Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-186/2022 17.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Kərimova Mahirə Simran qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “yaşayış evindən və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: subyektiv hüquq, ilkin müqavilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs Kərimova Mahirə Simran qızının vəkili Vəkil3, Cavabdeh2 vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 sentyabr 2021-ci il tarixli, 2(103)8073/2021 nömrəli qətnaməsindən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Binəqədi bələdiyyəsinin 04 avqust 2004-cü il tarixli, 136 saylı qərarı ilə Binəqədi rayonu, 9-cu mikrorayon, C.Cabbarlı küçəsində, qərara əlavə edilmiş cizgiyə uyğun olaraq 500 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X7 mülkiyyətinə alğı-satqı yolu ilə ayrılmışdır. X10 həmin torpaq sahəsi üzərində yarımçıq tikili inşa etmiş və 02 iyun 2011-ci il tarixdə X5 torpaq sahəsində tikinti işləri ap armağa, özəlləşdirməyə, bu məqsədlə bir sıra hərəkətləri icra etməyə 50 il müddətinə səlahiyyət verən etibarnamə vermişdir. X8 qeyd olunan etibarnamə ilə X7 nümayəndəsi kimi 22 dekabr 2025-ci il tarixə kimi Bakı şəhəri Binəqədi qəsəbə bələdiyyəsinin 04 avqust 2004-cü il tarixli, 136 saylı qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., C.Cabbarlı küçəsində yerləşən 500 kv.m. torpaq sahəsini və üzərindəki tikililəri daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna əsasən qeydə alındıqdan sonra 300000 manata İddiaçı satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək, həmin şəxslər 22 dekabr 2015-ci il tarixdə Torpaq sahəsinin alqı-satqısına dair ilkin müqavilə bağlamışlar. Müqaviləyə əsasən satıcı X1 torpaq sahəsini və üzərindəki tikililəri 300000 manata qiymətləndirmiş və gələcəkdə həmin qiymətə alıcı İddiaçı satmağı, alıcı isə torpaq sahəsini və üzərindəki tikililəri gələcəkdə 300000 manata almağı öhdəsinə götürmüşlər. Alıcı İddiaçı göstərilən satış məbləğinin tam hissəsini 300000 manatı nağd şəkildə satıcı X3 nümayəndəsi X5 ödəmişdir. 13 fevral 2020-ci il tarixli İlkin müqavilə ilə isə X10 (etibarnamə əsasında nümayəndəsi İddiaçı vasitəsi ilə) Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., C.Cabbarlı küçəsində yerləşən 500 kv.m. torpaq sahəsini və üzərində tikilmiş ikimərtəbəli çardaqlı evi və həyətində bir mərtəbəli tikilini Kərimova Mahirə Simran qızına satmağı və buna müvafiq olaraq tərəflər öz aralarında bu barədə notariat qaydasında təsdiq edilmiş alğı-satqı müqaviləsi bağlamağı öz öhdələrinə götürmüşlər. Müqaviləyə əsasən əsas müqavilə üzrə alqı-satqı obyektinin satış dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 320000 manat məbləğində müəyyən edilmiş, satış dəyərindən 20000 manat məbləği Kərimova Mahirə Simran qızı tərəfindən X6 notariusun depozit hesabı vasitəsi ilə ödənilmiş, qalan 300000 manat məbləğini isə 5 il müddətində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin torpaq sahəsinə dair İddiaçı ilə ilkin müqavilə bağlandıqdan sonra X2 arvadı Cavabdeh2 və ailə üzvləri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 evə daxil olaraq orada yaşamağa başlamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5 3-cü maddəsinə əsasən iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cəfər Cabbarlı küçəsində yerləşən və Binəqədi bələdiyyəsinin 136 saylı, 04 avqust 2004-cü il tarixli qərarına uyğun olaraq ayrılmış 500 kv.m torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində inşa edilmiş tikililərdən cavabdehlərin çıxarılması, torpaq sahəsi və tikililər üzərində iddiaçının sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 22 dekabr 2015-ci il tarixli İlkin alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş 300000 manat məbləği nağd şəkildə iddiaçı tərəfindən X8 ödənilmişdir. X8 həmin torpaq sahəsini və tikililərin açarlarını iddiaçıya təhvil ver mişdir. Lakin bir müddət sonra iddiaçıya məlum olmuşdur ki, cavabdehlər həmin torpaq sahəsini və üzərindəki evi zəbt etmiş və hazırda həmin ünvanda yaşamaqdadırlar. İddiaçı cavabdehlərdən torpaq sahəsini və evi boşaltmağı dəfələrlə tələb etsə də, onun bu tələbi yerinə yetirilməmişdir. Daha sonra, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Kərimova Mahirə Simran qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi bələdiyyəsinin 136 saylı, 04 avqust 2004-cü il tarixli qərarı ilə ayrılmış 500 kv.m torpaq sahəsindən, torpaq sahəsinin üzərində inşa edilmiş tikililərdən cavabdehlərin çıxarılması, həmin torpaq sahəsi və tikililər üzərində üçüncü şəxsin sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin iddia onunla əsaslandırılmışdır ki, üçüncü şəxs olan Kərimova Mahirə Simran qızı və X10 arasında 13 fevral 2020-ci il tarixdə bağlanmış İlkin alğı-satqı müqaviləsinin 3.3-cü bəndinə görə ilkin müqavilə bağlandıqdan dərhal sonra ev üçüncü şəxsin sahibliyinə və istifadəsinə keçir. Həmçinin, müqavilənin 3.4-cü bəndinə əsasən həmin torpaq sahəsi, üzərində tikilmiş ikimərtəbəli çardaqlı ev və həyətindəki bir mərtəbəli tikili 5 il müddətinə onun sahibliyində və istifadəsində olacaqdır. Buna görə də, göstərilən torpaq sahəsindən və tikililərdən cavabdehlər çıxarılmalı, qeyd olunan torpaq sahəsi və tikililər üzərində onun sahiblik və mülkiyyət hüquqları bərpa edilməlidir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 04 mart 2020- ci il tarixli, 2(001)784/2020 nömrəli qətnaməsi ilə (M.Ə.Rüstəmli) İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Kərimova Mahirə Simran qızının iddiaları təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X8 ilə İddiaçı arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli ilkin müqavilədə tərəflər mübahisəli əmlakın 22 dekabr 2025-ci il tarixə kimi alqı-satqı müqaviləsinin bağlanması barədə razılığa gəlmişlər. Belə müqavilə isə tərəflər arasında bağlanmamış, yəni mübahisəli əmlak iddiaçının mülkiyyətinə keçməmiş, habelə onun ilkin alqı-satqı müqaviləsinə əsasən əmlak üzərində sahiblik hüququ da yaranmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehlərin mübahisəli əmlakdan çıxarılmaları ilə bağlı iddia irəli sürməsi üçün subyektiv hüququ yoxdur. Məhkəmə həmçinin hesab etmişdir ki, müstəqil tələblər irəli sürən üçüncü şəxsin də cavabdehlərin mübahisəli əmlakdan çıxarılmaları ilə bağlı iddia irəli sürməsi üçün subyektiv hüququ yoxdur. Bundan əlavə, onun həmin torpaq sahəsi və tikililər üzərində sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi tələbi də təmin edilə bilməz. Belə ki, 13 fevral 2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsində də tərəflər mübahisəli əmlakın alqısatqısına dair əsas müqavilənin 13 fevral 2025-ci il tarixdə bağlamağı öhdələrinə götürmüşlər, yəni mübahisəli əmlak iddiaçının mülkiyyətinə keçməmiş, habelə onun ilkin alqı-satqı müqaviləsinə əsasən əmlak üzərində sahiblik hüququ da yaranmamışdır. İlkin alqı-satqı müqaviləsinin mübahisəli əmlakın həmin müqavilə imzalandığı andan müstəqi l tələblər irəli sürən üçüncü şəxsin sahibliyinə və istifadəsinə keçməsini nəzərdə tutan hissələri ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin hissələr mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından etibarsız sayılır və buna görə də həmin şəxs üçün hər hansı hüquqi nəticələr doğura bilməzlər. Belə ki, ilkin alqı-satqı müqaviləsində bir tərəf əmlakın digər tərəfin sahibliyinə və ya istifadəsinə verilməsi ilə bağlı üzərinə öhdəlik götürə bilməz, bununla bağlı gələcəkdə müqaviləni bağlamağı barədə üzərinə öhdəlik götürə bilər. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Kərimova Mahirə Simran qızı ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Bakı şəhəri Binəqədi Rayon Mə hkəməsinin 04 mart 2020-ci il tarixli, 2(001)-784/2020 nömrəli qətnaməsindən qətnamənin ləğv edilməsi və iddialarının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 avqust 2020-ci il tarixli, 2(103)-4969/2020 nömrəli qətnaməsi ilə (hakim M.A.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.Ə.Məhərrəmovadan və V.M.Ağayevdan ibarət tərkibdə) hər iki apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 mart 2020-ci il tarixli, 2(001)-784/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 144.1, 337.1, 337.4, 402.1, 402.2-ci maddələrinə istinad edərək göstərmişdir ki, ilkin müqavilənin forması ilə bağlı qanunvericiliyin tələbi ondan ibarətdir ki, ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanmalıdır. İş materiallarından görünür ki, 22 dekabr 2015-ci il və 13 fevral 2020-ci il tarixli ilkin müqavilələr notarial qaydada bağlanmamış və qeydiyyata alınmamışdır. Halbuki daşınmaz əmlaka dair alğı-satqı müqaviləsi notariat qaydasında təsdiqlənməli və dövlət qeydiyyatına alınmalıdır. Bu baxımdan apellyasiya məhkəməsi hesab etmişdir ki, qeyd olunan müqavilələr hər hansı bir hüquqi nəticəyə səbəb olmur və əhəmiyyətsizdir. Bundan başqa, apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər ilkin müqavilə bağlayaraq gələcəkdə əmlakın verilməsi ilə bağlı müqavilə bağlamaq (əsas müqavilə) öhdəliyini üzərilərinə götürürlər. Yəni ilkin müqavilə əmlak a dair istifadə, sahiblik və ya sərəncam hüquqlarının yaranmasına səbəb olmur. Bu hüquqlar yalnız alğı-satqı müqaviləsi (əsas müqavilə) notarial qaydada bağlandıqda (sahiblik, istifadə) və dövlət reyestrində qeydiyyata alındıqdan sonra (sərəncam) əmələ gəlir. Beləliklə, ilkin müqaviləyə əmlakın alıcının mülkiyyətinə verilməsi şərti daxil edilsə belə, alıcının mülkiyyət hüququ yarana bilməz. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Kərimova Mahirə Simran qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 avqust 2020-ci il tarixli, 2(103)-4969/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qər ar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 may 2021-ci il tarixli, 2(102)-2591/2021 nömrəli qərarı ilə (hakim İ.K.Xəlilovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.Ə.Əliyevdan və M.T.Əhmədovadan ibarət tərkibdə) üçüncü şəxs Kərimova Mahirə Simran qızının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2020-ci il tarixli, 2(103)-4969/2020 nömrəli qətnaməsi kassatorun iddiasının təmin olunmayan hissəsində ləğv olunaraq, həmin hissədə yenidən apellyasiya baxışına qaytarılmışdır. Kassasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsinin şərh etdiyi hallar məhkəmənin özünün müəyyən etdiyi işin faktiki hallarına uğun gəlmir. Əvvəla, 22 dekabr 2015-ci il və 13 fevral 2020- ci il tarixli ilkin alqı-satqı müqavilələrinin notarial qaydada bağlanmaması barədə apellyasiya məhkəməsinin qənaəti işin faktiki halları ilə təkzib olunur. Çünki məhkəmələr hər iki müqavilənin notariat qaydada bağlanmasını təsdiq etmiş, müvafiq sübutları işə əlavə etmiş, həmin müqavilələr tədqiqat obyekti olmuş, məhkəmə qərarlarının əsaslandırıcı hissəsində onlara istinad edilmişdir. Deməli, ilkin müqavilə bağlanarkən Mülki Məcəllənin 402.2-ci maddəsinin tələblərinə riayət edilmişdir. İlkin müqavilənin dövlət qeydiyyatına alınması barədə qanunvericilikdə birbaşa göstəriş nəzərdə tutulmamış və tutula da bilməzdi. Bunu düzgün başa düşmək üçün ilkin müqavilənin mahiyyəti və onun mülki qanunvericilikdəki rolu ilə bağlı şərhə ehtiyac var. Belə ki, əslində bu müqavilə barəsində ilkin müqavilə bağlanmış əmlaklarla, işlərlə və xidmətlərlə bağlı əsas müqavilə bağlanması öhdəliyini öz üzərinə götürmək barədə razılaşmadır. Ona görə qanunverici belə müqavilələrin dövlət reyestrində qeydə alınmasını nəzərdə tutmamışdır. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının məqsədi daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınmasıdır. Gələcəkdə müqavilə bağlanması öhdəliyi ilə bağlı müqavilənin dövlət reyestrində qeydiyyata alınmasına zərurət yoxdur. Bu kontekstdən yanaşaraq kassasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsinin həmin müqavilələrin reyestrdə qeydə alınmaması əsası ilə əhəmiyyətsiz əqd kimi dəyərləndirməsi əsassız olmaqla maddi hüquq normasının düzgün tətbiq olunmaması (MM-nin 337.1-ci maddəsinin) kimi qəbul edilməlidir. Kassasiya instansiyası məhkəməsi izah etmişdir ki, ilkin müqavilə tərəfləri gələcəkdə əsas müqaviləni həyata keçirmək üçün hüquqi cəhətdən bir-birinə bağlayır və hər bir tərəf öz üzərinə müəyyən öhdəliklər götürürlər. Bu zaman gələcəkdə bağlanacaq əsas müqavilə üzrə nəzərdə tutulmuş məbləğin bir hissəsinin ödənilməsi və ya digər hərəkətlərin edilməsi, həmin müddəaların ilkin müqaviləyə daxil edilməsi qanunsuz deyil, əksinə tərəfləri öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə qarşılıqlı təminatlandırır. Ona görə ilkin müqavilə bağlanarkən əmlakın dəyəri olaraq razılaşdırılmış vəsaitin bir hissəsinin satıcıya verilməsi və yaxud əmlakın alıcının istifadəsinə verilməsində qanunsuz heç bir hal yoxdur. Məhkəmə qeyd etmişdir ki, işə baxan məhkəmələr yuxarıda qeyd olunan hallara aydınlıq gətirdikdən sonra Mahirə Kərimovanın ilkin müqavilə bağlanmış əmlaka dair hərhansı hüquqa malik olması məsələsi ilə bağı dəyərləndirmə aparmalı idilər. Kassasiya məhkəməsi qeyd etmişdir ki, işin hazırkı faktiki halı ondan ibarətdir ki, Mahirə Kərimova ilə qanuni sahibin adından bağlanmış ilkin müqavilə və eyni zamanda qanuni sahibin adından Mahirə Kərimovanın adına verilmiş etibarnamə mövcuddur. İşə yenidən baxılarkən məhkəmə ilkin müqavilələrin mahiyyəti ilə bağlı yuxarıda şərh edilən mövqedən çıxış etməklə Mahirə Kərimova ilə bağlanmış müqavilənin şərtlərinin, eləcə də qanuni sahibin (N.Həmidovun) təmsilçisi kimi hazırkı tələbi irəli sürməyə səlahiyyətli olubolmaması, belə tələbin qanuni sahibin iradəsinə uyğun olub-olmaması ilə bağlı dəyərləndirmə aparmalıdır. Bu zaman nümayəndəliyi nizama salan maddi hüquq normalarının (təmsil olunanın iradə ifadəsinin mövcudluğu ilə bağlı), müqavilə münasibətlərini nizama salan maddi hüquq normalarının (ilkin müqavilədən çıxış edərək), mülkiyyətçi olmasa da, əmlaka sahiblik edən şəxsin hüquqlarının qorunmasına dair maddi hüquq normalarının tətbiqi əsasları ilə bağlı dəyərləndirmə aparmaqla mübahisəni həll etməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 sentyabr 2021-ci il tarixli, 2(103)-8073/2021 nömrəli qətnaməsi ilə (hakim N.Ş.Cəfərovun sədrliyi və məruzəsi ilə, hakimlər E.Ə.Mehdiyevdən və X.Ə.Sarıyevdən ibarət tərkibdə) apellyasiya şikayəti rədd olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsi üçüncü şəxs Kərimova Mahirə Simran qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı “yaşayış evindən və torpaq sahəsindən çıxarılma barədə” iddiasının rədd olunmasına aid olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, üçüncü şəxsin tələbi 13 fevral 2020-ci il tarixli ilkin müqaviləyə əsaslanır. Mülki Məcəllənin 402.1-ci maddəsinə əsasən isə ilkin müqavilə onun tərəfinə bir subyektiv hüquq verir: əks tərəfdən əsas müqavilənin (alqı-satqı və s.) bağlanmasını tələb etmək hüququ. Hazırkı işdə isə üçüncü şəxs ilkin müqaviləyə əsaslanaraq daşınmaz əşyaya dair tələblər irəli sürür, halbuki, ilkin müqavilə əşya hüququ yaratmır. O, belə tələbi yalnız əsas müq aviləni bağladıqdan sonra irəli sürə bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Kərimova Mahirə Simran qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 sentyabr 2021-ci il tarixli, 2(103)-8073/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianı təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, işin halları tam araşdırılmamış, təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, 13 fevral 2020-ci il tarixli İlkin müqavilə bağl anıldıqdan sonra mübahisələndirilən torpaq sahəsi və tikililər üçüncü şəxsin sahibliyinə və istifadəsinə keçmiş, həmin daşınmaz əmlakların 5 il müddətində onun sahibliyində və istifadəsində olacağı razılaşdırılmışdır. Apellyasiya instansiyası məhkəməsi ilkin müqavilənin əşya hüququ yaratmadığı qənaətinə gəlsə də, heç bir hüquq normasına istinad etməmişdir. Bununla da, üçüncü şəxsin hazırki iddianı irəli sürməyə subyektiv hüququ yaranmışdır. Apellyasiya məhkəməsi iddianı yenidən rədd etməklə, MPM-in 420-ci maddəsinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Kərimova Mahirə Simran qızının vəkili Vəkil3 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər cavabdehlər və ya vəkilləri gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etmək lə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi tərəfindən həm iddiaçının, həm də üçüncü şəxsin iddiaları, apellyasiya instansiyası məhkəməsinin birinci icraatında isə hər ikisinin apellyasiya şikayətləri rədd edilsə də, kassasiya şikayətini yalnız üçüncü şəxs vermişdir. Bu səbəbdən birinci kassasiya və müvafiq olaraq ikinci apellyasiya baxışlarının predmetini yalnız üçüncü şəxsin iddiasının rədd edilməsinin qanuniliyinin yoxlanılması olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məc əlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həm in müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların ve rdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etd iyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hes ab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mü bahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bil ər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozul ması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü hüquqi mövqeyə qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır. Məhkəmə kollegiyası bir daha izah edir ki, ilkin müqavilənin mahiyyətini tənzimləyən Mülki Məcəllənin 402-ci maddəsinin müddəalarına görə ilkin müqavilə tərəflər üçün əsas müqavilənin gələcəkdə bağlanmasına dair öhdəliklər yaradır, lakin bu müqavilənin bağlanması ilə əmlak üzərində h üquqların keçməsi baş vermir. Yəni ilkin müqavilə mal mübadiləsinə deyil, onun təşkilinə, yəni gələcək mal mübadiləsinin iştirakçıları arasında qarşılıqlı münasibətlərin qurulmasına yönələn təşkilatı müqavilədir. Həmin müqavilə əsasında tərəflərin yalnız qarşılıqlı olaraq əsas müqavilənin bağlanmasını bir-birindən tələb etmək hüquqları yaranır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, 13 fevral 2020-ci il tarixli ilkin müqavilənin mətnində mübahisələndirilən torpaq sahəsinin və üzərində olan tikililərin üçüncü şəxs Kərimova Mahirə Simran qızının sahiblik və istifadəsinə verilməsinə dair müddəaların əlavə edilməsi sonuncunun hazırki tələbi irəli sürmək üçün subyektiv hüququnun yaranması üçün əsas ola bilməz. Belə ki, kassasiya instansiyası məhkəmə sinin əvvəlki icraatında da göstərildiyi kimi, ilkin müqavilənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması qanunvericiliklə nəzərdə tutulmamışdır. Lakin 13 fevral 2020-ci il tarixli ilkin müqavilənin mətnində qeyd olunan müddəalar üçüncü şəxsin mübahisəli əmlaklara sahiblik və istifadə hüquqlarının yaranması üçün əsas kimi qəbul edildiyi halda, həmin hüquqlar Mülki Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı idi. Halbuki, göstərilən əmlakların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı olmadığı üçün bu mümkün deyil və Mülki Məcəllənin 146.3-cü maddəsinə əsasən üçüncü şəxsin onlara dair hər hansı tələb irəli sürmək üçün subyektiv hüququ yarana bilməz. Kassasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, apel lyasiya məhkəməsi tərəfindən MPM-in 420-ci maddəsinin tələblərinin pozulmasına yol verilməmişdir. Belə ki, kassasiya məhkəməsinin əvvəlki icraatında üçüncü şəxsin kassasiya şikayətinin təmin edilməsi, apellyasiya məhkəməsinə onun iddiasının təmin edilməsinə dair göstəriş kimi qiymətləndirilməməlidir. Kassasiya məhkəməsi əvvəlki icraatın nəticəsində qəbul etdiyi qərarında göstəriş ondan ibarət olmuşdur ki, Mahirə Kərimova ilə bağlanmış müqavilənin şərtlərinin, eləcə də Namik Həmidovun təmsilçisi kimi hazırkı tələbi irəli sürməyə səlahiyyətli olub-olmaması, belə tələbin qanuni sahibin iradəsinə uyğun olub-olmaması ilə bağlı dəyərləndirmə aparmalıdır. Apellyasiya məhkəməsi də yuxarıda qeyd olunan qaydada bu dəyərləndirməni aparmışdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhk əməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Kərimova Mahirə Simran qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsini n Mülki kollegiyasının 10 sentyabr 2021-ci il tarixli, 2(103)-8073/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-186/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-186/2022
17.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver