Məhkəmə qərarları › İş №2(102)-1855/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1855/2025

20.06.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1855/2025 20.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: paylı mülkiyyət hüququ, mənzilə köçürülmə, maneənin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviçdən, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1480/2025 nömrəli 5 mart 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşa ğıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən mənzil ½ hissə payı olmaqla İddiaçı, ½ hissə payı olmaqla Cavabdeh mülkiyyətindədir. Bu mənzil İddiaçı adına xx.xx.2021-ci il, Cavabdeh adına isə xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır.

2. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1118/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “paylı mülkiyyətdən payın ayrılması” tələbinə dair iddiası təmin edilməmişdir. 3. ünvan 1 ünvanında İddiaçı və Cavabdeh qeydiyyatdadır.

4. Suraxanı Rayon Məhkəməsinin 2(010)-4038/2024 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “paylar məlum olan əmlakda paya kompensasiy a ödənilməklə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə geri qaytarılması qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən mənzilə giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması və həmin mənzilə köçürülməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı anası X6 ilə Cavabdeh 10 mart 2004-cü il tarixdə nikaha daxil olmuşlar. İddiaçı anası X6 03 aprel 2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı anası X2 adına olmuş ünvan 1 ünvanında yerləş ən 48.69 m2 ümumi sahəsi olan mənzil o öldükdən sonra oğlu İddiaçı və Cavabdeh miras qalmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********31-05101-093019 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh adına olan ünvan 1 ünvanında yerləşən 48.69 m2 ümumi sahəsi olan mənzil üzərində İddiaçı ½ hissədə (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2021), Cavabdeh ½ hissədə (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2021) payı müəyyən edilmişdir. Cavabdeh İddiaçı qarşı “paylı mülkiyyətdən payın ayrılması” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra, Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, mübahisəli əmlak üzərində payların müəyyən edildiyini, paylı mülkiyyət hüququnun tanındığını bildirmiş, məhkəmədən əmlakın naturada bölünməsi, kompensasiya verilməsi və ya hərracdan satılması və satışdan əldə olunan vəsaitin paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, İddiaçı təklif etmişdir ki, ona 25000 manat məbləğində kompensasiya ödəsin, bununla da onun mənzildə olan payı ayrılsın. Eyni təklifi İddiaçı Cavabdeh qarşı irəli sürmüşdür. Nəticədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1118/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı "paylı mülkiyyətdən payın ayrılması” tələbinə dair iddiası təmin edilməmişdir. Hazırda Cavabdeh İddiaçı paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə girişinə, orada yaşamasına maneə yaradır. Halbuki, iddiaçının həmin mənzildən is tifadə, mənzilə sahiblik hüququ vardır. Cavabdeh iddiaçının ən ali insan hüquqlarından biri olan mülkiyyət hüququnu pozur. Cavabdeh mənzildən istifadə və ona sahiblik edərkən digər paylı mülkiyyətçinin mənafeyinə toxunur. Bu isə qanunun tələbləri ilə bir araya sığmır. Bu səbəbdən Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə İddiaçı giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsi zərurəti yaranmışdır.

7. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçıya 2 dəfə ev almışdır. Qeyd edir ki, onunla birlikdə yaşaya bilməz, iddiaçı onu öldürəcəyini deyir, söyüş söyür. İddianın rədd edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatı verərək bildirm işdir ki, iddiaçının hüququ var, çünki o, mülkiyyətçidir. Lakin tərəflər arasında qarşılıqlı münasibətlər nəzərə alınmalıdır. İddiaçının öz evi var. Xırdalanda ailə üzvləri ilə birlikdə yaşayır. Tərəflər arasında münasibət məhkəmə iclaslarında da görünürdü. İddiaçı sanki qəsdən həmin evə köçmək istəyir. 30000 manat kompensasiya verməyi təklif etsələrdə iddiaçı 100000 manata belə razılaşmayacağını demişdir. Həmin evin heç 50000 manat dəyəri yoxdur. Onların bərabər yaşaması qeyri-mümkündür. Ona görə nəticədə ya kompensasiya ilə, ya da mənzilin hərracdan satılması ilə mübahisə həll oluncaqdır. İddianın təmin edilməməsini deyil, şəxsi münasibətlərin nəzərə alınaraq təmin edilməməsini xahiş edir.

9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 noyabr 2024- cü il tarixli 2(010)4038/2024 nömrəli qə tnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı paylı mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən mənzilə giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması və iddiaçının həmin mənzilə köçürülməsi qət edilmişdir. (hakim-Firuzə Mirzəyeva)

10. Məhkəmə qeyd etmişdir ki, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Belə olan halda, iddiaçı tərəfindən əmlakın mülkiyyətçi kimi öz sahiblik və istifadə hüquqlarını həyata keçirilməsi üçün cavabdeh tərəfindən yaradılan manealərə son qoyulmalı və onlar aradan qaldırılmalıdır. Belə ki, məhkəmə iclasında cavabdeh qeyd etmişdir ki, iddiaçı ilə münasibətləri münaqişəli olduğundan, evin açarını ona vermir. Lakin, nəzərə alınmalıdır ki, iddiaçı sözügedən mənzilin paylı mülkiyyətçisidir, onun əmlakdan sahiblik və istifadə hüquqları digər paylı mülkiyyətçi tərəfindən məhdudlaşdırıla bilməz. Bu səbəbdən məhkəmə iddia tələbini təmin etmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29cu; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1, 135.2, 135.4, 140, 152.1-152.6, 153.4, 157.1, 157.2, 157.4, 213.1, 215.1, 215.2, 215.4-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 4.2, 77.1, 88, 119.1, 217.1-217.4 və 8.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini vəiddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsasl andırılmışdır ki, məhkəmə qətnaməsindən görünür ki, iş üzrə tərəflərin qarşılıqlı münasibətləri ədalət mühakiməsinin tələbləri baxımından düzgün qiymətləındirilməmişdir. Belə ki, iddiaçı istər məhkəməyə qədər və istərsə də məhkəmə gedişi zamanı Cavabdeh qarşı davranışında, qanunazidd hərəkətlərində öz münasibətlərini nümayiş etdirərək, evi onun əlindən alacağı, ona həmin mənzildə yaşamağa imkan verməyəcəyini bildirir, hətta ölümlə hədələyir. Məhkəmə belə bir şəraitdə tərəflərin qarşılıqlı münasibətlərində yaranmış birgə yaşayış qaydalarının mümkünsüzlüyünə düzgün qiymət verməmişdir. İddiaçı digər yaşayış sahəsinin olduğunu, Cavabdeh digər yaşayış sahəsinin olmadığını, uzun müddət hərbi qulluqda olduğunu, paya uyğun kompensasiya ödəmək istədiyini iddiaçının rədd etməsini onun qəsdi kimi qiy mətləndirilməlidir. Polis orqanlarında İddiaçıla Cavabdeh arasında baş vermiş hadisələr onların münaqişəli tərəflər kimi qeydiyyata alınmasına səbəb olmuşdur.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1480/2025 nömrəli 5 mart 2025-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2(010)-4038/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə)

15. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. İddiaçı mübahisələndirilən mənzilin paylı mülkiyyətçisi kimi həmin mənzilə giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması və özünün həmin mənzilə köçürülməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, məhkəmə iddia tələbini təmin etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir.

16. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, tərəflərin münaqişəli vəziyyətdə olması iddiaçının öz paylı mülkiyyətində olan əmlakdan istifadə və sahiblik hüququqlarının məhdudlaşdırılmasına əsas ola bilməz.

17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 12, 13, 29, Mülki Məcəlləsinin 6, 152, 153, 157, 213, 215, Mülki Prosessul Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayəti və ona qarşı etirazın dəlilləri a) Kassasiya ş ikayətinin dəlilləri

18. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci iltarixli 2(103)-1480/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə kollegiyası işə mahiyyəti üzrə baxarkən birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılmadığını, məhkəmə qətnaməsində göstərilən nəticələrin işin həqiqi hallarına uyğunluğunu düzgün qiymətləndirməmişdir. İddiaçı istər məhkəməyə qədər və istərsə də məhkəmə gedişi zamanı Cavabdeh qarşı davranışında, qanunazidd hərəkətl ərində öz münasibətlərini nümayiş etdirərək, evi onun əlindən alacağını, ona həmin mənzildə yaşamağa imkan verməyəcəyini bildirir, hətta ölümlə hədələyir. Məhkəmə belə bir şəraitdə tərəflərin qarşılıqlı münasibətlərində yaranmış birgə yaşayış qaydalarının mümkünsüzlüyünə düzgün qiymət verməmişdir.

20. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 77.1, 217.3, 218.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

22. Maddə 12 (İİ). Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

23. Maddə 13 (İ). Azər baycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

24. Maddə 29 (İ-İİ). Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 6.1.4-cü maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.

26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimisahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

28. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) on un faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

29. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib olabilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

30. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu z aman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

31. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.

32. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

33. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

34. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

35. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdı rılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir.

43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmi şdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

45. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndi rilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1480/2025 nömrəli 5 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar