Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1856/2022 18.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X1” Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 noyabr 2021-ci il i tarixli, 2(103)9286/2021 nömrəli qətnaməsindən iddiaçı tərəf indən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı 02 dekabr 2019-cu il tarixli əmək müqaviləsi ilə “X1” Şirkətinin Azərbaycan Respublikasındakı filialında ilk 3 ayı sınaq müddəti ilə təchizat üzrə mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. İşəgötürənin 16 yanvar 2020-ci il tarixli əmri ilə əmək müqaviləsinə işçinin sınaqdan çıxmaması əsası ilə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrə əsas təşkil edən və 13 yanvar 2020-ci il tarixdə tərtib olunmuş “Sınaq müddətinin qiymətləndirilməsi Forması”na görə İddiaçı tabeliyində olduğu şəxsin tələblərinə uyğun olaraq verilən göstərişlərə əməl edilməsində və tapşırıqların yerinə yetirilməsində çətin liklər çəkmiş; sistemin bütün məntiqinin və əsasının dəfələrlə izah edilməsinə baxmayaraq iş sisteminin effektivliyini sorğulamış; texniki bilik və təcrübəsi Şirkətin poçt sifarişləri fəaliyyətinin həcmi ilə uyğun gəlməmiş; həddən artıq reaksiya verməklə və impulsivlik göstərməklə komandaya uyğunlaşmaqda çətinlik çəkmiş; tərcümeyi-halında təqdim etdiyi məlumatlar və əvvəlki iş təcrübəsi ilə bağlı verdiyi məlumatlarla bağlı şübhələr yaranmış, bu səbəblə əmək müqaviləsinin ləğv edilməsinə qərar verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh “X1” Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə və sonradan AR MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə mür aciət edərək, cavabdehin 16 yanvar 2020-ci il tarixli, 460 nömrəli əmrinin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə, iddiaçının çalışdığı təchizat üzrə mütəxəssis vəzifəsinə işə bərpa olunması barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, 05 fevral 2020-ci il tarixdə telefonuna gəlmiş SMS vasitəsilə cavabdeh iş yerinə dəvət olunmuş, orda ona bir sənədə imza etdirilməklə əmək kitabçası geri qaytarmış və bildirilmişdir ki, əmək müqaviləsi 16 yanvar 2020-ci il tarixdə ləğv edilmişdir. Əmək kitabçasından görünür ki, o, 16 yanvar 2020-ci il tarixdə 460 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən tutduğu vəzifəsindən azad olunmuşdur. Bu günə qədər qanunvericiliklə nəzərdə tutulm uş sənədləri, o cümlədən işdən azad olunması haqqında əmr və son-haqq hesaba dair sənədlər ona rəsmi olaraq təqdim olunmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(009)952/2020 nömrəli qətnaməsi ilə (hakim İ.Ş.Rüstəmli) iddiasının təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, işəgötürən qanunvericiliyin tələbinə və əmək müqavilənin tələblərinə uyğun olaraq işçini 3 gün əvvəldən xəbərdar etməklə onunla əmək müqaviləsinə xitam vermişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə işdən azad olunmasında qanunvericiliyə zidd bir hərəkət olmamışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(009)-952/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 fevral 2021-ci il tarixli, 2(103)-1275/2021 nömrəli qətnaməsi ilə (hakim Z.A.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər R.Ə.Eyvazovdan və F.Ş.Talışınskidən ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(009)-952/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında 02 dekabr 2019-cu il tarixdə 3 ay sınaq müddəti nəzərdə tutulmaqla müddətli əmək müqaviləsi bağlanılmış və müqavilənin 1.4-cü bəndi ndə işəgötürənin sınaq müddətində işçini bu barədə 3 gün əvvəlcədən xəbərdar etməklə əmək müqaviləsinə xitam verməsi imkanı nəzərdə tutulmuşdur. 13 yanvar 2020-ci il tarixdə qiymətləndirici tərəfindən işçinin fəaliyyəti qiymətləndirilmiş və onun texniki bilik və bacarıqlarının tutduğu vəzifəyə uyğun olmaması barədə rəy verilmişdir. Həmin gün işəgötürən tərəfindən işçiyə onunla bağlanılmış əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı bildiriş göndərilmiş və bundan 3 gün sonra, yəni 16 yanvar 2020-ci il tarixli əmrlə əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin "xxxx" bəndinə (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əsasən xitam verilmişdir. İşəgötürən tərəfindən qeyd olunan əsasla (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin təl əbləri və tərəflər arasında bağlanılmış 02 dekabr 2019-cu il tarixli əmək müqaviləsinin şərtləri yerinə yetirilmiş və bu barədə əsaslandırılmış əmr verilmişdir. Apellyasiya məhkəməsi həmçinin göstərmişdir ki, iddiaçı apellyasiya şikayətində onunla bağlanmış əmək müqaviləsinə layihənin təxirə salınması, dolayısı ilə də ixtisara düşməsi səbəbi ilə xitam verildiyini bildirsə də, bununla bağlı iş materiallarına əlavə etdiyi sənəd mötəbər hesab edilmir. Çünki, qeyd olunan sənəddən onun imzalandığı görünsə də, “X1 B.V” Şirkətinin möhürü ilə təsdiq edilməmiş və sənədin əks olunduğu işəgötürənə aid blank digər blank nümunələri ilə eynilik təşkil etməməklə həqiqiliyi şübhə doğurmuşdur. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkə məsinin Mülki Kollegiyasının 17 fevral 2021-ci il tarixli, 2(103)-1275/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2021-ci il tarixli, 2(102)-3947/2021 nömrəli qərarı ilə (hakim V.T.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.A.Əhmədovdan və İ.Ə.Şəfiyevdən ibarət tərkibdə) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(103)1275/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, işdə olan 16 yanvar 2020-ci il tarixli əmri n surətindən görünür ki, işçinin işdən azad olunmasına dair əmr menecer/insan resursları, təşkil və İT üzrə müdir vəzifəsində olan Nəzakət Əfəndiyeva tərəfindən imzalanmışdır. O, bu əmri 08 noyabr 2017-ci il tarixli etibarnaməyə əsaslanmaqla imzalamışdır. Etibarnamənin qüvvədə olduğu müddət göstərilməmişdir. Belə olan halda isə etibarnamənin müddəti bir il ilə məhdudlaşır. Mübahisələndirilən əmr isə 16 yanvar 2020-ci il tarixdə verilmiş və həmin əmrin verilməsinə əsas olan qiymətləndirmə rəyi 13 yanvar 2020-ci il tarixdə həyata keçirilmişdir. İş materiallarında qiymətləndirmə rəyinin və əmrin verilməsi zamanı səlahiyyətləri müəyyən edən başqa bir etibarnamənin mövcudluğu müəyyən edilmir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi faktiki olaraq ilkin olaraq qiymətləndirmə rəyini və əmri imzalayan şəxsin bunları həyata keçirməsi zamanı səlahiyyətinin olub-olmamasını yoxlamalı və bundan sonra işin digər hallarının araşdırmasını davam etdirməli idi. Bununla yanaşı iddiaçı 10 yanvar 2020-ci il tarixdə Federiko Maiocchi tərəfindən imzalanmış məktuba istinad edərək onun işdən çıxarılması əsasının sınaq müddətində özünü doğrultmaması və ya digər əsas deyil, məhz işləmiş olduğu müəssisənin yenidən qurulması ilə bağlı olması və faktiki olaraq ixtisar olunmasını göstərir. Müəyyən edilmişdir ki, həmin məktub 10 yanvar 2020-ci il tarixdə imzalanmış, iddiaçının qiymətləndirilməsi 13 yanvar 2020-ci ildə həyata keçirilmiş və işdən azad olunma ilə bağlı əmr isə 16 yanvar 2020-ci il tarixdə verilmişdir. İddiaçının göstərilən dəlillərinin aydınlaşdırılması məqsədi ilə apellyasiya i nstansiya məhkəməsi həmin məktubla iddiaçının işdən azad olunmasına dair əmrin verilməsi ilə hər hansı bağlılığının olmasının aydınlaşdırılması zəruri olmuşdur. Digər tərəfdən iddiaçı iddia edir ki, onun işdən azad olunmasına əsas olan əmrdə əsas kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin "xxxx" bəndinə istinad olunsa da, əmrin qeydiyyatının aparıldığı əmək kitabçasında isə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə istinad olunmuşdur. Bu halda da işin araşdırılmasının hərtərəfli aparılmasını təmin etməli olan apellyasiya instansiyası məhkəməsi həmin yanlışlığın texniki və ya hər hansı səbəbdən yaranmasını müəyyən etməli və həmin dəlilin aydınlaşdırılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının istinad etdiyi dəlillərin hər hansı biri üzrə ara şdırma aparması müəyyən edilmir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 noyabr 2021-ci il i tarixli, 2(103)-9286/2021 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və F.F.Babayevdan ibarə tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(009)952/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 363.1-ci maddəsini, Əmək Məcəlləsinin 42, 51, 53-cü maddələrini, 68-ci maddəsinin 1-ci hissəsini, 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndini və 70-ci maddəsinin "xxxx" bəndini, “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 1.1, 1.2, 2.1, 2.2, 12, 13.1, 18.-ci maddələrini tətbiq etmiş və hesab etmişdir ki, birinci instansiya məhkəməsi, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edildiyi qənaətinə gəlməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, əmək müqaviləsinin sınaq müddəti müəyyənləşdirilməklə bağlanması qanunvericilikdə işəgötürənin hüququ kimi müəyyənləşdirilmiş, cavabdeh Şirkət bu hüququndan istifadə edərək iddiaçı ilə müqaviləni sınaq müddəti ilə bağlamış, sınaqdan çıxmadığını hesab etdiyi işçinin əmək müqaviləsinə xitam vermişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, təkrar apellyasiya baxışı zamanı iddiaçının işdən azad olunmasına əsas olan əmrdə Əmək Məcəlləsinin 68-ci maddəsinin "xxxx" bən dinə istinad olunsa da, əmrin qeydiyyatının aparıldığı əmək kitabçasında Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə istinad olunması halın tamamilə texniki xəta olduğu, sənədləşmə işlərinin əsasən Azərbaycan və ingilis dillərində aparıldığı Şirkətin müvafiq əmrinin ingilis dilində olan mətnində Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinin göstərilməsinə baxmayaraq, Azərbaycan dilindəki mətnində səhvən 68-ci maddənin "xxxx" bəndinin qeyd olunduğu, bununla belə hər iki mətndə əmək müqaviləsinin xitamının əsası kimi “işçinin sınaqdan çıxmaması”nın göstərildiyi, eyni zamanda əmək kitabçasında və elektron informasiya sisteminə daxil edilən bildirişdə məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə istinad edildiyi müəyyən olunmuşdur. Həmçinin müəyyən edilmişdir ki, Şirkətin 02 noyabr 2021-ci il tarixli əmri ilə İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında olan 16 yanvar 2020-ci il tarixli əmrin Azərbaycan dilindəki mətnində dəyişiklik olunmuş, “Əmək Məcəlləsinin 68-ci maddəsinin” sözləri “Əmək Məcəlləsinin 70-ci maddəsinin” sözləri ilə əvəz edilmişdir. Kassasiya instansiyası məhkəməsinin “...apellyasiya instansiya məhkəməsi faktiki olaraq ilkin olaraq qiymətləndirmə rəyini və əmri imzalayan şəxsin bunları həyata keçirməsi zamanı səlahiyyətinin olub-olmamasını yoxlamalı və bundan sonra işin digər hallarının araşdırmasını davam etdirməli idi” mövqeyi ilə bağlı isə apellyasiya məhkəməsi qeyd etmişdir ki, “X1 B.V” Şirkəti Niderland Krallığında təsis olunmuş hüquqi şəxsdir, cavabdeh isə həmin Şirkətin Azərbaycan Respublikasındakı filialıdır. İddiaçı ilə 02 dekabr 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsini, 13 yanvar 2020-ci il tarixli bildirişi, habelə 16 yanvar 2020-ci il tarixli əmri Filialın adından “İnsan Resursları, Təşkilat və İT üzrə Müdir” vəzifəsində işləyən Nəzakət Əfəndiyeva imzalamışdır – adı çəkilən şəxsin müvafiq səlahiyyətlərə sahib olduğunu əks etdirən etibarnamə isə 08 noyabr 2017-ci il tarixdə Amsterdamda (Hollandiya) verilməklə etibarnamənin qüvvədə olma tarixli göstərilməmişdir. “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 18-ci maddəsi etibarnamənin formasının və qüvvədə olması müddətinin onun verildiyi ölkənin hüququ ilə müəyyən olunacağını təsbit edir. Bu səbəblə apellyasiya məhkəməsi təkrar apellyasiya baxışı zamanı Hollandiya Mülki Məcəlləsinin mətnini əldə edərək onu tədqiq etmiş, həmin Məcəllənin etibarnamə ilə bağlı bölməsində etibarnamənin qüvvəsinə etibarnamədə qüvvədə olma müddətinin göstərilməməsi əsası ilə xitam verilməsi məzmununda müddəanın olmadığını müəyyən etmişdir. Həmçinin apellyasiya məhkəməsi göstərmişdir ki, əgər Nəzakət Əfəndiyevanın səlahiyyətsiz şəxs olduğu nəticəsinə gəlinərsə, o zaman iddiaçı ilə bağlanmış əmək müqaviləsinin də etibarsız (bağlanmamış) əqd olduğu qəbul edilməlidir; halbuki tərəflər, iddiaçının həmin əmək müqaviləsi əsasında müvafiq dövr ərzində cavabdeh Şirkətlə əmək münasibətində olduğunu və vəzifəsini icra etdiyini mübahisələndirmirlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 noyabr 2021-ci il i tarixli, 2(103)-9286/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iş ə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsini əsassız olaraq “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun müddəalarını tətbiq etmişdir. Belə ki, həmin qanunla əmək müqaviləsi üzrə əmələ gələn öhdəliklər üzə mübahisələr tənzimlənmir. Mülki Məcəllənin 363.1-ci maddəsi imperativ normadır və məhkəmə tərəfindən həmin norma tətbiq olunmalı idi. Apellyasiya məhkəməsi tərəfindən kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatında irəli sürülmüş göstərişlər tam icra olunmamış və bununla MPM-in 420-ci maddəsinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icra at qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya y aratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 51-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. 51-ci maddəsinin 2-ci hissəsinə əsasən sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. 53-cü maddəsinin 1-ci hissəsinə əsasən sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. 53-cü maddəsinin 3-c ü hissəsinə əsasən əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinin "xxxx" bəndinə əsasən sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bəra bər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. 2.1-ci maddəsinə əsasən xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur. 2.2-ci maddəsinə əsasən bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini t ətbiq edir. 12-ci maddəsinə əsasən hüquqi şəxsin təsis edildiyi ölkənin hüququ onun istinad etdiyi qanun hesab olunur. 13.1-ci maddəsinə əsasən hüquqi şəxsin hüquq qabiliyyəti onun istinad etdiyi qanunla müəyyən olunur. Bu qayda hüquqi şəxsin nümayəndəliyinə və filialına da şamil edilir. 18-ci maddəsinə əsasən etibarnamənin forması və qüvvədə olması müddəti onun verildiyi ölkənin hüququ ilə müəyyən olunur. Lakin etibarnamənin formasına riayət edilməməsi nəticəsində o, etibarsız sayıla bilməz, bu şərtlə ki, onun forması Azərbaycan Respublikası hüququnun tələblərinə uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin t ələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir s übutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyas iya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli məsələ olan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmri imzalayan işəgötürənin vəzifəli şəxsinin buna səlahiyyətlərinin olmasını araşdıraraq, əsaslı olaraq “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun tələblərinə əsasən etibarnamə verildiyi Niderland Krallığının (Hollandiyanın) Mülki Məcəlləsinin normalarını tətbiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda etibarnamə ilə verilən s əlahiyyətlər mübahisələndirildiyindən və bu səlahiyyətlər mülki qanunvericiliklə tənzimləndikdən, cavabdeh şirkətin təsis edildiyi dövlətin qanununun tətbiq edilməli olmasına dair apellyasiya məhkəməsinin mövqeyi qanuni olmuşdur. Kassasiya şikayətinin prosessual hüquq normasının pozulması ilə bağlı dəlilinə dair məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən apellyasiya məhkəməsi tərəfindən cavabdeh şirkətin rəhbəri olan Federiko Maiocchi tərəfindən imzalanmış məktuba dair kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda göstərişləri üzrə hüquqi dəyərləndirmə aparmamışdır. Lakin məhkəmə kollegiyasının qənaətinə əsasən yalnız bu hal apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, apellyasiya məhkəməsi tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməs inin əmək qanunvericiliyinə uyğun olmasını müəyyən etmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkə məsinin Mülki kollegiyasının 25 noyabr 2021-ci il i tarixli, 2(103)-9286/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1856/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1856/2022
18.04.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver