Məhkəmə qərarları › İş №2(102)-1859/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1859/2025

24.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1859/2025 24.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən çıxarılma, hüquq münaisbətlərinin yarandığı dövrün qanunvericiliyinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma tələbinə dair” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-870/2025 nömrəli, xx.xx.2025-cİ il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin b inasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 26.01.1996-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.1993-cü ildə ölmüş X3 miras qalan ünvan1 ev (bundan sonra “mübahisəli ev”), vərəsələri X8 (6/10 pay) və uşaqları – X7 (1/10 pay), X12 (1/10 pay) və İddiaçı (1/10 pay) arasında bölünmüşdür.

2. Cavabdeh (bundan sonra “cavabdeh”) İddiaçı (bundan sonra “iddiaçı”) keçmiş gəlinidir. Belə ki, iddiaçının oğlu X1 ilə cavabdeh 2007-ci il tarixdə faktiki, 2009-cü ildə isə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından 2008-ci ildə X13, 2011-ci ildə X9 doğulmuşdur. Cavabdeh və uşaqlar mübahisəli evdə qeydiyyatdadırlar. İddiaçının oğlu ilə cavabdeh arasındakı nikah 2023-cü ildə məhkəmə qaydasında pozulmuş, uşaqlar ananın yanın da qalmışlar.

3. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına 9/30 pay hissəsində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli evdən cavabdehin uşaqları ilə birlikdə istifadə hüququnun olmaması əsası ilə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, mübahisəli ev 9/30 hissədə iddiaçıya məxsusdur və həmin hissədə ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşayırlar. xx.xx.2009-cu il tarixdə cavabdeh ilə iddiaçının oğlu X16 nikaha girmiş, cavabdeh iddiaçının evinə gəlin gəlmiş və sonra da, həmin ünvanda qeydiyyata alınmışdır. Sonrala r cavabdeh ilə iddiaçının oğlu arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh iddiaçının ailə üzvü olmasa da, oğlunun həyat yoldaşı olmasına görə iddiaçı mülkiyyətində olan ünvana cavabdehin qeydiyyata alınmasına razılıq vermişdir. Hazırda cavabdehin mülkiyyətində olan sahədə qeydiyyatda olması iddiaçının mülkiyyət hüququnu pozur.

6. Cavabdeh iddiya etiraz olaraq göstərmişdir ki, 2007-ci ildən mübahisəli evdə yaşayır. Orada yaşamaq hüququ var, buna görə də bu günə kimi həmin evdən çıxmamışdır. Yaşamağa başqa yeri yoxdur.

7. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-4694/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Pərviz Məmmədov)

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xx.xx.2009-cu il tarixdən əvvəl mübahisəli mənzilə köçd üyünə görə mübahisənin həlli xx.xx.1982-ci il tarixdən xx.xx.2009cu il tarixədək qüvvədə olan olan Mənzil Məcəlləsinin normaları, cavabdehin övladlarına münasibətdə isə mübahisənin həlli Mülki Məcəllənin 228-ci maddəsinin normaları ilə tənzimlənməlidir.

9. Belə ki, iddiaçının oğlu ilə cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olsalar da, faktiki 2007-ci ildən toy etməklə mübahisəli evdə birgə yaşamağa başlamışlar. Evin mülkiyyətçisi iddiaçıdır. Cavabdeh mübahisəli evdə iki azyaşlı övladı ilə qeydiyyatda olmaqla övladları ilə birlikdə yaşayır və başqa yaşayış yerləri yoxdur.

10. Birinci instansiya məhkəməsinin mövqeyinə görə hazırda iddiaçı cavabehin və övladlarının yaşayış sahəsindən çıxarılmalarını onların məhz yaşayış sahəsindən istifadə hüquqlarının olmaması əsası ilə tələb e tsə də, cavabdehin iddiaçının paylı mülkiyyətində olan mənzilə istifadə hüququ mövcud olduğundan, onun və övladlarının həmin mənzildən kompensasiya ödənilmədən çıxarılması qanunsuz olduğundan, iddia tələbi təmin edilməməlidir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 60, 123-cü, Mülki Məcəllənin 228.2, 228.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh iddiaçının ailə üzvü deyil, iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə köçüb yaşaması zamanı cavabdehlə aralarında heç bir şərt olmamışdır. Artıq cavabdehin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə etməsi onun mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir.

14. Apellyasiya baxışı zamanı mübahisəli evin digər paylı mülkiyyətçiləri X2, X4, X5 və X1 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər.

15. Cavabdeh apellyasiya baxışında əlavə olaraq bildirmişdir ki, yaşadıqları ev digər payçılarla ümumi həyətdə yerləşsə də, evlərin, o cümlədən onun yaşadığı evin giriş-çıxışı ayrı-ayrıdır.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-cİ il tarixli, 2(103)-870/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməs i ləğv edilmiş, iddia tələbi təmin edilməklə cavabdehin uşaqlarla birlikdə mübahisəli evdən çıxarılmaları qət edilmişdir (hakimlər: Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Sabit Bəhramzadə, Xumar Mərdanova)

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edilən hallarına görə cavabdeh iddiaçının oğlu X16 ilə xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olsalar da, faktiki 2007-ci ildən toy etməklə mübahisəli evdə birgə yaşamağa başlamışlar. Evin mülkiyyətçisi cavabdehin qayınatası olan iddiaçıdır. Cavabdeh mübahisəli evdə iki azyaşlı övladı ilə qeydiyyatda olmaqla övladları ilə birlikdə yaşayır. Beləliklə, cavabdeh iddiaçının ailə üzvü olmamışdır. Cavabdeh iddiaçının oğlunun arvadı olmuşdur. Toydan sonra – 2007-ci ildə c avabdeh mübahisəli mənzilə köçmüş, xx.xx.2009-cu ildə isə iddiaçının oğlu ilə rəsmi nikaha daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3419/2023 nömrəli xx.xx.2023- cü il tarixli qətnaməsi ilə X16 ilə cavabdeh arasında nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqların cavabdehin yanında saxlanılması qət edilmişdir

18. Apellyasiya instansiyası məhkəməsi diqqətə çatdırmışdır ki, mübahisəli yaşayış evi iddiaçının atasına məxsus olmuş, sonuncunun ölümündən sonra həmin evə iddiaçının 1/10 payı müəyyən olunmuş, 2015-ci ildə isə bu pay 9/30 hissəyə çatmışdır. Həmçinin mübahisəli ev ümumi mülkiyyətdə olsa da, faktiki olaraq mülkiyyətçiləri tərəfindən real bölünməklə, iddiaçının evdən istifadəsi təcrid qaydadadır. Bu isə o deməkdir ki, cavabdeh iddiaçının oğlu ilə 2007-ci ildə fa ktiki ailə qurub mübahisəli evə köçərkən iddiaçı həmin evin paylı mülkiyyətçilərindən biri olmuş, lakin evdən istifadə qaydası ilə bağlı hər hansı yazılı müqavilə bağlanmamışdır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli Qərarına əsasən, xüsusi mülkiyyətdə olan yaşayış sahəsindən istifadə hüququ ilə bağlı xx.xx.2000-ci il tarixədək yaranmış münasibətlər Mənzil Məcəlləsinin 123-cü maddəsi, həmin tarixdən sonra isə Mülki Məcəllənin 228-ci maddəsində müəyyən edilmiş əsaslar üzrə müəyyən edilməlidir.

20. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə belə olan halda, hazırki mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq edilməlidir ki, həmin norma da yaşayış binasından istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı mülkiyyətçi ilə bağlanan və notariat qaydasında təsdiqlənməklə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan yazılı razılaşmanın olmasını tələb edir.

21. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, də mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin tətbiq edilməli olması ilə bağlı düzgün qənaətə gəlsə də, daha sonra gəldiyi qənaətini ziddinə olaraq “yaşayış sahəsi üzərində mülkiyyət hüququ” ilə “yaşayış sahəsindən istifadə hüququ” arasındakı fərqin nəzərə alınmalı olması əsası ilə mübahisəyə xx.xx.2009-cu il i tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsini tətbiq etməklə iddianı rədd etmişdir

22. Apellyasiya instansiyası məhkəməsi həmçinin birinci instansiya məhkəməsinin cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququ olduğundan kompensasiya ve rilmədən bu hüquqa xitam verilməsinin mümkün olmaması barədə gəldiyi nəticə ilə razılaşmayaraq göstərmişdir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Cavabdehə münasibətdə istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması tələb olunur ki, hazırki işdə də belə razılaşma yoxdur.

23. Azyaşlı uşaqlara münasibətdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, onlar cavabdehin himayəsinə verilməklə sonuncu ilə birgə yaşayırlar. Yetkinlik yaşına çatmayanların yaşayış yeri isə valideynlərinin yaşayış yeri hesab olunur. Odur ki, uşaqlar da cavabdehlə birgə mənzildən çıxarılmalıdırlar.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsini 51, 53, 54, 60, 87, 123, 152.1, 228.1, 22 8.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassator şikayətinin belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmananın tələb olunduğunu, hazırkı işdə isə belə razılaşmanın olmadığı qənaətinə gəlsə də, nəzərə almamışdır ki, cavabdeh iddiaçının razılığı ilə mübahisəli evə köçmüş və yazılı razılı q ilə qeydiyyata düşmüşdür. Apellyasiya məhkəməsi cavabdehin uşaqları ilə birgə yaşamağa başqa yerinin olmadığını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlm əsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq q iymət verilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edil məməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidl iyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qiymətlən dirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

34. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

35. Belə ki, iddia tələbi cavabdehin mənzildən çıxarılması barədədir. İddiaçı cavabdehin onun mülkiyyətində olan evdə qeydiyyatda olmaqla yaşamasına, bununla da onun mülkiyyət hüququna maneə yaranmasına istinad etmişdir.

36. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlar əsa sında müəyyən edilən hallarına görə də cavabdeh iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olmaqla yaşasa da, onun həmin evə istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı mülkiyyətçi ilə notariat qaydasında bağlanan yazılı razılaşması yoxdur. Halbuki Mülki Məcəllənin Maddə 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.

37. Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman maddi hüquq normalarına uyğun çıxarılmalıdır.

38. Cavabdehin mübahisəli evə 2007-ci ildə köçməsi, həmin evin elə o zamandan iddiaçının mülkiyy ətində olması müəyyən edildiyi üçün qanunvericiliyin tələbinə görə həmin münasibətlərə 2000-ci il 01 sentyabrdan qüvvədə olan Mülki Məcəllənin 228.2-ci maddəsinin tətbiq edilməsini məhkəmə kollegiyası düzgün sayır. Üstəlik, iddiaçı mülkiyyətçi olaraq mülkiyyətinə yaranan maneəyə son qoymağı tələb edə bilər.

39. Bu baxımdan, işin müəyyən edilmiş halları tələbin hüquqi əsasını təşkil edən maddi hüquq normalarının dispozitiv şərtlərinə uyğun olduğundan iddia tələbinin təmin edilməsi barədə gəlinən nəticə də əsaslı və qanuni olmuşdur.

40. Məhkəmə kollegiyası “yazılı razılaşmanın olmadığı qənaətinə gələn apellyasiya instansiyası məhkəməsinin cavabdehin iddiaçının razılığı ilə mübahisəli evə köçməsi və yazılı razılığı ilə qeydiyyata düşməsini, eləcə də cavabdehin uşaqları ilə birgə yaşamağa başq a yerinin olmadığını nəzərə almaması” barədə kassasiya şikayətinin dəlillərini qəbul etmir.

41. Belə ki, yuxarıda qeyd edildiyi kimi, apellyasiya instansiyası məhkəməsi hüquq münasibətinin 2007-ci ildə yaranmasını, yəni cavabdehin mübahisədə adı keçən evə 2007-cü ildə gəlməsini, həmin vaxt evin iddiaçının mülkiyyətində olmasına müəyyən edib. Mübahisəyə həmin vaxt tətbiq edilməli olan Mülki Məcəllənin 228-ci maddəsinə uyğun olaraq yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.

42. Buna görə də məhkəmə kollegiyası izah edir ki, cavabdehin mübahisəli evə qeydiyyata düşərkən mülkiyyətçi olaraq iddiaçının buna yazılı razılıq verməsi nota riat qaydasında təsdiqlənən yazılı razılaşmanı əvəz etmir.

43. Cavabdehin uşaqları ilə birgə yaşamağa başqa yerinin olmaması barədə dəlil isə, ümumiyyətlə, hazırkı iddia tələbinin hüquqi əsası olan mülkiyyətin müdafiəsi baxımından qəbul edilən deyil.

44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-870/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə mi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar