Məhkəmə qərarları › İş №2(102)-1857/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1857/2023

12.05.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1857/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməs) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri X1 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqın ın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-762/2023 nömrəli, 10 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi ilə İddiaçı arasında bağlanmış xxxxxxx000300 saylı, xx.xx.2020-ci il tarixli 264 nömrəli əmək müqaviləsinə əsasən, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Sosial Sığorta ödəmələri departamentinin Birdə fəlik və tənzimlənən müavinət sənədlərinin emalı şöbəsinin baş mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin 2.1-ci bəndinə görə bu müqavilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 3 ay müddətinə bağlanmışdır.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2020-ci il tarixli **********3 nömrəli əmrindən Çıxarışa əlavədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının baş mütəxəssisi vəzifəsinə təyin olunmuşdur.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial M üdafiə Fondunun **********3 saylı, xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı xx.xx.2022-ci il tarixdən müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin ***** *****3 saylı, 12 may 2022-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi, 30 may 2022-ci il tarixində gecikdirilməklə ödənilmiş son haqq-hesabın gecikdirildiyi hər gün üçün 1 faiz olmaqla, ümumilikdə 18 gün üçün 18 faiz hesablanmaqla cavabdehdən tutulması, iş vaxtından artıq işlənilmiş vaxtın hesablanaraq ödənilməsi və mediasiya təşkilatında mediasiya keçmək üçün ödənilmiş 50 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2002-ci ildən 2022-ci ilə qədər Dövlət Sosial Müdafiə Fondunun müxtəlif strukturlarında fərqli vəzifələrdə işləmişdir, 18 ildir ki, dövlət qulluqçusu olmuşdur. Son olaraq xx.xx.2020-ci il tarixli müvafiq əmrlə həmin tarixdən etibarən AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında baş mütəxəssis vəzifəsində çalışmışdır. İşlədiyi dövrdə vəzifə öhdəliklərini lazımi şəkildə yerinə yetirmişdir. Lakin işlədiyi vaxtda demək olar ki, təqvim ayının bütün günləri (istirahət günləri sayılan həftəsonu və bayram günlərində) iş vaxtından artıq işlər görmüşdür. Adi iş günlərində isə 9-10 saat, bəzən isə daha çox işləmişdir. Bunun nəticəsində onun sağlamlığına zərər dəymiş və müxtəlif müalicələr almışdır. Bununla bağlı tibbi rəy də vardır. O, bu qədər ağır rejimdə artıq işləyə bilmədiyi ilə bağlı Filialın direktoru Hüseyn Paşayevə ərizə yazmış və onu daimi əsaslarla daha yüngül işə keçirməyi xahiş etmişdir. Lakin b u rəhbərlik tərəfindən xoş qarşılanmamış, onlar bunu özlərinə qarşı hörmətsizlik olaraq qəbul etmiş və ona iş yerində təzyiqlər göstərməyə başlamışlar. Bütün bunların nəticəsində xx.xx.2022-ci il tarixli əmrlə onunla 3 ay müddətinə bağlanılmış əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam vermişlər. Həmin əmr qanuni deyildir və işçınin hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. 20 ildən çoxdur mövcud sistemdə işləyir, bu sahədə kifayət qədər təcrübəsi vardır. Həmçinin o, 2022-ci ildə keçirilmiş imtahandan da kifayət qədər bal toplayaraq vəzifəyə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.4-cü maddəsində göstərilmişdir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qa baqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Hazırkı vəziyyətdə işçi ilə 3 aylıq ardıcıl müqavilələr bağlanılması işəgötürənin öz üstün mövqeyindən və dövlətin vermiş olduğu səlahiyyətlərdən sui-istifadə etdiyini göstərir və sübut edir. Cavabdeh bunu Əmək Məcəlləsinin 47-ci maddənin F bəndi ilə əsaslandırsa da, bu özlüyündə cəfəngiyatdır. Belə ki, həmin idarədə mindən çox işçi vardır və hər kəslə ardıcıl olaraq 3 aylıq müqavilələr imzalanır. İşçilər buna məcbur edilir və işçi ilə işəgötürən arasında olan müqavilə bərabərliyi prinsipi pozulur. Hesab edir ki, işçinin işlədiyi bütün iş vaxtından artıq saatlar hesablanaraq qanunvericiliyə uyğun olaraq ona ödənilməlidir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr 12 may 2022-ci il tarixdə verilsə də, ona son haqq hesab 30 may 2022-ci il tarixdə, yəni 18 gün sonra ödənilmişdir. Bu da ona əsas verir ki, son haqq hesabın gecikdirilmiş 18 faizi qədərində məbləğ cavabdehdən tutularaq ona ödənilməlidir.

6. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin **********3 saylı, 12 may 2022-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi və mediasiya təşkilatında mediasiya keçmək üçün ödəni lmiş 50 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış yazılı etiraza uyğun izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddia tamamilə əsassızdır. İddiaçı 2 il ərzinə 3 aylıq müddətə bağlanmış əmək müqaviləsi ilə fəaliyyət göstərib, öz imzası ilə müqaviləni təsdiq edib. Lakin heç bir zaman bu hala qarşı etiraz etməyib. Sadəcə olaraq hazırda işə bərpa olmaq üçün bundan istifadə edir. İradə ifadəsi olmadığını bildirsə də onun iradə ifadəsi olmuşdur, müqaviləyə etiraz etməmişdir. Müqavilələrin 3 aylıq müddətə bağlanmasının səbəbi odur ki, qanun və ya etik davranış qaydaları pozuntusu edən işçilərin əmək müqaviləsinə t ez xitam verilsin. Müddətli müqavilə ilə bağlı Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi mövcuddur və sözügedən müqavilənin bağlanmasında qanunsuz heç bir hala rast gəlinmir. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə əlaqədar Ali Məhkəmənin bir sıra qərarları mövcuddur. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim: F.Əyyubov) 2(004)-4040/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işəgötürən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu xx.xx.2022-ci il tarixli, **********3 nömrəli əmr ilə İddiaçı müddətli əmə k müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad etmiş və Əmək müqaviləsinə xitam verilmişdir. Müddətin uzadılması üçün müddət qurtardıqdan sonra işçi və işəgötürən arasında əmək münasibətləri davam etdirilməli, müddət bitdikdən sonrakı 1 həftə ərzində tərəflərdən heç biri əmək müqaviləsinə xitam verilməsini tələb etməməlidir. Lakin hazırki halda işəgötürən müddət bitdikdə müqaviləyə xitam verilməsini tələb etmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 11, 45, 47, 68, 73-cü maddələrinə, Mülki Prosessual Məcəllənın 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul e dilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnaməsinin əsaslandırma hissəsi bütünlükdə sadəcə bu cümlədən (işəgötürən müddət bitdikdə müqaviləyə xitam verilməsini tələb etmişdir) ibarət olmaqla, iş üzrə məhkəmə iclaslarında və iddia ərizəsində göstərilmiş hallara toxunmadan və fikir bildirmədən qətnamə qəbul etmişdir. İşçi heç bir intizam pozuntusuna və qüsura yol vermədiyi halda, işəgötürən əsaslandırma etmədən işçi ilə müddətli əmək müqaviləsinə xitam vermişdir. Həmçinin bu əmək müqaviləsi daimi xarakter daşıdığı halda xx.xx.2020-ci il tarixdən etibarən 3 ay müddətinə bağlanılmış və sonradan hər 3 aydan bir eyni müddətə uzadılmışdır. Həmin əmr qanuni deyildir və işçınin hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Birinci instansiya məh kəməsi işçi ilə niyə daimi deyil 3 aylıq müqavilə imzalanması məsələsi ilə maraqlanmamış, sadəcə iş üzrə formal qətnamə qəbul etmişdir. İşin halları ilə də sübut olunur ki, 18 il dövlət qulluqçusu olmuş və cavabdeh qurumda 20 ildən çox stajı olan bir şəxs öz sərbəst iradəsi əsasında 3 aylıq əmək müqaviləsi imzalamazdı. Buradan da görünür ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin F bəndində göstərilmiş tərəflərin hüquq bərabərliyi prinsipi pozulmuşdur. Cavabdeh tərəfindən müqavilənin məhz bu şərtlərdə imzalanması işçilərə diktə olunmuş və imzalamayan şəxslərin işdən azad olunacağı barədə hədə-qorxu gəlinmişdir. Onunla müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar olmayıb. Dövlət Sosial Müdafiə Fondunun nizamnaməsinə əsasən, işçi ilə əmək müqav iləsinə xitam verilərkən bu barədə nazirin razılığı alınmalıdır. Cavabdeh orqan belə bir razılığa dair sənəd təqdim edə bilməmişdir. Onların təqdim etdiyi sənəddə nazir tərəfindən sadəcə “baxılsın” vizası qoyulmuş və sənəd elektron imza ilə təsdiq edilməmişdir. Bu isə həmin sənədin qanuni olmamasına dəlalət edir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), A.N.İmanov və F.Ş.Talışinski) 10 yanvar 2023-cü il tarixli, 2(103)762/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyası iş üzrə tərəflərin çıxışlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək v ə həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab etmişdir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

15. Birinci instansiya məhkəməsi işin materialları əsasında müəyyən etmişdir ki, işəgötürən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi ilə işçi İddiaçı arasında xx.xx.2020-ci il tarixli, xxxxxxx000300 saylı Əmək müqaviləsi bağlanmış və iddiaçı Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Sosial Sığorta ödəmələri departamentinin Birdəfəlik və tənzimlənən müavinət sənədlərinin emalı şöbəsinin baş mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. Həmin Əmək müqavilə sinin 2.1-ci bəndinə görə bu müqavilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 3 ay müddətinə bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə görə müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşəgötürən Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF xx.xx.2022-ci il tarixli **********3 saylı əmrlə İddiaçı müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad etmiş və Əmək müqaviləsinə xitam verilmişdir.

16. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, müddətin uzadılması üçün müd dət qurtardıqdan sonra işçi və işəgötürən arasında əmək münasibətləri davam etdirilməli, müddət bitdikdən sonrakı 1 həftə ərzində tərəflərdən heç biri əmək müqaviləsinə xitam verilməsini tələb etməməlidir. Lakin hazırki halda işəgötürən müddət bitdikdə müqaviləyə xitam verilməsini tələb etmişdir. Eyni zamanda DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 2022-ci il may tarixli hesablaşma vərəqəsinə əsasən İddiaçı qalıq məzuniyyət kompensasiyası üzrə 471,52 manat və ödənilən iş günlərinin sayı üzrə 766,67 manat məbləğində son haqq-hesab pulu hesablanmış, tutulmalar üzrə hesablamadan sonra kartına 1012,36 manat pul köçürülmüşdür.

17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işəgötürənin Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verməsi qanuni və əsaslıdır. İşəgötürənin əmri qanuni olduğundan əmrin ləğv edilməsi, işə bərpa edilməsi, qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi və mediasiya təşkilatında mediasiya keçmək üçün ödənilmiş 50 manat pulun cavabdehdən tututlaraq iddiaçıya ödənilməsi ilə bağlı tələb iddiaçının iddia tələbində əsaslandığı hallarla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmədiyindən və qeyd olunan hallar iş materialları ilə müəyyən edilmədiyindən rədd edilməlidir.

18. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı verdiyi apelyasiya şikayətində qeyd etmişdir ki, o, heç bir intizam pozuntusuna və qüsura yol vermədiyi halda, işəgötürən əsaslandırma etmədən işçi ilə müdd ətli əmək müqaviləsinə xitam vermişdir. Həmçinin bu əmək müqaviləsi daimi xarakter daşıdığı halda xx.xx.2020-ci il tarixdən etibarən 3 ay müddətinə bağlanılmış və sonradan hər 3 aydan bir eyni müddətə uzadılmışdır. Həmin əmr qanuni deyildir və işçınin hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. O, 18 il dövlət qulluqçusu olmuş və cavabdeh qurumda 20 ildən çox stajı olan bir şəxs öz sərbəst iradəsi əsasında 3 aylıq əmək müqaviləsi imzalamazdı. Buradan da görünür ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilmiş tərəflərin hüquq bərabərliyi prinsipi pozulmuşdur. Cavabdeh tərəfindən müqavilənin məhz bu şərtlərdə imzalanması işçilərə diqtə olunmuş və imzalamayan şəxslərin işdən azad olunacağı barədə hədə-qorxu gəlinmişdir. Onunla müddətli əmək müqaviləsinin bağlanma sı üçün Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar olmayıb. Dövlət Sosial Müdafiə Fondunun nizamnaməsinə əsasən, işçi ilə əmək müqaviləsinə xitam verilərkən bu barədə nazirin razılığı alınmalıdır. Cavabdeh orqan belə bir razılığa dair sənəd təqdim edə bilməmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərini qiymətləndirərək qeyd etmişdir ki məhkəmə kollegiyası İddiaçı əmək müqaviləsinin daimi xarakter daşıdığı halda xx.xx.2020-ci il tarixdən etibarən 3 ay müddətinə bağlanılması və sonradan hər 3 aydan bir eyni müddətə uzadılmasının qanunsuz olması ilə əsaslandırmaq üçün irəli sürdüyü bu dəlilini əsassız hesab edir. Belə ki, işin birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi xxxxxxx000300 saylı, xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinin 2.1-ci bə ndinə görə bu müqavilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 3 ay müddətinə bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə görə müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Lakin hazırki halda işəgötürən müddət bitdikdə müqaviləyə xitam verilməsini tələb etmişdir.

20. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, xxxxxxx000300 saylı, xx.xx.2020-ci il tarixli Əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 3 ay müddətinə bağlanmış işəgötürən müddət bitdikdə m üqaviləyə xitam verilməsini tələb etmiş və ona görə də, cavabdeh haqlı olaraq onunla bağlanmış əmək müqaviləsini əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilməklə ləğv etmişdir. Bu səbəbdən də iddiaçının qeyd edilən apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsaslı hesab edilmir.

21. Apelyasiya şikayətində iddia edilmişdir ki, cavabdeh tərəfindən müqavilənin məhz bu şərtlərdə imzalanması işçilərə diqtə olunmuş və imzalamayan şəxslərin işdən azad olunacağı barədə hədə-qorxu gəlinmişdir. Məhkəmə kollegiyası bu dəlili də əsassız hesab edir. Belə ki, İddiaçı apelyasiya şikayətində əmək müqaviləsinin məhz bu şərtlərlə imzalanmasının ona diqtə olunmasını və imzalamasa onun işdən azad olunacağı barədə hədə-qorxu gəlinməsini bildirsə də, bunu təsdiq edən mötəbər sübut ları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.

24. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiv a edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış,müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir

25. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Əmək Məcəlləsinin 11, 45, 47, 68, 73 və 83-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Şikayətdə qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən Əmək Məcəlləsinin 45 və 47-ci maddələrinin təfsirində səhvə yol vermişdir. Əmək funksiyasının yer inə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsimüddəti müəyyən edilmədən bağlanmalıdır.

28. Hazırkı vəziyyətdəişin daimi xarakterə malik olduğu heç bir şübhə doğurmadığı halda, bu norma düzgün tətbiq edilməmişdir. İşin halları ilə də sübut olunur ki, 18 il dövlət qulluqçusu olmuş və cavabdeh qurumda 20 ildən çox stajı olan bir şəxs öz sərbəst iradəsi əsasında 3 aylıq əmək müqaviləsi imzalamazdı. Bunu demək olar ki, heç bir tam fəaliyyət qabiliyyətli şəxs könüllü olaraq etməz. Buradan da görünür ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin F bəndindəgöstərilmiş tərəflərin hüquq bərabərliyi prinsipi pozulmuşdur.

29. Cavabdeh tərəfin dən müqaviləninməhz bu şərtlərdə imzalanması işçilərə diqtə olunmuş və imzalamayan şəxslərin işdən azad olunacağı barədə hədə-qorxu gəlinmişdir. 20 il müddət ərzində fasiləsiz və etirazsız olaraq ləğv edilmiş Fondda işləmiş iddiaçınınöz ərizəsi ilə işdən azad edildikdən sonra yeni yaradılmış və nəticə etibarı ilə eyni istiqamətlər üzrə fəaliyyət göstərən publik hüquqi şəxsin onunla 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlaması əmək qanunvericiliyinin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə bilməz.

30. Hazırkı halda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması mülki iş materialları ilə istisna edilmir və bu hal əvvəldən işəgötürənə bəlli olub.

31. Başqa sözlə, iddiaçı iləmüddətliəmək müqaviləsinin bağlanması üçün Əmə k Məcəlləsinin 47-cimaddəsində göstərilən hallar olmayıb. Lakin, bütün bunlara baxmayaraq işəgötürən, son 20il müddət ərzində onunla əmək münasibətində olan iddiaçı ilə 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlayıb və sonradan isə müddətin qurtarmasını əsas tutub onunla bağlanmışəmək müqaviləsinəxitam verib.

32. Apellyasiyainstansiya məhkəməsi iddiaçı ilə müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin47-ci maddəsinin f) bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığını və həmin müqavilənin bilavasitə iddiaçının iradəsini ifadə etdiyini göstərsə də, bununla da razılaşmaq olmaz. Belə ki, sözügedən norma əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əs asında bağladıqları müqavilələri nəzərdə tutur. Həmçinin, nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əməkmüqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdətutula bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildəiradə ifadəsi mövcud olduqda mümkün ola bilər.

33. Cavabdeh orqanişçinin əmək müqaviləsinə xitam verərkən bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmamışdır. Dövlət Sosial Müdafiə Fondunun nizamnaməsinə əsasən, işçi ilə əmək müqaviləsinə xitam verilərkən bu barədə nazirin razılığı alınmalıdır. Məhkəmənin sorğusuna əsasən cavabde h orqan tərəfindən təqdim edilmiş sənədə baxarkən görünür ki,“Elektron imza və elektron sənəd haqqında” AR Qanununun tələbləri pozulmuşdur. Cavabdeh orqan belə bir razılığa dair sənəd təqdim edə bilməmişdir. Onların təqdim etdiyi sənəddə nazir tərəfindən sadəcə “baxılsın” vizası qoyulmuş və sənəd elektron imza ilətəsdiq edilməmişdir. Bu isə həmin sənədin qanuni olmamasına dəlalət edir.

34. Birinci instansiya məhkəməsinin hakimi isə belə absurd bir yanaşmanı qəbul etmişdir. Halbuki işəgötürənin bu cür niyyətlə əmək müqaviləsi bağlaması belə, onun işəqəbul zamanı öz üstünlüyündən sui-istifadə etdiyini və qanunu pozduğunu sübut edir.

35. Bildirmək istəyirəm ki, məhkəmə qətnamə qəbul edərkən öz mövqeyini sübut edə bilməmişdir. Belə ki, iddia ərizəsində işçinin 20 ildən çox mövcud sistemdə işlə məsini, 18 ildən artıqdır ki, dövlət qulluqçusu olduğunu, bu sahədə kifayət qədər təcrübəsi olduğunu, həmçinin onun 2022-ci ildə keçirilmiş attestasiya imtahanından da kifayət qədər bal toplayaraq vəzifəyə uyğun hesab edildiyini bildirsək də, məhkəmə buna əhəmiyyət verməmiş və cavabdehdən öz mövqeyini əsaslandırmağını tələb etməmişdir.

36. İddiaçı Azərbaycan Respublikasında fərdi uçot sisteminin yaradılmasında öncülərdən və ilk nəticə göstərən şəxslərdən biri olmuşdur. O, fərdi uçot sahəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən fərdi mükafatlara layiq görülmüşdür. Halhazırda respublikada təyin edilən və ödənilən pensiyaların məbləği məhz həmin sisteməəsasən müəyyən olunur.

37. O, attestasiya imtahanında da iştirak etmiş və kifayət qədər yuxarı olan 112 bal toplamışdır.

38. Həmçinin hesa b edirəm ki, hətta əmək müqaviləsinin vaxtının bitməsi ilə əlaqədar tərəflər arasında müqaviləyə qanuni şəkildə xitam verildiyi halda belə, işəgötürən tərəflə işçi tərəf eyni vəzifələrə malik olmamalıdır. İşçi bu hüququndan tam sərbəst şəkildə istifadə edə biləcəyi halda, işəgötürən mütləq şəkildə əmək müqaviləsinin müddətini məhz hansı səbəbə əsasən uzatmamasını əsaslandırmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayətinə qarşı etiraz verərək İddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinə riayət edilməklə müddətinin qurtarması əsası ilə xitam verildiyini, iş üzrə qəbul edilmiş qətnamələrin qanunvericiliklə müəyyən edilmiş qaydada kifayət qədər əsaslandırıldığını,ləğv edilməsi üçün əsasların mövcu d olmadığını, bu səbəbdən kassasiya şikayətini əsassız hesab etdiklərini göstərərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-762/2023 nömrəli xx.xx.2023cü il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi

40. Maddə İşəgötürənin əsas hüquqları

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;

41. Maddə

45. Əmək müqaviləsinin müddəti

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

2. Əmək müqav iləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

42. Maddə

47. Müddətli əmək müqaviləsi bağlanan hallar Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə.

43. Maddə

68. Əmək müqaviləsinə xitam ver ilməsinin əsasları:

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması.

44. Maddə

73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası:

1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45- ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

45. Maddə

83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası:

1. Əgər işç i ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir Mülki Prosessual Məcəllə

46. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ola n bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olun muş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların tələblərinin pozulduğunu hesab edir..

57. Belə ki, apellyasiya məhkəməsinin qətnaməsindən görünür ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin edilməməsi nəticəsinə gələrkən ona istinad edib ki, xxxxxxx000300 saylı, xx.xx.2020-ci il tarixli Əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 3 ay m üddətinə bağlanmış işəgötürən müddət bitdikdə müqaviləyə xitam verilməsini tələb etmiş və ona görə də, cavabdeh haqlı olaraq onunla bağlanmış əmək müqaviləsini əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilməklə ləğv etmişdir. Bu səbəbdən də iddiaçının qeyd edilən apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsaslı hesab edilmir.

58. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işdən görünür ki, İddiaçı 18 il dövlət qulluqçusu olduğunu və cavabdeh qurumda 20 ildən çox stajı olduğunu bildirmişdir. Eləcə də məhkəmələr tətərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxs ilə İddiaçı a rasında 06 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasıbını Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə əsasən 3 ay müddətinə əmək müqaviləsi bağlanaraq İddiaçı Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Sosial Sığorta ödəmələri departamenti, Birdəfəlik və tənzimlənən müavinət sənədlərinin emalı şöbəsinə baş mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir.

59. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

60. Göründüyü kimi, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir.

61. İddiaçı bildirir ki, əvvəllər cavabdeh orqanda 18 il dövlət qulluqçusu olub, hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən mübahisə olunmur. Belə olan halda, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsi bağlaması işdən görünmür, apellyasiya məhkəməsi də buna hər hansı aydınlıq gətirməmişdir.

62. Məlum olduğu kimi, işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işd ən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.

63. Ona görə də ƏM-nin 47-ci maddəsinin “f” bəndinə istinad olunmaqla bağlanmış müddətli müqavilə ilə bağlı mübahisələrə baxılarkən məhkəmə, işin konkret hallarına (o cümlədən, müddətsiz müqavilə əsasında çalışan işçinin öz xahişi ilə işdən azad olunması və müddətli müqavilə bağlaması barədə ərizələrinin etibarlılığına) ƏM-nin 2-ci maddəsində əks olunan əmək münasibətləri tərəflərinin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipləri əsasında obyektiv hüquqi qiymət verməlidir. Bu zaman müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır

64. Bu baxımdan, apellyasiya məhkəməsinin iddianı rədd edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşarkən bunu Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə əsaslandırmasını məhkəmə kollegiyası əsaslı saymır.

65. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi bağlanrkən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınm amışdır.

66. İşçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

67. Hazırkı işdə isə apellyasiya məhkəməsi qeyd edilən hallar üzrə araşdırma aparmamış, istinad olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə işin müəyyən edilmiş faktiki halları arasındakı uyğunluğu (uyğunsuzluğu) əsaslandırmamışdır.

68. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin Dövlət Sosial Müdafiə Fondunun nizamnaməsinə əsasən, işçi ilə əmək müqaviləs inə xitam verilərkən bu barədə nazirin razılığının alınmalı olduğu, cavabdeh orqanın belə bir razılığa dair sənəd təqdim edə bilmədiyi barədə dəlilinə hüquqi qiymət verməmişdir.

69. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

70. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalətmühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

71. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

72. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

73. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsasland ırmamış və beləliklə prosessual hüquq normalarının tələblərini də pozmuşdur.

74. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 yanvar 2023-cü il tarixli 2(103)-762/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar