Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4038/2024 05.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiaları üzrə mülki işə Suraxanı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, İddiaçı paylı mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən mənzilə giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması və iddiaçının həmin mənzilə köçürülməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı anası X4 ilə Cavabdeh 10 mart 2004-cü il tarixdə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 mart 2004-cü il tarixdə №275 nömrə ilə qeyd aparılmışdır. AZ-İ №099072 reyestr nömrəli, 10 mart 2004-cü il tarixdə verilmiş Nikah haqqında şəhadətnamə bu faktı təsdiq edir. İddiaçı anası X4 03 aprel 2020-ci il tarixdə vəfat etmişdir. Bu barədə 08 aprel 2020-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında №122 nömrə ilə qeyd aparılmışdır. AZ-İİ №070949 reyestr nömrəli, 16 aprel 2020-ci il tarixdə verilmiş Ölüm haqqında şəhadətnamə bu faktı təsdiq edir. İddiaçı anası X1 adına olmuş ünvan 1 ünvanında yerləşən 48.69 m2 ümumi sahəsi olan mənzil o öldükdən sonra oğlu İddiaçı və Cavabdeh miras qalmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********31-05101-093019 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh adına olan ünvan 1 ünvanında yerləşən 48.69 m2 ümumi sahəsi olan mənzil üzərində İddiaçı ½ hissədə (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2021), Cavabdeh ½ hissədə (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2021) payı müəyyən edilmişdir. Cavabdeh İddiaçı qarşı “paylı mülkiyyətdən payın ayrılması” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra, Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, mübahisəli əmlak üzərində payların müəyyən edildiyini, paylı mülkiyyət hüququnun tanındığını bildirmiş, məhkəmədən əmlakın naturada bölünməsi, kompensasiya verilməsi və ya hərracdan satılması və satışdan əldə olunan vəsaitin paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, İddiaçı təklif etmişdir ki, ona 25000 manat məbləğində kompensasiya ödəsin, bununla da onun mənzildə olan payı ayrılsın. Eyni təklifi İddiaçı Cavabdeh qarşı irəli sürmüşdür. Nəticədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1118/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı "paylı mülkiyyətdən payın ayrılması” tələbinə dair iddiası təmin edilməmişdir. Hazırda Cavabdeh İddiaçı paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə girişinə, orada yaşamasına maneə yaradır. Halbuki, iddiaçının həmin mənzildən istifadə, mənzilə sahiblik hüququ vardır. Cavabdeh iddiaçının ən ali insan hüquqlarından biri olan mülkiyyət hüququnu pozur. Cavabdeh mənzildən istifadə və ona sahiblik edərkən digər paylı mülkiyyətçinin mənafeyinə toxunur. Bu isə qanunun tələbləri ilə bir araya sığmır. Bu səbəbdən Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə İddiaçı giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsi zərurəti yaranmışdır. Qeyd edilir ki, Cavabdeh paylı mülkiyyətində olan mənzilə giriş-çıxışa maneə yaratdığı, yaşamaq hüququnu, mənzildən istifadə və mənzilə sahiblik hüququnu pozduğu şəxs digər mülkiyyətçidir. Cavabdeh digər paylı mülkiyyətçi olan İddiaçı ünvan 1 ünvanında yerləşən mənzil üzərində olan mülkiyyət hüququnu pozur. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, cavabdehin iddiaçının paylı mülkiyyətdə olan əmlakına giriş-çıxışına maneələr yaradır, onun mülkiyyət hüquqlarını pozur. Qeyd etmişdir ki, əmlakın yarısı Tofiq müəllimin olsa da, yarısı da Emil müəllimin mülkiyyətindədir. Odur ki, İddiaçı paylı mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən mənzilə giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması və iddiaçının həmin mənzilə köçürülməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Açarın verilməsini tələb edirlər. Otağına kamera qoyulacağını, 2 otaq olduğunu, bir-birinin otağına girməyəcəklərini, öz evi olmadığını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçıya 2 dəfə ev almışdır. Qeydi edir ki, onunla yaşaya bilməz, iddiaçı onu öldürəcəyini deyir, söyüş söyür. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatı verərək bildirmişdir ki, iddiaçının hüququ var, çünki o, mülkiyyətçidir. Ancaq diqqətə bir məsələni çatdırmaq istəyir ki, tərəflər arasında qarşılıqlı münasibətlər nəzərə alınmalıdır. İddiaçının öz evi var. Xırdalanda ailə üzvləri ilə birlikdə yaşayır. Tərəflər arasında münasibət məhkəmə iclaslarında da görünürdü. İddiaçı sanki qəsdən həmin evə köçmək istəyir. 30000 manat kompensasiya verməyi təklif etmişdik. Lakin 100000 manata belə razılaşmayacağını dedi. Həmin evin heç 50000 manat dəyəri yoxdur. Onların bərabər yaşaması qeyri-mümkündür. Ona görə nəticədə ya kompensasiya ilə, yada hərracdan satılması ilə həll oluncaqdır. İddianın təmin edilməməsini deyil, şəxsi münasibətlərin nəzərə alınaraq təmin edilməməsini xahiş edir. İş materialları. AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil ½ hissə payı olmaqla İddiaçı, ½ hissə payı olmaqla Cavabdeh mülkiyyətindədir. Bu mənzil İddiaçı adına xx.xx.2021-ci il, Cavabdeh adına isə xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş, AZ-İ seriyalı, 099072 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X2 arasında 10 mart 2004-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 275 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 070949 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə durğunluq ürək çatmamazlığı səbəbindən Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 122 nömrə ilə qeyd edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1118/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “paylı mülkiyyətdən payın ayrılması” tələbinə dair iddianın təmin edilməməsi, artıq ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun dövlət büdcəsindən iddiaçı Cavabdeh qaytarılması, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, məhkəmə tikinti-texniki ekspertizası xərci olan 50 manat məbləğində pulun iddiaçı Cavabdeh tutulаrаq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, qiymətləndirici mütəxəssis tərəfindən verilmiş rəy üzrə 200 manat məbləğində xidmət haqqının iddiaçı Cavabdeh tutulаrаq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* №-li “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, ünvan 1 ünvanında İddiaçı və Cavabdeh qeydiyyatdadır. Suraxanı Rayon Məhkəməsinin 2(010)-4038/2024 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “paylar məlum olan əmlakda paya kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə geri qaytarılması qərara alınmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.... Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 135. Əşya hüququnun obyektləri 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar.... 135.2. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur.... 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.... Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.https://e-qanun.az/framework/46944 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.... Maddə 153. Mülkiyyət hüququnun subyektləri 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.... Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır... Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir..... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. ....8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Hazırkı işdən görünür ki, İddiaçı paylı mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən mənzilə giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması və iddiaçının həmin mənzilə köçürülməsinin təmin edilməsini tələb etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən mənzil ½ hissə payı olmaqla İddiaçı, ½ hissə payı olmaqla Cavabdeh mülkiyyətindədir. Bu hal iş materiallarında olan müvafiq çıxarış – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı ilə təsdiqlənir. Belə olan halda, iş materialları ilə müəyyən edilir ki, iddiaçı və cavabdeh sözügedən mənzilə paylı mülkiyyətçidirlər. Bildiyimiz kimi, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əmlakın mülkiyyətçi kimi öz sahiblik və istifadə hüquqlarını həyata keçirilməsi üçün cavabdeh tərəfindən yaradılan manealərə son qoyulmalı və onlar aradan qaldırılmalıdır. Belə ki, məhkəmə iclasında cavabdeh qeyd etmişdir ki, iddiaçı ilə münasibətləri münaqişəli olduğundan, evin açarını ona vermir. Lakin, nəzərə alınmalıdır ki, iddiaçı sözügedən mənzilin paylı mülkiyyətçisidir, onun əmlakdan sahiblik və istifadə hüquqları digər paylı mülkiyyətçi tərəfindən məhdudlaşdırıla bilməz. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı paylı mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən mənzilə giriş-çıxışına yaradılmış maneə aradan qaldırılmalı və iddiaçı həmin mənzilə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı paylı mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən mənzilə giriş-çıxışına yaradılmış maneə aradan qaldırılsın və iddiaçı həmin mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-4038/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4038/2024
05.11.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver