Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1859/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.10.2018-ci il tarixli 2(103)11537/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon məhkəməsinin 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Ə.Misirzadə, iş № 2(011)-1584/2018) İddiaçı cavabdehlər Cavabdeh1 MMC, X4, X5 və X2 qarşı cavabdeh X1 hərəkətlərinin qanunsuz hesa b edilməsi, cavabdeh X4 tərəfindən sonradan zəbt olunmuş ünvan 1 ünvanında inşa edilmiş 3 saylı yaşayış binasının 3-cü mərtəbəsində ümumi tikinti sahəsi 155,6 kv.metr olan 3 otaqlı 2 saylı mənzilin boşaldılaraq ona təhvil verilməsi, mənzilin istifadəsinə və təmirinə törədilən maneələrin cavabdehlər tərəfindən aradan qaldırılması, Cavabdeh1 MMC ilə X5 arasında mübahisəli mənzilə dair bağlanmış 12 avqust 2008-ci il tarixli müqavilənin və X4 ilə bağlanmış 20 mart 2010-cu il tarixli 144 saylı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə ilə üçüncü şəxs Nın iddiası təmin edilərək həmin mənzilə dair MMC ilə İddiaçı arasında 22 iyul 2009-cu il tarixdə bağlanmış 2 saylı müqavilənin etibarsız hesab edilməsi, mənzilə N qızının sahiblik və istifadə hüquqla rının bərpa edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.N.İmanov) iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 20 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Mübahisəli mənzilin alqı-satqısına dair “xxxx” MMC tərəfindən 12 avqust 2008-ci il tarixdə X5 ilə, 22 iyul 2009-ci il tarixdə İddiaçı ilə, 20 mart 2010-cu il tarixdə X4 ilə müqavilələr bağlanmışdır. İşin 54-cü səhifəsində olan kassa mədaxil orderinə əsasən N tərəfindən mənzilin tam dəyəri ödənilmişdir. Cavabdeh1 MMC tərəfindən eyni zamanda İddiaçı və Na mənzilin tam dəyərinin onlar tərəfindən ödənilməsi barədə maliyyə arayışları verilmişdir. (səh. 58, 68) 2017-ci ilin dekabr ayında İddiaçı iddia və əlavə iddia ərizələri ilə məhkəməyə müraciət edərək mübahisəli mənzilin ona satıldıqdan sonra ondan əvvəlki tarixə Nə müqavilə bağlanmasını əsas göstərməklə Nin adına bağlanmış 12 avqust 2008-ci il tarixli və onun qızı Nın adına bağlanmış 20 mart 2010-cu il tarixli müqavilələrin etibarsız hesab edilməsi, mənzilin boşaldılaraq ona təhvil verilməsi, mənzildən istifadəyə və onun təmirinə göstərilən maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X4 iddia və əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli mənzili qanuni əsaslarla və dəyərini ödəməklə əldə etməsini, həmin mənzilin İddiaçı satılmasının qanunsuz olmasını əsas göstərməkl ə sonuncu ilə bağlanmış müqavilənin etibarsız hesab edilməsi və mənzil üzərində onun sahiblik və istifadə hüququnun bərpa olunmasını xahiş etmişdir. İddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin işin mühüm hallarının araşdırılmadan, mənzili qismən təmir etdirməklə vicdanlı alıcı olmasının nəzərə alınmadan, tərəflərin ilkin vəziyyətə qaytarılmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi, onun iddia tələbinin təmin, üçüncü şəxsin iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsin i xahiş etmişdir. Cavabdeh Nin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs A.Yusifovanın vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin müəyyən olunmuş hallarından görünür ki, mübahisəli mənzilə dair müqavilə ilk dəfə Nlə bağlanmış və mənzilin dəyəri onun tərəfindən tam ödənilmişdir. N həmin mənzilin qızı Nın adına rəsmiləşdirilməsi barədə MMC-yə müraciət etdikdən sonra mənzilə dair MMC ilə N arasında 20 mart 2010-cu il tarixdə müqavilə bağlanmışdır. MMC tərəfindən Na mənzilə dair borcunun olmaması barədə maliyyə arayışı verilmişdir. Mübahisəli mənzilə dair İddiaçı ilə 22 iyul 2009-cu il tarixdə müqavilə bağlanıb mənzilin tam dəyəri onun tərəfindən ödənilsə də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin müqavilə Nn iradəsinə uyğun olmadan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 421, 423, 430, 452-ci maddələrinin tələblərinin pozulması ilə bağlandığından həmin müqavilənin Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsız sayılması qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Əqdlərin etibarsızlığını müəyyən edən Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə e dilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İşin müəyyən olunmuş halları və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları mübahisənin yuxarıda göstərilən qaydada həlli üçün əsas verdiyindən kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə çıxarılmışdır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən mübahisəli mənzilə dair müqavilə bağlanarkən MMC-yə 93.360 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, al ınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İddiaçı ilə müqavilənin bağlandığı 2009-cu ildən manatın dəyəri aşağı düşməklə ödənilmiş pul məbləğinin indeksasiya olunmaqla ödənilməsinin tələb edilməsi imkanını nəzərə alaraq, kollegiya hesab edir ki, hazırkı iş üzrə əqdin etibarsızlığı ilə əlaqədar tərəflərin əvvəlki vəziyyətə qaytarılması iddiaçının maraqları baxımından məqsədəmüvafiq deyildir. İddiaçı ona dəymiş ziyanın ödənilməsi ilə əlaqədar ayrıca icraatda iddia qaldırmaqla pozulmuş hüquqlarının müdafiəsini tələb edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya ş ikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 29 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1859/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1859/2019
06.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver