-ci ildə yoldaşı Əhmədzadə Rizvan ilə ayrılanda uşaqlara aliment verməmək şərti ilə birgə əldə etdikləri mənzili ona verdi. Cavabdeh o mənzili satmaq istəməsə də yığılan borclar üzündən mənzili satmağa məcbur olmuşdur. 2002-ci ildə bacısına məxsus olan Nərimanov rayonu Xətai pr ev 29 mənzil 22 və 23 saylı mənzillərə köçmüşdür. 2017-ci ildə "xxxx" MTK tərəfindən müqavilə əsasında mənzil söküldü və 2020-ci ildə əvəzində müqaviləyə əsasən yeni binada onun xahişi ilə 2 (otaqlı) mənzil təqdim olunmuşdur. 2017-ci ilin may ayından 2019-cu ilin dekabr ayına qədər "xxxx" MTK onlara kirayə pullarını ödəyib. Həmin kirayə pullarından İddiaçı də hər ay yararlanıb. O, 2017-ci ildə "xxxx" MTK şirkətindən xahiş etmişdi ki, 2 ədəd 1 otaqlı mənzil versinlər, o səbəbdən ki, mənzilin birini satıb uşaqlar arasında bölüşəcək və ayaqları və daxili orqanlarını əməliyyat etdirəcək. Onlar hamısı bu razılığa gəlsələr də İddiaçı susub içində başqa planlar qurub. 2019-cu il oktyabr ayında ondan 1000 (min) manat borc aldı və 2020 ci il mart ayında verəcəyinə söz verdi. Naib karantinden istifadə edərək onu dilə tutaraq 2500 (iki min beş yüz) dəyərində olan qızılını lambarda qoyaraq 1200 AZN də belə aldı. Əldə etdiyi maşını sataraq 15-20 günə satıb həm onun pullarını, həm də bankdan götürdüyü pulları ödəyəcəyini dedi. Hal-hazırda o Sabunçu qəsəbəsində atasının evində öz hesabına və öz əməyi ilə təmir etdiyi mənzildə oğlu Sahib ilə yaşayır. 2020-ci il aprelin 2-sindən Naib Sabunçuya köçdü baxmayaraq ki, Hök məlidə təmirli mənzili var idi. 6. ünvan 5anov Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(005)- 751/2021 nömrəli qətnaməsi ilə (hakim S.İ.Ədilova) iddia qismən təmin edilmiş, İddiaçı ünvan 7 ünvanında olan binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 79 saylı mənzilə yaşayış sahəsindən istifadə hüququ tanınması və həmin mənzilə köçürülməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında olan münasibətlərə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq olunmalıdır.
8. Məhkəmə hesab etmişdir ki, mənzilə istifadə hüququnun tanınması və mənzilə köçü rülmə tələbi ilə bağlı mübahisənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228 -ci maddəsinin müddəaları çıxış edir. İşin faktiki hallarından göründüyü kimi, mübahisəli mənzilə dair münasibətlər 2002-ci ildən yaranmışdır. Məhkəmə işin hallarına və ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab etmişdir ki, iddiaçının mübahisəli mənzilə dair hüquqları 2002-ci il tarixdən əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 228.5-ci maddəsinin müddəaları tətbiq olunmalıdır.
9. Məhkəmə qeyd etmişdir ki, İddiaçı ünvan 3 ünvanında yerləşən 79 saylı mənzilin mülkiyyətçisinin yəni Cavabdeh1 ailə üzvü kateqoriyasına aid edilir. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mül kiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı söküntüsü aparılmış ünvan 5anov rayonu, Xətai prospekti ev 29 mənzil 22 ünvanında cavabdeh (anası) ilə birgə həmin mənzil sökülənədək yaşamış, daha sonra mənzil sökülməsi üçün tikinti şirkətinə təhvil verilmişdir. Həmin mənzilin əvəzində hazırki mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 48A, 79 saylı mənzili Cavabdeh1 təqdim etmişdir.
11. Söküntüsü aparılmış mənzilin əvəzində verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 48A, 79 saylı mənzil "xxxx" MTK-nın 32 nömrəli 11.09.2020-ci il tarixli maliyyə arayışına, 32 nömrəli 11.09.2020-ci il tarixli protokoldan çı xarışa əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 48A, 79 saylı mənzilə istifadə hüquqları tanınmalı və həmin mənzilə köçürülməlidir.
12. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Cavabdeh1 oğlu İddiaçı qanunvericiliyin tələblərinə əsasən cavabdehin ailə üzvü olmuşdur və sözügedən mübahisəli mənzildən istifadə hüququ əldə etmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4-cü, Konstitusiyanın 13, 29-cu maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsinin 8 oktyabr 2013-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişlər.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2021-ci il tarixli, 2(103)-7154/2021 nömrəli qətnaməsi ilə (hakimlər V.Ə.İbayev - sədrlik edən və məruzəçi, Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, ünvan 5anov Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(005)- 751/2021 nömrəli qətnaməsi iddianın qismən, İddiaçı ünvan 3 ünvanında olan binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 79 saylı mənzilə yaşayış sahəsindən istifadə hüququ tanınması və həm in mənzilə köçürülməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına istinad edərək və tərəflər arasında hüquq münasibətlərinin 2000-ci il sentyabrın 1-dən sonra, eyni zamanda hazırda qüvvədə olan Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixdən (01.10.2009) əvvəl yarandığını nəzərə alaraq qeyd etmişdir ki, iddiaçıların mübahisəli mənzildən istifadə hüquqlarının yaranıb-yaranmadığı məsələsi Mülki Məcəllən in 228-ci maddəsinin qaydalarına uyğun müəyyən edilməlidir.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı yaşayış sahəsinə ehtiyacı mövcud deyildir. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 17.06.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 01.11.2017ci il tarixdə **********1910301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətində digər yaşayış sahəsinin olması onun yaşayış sahəsindən istifadə hüququ ilə başqasının mülkiyyət hüququnun məhdudlaşdırılmasını aradan qaldırır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının mənzilə köçürülm əsi üçün əsaslar mövcud olmadığından, İddiaçı iddia tələbi təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
19. Kassator Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə istinad edərək, şikayətində qeyd etmişdir ki, onun mübahisəli mənzilə istifadə hüququ pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Cavabdehlər kassasiya şikayətinə qarşı yazılı etiraz göndərək təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
21. E tirazda qeyd edilmişdir ki, hazırkı halda İddiaçı ünvan 7 ünvanında olan binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 79 saylı mənzilə yaşayış sahəsindən istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi Cavabdeh1 mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasına və mülkiyyət hüququnun pozulmasına səbəb ola bilər. Tətbiq edilən hüquq Mülki Məcəllə
22. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
23. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdir ilir.
24. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
25. «Azərbaycan Respublikasının Mülki Mə cəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarı
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarı Mülki Prossesual Məcəllə
27. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
28. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
29. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qaba qcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
30. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
31. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416.1) Kassasiya baxışının hədləri
32. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilmə si kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mül ahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7154/2021 nömrəli 13 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.