Məhkəmə qərarları › İş №e-2(007)-1049/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1049/2025

17.03.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1049/2025 17.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Əliyeva Şəhrəbanı Əziz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənzilə köçürülmə, mənzilin təmir edilməsinə yaradılan maneəin cavabdehə qadağan edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənzilə köçürülmə, mənzilin təmir edilməsinə yaradılan maneəin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" MMC arasında bağlanmış 24 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-ü blok, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 82,4 kv.m olan 313 nömrəli mənzilin ona təhvil verilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması və onun həmin mənzilə köçürülməsi, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-ü blok, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 82,4 kv.m olan 313 nömrəli mənzilin onun tərəfindən təmir edilməsi üçün "xxxx" MMC tərəfindən yaradılan maneənin cavabdehə qadağan edilməsi, hüquqi yardıma görə ödənilmiş 300 AZN və dövlət rüsumuna görə ödənilmiş 100 AZN pulun cavabdeh "xxxx" MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin iddia ərizəsi icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia ərizəsi ilə 2025-ci ilin yanvar ayında Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edib. Həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə 2024-cü ilin noyabr ayında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edib. Hazırda iddia ərizəsi Yasamal Rayon Məhkəməsinin hakimi Ayşən Sultanovanın icraatındadır və məhkəmə hazırlıq iclası 18 mart 2025-ci il tarixə təyin edilib. Mülki işlər bir-biri ilə sıx əlaqəli olduğundan işlərin bir icraatda birləşdirilməsi zərurəti yaranıb. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, bir-biri ilə əlaqəli olduğundan icraatında olan e- 2(007)-1049/2025 saylı iş ilə e-2(004)-1815/2025 saylı işin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edərək, mülki işi baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X1 vəsatətin təmin edilməsi xahiş etdi. Məhkəmə iclasını yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, vəsatəti müzakirə edib, mülki işin sənədlərini tədqiq edib hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 43.1.-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2.-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülk Kollegiyasının 2(103)-1227/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən olunur ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə 33 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının ümumi sahəsi 82.4 kv. m., 2 otaqlı, 313 saylı mənzilin verilməsinə dair müqavilənin ləğv edilməsi, yaşayış sahəsinə cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2(004)- 6425/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması, xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən Azərbaycan Respublikası- X3 və ya “AsanPay” vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı "xxxx" MMC-yə qaytarılması, iddiaçı "xxxx" MMC-yə ərazi aidiyyati üzrə Bakı şəhəri Şirvan Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunması qərara alınmışdır. Sonradan iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilərək, Yasamal Rayon Məhkəməsinin e-2(004)-6425/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş və iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Hazırda həmin mülki iş Yasamal Rayon Məhkəməsinin icraatındadır. Məhkəmə hesab edir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi məqsədi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan mülki mübahisə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan mülki mübahisəyə bir icraatda baxılması məqsədəmüvafiq olduğundan vəsatət təmin edilərək mübahisəyə mülki işi ilkin olaraq icraatına qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 43, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənzilə köçürülmə, mənzilin təmir edilməsinə yaradılan maneəin cavabdehə qadağan edilməsi” tələbinə dair e-2(007)-1049/2025 nömrəli mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, yaşayış sahəsinin qeyri-qanuni sahiblikdən geri götürülməsi, mülkiyyət hüququnun tanınması” tələbinə dair e-2(004)-1815/2025 saylı mülki işlə bir icraatda birləşdirilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar