Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1859/2023 08.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə, tələbin hüquqi əsası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X1 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-646/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 8 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıd akı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ünvan 1 ünvanında qeydiyyatdadır.
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ögey bacı-qardaşdırlar.
3. Mübahisə sözügedən ünvanda iddiaçını yaşaması ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, övladları xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 ilə birgə ünvan 2 ünvanına köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçının atası X5 xx.xx.2020-ci il tarixdə “dəqiqləşdirilməmiş pnevmoniya” diaqnozundan vəfat etmişdir və mərhumun ölümü xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu Qeydiyyat şöbə si tərəfindən 1577 nömrəsi ilə qeydiyyata alınmışdır.
6. İddiaçının qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini atası almışdır. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmin evi atası iddiaçıya görə almışdır ki, Bakı şəhəri ərazisində yerləşən təhsil müəssisələrindən birində təhsil alan zaman yaşamağa yeri olsun. Atasının ölümündən sonra iddiaçının qardaşı Cavabdeh1 və bacısı Cavabdeh2 iddiaçı və övladlarını qeydiyyatda olduqları ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşamağa qoymurlar. Belə ki, cavabdehlər evi digər şəxslərə kirayə veriblər və cavabdehlərin göstərişi ilə həmin kirayəçilər iddiaçını qeydiyyatda olduğu evə buraxmırlar. Cavabdehlərin bu hərəkəti qanunsuzdur.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respu blikası Konstitusiyasının43cü maddəsinə istinad etmişdir.
8. Birinci instansiya məhkəməsində cavabdeh və eyni zamanda Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iddiaya etiraz edərək, bildirmişdir ki, iddiaçı onun ögey bacısıdr. İddiaçı heç bir zaman ünvan 2 ünvanında yaşamamışdır. Bu halla bağlı qonşular tərəfindən tərtib olunmuş akt vardır. İddiaçı Gədəbəy rayonunda yaşayır, uşaqları da orada məktəbə gedir. Mübahisəli evə iddiaçının qeydiyyata düşməsindən xəbərləri yoxdur, buna dair razılıq ərizələri verməyiblər. Bununla əlaqədar hazırda Baki İnzibati Məhkəməsinə müraciət edilib. Evin hər hansı sənədi yoxdur.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1387/2022 nömrəli iş üzrə 7 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Səbinə Nuriyeva)
10. Birinci inst ansiya məhkəməsi qeyd edib ki, iddiaçının mübahisədə adı keçən evə istifadə hüququnun olması müəyyən edilmir. Hazırda iddiaçının evə istifadə hüququnun bərpa edilməsi ilə bağlı tələbinin səbəbi onun həmin mənzildə qeydiyyatda olmasıdır. Yəni, iddiaçı qeyd olunan mənzildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınmasını onun mənzilə istifadə hüququnun olması kimi qiymətləndirmişdir. Halbuki, vətəndaşın olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması həmin şəxsin qeyd olunan evə istifadə hüququnun olmasını təsdiq etmir. Hazırda iddiaçının istifadə hüququnun olmaması halında, sonuncunun istifadə hüququnun bərpa edilməsi, yəni mənzilə köçürülməsi barədə iddia tələbi əsassızdır. Bu halda iddiaçının istifadə hüququnun mövcud olmaması, onun qanunla q orunan hüquqlarının cavabdehlər tərəfindən pozulmamasının təsdiqidir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 228.1, 228.2-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə çızarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə iddia tələbinin rədd edilməsi barədə nəticəyə gələrkən iddiaçının tanımadığı, məhkəmə tərəfindən də bilavasitə ifadəsi alınmayan şəxslərin notariat qaydasında təsdiq edilməmiş “guya iddiaçının heç vaxt qeydiyyatda olduğu ünvan 4 ünvanda yaşamadığını” göstərən akta istinad etmişdir. Həmin aktın məhkəmə tərəfindən qanuni hesab edilməsinin özü qanunsuzdur; - ünvan 4 nə dövlət reyestrində, nə də bələdiyyə və icra hakimiyyəti nümayəndəliyi tərəfindən kiminsə adına qeydiyyata alınmayıb. Həmin fərdi yaşayış evində iddiaçının və digər qeydiyyatda olan şəxslərin mülkiyyət yox, yalnız yaşamaq hüququ vardır. Cavabdehlərin iddiaçını həmin evə yaxın buraxmaması qanunu pozmaqla tamahkarlıq etməkdir. Hazırda da cavabdehlər həmin evi bir neçə ailəyə kirayə verərək əldə edilən gəliri ikisinin arasında bölürlər. Məhkəmə isə bu faktları aydınlaşdırmamışdır və ya aydınlaşdırmaq istəməmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-646/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Cəmilə Musayeva)
15. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Qeyd olunan evə və onun yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd mövcud deyil və mülki hüquqi anlamda həmin ev özbaşına tikili hesab edilir. İşin araşdırılan halları ilə iddiaçının həmin ünvanda yaşaması müəyyən edilməmişdir. İddiaçı özü də hazırda Gədəb əy rayonunda yaşadığını bildirməklə, mübahisəli evin onun atası tərəfindən alındığını iddia edir. Başqa sözlə, qeyd edilən ünvanın əldə edilməsində və ya inşa edilməsində iddiaçının hər hansı şəkildə iştirakının olması onun özü tərəfindən təkzib edilir. İddiaçı qeyd edilən ünvanda əvvəllər daimi olaraq yaşadığını bildirsə də, məhkəməyə buna dair hər hansı sübut təqdim etməmişdir. Cavabdehlər isə iddiaçının həmin evə hər hansı aidiyyatının olmasını ümumiyyətlə inkar etmişlər.
16. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, iddiaçının mübahisədə adı keçən özbaşına tikiliyə hər hansı hüquqlarının, o cümlədən bu evə dair istifadə hüququnun mövcud olması müəyyən edilməyib. İddiaçı iddiasının faktiki əsaslarından biri kimi onun mübahisəli ünvanda qeydiyyatda olmasına istinad etmişdir. Lakin iddiaçının qeyd olunan ünvana müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması onun həmin mənzilə istifadə hüququnun olması kimi qiymətləndirilə bilməz. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquq i nəticəyə səbəb ola bilər.
17. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə ünvan 6 ünvanında yerləşən mübahisəli yaşayış sahəsinin özbaşına tikili olması iddiaçının Mülki Məcəllənin 228.1-ci maddəsi baxımından da həmin yaşayış sahəsinə hüquqlarının yaranmasını mümkünsüz edir.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin sübut qismində iddiaçının mübahisəli ünvanda yaşamamasını təsdiq edən bir neçə nəfər qonşuların tərtib etdiyi akta istinad etməsinin qanunsuz olması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edib ki, iddiaçının və onun azyaşlı uşaqlarının mübahisəli ünvanda yaşaması, həmin ünvana hər hansı aidiyyatının olmasını sübut etmək vəzifəsini cavabdehlər deyil, iddiaçı daşıdığından, lakin iddiaçı bu halı sübuta yetirə bilmədiyi ndən, cavabdehlər tərəfindən təqdim edilmiş həmin aktın mötəbər olub-olmadığı, habelə həmin aktı tərtib etmiş şəxslərin şahid qismində məhkəmədə ifadə verməmələri iş üzrə məhkəmənin gəldiyi nəticə baxımından əhəmiyyətli hesab edilə bilməz. Bundan başqa, iş materiallarında olan abonent saldolarına əsasən da mübahisəli ünvana dair kommunal xidmətlər Cavabdeh2 ilə bağlanmış müqavilələr əsasında həyata keçirilir.
19. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təm in edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti belə əsaslandırılıb: - apellyasiya və birinci instansiya məhkəmələri tərəfindən ilkin olaraq Konstitusiyanın 43-cü maddəsinin tələbi pozulmuşdur. İddiaçının ünvan 3 ünvanında qeydiyyatda olmasına, həmin mənzildə yaşamasına baxmayaraq, iddiaçı və onun övladları hazırda mənzildə yaşamaq hüququndan cavabdehlər tərəfindən məhrum edilmiş, məhkəmələr tərəfindən çıxarılmış qanunsuz və əsassız qərarlar ilə cavabdehlərin hüquqazidd əməli dəstəklənmişdir; - məhkəmə tərəfindən Konstitusiyanın 60-cı maddəsi də pozulmuşdur. Bildirildiyi kimi cavabdehlər iddiaçının mənzildə yaşamaq hüququna qəsd edərək bu hüquqdan məhrum etmişlər. Belə olduğu təqdirdə iddiaçı özünə məxsus hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etmiş, lakin məhkəmə iddiaçının hüqu qunu bərpa olunması istiqamətinin əksinə tədbir görmüş, beləliklə iddiaçı hüquqi müdafiə vasitəsindən, məhkəmə müdafiəsi imkanlarından məhrum etmişdir; - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsində vətəndaşın yaşayış yerinin hansı sənəd əsasında müəyyən edilməsi göstərilib. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə görə həmin sənəd şəxsiyyət vəsiqəsidir. İddiaçının şəxsiyyət vəsiqəsində də yaşayış yeri kimi məhz onun köçürülməsini tələb etdiyi ünvan qeyd edilib. Bu da göstərir ki, adı çəkilən Qanunun tələbləri pozulub; - iddiaçının mübahisədə adı keçən evdə istifadə hüququ məhkəmə prosesinə qədər yaranmış olub. Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin də əmlak hüquqları qorunur; - Mülki Məcəllənin 27-ci maddəsinə görə şəxsin bi r neçə yaşayış yeri ola bilər. Şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Şəxsin mənzildə yaşamamasının onun yaşayış hüququna xitam vermədiyini məhkəmə nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı cavabdehlərin etiraz daxil olmuşdur. Etirazın dəlilləri ondan ibarətdir ki, kassasiya şikayətində qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, iddiaçı mübahisədə adı keçən evə qanunsuz olaraq qeydiyyata düşmüşdür, həmin evdə bir gün də olsun yaşamamış, evdə heç bir əşyası da yoxdur. İddiaçı evdə yalnız formal qeydiyyata alınıb. İddiaçını uşağı bu günə qədər Gədəbəy rayonu, Novosaratovka kəndində orta məktəbdə oxuyur, iddiaçı öz əri və iki uşağı ilə həmin kənddə yaşayır. Buna görə də kass asiya şikayəti təmin edilməməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə
43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyan ın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun Maddə
1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yal nız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 5 (2-ci hissə 2-ci bənd). Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarı: - İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərt lər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üç ün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticə lənsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
25. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün ə həmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətini dəlillərinə tam qiymət vermiş dir.
28. İddia tələbi iddiaçının uşaqları ilə birgə ünvan 2 ünvanına köçürülmələri barədədir. İddiaçı tələbinin əsası kimi həmin evin atası tərəfindən alındığını və özünün həmin evdə qeydiyyatda olduğuna istinad etmişdir.
29. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halına görə iddiaçı ünvan 7 ünvanında qeydiyyatda olsa da, həmin evə və onun yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd mövcud deyil, həmin ev özbaşına tikili olmaqla, iddiaçı həmin ünvanda yaşamayıb. İddiaçı qeyd edilən ünvanda əvvəllər daimi olaraq yaşadığını bildirsə də, məhkəməyə buna dair hər hansı sübut təqdim etməmişdir. Əksinə, iddiaçı özü də hazırda Gədəbəy rayonunda yaşadığını bildirməklə, mübahisəli evin onun atası tərəfindən alındığını iddia edir. Başqa sözlə, qeyd edilən ünvanın əldə edilməsində və ya inşa edilməsində iddiaçının hər hansı şəkildə iştirakının olması onun özü tərəfindən təkzib edilir.
30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbi və apellyasiya şikayəti üzrə hazırki qərarın 15-18-ci bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür. Belə ki, həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını işdəki sübut bazası əsasında müəyyən etmiş, iddiaçının mübahisədə adı keçən evdə qeydiyyatının olması halının onun həmin mənzilə istifadə hüququnun olması kimi qiymətləndirilə bilməməsini qeyd edərək iddianı təmin etməmiş, istinad etdiyi maddi hüquq normalarını işin halına uyğun olaraq düzgün tətbiq etmişdir.
31. Məhkəmə kol legiyası da iddiaçının mübahisədə adı keçən ünvanda qeydiyyatda olması və bu səbəbdən onun oraya istifadə hüquqlarının yaranması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, yaşayış sahəsinə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün əsas ola bilməz. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarını n və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
32. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə iddiaçının istinad etdiyi hal – mübahisədə adı keçən evdə qeydiyyatda olması – texniki xarakter daşıyır. Şəxslərin uçota alınması onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaq məqsədi güdür.
33. İddiaçı qeyd edilən ünvanda əvvəllər daimi olaraq yaşamasını təsdiq edən sübutları işə mahiyyəti üzrə baxan məhkəmələrə təqdim etməyib, təqdim olunmuş sübutları da a pellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirmişdir.
34. Kassasiya şikayətinin digər dəlillərinə gəldikdə, həmin dəlillər həm iddia ərizəsinin, həm apellyasiya şikayətinin dəlilləri olub, işin faktiki hallarına aid olan məhz bu dəlillərə qiymət verməklə məhkəmələr iddianı təmin etməyiblər. İşin faktiki hallarına aid olan dəlillərə isə kassasiya instansiyası məhkəməsində qiymət verilmir.
35. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kass asiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-646/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.