Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-186/2021 08.02.2021 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-186/21 (Açar sözlər: torpaq sahəsindən çıxarılma, ekspert rəyi) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “həyətyanı torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106 )-1513/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cəlilabad rayonu Muğan kəndində 0,12 ha həyətyanı torpaq sahəsi ayrılıb.
2. İddiaçı özünə məxsus torpaq sahəsindən istifadə edə bilmir. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus olan 0,12 ha həyətyanı torpaq sahəsindən çıxarılması və sahiblik hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı Cəlilabad rayonu Muğan kəndində yaşayır. Cəlilabad rayon X6 xx xxxx 1993-cü il tarixli, 06 saylı qərarına əsasən iddiaçıya 0,12 ha həyətyanı torpqa sahəsi ayrılıb.
5. Bu barədə Cəlilabad rayon “Bakı fəhləsisovxozunun xx xxxxxx 1993-cü il tarixli təhkim aktı da mövcuddur.
6. Bir neçə ilə bundan əvvəl Cavabdeh iddiaçıya məxsus 0,12 ha həyətyanı torpaq sahəsini özbaşına zəbt etmişdir. Hazırda da cavabdeh iddiaçıya məxsus torpaq sahəsini qanunsuz istifadə edir.
7. İddiaçı cavabdehə torpağın qaytarılması barədə xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh heç bir əhəmiyyət verməyərək qanunsuz əməllərini davam etdirir.
8. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.1.1, 46.1, 68.1, Mülki Məcəllənin 157.2, Torpaq Məcəlləsinin 103.1-ci maddələrinə istinad etmişdir.
9. Cavabdeh iddiaya etiraz olaraq göstərib ki, İddiaçılə həmkəndlidir. Sözügedə n mübahisəli torpaq sahəsinin iddiaçıya heç bir aidiyyatı yoxdur və onun həmin torpaq sahəsi tamam başqa ərazidə yerləşir.
10. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx xxxxxxx 2017-ci il tarixli, RX ******* seriyalı çıxarışına əsasən Cəlilabad rayon Muğan kəndində 0,6152 ha torpaq sahəsi onun və ailə üzvlərinin xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.
11. Onlar iddiaçının torpaq sahəsini zəbt etməmişlər.
12. Birinci instansiya məhkəməsi xx xxxx 2019-cu il tarixli qərardadla iş üzrə tikintitexniki ekspertiza təyin etmişdir.
13. Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2019-cu il tarixli, 31584 nömrəli ekspert rəyində (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidm əti tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən) qeyd edilib ki, “Bakı fəhləsi” sovxozunun xx xxxxxx 1993-cü il tarixli, 96 saylı əmri ilə X5 verilmiş 0,12 hektar həyətyanı torpaq sahəsinə dair əmrin işə əlavə edilmiş surətinin oxunmaması və sxematik planının (miqyas, ölçü, cəhətlər qonşuluq) olmaması səbəbindən naturada həmin torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası Cəlilabad rayon Dövlət Arxivi tərəfindən İddiaçı arxiv çıxarışı verilsə də, plan (miqyas, ölçü, cəhətlər qonşuluq) verilməmişdir. Cavabdeh faktiki istifadə etdiyi 0,74 hektar həyətyanı torpaq sahəsi elektron baza məlumatlarına əsasən **********54-10301 reyestr nömrəli çıxarış ilə X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür.
14. Cəlilabad Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tаrixli 2(073)-36/2020 nömrəli qətnaməsi ilə iddiа rədd edilmiş, ekspertiza xərci iddiaçıdan tutulmuşdur. (hakim Elxan Əmirəliyev)
15. Məhkəmə toplanmış sübutlara, o cümlədən ekspert rəyinə hüquqi qiymət verərək müəyyən etmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Döv lət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxxx 2017-ci il, RX ******* seriyalı Çıxarışa əsasən Cəlilabad rayonu, Muğan kəndində 0.6152 hektar həyətyanı torpaq sahəsi X4, Cavabdeh, X1 və Bayramova Şövkət Ağababa qızının və Ağayev Ruslan Abasqulu oğlunun xüsusi mülkiyyəti kimi Dövlət qeydiyyatına alınmışdır. "Bakı fəhləsi” sovxozunun xx xxxxxx 1993-cü il tarixli, 96 saylı əmri ilə İddiaçı verilmiş 0,12 hektar həyətyanı torpaq sahəsinə dair əmrin işə əlavə edilm iş surətinin oxunmaması və sxematik planının (miqyas, ölçü, cəhətlər qonşuluq) olmaması səbəbindən naturada həmin torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmadı. Cəlilabad rayon Dövlət Arxivi tərəfindən İddiaçı arxiv çıxarışı verilsə də, plan (miqyas, ölçü, cəhətlər qonşuluq) verilməmişdir. Cavabdehnıın faktiki istifadə etdiyi 0,74 hektar həyətyanı torpaq sahəsi elektron baza məlumatlarına əsasən **********54-10301 reyestr nömrəli çıxarış ilə X3 və onun alə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür.
16. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlib ki, iddiaçının iddia etdiyi torpaq sahəsi əslində cavabdehin mülkiyyətində olan torpaq sahəsi olduğu üçün iddia təmin edilməməlidir.
17. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 146.2, 152. 1, 157.2, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş edib.
19. Apelyasiya şikayəti belə əsaslandırılıb ki, ekspertin rəyi düzgün deyil, çünki təqdim etdiyi sənədlər oxunaqlı formada olub. Buna görə də təkrar ekspertiza olmalıdır.
20. Torpaq sahəsinin Cavabdeh mülkiyyətinə verilməsinə dair xx.xx.1999-cu il tarixə qədər olan müddət ərzində Cəlilabad rayon X6 heç bir qərarı, o cümlədən 2000-ci ildən sonra həmin torpağın onun mülkiyyətinə satılması barədə heç bir bələdiyyə qərarı mövcud deyildir. Mülki iş materiallarında da bu barədə heç bir sənəd yoxdur. Yəni, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət R eyestri Xidməti tərəfindən X4, Cavabdeh, X1, Bayramova Şövkət Ağababa qızının və X2 mülkiyyətinə Cəlilabad rayonunun Muğan kəndində yerləşən 0.6152 hektar həyətyanı torpaq sahəsinin verilməsi barədə xx xxxxxxx 2017-ci il tarixli, RX ******* saylı Çıxarışın verilməsi üçün əsas olmuş Cəlilabad rayon XDS-nin qərarı, o cümlədən həyətyanı torpaq sahəsinin bələdiyyə tərəfindən onlara satılması barədə heç bir qərar və ya alql-satqı müqaviləsi mövcud deyildir.
21. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1513/2020 nömrəli, 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Zəki Babayev (sədrlik edən və məruzəçi), Qəzənfər Kərimov, Nüsrət Mirzəyev)
22. Apelyasiya instansiyası müəyyən etmişdir ki, Azərbaycan Respublikası Cəlilabad rayon Dövlət Arxivi tərəfindən İddiaçı arxiv çıxarışı verilsə də, plan (miqyas, ölçü, cəhətlər qonşuluq) verilməmişdir. Cavabdeh faktiki istifadə etdiyi 0,74 hektar həyətyanı torpaq sahəsi elektron baza məlumatlarına əsasən **********54-10301 reyestr nömrəli çıxarış ilə X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsi ilə üstüstə düşür.
23. Apelyasiya instansiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizə kimi qiymətləndirib və gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.2, 342.4, 324.5, 337-354, 404.1, 404.2 və 405.1-ci maddələri ilə əsasslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı İddiaçı ( Vəkil) kassasiya şikayəti verə rək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti işin faktiki hallarına uyğun əsaslandırlıb, şikayətdə təkrar ekspertiza təyin edilməsi barədə vəsatətinin təmin ediməməsinə istinad olunub. 26.Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.
28. Cavabdeh vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 157.2. Mülk iyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
30. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsi nin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarının düzgün hesab etmir.
32. Belə ki, apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 31584 saylı ekspert rəyi ilə əsaslandırsa da, həmin rəyi Mülki Prosessual Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə qiymətləndirməmişdir.
33. Ekspert rəyində Cavabdeh faktiki istifadə etdiyi 0,74 hektar həyətyanı torpaq sahəsinin elektron baza məlumatlarına əsasən **********54-10301 reyestr nömrəli çıxarışla X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd edilib.
34. Lakin apelyasiya məhkəməsinin özünün müəyyən etdiyi işin halından isə görünür ki, **********54-10301 reyestr nömrəli Çıxarışla cavabdehə və onun ailə üzvlərinin ümumi mülkiyyətində 0,6152 ha torpaq sahəsi vardır. Belə olan halda, yəni cavabdehin (ailə üzvlərinin) mülkiyyətində 0,6152 ha torpaq sahəsi olduğu halda, onun faktiki istifadə etdiyi 0,74 hektar həyətyanı torpaq sahəsinin mülkiyyətində olan daha az həcmli torpaqla (0,6152 ha) necə üst-üstə düşməsini ekspert rəyində göstərməyib.
35. Ümumiyyətlə, cavabdehin mülkiyyətində 0,6152 ha torpaq olduğu halda, faktiki istifadə etdiyi 0,74 torpağın mülkiyyətindən kənarda qalan təxminən 0,13 ha hissəsinin zəbt olub-olmaması, zəbt varsa, hansı hissədən olması, həmin hissənin iddiaçının iddia etdiyi 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşməsi rəydən görünmür.
36. Nəzərə alınsa ki, iddiaçıya Cəlilabad rayon X6 xx xxxx 1993-cü il tarixli, 06 saylı 0,12 ha torpaq sahəsi ayrılıb və ekspert rəyində də cavabdehin faktiki olaraq 0,74 ha torpaqdan istifadə etməklə, təxmini 0,13 ha torpağı zəbt etməsi göstərilib, belə olan halda həmin 0,13 ha torpağın iddiaçıya ayrılmış torpağa aid olub-olmaması müəyyən edilməlidir. Bu isə müəyyən edilməyib.
37. Göründüyü kimi, birinci instansiya məhkəməsi ziddiyyətli, tam olmayan ekspert rəyinə isitinad etməklə iddianı rədd etmiş, apellyasiya məhkəməsi də iddiaçının təkrar ekspertiza təyin edilməsi barədə vəsatətinə əhəmiyyət verməmiş, ekspert rəyindəki ziddiyyətin aradan qaldırılması yönündə heç bir prosessual hərəkət et məmiş, eyni səhvi təkrarlayaraq qətnaməni dəyişdirmədən saxlamaqla səhv nəticəyə gəlmişdir.
38. Bundan başqa, ekspert rəyində İddiaçı verilmiş 0,12 hektar həyətyanı torpaq sahəsinə dair əmrin işə əlavə edilmiş surətinin oxunmaması və sxematik planının (miqyas, ölçü, cəhətlər qonşuluq) olmaması səbəbindən naturada həmin torpaq sahəsinin yerini müəyyən etməyin mümkün olmamasına istinad edilmişdir. Məhkəmələr mübahisənin obyektiv və qanuni həlli üçün ekspertiza tədqiqatına təqdim edilməli sənədlərin əslinin və ya ən azı oxunula bilən surətinin əldə edilməsi üçün heç təşəbbüs göstərməmişlər. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə isə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onla rın prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
39. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin naturada yerinin müəyyən edilib-edilməməsinin iddiaçının təqdim etdiyi təhkim aktındakı (i.v.8) göstəricilər üzrə mümkünlüyü də ekspertiza tədqiqatından kənarda qalıb.
40. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən apellyasiya instansiyası tərəfindən iddiaçının iddia etdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətində olan torpaq sahəsi olmasının ekspert rəyi ilə müəyyən edilməsini ekspert rəyinin düzgün qiymətləndirilməməsi kimi qəbul edir.
41. Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, apelyasiya məhkəməsi istin ad etdiyi Mülki Məcəllənin 324.1, 324.2, 342.4, 324.5, 337-354, 404.1, 404.2 və 405.1-ci maddələrinin hazırki mübahisə ilə hər hansı əlaqəsini qətnamədə göstərməmiş, əqdlərin etibarsızlığı, müqavilənin təfsiri ilə bağlı bu normaların tətbiqini hazırki vindikasiya mübahisənin həlli baxımından əsaslandırmamışdır.
42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, ekspert rəyindəki ziddiyyətləri aradan qaldırmaq üçün tədbirlər görməli, tərəflərin hüquq münasib ətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1513/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.