Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1480/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: paylı mülkiyyət hüququ, mənzilə köçürülmə, maneənin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2(010)-4038/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.ünvan 1 ünvanında yerləşən mənzil 1/2 hissə payla İddiaçı, 1/2 hissə payla Cavabdeh mülkiyyətindədir. 2.İddiaçı paylı mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən mənzilə giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması və həmin mənzilə köçürülməsinin təmin edilməsini xahiş edir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun paylı mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən mənzilə girişçıxışına yaradılmış maneənin aradan qaldırılması və həmin mənzilə köçürülməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı anası X6 ilə Cavabdeh 10 mart 2004-cü il tarixdə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 mart 2004-cü il tarixdə №275 nömrə ilə qeyd aparılmışdır. AZ-İ №099072 reyestr nömrəli, 10 mart 2004-cü il tarixdə verilmiş Nikah haqqında şəhadətnamə bu faktı təsdiq edir. İddiaçı anası X6 03 aprel 2020-ci il tarixdə vəfat etmişdir. Bu barədə 08 aprel 2020-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında №122 nömrə ilə qeyd aparılmışdır. AZ-İİ №070949 reyestr nömrəli, 16 aprel 2020-ci il tarixdə verilmiş Ölüm haqqında şəhadətnamə bu faktı təsdiq edir. İddiaçı anası X2 adına olmuş ünvan 1 ünvanında yerləşən 48.69 m2 ümumi sahəsi olan mənzil o öldükdən sonra oğlu İddiaçı və Cavabdeh miras qalmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********31-05101-093019 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh adına olan ünvan 1 ünvanında yerləşən 48.69 m2 ümumi sahəsi olan mənzil üzərində İddiaçı ½ hissədə (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2021), Cavabdeh ½ hissədə (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2021) payı müəyyən edilmişdir. Cavabdeh İddiaçı qarşı “paylı mülkiyyətdən payın ayrılması” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra, Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, mübahisəli əmlak üzərində payların müəyyən edildiyini, paylı mülkiyyət hüququnun tanındığını bildirmiş, məhkəmədən əmlakın naturada bölünməsi, kompensasiya verilməsi və ya hərracdan satılması və satışdan əldə olunan vəsaitin paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, İddiaçı təklif etmişdir ki, ona 25000 manat məbləğində kompensasiya ödəsin, bununla da onun mənzildə olan payı ayrılsın. Eyni təklifi İddiaçı Cavabdeh qarşı irəli sürmüşdür. Nəticədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1118/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı "paylı mülkiyyətdən payın ayrılması” tələbinə dair iddiası təmin edilməmişdir. Hazırda Cavabdeh İddiaçı paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə girişinə, orada yaşamasına maneə yaradır. Halbuki, iddiaçının həmin mənzildən istifadə, mənzilə sahiblik hüququ vardır. Cavabdeh iddiaçının ən ali insan hüquqlarından biri olan mülkiyyət hüququnu pozur. Cavabdeh mənzildən istifadə və ona sahiblik edərkən digər paylı mülkiyyətçinin mənafeyinə toxunur. Bu isə qanunun tələbləri ilə bir araya sığmır. Bu səbəbdən Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə İddiaçı girişçıxışına yaradılmış maneənin aradan qaldırılması və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsi zərurəti yaranmışdır. Qeyd edilir ki, Cavabdeh paylı mülkiyyətində olan mənzilə giriş-çıxışa maneə yaratdığı, yaşamaq hüququnu, mənzildən istifadə və mənzilə sahiblik hüququnu pozduğu şəxs digər mülkiyyətçidir. Cavabdeh digər paylı mülkiyyətçi olan İddiaçı ünvan 1 ünvanında yerləşən mənzil üzərində olan mülkiyyət hüququnu pozur.
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, cavabdehin iddiaçının paylı mülkiyyətdə olan əmlakına giriş-çıxışına maneələr yaradır, onun mülkiyyət hüquqlarını pozur. Qeyd etmişdir ki, əmlakın yarısı Tofiq müəllimin olsa da, yarısı da Emil müəllimin mülkiyyətindədir. Odur ki, İddiaçı paylı mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən mənzilə giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması və iddiaçının həmin mənzilə köçürülməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Açarın verilməsini tələb edirlər. Otağına kamera qoyulacağını, 2 otaq olduğunu, bir-birinin otağına girməyəcəklərini, öz evi olmadığını bildirmişdir.
6. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçıya 2 dəfə ev almışdır. Qeyd edir ki, onunla yaşaya bilməz, iddiaçı onu öldürəcəyini deyir, söyüş söyür. İddianın rədd edilməsini xahiş edir. 7.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim-Firuzə Mirzəyeva) 05 noyabr 2024-cü il tarixli, 2(010)-4038/2024 saylı qətnaməsiilə (bundan sonra-məhkəmə) iddianın təmin edilməsi, İddiaçı paylı mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən mənzilə giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması və iddiaçının həmin mənzilə köçürülməsi qət edilmişdir. İş materiallarında olan: 8.AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil ½ hissə payı olmaqla İddiaçı, 1/2 hissə payı olmaqla Cavabdeh mülkiyyətindədir. Bu mənzil İddiaçı adına xx.xx.2021-ci il, Cavabdeh adına isə xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır. 9.Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş, AZ-İ seriyalı, 099072 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X4 arasında 10 mart 2004-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 275 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. 10.Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ- İİ seriyalı, 070949 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə durğunluq ürək çatmamazlığı səbəbindən Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 122 nömrə ilə qeyd edilmişdir. 11.Suraxanı Rayon Məhkəməsinin 2(010)-1118/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “paylı mülkiyyətdən payın ayrılması” tələbinə dair iddianın təmin edilməməsi, artıq ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun dövlət büdcəsindən iddiaçı Cavabdeh qaytarılması, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, məhkəmə tikinti-texniki ekspertizası xərci olan 50 manat məbləğində pulun iddiaçı Cavabdeh tutulаrаq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, qiymətləndirici mütəxəssis tərəfindən verilmiş rəy üzrə 200 manat məbləğində xidmət haqqının iddiaçı Cavabdeh tutulаrаq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. 12.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* №-li “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, ünvan 1 ünvanında İddiaçı və Cavabdeh qeydiyyatdadır. 13.Suraxanı Rayon Məhkəməsinin 2(010)-4038/2024 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “paylar məlum olan əmlakda paya kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə geri qaytarılması qərara alınmışdır. 14.Məhkəmə iddiaçı və cavabdehin mübahisələnirilən mənzilin, hər birinin payı 1/2 hissədə olmaqla paylı mülkiyyətçiləri olmasını nəzərə alaraq qeyd etmişdir ki, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Belə olan halda, iddiaçı tərəfindən əmlakın mülkiyyətçi kimi öz sahiblik və istifadə hüquqlarını həyata keçirilməsi üçün cavabdeh tərəfindən yaradılan manealərə son qoyulmalı və onlar aradan qaldırılmalıdır. Belə ki, məhkəmə iclasında cavabdeh qeyd etmişdir ki, iddiaçı ilə münasibətləri münaqişəli olduğundan, evin açarını ona vermir. Lakin, nəzərə alınmalıdır ki, iddiaçı sözügedən mənzilin paylı mülkiyyətçisidir, onun əmlakdan sahiblik və istifadə hüquqları digər paylı mülkiyyətçi tərəfindən məhdudlaşdırıla bilməz. Bu səbəbdən məhkəmə iddia tələbini təmin etmişdir. 15.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1, 135.2, 135.4, 140, 152.1-152.6, 153.4, 157.1, 157.2, 157.4, 213.1, 215.1, 215.2, 215.4-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 4.2, 77.1, 88, 119.1, 217.1-217.4 və 8.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini vəiddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayətində qeyd olunur ki, məhkəmə qətnaməsindən görünür ki, iş üzrə tərəflərin qarşılıqlı münasibətləri ədalət mühakiməsinin tələbləri baxımından düzgün qiymətləındirilməmişdir. Belə ki, iddiaçı istər məhkəməyə qədər və istərsə də məhkəmə gedişi zamanı Cavabdeh qarşı davranışında, qanunazidd hərəkətlərində öz münasibətlərini nümayiş etdirərək, evi onun əlindən alacağı, ona həmin mənzildə yaşamağa imkan verməyəcəyini bildirir, hətta ölümlə hədələyir. Məhkəmə belə bir şəraitdə tərəflərin qarşılıqlı münasibətlərində yaranmış birgə yaşayış qaydalarının mümkünsüzlüyünə düzgün qiymət verməmişdir. İddiaçı digər yaşayış sahəsinin olduğunu, Cavabdeh digər yaşayış sahəsinin olmadığını, uzun müddət hərbi qulluqda olduğunu, paya uyğun kompensasiya ödəmək istədiyini iddiaçının rədd etməsini onun qəsdi kimi qiymətləndirilməlidir. Polis orqanlarında İddiaçıla Cavabdeh arasında baş vermiş hadisələr onların münaqişəli tərəflər kimi qeydiyyata alınmasına səbəb olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 18.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
a)Məhkəmə icraatı iştirakçılarının izahatları
19.Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdilər, şikayətin məznununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Onlar izahatında əlavə olaraq qeyd etdi ki, məhkəmə qətnaməsinin qanuni və əsaslı olmasına şübhəsi yoxdur, iddiaçı mülkiyyətçidir, lakin tərəflərin arasında olan münasibətlər buna imkan vermir. 20.İş üzrə İddiaçı Elşəd oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası: 21.12-ci maddəsinin İİ hissəsinə görə, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 22.13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
23. 29-cu maddəsinin İ-İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 24.Maddə 6.1.4-cü maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 25.Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimisahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindəntanınan və qorunan hüququdur. 26.Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqicəhətdən təmin edilmiş imkanıdır. 27.Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasiletməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 28.Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlərnəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib olabilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 29.Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 30.Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 31.Maddə 157.1.Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 32.Maddə 157.4.Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 33.Maddə 213.2.Əşyaya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 34.Maddə 215.1.Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 35.Maddə 215.2.Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 36.Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 37.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 38.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
39.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 40.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41.Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatlarını dinləyibapellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsidəyişdirilmədən saxlanılmalıdır. 42.İş materillarına əsasən müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən mənzil 1/2 hissə payı olmaqla İddiaçı, 1/2 hissə payı olmaqla Cavabdeh mülkiyyətindədir. 43.Qanunvericiliyin istinad olunan normalarından göründüyü kimi paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. 44.Belə olan halda kollegiya hesab edir ki, iddiaçı mübahisələndirilən mənzilin paylı mülkiyyətçisi kimi həmin mənzilə giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması və özünün həmin mənzilə köçürülməsi tələbi ilə məhkəməyə müraciə etməkdə haqlı olmuş, məhkəmə iddia tələbini təmin etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. 45.Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyamnamənin 17-ci maddəsi, İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. 46.Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 47.Həmçinin Konstitutsiyanın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. 48.Azərbaycan Respublikasının qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. 49.Öz növbəsində, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. 50.Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri(ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. 51.Buna görə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin mülkiyyət hüquqlarının müdafiəsi baxımından iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. 52.Tərəflərin münaqişəli vəziyyətdə olması ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, həmin hallar iddiaçının öz paylı mülkiyyətində olan əmlakdan istifadə və sahiblik hüququqlarının məhdudlaşdırılmasına əsas ola bilməz. 53.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. 54.Beləliklə, işin müəyyən edilmiş fakitki hallarına və qanunvericiliyin qeyd olunan normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2(010)-4038/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 55.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 56.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsininapellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 57.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənindəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 58.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 59.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2(010)-4038/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Günay Axundova
Fərrux Qasımov