Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-186/2023 16.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Birinci iş: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair, İkinci iş: İddiaçı Cavabdeh qarşı sökülmüş əmlakın bərpa edilməsi, cavabdehin torpaq sahəsindən, evdən çıxrılması və onun ailəsi ilə birlikdə mənzilə köçürülməsi tələbinə dair, Üçüncü iş: iddiaçı Cavabdeh İddiaçı qarşı fərdi yaşayış evinin dövlət qeydiyyatının etibarsız hesab olunması tələbinə dair bir icraatda birləşdirilmiş işlər üzrə QƏRARİ (Açar sözlər: dövlət qeydiyyatının etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliy ev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi:. İşin halları
1. Cavabdeh İddiaçı atası Mirzəyev Əlikram Ağarəhim oğlu ilə faktiki nikah münasibətlərində olmuşdur.
2. Bilgəh Bələdiyyə şurasının xx.xx.2002-ci il tarixli, 14 saylı Qərarına əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə Mirzəyev Əlikram Ağarəhim oğlunun adına reyestr xidmətdə dövlət qeydiyyatına alınmışdır. 3. 16 oktyabr 2001-ci il tarixli 16 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən, icarədar Bilgəh Bələdiyyəsinin sədri X6 icarəçi Cav abdeh qızma icarə əsasında Bilgəh qəsəbəsində H.Z.Tağıyev küçəsində yerləşən 780 kv metr torpaq sahəsini icarəyə vermiş, icarəçi 250000 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.
4. Bilgəh Bələdiyyəsinin 20 sentyabr 2007-ci il tarixli, 055 saylı qərarına əsasən, Bilgəh qəsəbəsi ərazisində H.Z.Tağıyev küçəsində yerləşən 780 kv metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün əvəzi (2122 manat) ödənilməklə Cavabdeh mülkiyyətinə verilmişdir.
5. Mirzəyev Əlikram Ağarəhim oğlu 10 mart 2011-ci il tarixdə vəfat etmişdir. 6. 05 fevral 2013-cü il tarixdə verilmiş Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən, mərhum Mirzəyev Əlikram Ağarəhim oğlunun vərəsəsi İddiaçı miras əmlakından tam irs almışdır. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ daşınm az əmlakın dövlət reyestrində xx.xx.2013cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.
7. Bilgəh Bələdiyyəsinin 12 iyun 2013-cü il tarixli, 037 saylı arayışına əsasən, Cavabdeh alqı-satqı yolu ilə verilmiş 780 kv metr torpaq sahəsinin üzərində heç bir tikili olmamışdır. 8. 2 Saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-382/2015 nömrəli qərardadı ilə İddiaçı Bilgəh Bələdiyyəsinə və maraqlı şəxs Cavabdeh qarşı “qərarın etibarsız hesab edilməsi barədə” iddiası mümkün sayılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci iş üzrə icraat
9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əmlakları ilə birlikdə onun mülkiyyətində olan Bilgəh qəsəbəsi, H.Z.Tağıyev küçəsi-2 ünvanda yerləşən yaşayış evindən və torpaq sahəsindən çıxarılması barədə qətnamə q əbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeydiyyat vəsiqəsinə əsasən mübahisəli ev ona atası Mirzəyev Əlikram Ağarəhim oğlundan miras qalmışdır və onun mülkiyyətindədir. Evin yerləşdiyi 0,12 ha torpaq sahəsi onun istifadəsindədir. Lakin o, özünə məxsus olan evə və torpaq sahəsinə daxil ola bilmir. Buna səbəb atası Mirzəyev Əlikram Ağarəhim oğlunun anası vəfat etdikdən sonra evə gətirərək qeyri rəsmi yaşadığı Cavabdehdır. O, həyətin və evin giriş qapısını bağlayaraq çıxıb getmiş, onu öz mülkiyyətində olan evə və istifadəsində olan həyətyanı sahəyə buraxmır. Cavabdeh özü həmin ünvanda yaşamasa da, ona məxsus olan bəzi əmlaklar həmin ünvandadır. Cavabdehin bu hərəkətləri onun hüquqlarını bir mülkiyyətçi və sahib kimi pozur.
11. Məhkəmə iclasında cavabde h iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının atası Əlikram Mirzəyevlə faktiki nikah münasibətlərində olmaqla ər-arvad kimi yaşamışlar. İddiaçının atasına məxsus 31 sot torpaq sahəsi olmuş, həmin torpaq sahəsi iddiaçı və atası tərəfindən sağlığında satılmışdır. Hazırda yaşadığı ev onun tərəfindən tikilmişdir və bələdiyyə sənədi vardır. İddiaçıya məxsus evi zəbt etməmişdir.
12. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19103 saylı, 04 dekabr 2014-cü il tarixli rəyinə əsasən, RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanın texniki pasportda göstərilmiş torpaq sahəsinin yerləşməsinə dair situasiya planı və ayrıc aktı olmadığından Texniki pasportda göstərilən torpaq sahəsinin harada yerləşdiyini dəqiqliklə müəyyən et mək mümkün olmadı. Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 20 sentyabr 2007-ci il tarixli 055 saylı qərarı əsasında Cavabdeh ayrılmış 780 kv metr olan torpaq sahəsinin Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsindəki H.Z.Tağıyev küçəsi boyunca dalana qədər 57 metr məsafədə yerləşdiyi müəyyən edilir. İddiaçı xüsusi mülkiyyətində olan evin Texniki pasportunda göstərilən torpaq sahəsinin ayrılmasına dair hər hansı ayrıc aktı və ya plan-sxem olmadığından eləcə də, həmin torpaq sahəsinin harada yerləşdiyini dəqiqliklə müəyyən etmək mümkün olmadığından Bilgəh Bələdiyyəsi tərəfindən 20 sentyabr 2007-ci il tarixli 055 saylı qərarı əsasında Cavabdeh ayrılmış 780 kv metr torpaq sahəsi Azərbaycan Qadını küçəsindən H.Z.Tağıyev küçəsi boyunca dalana qədər 57 metr məsa fədə yerləşdiyindən həmin torpaq sahələrinin üst-üstə düşməsi müəyyən edilmir. ünvan 3 ünvanda yerləşən evin hazırkı vəziyyəti ilə texniki pasportda olan vəziyyəti arasında uyğunsuzluqlar olduğu müəyyən edilir. ünvan 4 ünvanda yerləşən yaşayış evinin texniki pasportunda sahəsi 14 kv metr olan bir yaşayış otağından ibarət olduğu göstərildiyi halda faktiki olaraq tədqiq olunan yaşayış evi üç yaşayış otağından və yardımçı tikililərdən ibarət olmaqla ümumi sahəsinin 106,3 kv metr olduğu müəyyən edilmişdir.
13. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə 06 iyun 2014-cü il tarixdə keçirilmiş mübahisəli sahəyə yerli baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan 2 saylı fərdi yaşayış evi sökülmüşdür, texniki pasportda göstərilən yerdə aşkar edilmir. Cavabdeh evin sökülməsi barə də məlumatı olmadığını bildirdi.
14. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1429/2014 nömrəli, 22 dekabr 2014-cü il tarixli qətnaməsi ilə (hakim M.Qarayeva) iddia rədd edilmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin əmlakları ilə birlikdə onun mülkiyyətində olan Bilgəh qəsəbəsi, H.Z.Tağıyev küçəsi, 2 saylı ünvandan çıxarılmasını xahiş etsə də, məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan ev naməlum şəraitdə, naməlum şəxslər tərəfindən sökülmüş, iddiaçı tərəfindən mövcud olmayan evdən cavabdehin çıxarılması tələb edilmişdir. Beləliklə, işin araşdırılan halları ilə tədqiq edilmiş sübutlarla iddiaçının iddia tələbinin əsası kimi onun mülkiyyətində olan evin cavabdeh tərəfindən zəbt olunması halı öz təsdiqini t apmadığından məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir.
16. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 157.2-civə Mülki Prosessual Məcəllənin 77.1, 88 və 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) İkinci iş üzrə icraat Birinci instansiya məhkəməsindəki icraat
18. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bilgəh qəsəbəsi, H.Z.Tağıyev küçəsi-2 ünvanda yerləşən evinin sənəddə qeyd edilən şəkildə bərpa olunması öhdəliyinin cavabdehə həvalə edilməsi, həmçinin, cavabdehin həmin ünvanda yerləşən torpaq sahəsindən, həmin sahədə yerləşən atası tərəfindən tikilən evdən çıxa rılması və onun ailəsi ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona məxsus olan evi icazəsiz olaraq sökmüş, qeydiyyatdan keçməmiş yeni ev tikmişdir. Ona və ailə üzvlərinə evə daxil olmağa imkan vermir. O, qanunsuz olaraq sahiblikdən məhrum olmuşdur.
20. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-111/2016 nömrəli, 05 dekabr 2016-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
21. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli, 6028 saylı rəyində ünvan 5 ünvanda yerləşən evin hazırkı vəziyyəti ilə texniki pasportda olan vəziyyəti arasında uyğunsuzluqların olduğu, ünvan 5 ünvanda yerləşən yaşayış evinin texniki pasportunda sah əsi 14 kv metr olan bir yaşayış otağından ibarət olduğu göstərildiyi halda, faktiki olaraq tədqiq olunan yaşayış evinin üç yaşayış otağından və yardımçı tikililərdən ibarət olmaqla ümumi sahəsinin 106,3 kv metr olduğunun müəyyən edildiyi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerqurluşu, Torpaq Kadastrı və Torpaqların Monitorinqi şöbəsinin mütəxəssis rəyində qeyd olunanlara əsasən İddiaçı adına verilmiş çıxarışın plan-ölçü sənədi, yəni koordinatları olmadığı hal hazırda həmin ərazinin daş hasarla 4 hissəyə bölünüb üzərində ayrı-ayrılıqda bir ədəd 1 mərtəbəli, bir ədəd 2 mərtəbəli fərdi yaşayış evlərinin tikilib istifadə olunduğu, DƏDRX-nin 4 saylı ərazi idarəsinin xx.xx.2016-cı il tarixli, **********60 saylı məktubunda göstərilən koordinatların 0,32 ha ərazini ə hatə etdiyi, sökülmüş tikilinin həmin ərazinin hansı hissəsinə düşdüyünü müəyyən edilməsinin mümkün olmadığı, Bilgəh-Zəfəran sovxozu ərazisində H.Z.Tağıyev küçəsi-2 ünvanın Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mövcud ünvan-məlumat bazasına əsasən mübahisəli (müəyyən koordinatlara əsasən) ərazinin Bilgəjh qəsəbəsi Azərbaycan Qadını küçəsində adsız olan 62-ci küçəyə girişdə sağ tərəfi əhatə etdiyi, H.Z.Tağıyev küçəsi ünvanının rəsmi olaraq mövcud olmadığı, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerqurluşu, Torpaq Kadastrı və Torpaqların Monitorinqi şöbəsinin xx.xx.2017-ci il tarixli **********07 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən X1 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının müəyyən edildiyi (sxem əlavə edilir), Daş ınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerqurluşu, Torpaq Kadastrı və Torpaqların Monitorinqi şöbəsinin xx.xx.2017-ci il tarixli **********07 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən İddiaçı adına verilmiş çıxarışın plan-ölçü sənədi, yəni koordinatları olmadığı, iş materiallarına əlavə edilmiş sxem miqyassız və koordinatsız olduğu üçün həmin mübahisəli ərazinin çıxarışla üstüstə düşüb-düşməməsinin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir.
22. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-55/2017 nömrəli, 18 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim İ.Burcayev) iddia rədd edilmişdir.
23. Məhkəmə hesab etmişdir ki, sübutlarla iddiaçının iddia tələbinin əsası kimi onun mülkiyyətində olan evin cavabdeh tərəfindən zəbt olunması və sökülməsi halı ö z təsdiqini tapmadığından iddia tələbi təmin edilməməlidir.
24. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 157.2-ci və Mülki Prosessual Məcəllənin 77.1, 88, 106.1 və 217.4-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
25. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-316/2018 nömrəli, 12 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Xəlilov (sədrlik edən və məruzəçi), X.Cəmilova və A.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya mə hkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
28. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)3748/2018 nömrəli, 06 iyun 2018-ci il tarixli qərarı ilə (hakimlər – Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Allahverdiyev və İ.Xələfov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən apellyas iya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman iş materiallarında istinad olunan mütəxəssis rəyləri ilə məhkəmə-ekspertizasının rəyləri arasında ziddiyyətlərin mövcud olmasına, həmin rəylərdə məzmunun həqiqiliyi heç bir şübhə doğurmadığı və qüvvədə olduğu halda, iddiaçının adına verilmiş reyestr məzmununun mövcud olmaması kimi ziddiyyətli nəticələrə istinad olunmasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddiaçıya aid çıxarışla bağlı tərtib edilmiş texniki pasportda göstərilən torpaq sahəsinin hüdudlarının müəyyən olunması və ümumilikdə mübahisəli ərazinin hansı hissəsi ilə üst-üstə düşməsinin müəyyən edilməsi üçün əlavə və ya təkrar məhkəmə ekspertizası təyin edilmədən iddiaçıya aid RX seriyalı, №0118894 saylı çıxarışda göstərilən tikilinin və torpaq sahəsinin mövcud olmaması kimi mücərrəd dəlillərə istinad olunub iddia tələbinin rədd olunması barədə qərar qəbul edilmişdir ki, bu da, iş üzrə maddi və prosessual hüquq normalarının tələbləri pozulmasıdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
31. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9176/2018 nömrəli, 20 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), X.Sarıyev, R.Qurbanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
32. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ona məxsus evin və evə aid olan torpaq sahəsinin cavabdeh tərəfindən kiməsə satılması, bununla da evinin sökülməsi üçün şərait yaradılması, eləcə də, cavabdehin yaşadığı evə hüquqlarının olması hallarını sübuta yetirə bilmədiyi üçün birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
33. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
34. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)3748/2018 nömrəli, 06 iyun 2018-ci il tarixli qərarı ilə (hakimlər – G.Quliyev (sədrlik edən və məruzəçi), Ə.Mirzəliyev və T.Qoldman) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən apellya siya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi tələbinə əməl etməmiş, Ali Məhkəmənin qərarında qeyd olunan göstərişlərə əməl etmədən əvvəlki qətnaməsini təkrarlamışdır. Belə ki, işə yenidən baxan apellyasiya məhkəməsi tərəfindən də ekspert rəyi düzgün qiymətləndirilməmiş, təkrar ekspertiza təyin edilməmişdir. c) Üçüncü iş üzrə icraat
36. İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 6 ünvanındakı 14 kv metr fərdi yaşayış evinə daşınmaz Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 14 fevral 2013-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
37. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Sabunçu rayonu Bilgəh Bələdiyyəsi arasında 16 noyabr 2001-ci il tarixdə bağlanmış 16 saylı müqaviləyə əsasən Bilgəh qəsəbəsi Z.Tağıyev küçəsində yerləşən 780 kv metretr torpaq sahəsi 50 il müddətinə ona icarəyə verilmişdir. Həmin müqavilənin şərtlərinə görə sözügedən torpaq sahəsində fərdi ev və köməkçi tikili inşa etdirə bilərdi. Bununla belə qeyd edilən torpaq sahəsini sözügedən bələdiyyədə 20 sentyabr 2007-ci il tarixdə torpaq alqısatqısına dair aktla rəsmiləşdirilmiş eyni ünvandakı 780 kv metretr torpaq sahəsini satın alıb qanuni əsaslarla fərdi ev tikdirmişdir. Hazırda sahibliyində və istifadəsində olan 780 kv metretr torpaq sahəsinə əsassız iddia edən cavabdeh İddiaçı saxta sənədlərlə müxtəlif məhkəmə instansiyalarında lüzumsuz çəkişmələrə onu cəlb etsə də, həmin məhkəmə aktları ilə onun iddiası rədd edilmişdir. Onun torpaq sahəsinə aidiyyəti olmayan 14 kv metretrlik bir otaqlı fərdi evə dair dövlət reyestrindən çıxarış əldə edən cavabdeh İddiaçı həqiqətən də belə ev tikilisinin mülkiyyətçisi olması faktını yaxınlıqda yaşayan qonşular, sahə müvəkkili və kommunal xidmət subyektləri təsdiq etmirlər. Mülki mübahisənin bu həqiqi halını DƏDRX-nin Abşeron Ərazi İdarəsinin 25 iyun 2013-cü il tarixli məktubu da təsdiq edir ki, cavabdehin adına daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması barədə Abşeron Ərazi İdarəsində məlumat yoxdur. Sözügedən daşınmaz əmlakın miras qoyanın adına dövlət reyestrində müvafiq qeydiyyatına dair məlumat olmadığı halda, cava bdeh hansı əsasla qanun üzrə vərəsə olaraq mübahisəli 14 kv metrlik fərdi evə dövlət qeydiyyatından çıxarış əldə etmişdir? Əsl həqiqət belə olduğu halda, hazırkı cavabdeh ona qarşı müxtəlif məhkəmə instansiyalarında əsassız iddia qaldırmaqla guya qeyd edilən ev tikilisini sökməklə ona maddi ziyan vurmaya dair lüzumsuz məhkəmə çəkişmələrinə cəlb edərək ailə üzvlərini təzyiq altında saxlamaqla öz evindən və torpaq sahəsindən irəli gələn hüquqlarını məhdudlaşdırır.
38. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1037/2020 nömrəli, 19 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim Z.Hacıyev) iddia rədd edilmişdir.
39. Məhkəmə iş gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 14,0 kv metretr olan fərdi yaşayış evinin sərh ədlərinin Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 20 sentyabr 2007-ci il tarixli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh mülkiyyətinə verilmiş Bilgəh qəsəbəsi ərazisində H.Z.Tağıyev küçəsində yerləşən 780 kv metretr torpaq sahəsinin sərhədləri ilə üst-üstə düşməsi müəyyən edilmədiyindən, iddiaçının hazırkı tələblə çıxış etməkdə subyektiv hüququ yoxdur.
40. Həmin qətnamədən iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
41. Bakı Apellyasiya Məhkəməsinin müvafiq olaraq 2(103)-7268/2020 nömrəli, 22 oktyabr 2020-ci il tarixli və 2(103)-196/2020 nömrəli, 30 noyabr 2020-ci il tarixli qərar dadları əsasında sözügedən mülki işlər bir icraatda birləşdirilmişdir.
42. Bakı Apellyasiya Məhkəməsinin müvafiq olaraq 2(103)-1/2021 nömrəli, 17 mart 2021-ci il tarixli qərardadı ilə əlavə məhkəmə-tikinti (mühəndis)-texniki ekspertizası təyin edilmişdir.
43. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli 10/1703 nömrəli rəyində göstərilmişdir ki, Bilgəh bələdiyyəsinin 20 sentyabr 2007-ci il tarixli 055 saylı qərarı əsasında Cavabdeh ayrılmış və faktiki istifadəsində olan torpaq sahəsinin Mirzəyev Əlikram Ağarəhim oğlunun adına tərtib olunmuş 2005ci il tarixli, 717 invertar nömrəli texniki pasportda qeyd olunan 3012,6 kv metr torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeyd iyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, **********34-10301 reyestr nömrəli Çıxarışda qeyd olunan 0,00496 ha torpaq sahəsinin və 14 kv metr fərdi yaşayış evinin texniki parametrlərini əks etdirən sənəd təqdim olunmadığından (mütəxəssis rəyinə əsasən plan-ölçü sənədi barədə məlumat aşkar edilməmişdir) eyni zamanda baxış zamanı təqdim olunan ərazidə ümumi sahəsi 14 kv metr təşkil edən yaşayış evi mövcud olmadığından və təqdim olunmuş ərazinin "Google Earth" internet proqramında mövcud olan illər üzrə görüntülərində ümumi sahəsi 14 kv metr təşkil edən yaşayış evi müşahidə edilmədiyindən ("Google Earth" internet proqramından görünür ki 2009-cu il tarixdə təqdim olunan sahə boş ərazidir, 2012-ci il tarixdə Cavabdeh istifadəsində olan yaşayış evi mövcuddur) RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 7 ünvanı ilə Bilgəh bələdiyyəsinin 20 sentyabr 2007-ci il tarixli 055 saylı qərarı əsasında Cavabdeh ayrılmış Bilgəh qəsəbəsi, H.Z.Tağıyev küçəsində sahəsi 780 kv metr olan torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.
44. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1/2022 nömrəli, 03 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev – sədrlik edən və məruzəçi, Ş.Məmmədova və R.Eyvazov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1429/2014 nömrəli, 22 dekabr 2014-cü il tarixli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-55/2017 nömrəli, 18 sentyabr 2017-ci il tarixli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(00 8)1037/2020 nömrəli, 19 fevral 2020-ci il tarixli qətnamələrinin dəyişdirilmədən saxlanılmaları qət olunmuşdur.
45. Apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1429/2014 nömrəli, 22 dekabr 2014-cü il tarixli və 2(008)55/2017 nömrəli, 18 sentyabr 2017-ci il tarixli qətnamələrinə münasibətdə qeyd etmişdir ki, hər iki iş üzrə tələblər bir-birini əhatə etdiyindən onlara birgə qiymət verilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilənlər ondan ibarətdir ki, iddiaçının mülkiyyətində sahəsi 14 kv metr olan bir ev olmuşdur. Həmin ev hazırda mövcud deyil. Eyni zamanda cavabdehin istifadəsində olan üç otaqdan ibarət olan bir ev mövcuddur. Həmin ev sahəsi 780 kv metr olan torpaq sahəsində yerləşir. Keçirilmiş çoxsaylı ekspertiza rəyləri ilə cavabdehə mə xsus olan torpaq sahəsinin iddiaçının atasının vaxtı ilə istifadəsində olmuş 32 sot torpaq sajəsinin üzərində inşa edilməsi müəyyən edilməmişdir. Cavabdehin adına torpaq sahəsinin verilməsi barədə bələdiyyənin müvafiq qərarlarının etibarsız hesab olunmasına dair iddiaçının tələbi təmin edilməmişdir (mümkün sayılmamışdır).
46. Bundan başqa, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı ona məxsus olan evin yerləşdiyi torpaq sahəsinin ölçüləri, sərhədləri, harada yerləşməsi, həmin sahənin məhz cavabdeh tərəfindən qonşuya satılması ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir. İddiaçı onun evinin və yerləşdiyi torpaq sahəsinin cavabdeh tərəfindən qonşuya satılması və sonuncunun həmin evi sökməsi dəlilini əvvəlki apellyasiya icraatı zamanı gö stərmişdir. Halbuki, məhkəmələr həmişə iddiaçıya məxsus olan evin məhz cavabdehin istifadəsində olan evin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşüb düşməməsi ilə aydınlaşdırmağa çalışmış, iddiaçı isə yerləşdiyi sahənin qonşuya satılması və qonşu tərəfindən sökülməsi barədə bildirməmişdir. İddiaçının irəli sürdüyü yeni dəlillə bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Belə bir sübut kimi torpağın qonşuya satılması və qonşunun istifadəsində olması sənədlər, evinin qonşu tərəfindən sökülməsini təsdiq edən şahid ifadələri və ya digər sübutlar ola bilərdi, Belə olan halda da, evi sökülməsi ilə bağlı iddia tələbinə cavab verən şəxs qonşudur, ona qarşı tələb irəli sürülə bilərdi.
47. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, cavabdehin yaşadığı evdən çıxarılması və iddiaçının ailəsi il ə birlikdə həmin evə köçürülməsi tələbi təmin oluna bilməz. Çünki, həmin evin yerləşdiyi torpaq sahəsi cavabdehin istifadəsinə ayrılmış, iddiaçı həmin sənədləri mübahisələndirsə də, buna nail ola bilməmiş, qeyd olunan evin tikintisində iddiaçının hər hansı rolu olması və həmin evdə yaşaması faktı təsdiq olunmamışdır. Nəzəri olaraq qəbul etsək ki, hətta, iddiaçının mərhum atası cavabdehlə birgə yaşadığı vaxtı həmin evin tikintisində iştirak etmişdir, yenə də, iddiaçının həmin evə istifadə hüququ yaranmır, çünki həmin evdə yaşamamış və ev miras əmlakın kütləsinə daxil deyil.
48. Beləliklə, iddiaçı ona məxsus olan sahəsi 14 kv metr evin və evə aid olan torpaq sahəsinin cavabdeh tərəfindən kiməsə satılması, bununla da evinin sökülməsi üçün şərait yaradılması, eləcə də, cavabdehin yaşadığı evə hüquqlarının olması hallarını sübuta yetirə bilmədiyi üçün işə baxan birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.
49. Məhkəmə kollegiyası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)1037/2020 nömrəli, 19 fevral 2020-ci il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı məsələsinə qiymət verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə müəyyən etdiyi hal, yəni İddiaçı mülkiyyətində olan ümumi sahəsi 14,0 kv metretr olan fərdi yaşayış evinin Cavabdeh mülkiyyətinə verilmiş Bilgəh qəsəbəsi ərazisində H.Z.Tağıyev küçəsində yerləşən 780 kv metretr torpaq sahəsinin sərhədləri ilə üstüstə düşməsinin müəyyən edilməməsi hazırda araşdırılan digər iki mülki iş üzrə araşdırma nəticəsində də öz əksini tapmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kass asiya şikayətinin dəlilləri
50. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməklə yeni qərar qəbul edilməsini xahiş etmiş, kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı rədd edərkən atasından miras qalmış ev və torpaq sahəsi dövlət reyestrində onun adına qeydiyyata alınmasını diqqətdən qaçırmışdır. Adına çıxarış verilən zaman torpaq sahəsi yaşayış evi yerində yoxlanılmış, həmin əmlakların mövcud olması və digər şəxslərin icarəsində və mülkiyyətində olmaması müəyyən edilmşidir. 20 sentyabr 2007-ci il tarixdə Sabunçu Bələdiyyəsi tərəfindən Cavabdeh fərdi yaşayış evi tikmək üçün torpaq ayrılmasının qanuni olması araşdırılmamışdır, Həmin torpaq sahəsi Bələdiyyənin mülkiyyətində olmamış, mərhum atasına məxsus olmuş və iddiaçı nın atasının yanında həmin mübahisəli evdə yaşaması Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndənin verdiyi arayışla öz təsdiqini tapmışdır. İdiiaçı İddiaçı qanunu mülkiyyətində olan 496 kv metr torpaq sahəsini Sabunçu rayon Bələdiyyəsi qanunsuz olaraq Cavabdeh icarəsinə vermişdir. Ekspertiza rəylərində həmin torpaq sahələrinin üzs-üstə düşməsinin mümkün olmaması barədə göstərilənlər də həqiqəti əks etdirmir. İddiaçıya atasından miras qalmış 496 kv metr torpaq sahəsi və 1 otaqlı evin harda olmasını müəyyən etmək, evindən və torpaq sahəsindən məhrum olmasında təqsirkar şəxsləri müəyyən etmək məhkəmənin vəzifəsi idi. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara tam və hərtərəfli baxmamış, həmin sübutlara düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayət inə qarşı etirazın dəlilləri
51. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
52. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 103.1. Ekspertin rəyi məhkə mə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 57. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
62. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfi ndən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edilsə də, Cavabdeh məhkəmə aktından kassasiya şikayəti verməmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh iddiası ilə bağlı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1037/2020 nömrəli, 19 fevral 2020-ci il tarixli qətnamələrinin dəyişdirilmədən saxlanılması hissədə apellyasiya məhkəməsinin qətnaməsi hazırkı kassasiya baxışının predmetinə aid deyildir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası məruzəçini din ləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Kassasiya şikayətində göstərilən dəlilləri iddiaçı tərəf iddia ərizəsində və apellyasiya şikayətində göstərmiş, həmin dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsmz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məh kəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır təkrar qiymətləndirməyə zərurət görmür.
66. Məhkəmə-tibbi ekspertiza keçirilən zaman iddiaçının işitrakının təmin olunmaması və Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5” X9 585/KEŞ saylı 21 yanvar 2021-ci il ekspert rəyinin natamam olması və bu barədə olan təkrar ekspertiza keçirilməsi barədə vəsatəttin əsassız olaraq rədd edilməsi barədə kassasiya şikayətinin dəlillərinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvercilikdə ekspertizanın keçirilməsində tərəflərin iştirakı nəzərdə tutulmamışdır. Ekspert rəçyinin natamamlığı görünmür, iddiaçı tərəf ekspert rəyinin natamamlığını təsdiq edəcək sübutlar təqdim etməmiş və inandırıcı dəlillər irəli sürməmişdir. Rəy iddiaçının müşahidəsi və müayinəsinə dair m əlumatları özündə əks etdirən “BONADEA” Beynəlxalq Hospitalında, “Oksigen” Klinikasında, “X2”nda tərtib edilmiş “Hamilə və Zahı qadınların müşahidə vərəqəsi”, “X3” vərəqəsi və “Doğum tarixi” barədə sənədlər və mülki iş materiallarına əsasən aparılmışdır.
67. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti iddiaçının təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiy