Məhkəmə qərarları › İş №2(102)-1860/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1860/2023

16.05.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1860/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası” X7rşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası” X7rşı “işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödəni lməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1034/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə İddiaçı arasında bağlanmış 1 dekabr 2020-ci il tarixli “Könüllü fəaliyyət haqqında müqavilə”-ə əsasən İddiaçı 1 dekabr 2020-ci il tarixdən 1 mart 2021-ci il tarixədək yeni növ koronavirus infeksiyası ilə mübarizə və profilaktika tədbirlərinə cəlb olunmuşdur. Müqavilənin 2-ci maddəsində müəyyən edilən şərtə əsasən, müqavilə müddətinin bitməsinə bir həftə qalmış tərəflərdən heç biri müqaviləyə xitam verilməsi tələbini ya zılı şəkildə irəli sürmədikdə, bu müqavilə hər dəfə növbəti 1 ay müddətinə uzadılır. 2. “Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası” X12 (sonradan adı dəyişdirilərək Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Ə.D.Məlikov adına X8” X9muşdur) ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən, İddiaçı 15 fevral 2021-ci il tarixdən terapevt həkim vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsinin qüvvədə olmasının son müddəti 15 may 2021-ci il müəyyən edilmişdir. Müqavilənin 8-ci maddəsi “əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumatlar” adlanmış və həmin maddənin altındakı qrafada heç bir qeyd aparılmamışdır. Həmçinin, müqaviləyə 8-ci maddədən çıxarış əlavə edilmişdir ki, həmin hissə də boş olmaqla, sonda “işçi” qrafası imzalanmışdır. Digər tərəfdən, eyni müqavilənin digər nüsxəsində müəyyən edilmişdir ki, müqaviləyə “51” sıra nömrəsi verilmiş, bağlanma tarixi olaraq xx.xx.2020-ci il qeyd edilmiş, müqavilənin 8-ci maddəsi “əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumatlar” adlı maddənin altındakı qrafada heç bir qeyd aparılmamışdır. Müqaviləyə 8-ci maddədən çıxarış əlavə edilmiş və qeyd edilmişdir ki, “xx.xx.2021-ci il tarixli, 105/k saylı əmrə əsasən əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək uzadılsın.” Həmin qeydlərin sonunda işəgötürənin imza və möhürü, həmçinin işçinin imzası ilə təsdiq olunmuşdur. 3. “Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası” X10 direktoru tərəfindən verilmiş 31 may 2021-ci il tarixli, 107-K nömrəli əmrlə İddiaçı ilə bağlanm ış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən 1 iyun 2021-ci il tarixdən xitam verilmişdir.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış 12 iyul 2021-ci il tarixli məktuba əsasən “İddiaçı müraciəti ilə əlaqədar “Ə.D.Məlikov adına X8” X10 rəhbərliyi tərəfindən X3 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş sənədlərdə onunla (İddiaçı) bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2021-ci il tarixdə qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilmişdir.”

5. İddiaçı bundan əvvəl Səhi yyə Nazirliyi Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına qarşı “işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin sonradan iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5337/2021 nömrəli, 19 avqust 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası” X11 (bundan sonra – Xəstəxana və ya cavabdeh) qarşı hazırki iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 31 may 2021-ci il tarixli əmrin ləğv edilməsi, onun həmin Xəstəxanaya həkim-terapevt vəzifəsinə bağlanmış müqavilə müddəti üzrə eyni müddətə işə bərpa edilməsi, cavabdehlə aralarında bağlanmış müddətli müqavilənin eyni müddətə bağlanmış hesab edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, İcbari Tibbi Sığorta Agentliyinin və TƏBİB-in sərəncamı ilə Abşeron X2 idarə edilməsi əvvəlki səhiyyə müəssisəsindən alınaraq 25 dekabr 2020-ci il tarixdən COVİD 19 pandemiyasının bitməsinə qədər Ə.D.Məlikov adına X5 həvalə olunmuşdur. Onunla bağlanmış “Könüllülərin fəaliyyəti haqqında” müqaviləyə xitam verilmədən, növbəti əmək müqaviləsi Ə.D.Məlikov adına X4 direktor müavini Rafiq Nağıyevlə və onunla imzalanmış 15 fevral 2021 - 15 may 2021-ci il tarixə qədər hər dəfə 3 ay qrafikinə riayət etməklə müddətli əmək müqaviləsi bağlanmışdır. Müddətli əmək müqaviləsinin müddəti 2021-ci ilin sonuna qədər deyil, İcbari Tibbi Sığorta Agentliyi ilə bağladığı 3 aylıq könüllülük müqaviləsinə uyğun olaraq qrafik üzrə hər 3 aydan bir uzadılaraq pandemiyanın bitməsi dövrünə qədər müvəqqəti modul tipli xəstəxanaya çevrilmiş Xırdalan şəhəri X2 pandemiyaya bağlanması dövrünə qədər hesablanmışdır. 3 aylıq müddətli əmək müqaviləsi 15 may 2021-ci il tarixdə bitdiyi ərəfələrdə digər müddətli müqav ilə bağlanmış “könüllü həvəskar həkimlər”lə yanaşı ona da yenidən 3 aylıq əmək müqaviləsi bağlamaq təklif olunmuşdur. Cavabdeh 1 iyun 2021-ci il tarixdə onun razılığı, iştirakı, məlumatı olmadan onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Cavabdehin əməlləri barədə Əmək Müfəttişliyinə müraciət etmiş, lakin müsbət nəticə əldə etməmişdir. Onunla bağlanmış əmək müqaviləsinin müddəti 15 may 2021-ci il tarixdə bitməsinə baxmayaraq, əmək münasibətlərinə 31 may 2021-ci il tarixdə xitam verilmişdir. Yəni o, əlavə 16 gün işləmiş, lakin bu barədə onunla müqavilə bağlanmamışdır. Əsli iki nüsxədən ibarət olan əmək müqaviləsinə heç bir əsas olmadan yarım vərəq əlavə edilmişdir. Müqavilənin 8-ci bəndində göstərilən əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumatlar yerinə heç bir qeydlər olmadan 15 fevral 2021-ci il tarixdə imza atmasına səbəb olan 3 aylıq qeydlərin əlyazma ilə həmin boş sətirlərdə aparılması adı altında onu yanlışlığa sövq etmişlər. Müqavilənin tərtib edilməsinə məsuliyyətsiz yanaşılmış, qeydiyyat nömrəsi qeyd edilməmiş, cavabdeh tərəfindən təqdim olunan nüsxədə müqaviləyə 51 nömrəsi qeyd edilmişdir. Müqavilənin sonunda yarım A4 vərəqdə müqaviləyə dəyişikliklər barədə qeydlər cavabdeh tərəfindən ondan xəbərsiz tələsik aparılmış, tarixi də səhv olaraq 23 dekabr 2020-ci il qeyd edilmişdir. Müqavilədə cavabdehin imzası və möhürü olduğu halda, əlavədə yalnız möhür olmuşdur. Cavabdehdə olan müqavilənin nüsxəsində tarix qeyd edilməmişdir. Müqaviləyə əlavədəki qeydlər cavabdeh tərəfindən əlyazma ilə sonradan, ondan xəbərsiz doldurulmuşdur. Cavabdeh 15 may 2021-ci il tarixli əmri onun əmək kitabçasında və əmək müqavilələrinin elektron qeydiyyat sisteminə daxil etməmişlər. Hər ay müqavilə üzrə ona 2500 manata yaxın əmək haqqı ödənilirdi. Əvvəlki mülki iş üzrə məhkəmə iclaslarında cavabdehin nümayəndələri onun yenidən öz iş fəaliyyətini davam etdirməsinə etiraz etmədiyini və öz üzərinə onu həmin modulda işlə təmin etmək öhdəliyini götürməsini səsləndirmiş, bu səbəbdən ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Lakin məhkəmə işi başa çatdıqdan sonra müxtəlif bəhanələrlə onun işə bərpa olunması yubadılaraq, hal hazırki səviyyəyə gətirilmişdir. Cavabdehlərin ona qarşı vəzifə səlahiyyətlərini aşmaqla heç bir əsas olmadan 10 ay ərzində 1 iyun 2021-ci il tarixdən 28 fevral 2022-ci il tarixə qədər məcburi iş buraxmağına görə ona hər ay əmək haqqı və ona olunan beş qat əlavələr, yəni 406 manat əmək haqqı və ona əlavə olunan beş qat əlavələrlə ayda 2200 manat olmaqla 10 ayda 22000 manat maddi ziyan dəymişdir. İlk növbədə bu səbəblərdən cavabdeh ona həmin məbləği ödəməlidir. Həmçinin, işə bərpa olmaq müddəti də həmin 10 aylıq tarixlərə şamildir və o, dəfələrlə cavabdehin öhdəlikləri yerinə yetirməməsi səbəbindən həm də mənəvi ziyana düşmüşdür.

8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, pandemiyaya qarşı mübarizə çərçivəsində X1 modul tipli xəstəxana təşkil edilmiş, həmin xəstəxanada müvəqqəti əsaslarla işə cəlb edilmiş şəxslərlə “Ə.D.Məlikov adına X8” X12 arasında əmək müqavilələri bağlanmışdır. Daha sonra xəstələrin sayının azal ması ilə bağlı müvəqqəti işə cəlb edilmiş şəxslərlə bağlanmış müqavilələrin müddəti uzadılmamışdır. İddiaçı da həmin modul tipli xəstəxanada işə cəlb edilmiş və onunla 15 fevral 2021-ci il tarixdə 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin müddəti əlavə 15 gün, yəni 1 iyun 2021-ci il tarixədək uzadılmışdır. Müddətin uzadılması yazılı qaydada rəsmiləşdirilmiş, həm işəgötürən, həm də işçi tərəfindən imzalanmışdır. Əmək müqaviləsinin müddətinin uzadılması müvafiq əmrlə rəsmiləşdirilmiş, həmçinin buna dair məlumat əmək müqaviləsinin qeydiyyat sisteminə də daxil edilmişdir. Xəstələrin azalması ilə bağlı modul tipli xəstəxananın fəaliyyətinin məhdudlaşması nəzərə alınaraq, iddiaçının əmək müqaviləsinin müddəti 1 iyun 2021-ci il tarixdən sonra uzadılmamışdır. Müddətl i əmək müqaviləsinin müddətinin bitməsi barədə iddiaçıya bildirilmiş və ona müvafiq son haqq-hesab qanunvericiliyə uyğun hesablanıb ödənilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin göründüyü kimi, iddiaçı 9 ay sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4 may 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 4/795 nömrəli, 24 iyun 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iş materiallarında olan 51 saylı əmək müqaviləsində və iddiaçı tərəfindən təqdim edilmiş müqavilədə və onlara edilmiş “əmək müqaviləsinə dəyişikliklər və əlavələr barədə məlumatlar”-da “işçi” bölməsində “imza” qrafasında olan imzalar İddiaçı tərəfindən icra olunmuşdur.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli qərardadına əsasən iş üzrə kompleks məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 5/978 nömrəli 19 sentyabr 2022-ci il tarixli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş “əmək müqaviləsinə dəyişikliklər və əlavələr barədə məlumatlar”-da “işçi” bölməsində “imza” qrafasında olan imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdur. Rəqəmsal çap qurğusu (printer, çoxald ıcı qurğu) vasitəsilə hazırlanmış sənədlərin tərtib olunma tarixini, ştempel boya ilə icra olunmuş möhür əksinin və diyircəkli qələmlə icra olunmuş əlyazmalarının və imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərarda göstərilən sual üzrə tədqiqat aparılmamışdır.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-1917/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia tələbi təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı izahatında onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 43-cü maddəsinə uyğun tərtib edilmədiyini bildirməsə də, müqavilənin yenidən tərtib edilməsi təşəbbüsü ilə cavabd ehə müraciət etməmiş, habelə iddiaçı tərəfindən həmin müqavilə mübahisələndirilməmişdir. Tərəflər arasında əmək müqavilələri qarşılıqlı razılıq əsasında sərbəst şəkildə bir neçə dəfə müddətli bağlanmış, iddiaçının müqavilənin müddətsiz bağlanması ilə bağlı tələbi olmamışdır.

13. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi göstərilmişdir.

14. Hazırki halda iddiaçı cavabdeh tərəfindən verilmiş əmrə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndində göstərilən əsasla, yəni onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə işdən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaç ı bu barədə cavabdehin hərəkətinin qanunauyğunsuzluğu barədə X3 Xidmətinə müraciət etmiş, aparılmış araşdırma zamanı cavabdeh tərəfindən verilmiş 31 may 2021-ci il tarixli əmrin qanunauyğun olduğu müəyyən edilmişdir.

15. Cavabdeh iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsi barədə müvafiq ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı isə izahatında iddia müddətini buraxmadan məhkəməyə müraciət etdiyini, sonradan cavabdehin onu işə bərpa edəcəyinə aldanaraq, iddia ərizəsinin baxılmamış saxlanmasını tələb etdiyi və məhkəmənin bu əsasla iddia ərizəsini 19 avqust 2021-ci il tarixli qərara əsasən baxılmamış saxladığını, hazırki iddia verilən dövrədək cavabdehin onu işə bərpa etmədiyini bildirmişdir.

16. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı cavabdehin hərəkətlərində qanunsuzluq müəyyən edilmədiyindən, iddia tələbi əsassız olmaqla yanaşı, iddiaçının yuxarıda göstərilənlərə görə iddia müddətini buraxması da əsaslı səbəb kimi qəbul edilə bilməz. Belə ki, iddiaçının hazırki iddia tələbi ilə eyni məzmunlu əvvəlki iddiası 19 avqust 2021-ci il tarixdə baxılmamış saxlanılmış (buna əsas iddianın ərizəsini geri götürməsi olmuşdur), iddiaçı hazırki iddia ərizəsi ilə həmin qərardad çıxarılandan təxminən 6 ay sonra məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia müddəti də hər hansı üzürlü səbəbin mövcudluğu göstərilmədən ötürülmüşdür.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43, 45, 46, 68, 296.2-ci, Azərbaycan Respublikası Mülki Məcəllə sinin 375-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti belə əsaslandırılıb ki, iddiaçı 15 fevral 2021-ci il tarixdən 15 may 2021-ci il tarixədək 3 ay müddətinə Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında həkim-terapevt vəzifəsinə işə qəbul olunmuşdur. Bu barədə tərəflər arasında əmək müqaviləsi bağlanmışdır. O, Ə.D.Məlikov adına X4 nəzdində olan modul tipli xəstəxanaya çevrilmiş X1 həkim-terapevt vəzifəsində iş fəaliyyətini davam etdirmişdir, yəni cavabdehlə onun arasında bağlanan müqavilənin müddə ti 15 may 2021-ci ildə bitdikdən sonra daha 16 gün işə çıxmışdır. Qanunvericiliyin tələbinə görə aralarında yenidən əmək müqaviləsi bağlanmadığından bağlanmış əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə, yəni 3 ay müddətinə bağlanmış hesab olunur. Lakin cavabdeh əmək müqaviləsinin yenidən həmin müddətə bağlanmasını nəzərə alsa da, qanunsuz olaraq 01 iyun 2021-ci il tarixdə onun razılığı və xəbəri olmadan onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Həmçinin, hesab edir ki, iddia müddəti ötürülməmişdir. Belə ki, hüququnun pozulduğunu bildiyi vaxtdan məhkəməyə müraciət etmiş, cavabdeh onu aldadaraq razılıq əldə ediləcəyini bildirmiş, o da iddia ərizəsinin baxılmamış saxlanmasını istəmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya sı məhkəməsi) 2(103)-1034/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Günay Axundova və Fuad Babayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin mövqeyinə uyğun əsaslandırmış, həmçinin qeyd etmişdir ki, tərəflər arasında əmək müqavilələri qarşılıqlı razılıq əsasında sərbəst şəkildə bir neçə dəfə müddətli bağlanmış, iddiaçının müqavilənin müddətsiz bağlanması ilə bağlı tələbi olmamışdır.

22. Cavabdeh iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsi barədə müvafiq ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı isə izahatında iddia müddətini buraxmadan məhkəməyə müraciət etdiyini, sonradan cavabdehin onu işə bərpa edəcəyinə aldanaraq, iddia ərizəsinin baxılmamış saxlanmasını tələb etdiyi və məhkəmənin bu əsasla iddia ərizəsini 19 avqust 2021-ci il tarixli qərara əsasən baxılmamış saxladığını, hazırki iddia verilən dövrədək cavabdehin onu işə bərpa etmədiyini bildirmişdir.

23. İddia tələbi əsassız olmaqla yanaşı, iddiaçının iddia müddətini buraxması da əsaslı səbəb kimi qəbul edilə bilməz.

24. Belə ki, iddiaçının hazırki iddia tələbi ilə eyni məzmunlu əvvəlki iddiası 19 avqust 2021-ci il tarixdə baxılmamış saxlanılmış (buna əsas iddianın ərizəsini geri götürməsi olmuşdur), iddiaçı hazırki iddia ərizəsi ilə həmin qərardad çıxarılandan təxminən 6 ay sonra məhkəməyə müraciət etmişdir.

25. Göründüyü kimi iddiaçı tərəfindən iddia müddəti də hər hansı üzürlü səbəbin mövcudluğu göstərilmədən ötürülmüşdür.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43, 45, 46, 68, 296.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

28. Şikayətin dəlilləri iddia ərizəsinin dəlilləri ilə və iddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatla eynilik təşkil edir. Kassator qeyd etmişdir ki, onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 43-cü maddəsinə uyğun tərtib edilmədiyini bildirsə də, müqavilənin yenidən tərtib edilməsi təşəbbüsü ilə cavabdehə müraciət etmiş, habelə həmin müqavilə tərəfindən mübahisələndirilmişdir. Digər tərəfdən, müqaviləyə həcmcə çox olan dəyişikliyin ayrılıqda tərtib edilərək təsdiqlənməsi də Əmək Məcəlləsi ilə müəyyən edilmişdir. Göründüyü kimi aralarında əmək müqavilələri qarşılıqlı razılıq əsasında sərbəst şəkildə bir neçə dəfə müddətli bağlanmış, onun müqavilənin müddətsiz bağlanması ilə bağlı tələbi olmasa da, müqavilənin müddəti başa çatdıqdan sonra cavabdeh uzun müddət işləməyinə baxmayaraq müqavilənin pozulmasını tələb etməmişdir.

29. İddia müddətinin ötürülməsi ilə bağlı kassator qeyd etmişdir ki, qanunla müəyyən edilmiş müddəti ötürm əmişdir. Müddətin ötürülməsinə səbəb o olmuşdur ki, məhkəmədə ona bildirmişlər ki, onun yenidən işə qayıtmağına razı olduqlarını, barışıq sazişi bağlayaraq yenidən işlə təmin edilməyinin mümkün olmasını bildirmişlər. Onu aldatmışlar, buna görə də məhkəməyə ərizə ilə müraciət edərək iddianın baxılmamış saxlanmasını xahiş etmişdir. Lakin sonradan cavabdeh vədinə əməl etməmiş, onu işə qəbul etməmişdir. Buna görə də o yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

30. Kassator şikayətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46, 54-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 80, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Cavabdeh kassasiya şikay ətinə etiraz edərək, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi instansiyası

32. Maddə

12. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır:... c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;...

33. Maddə 68, 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

34. Maddə 68, 2-ci hissə. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:... b) əmək müqaviləsinin müddətinin qurtarması;...

35. Maddə 73, 1-ci hissə. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsi ndə göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

36. Maddə 73, 2-ci hissə. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

37. Maddə 296, 1-ci hissə. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

38. Maddə 296, 2-ci hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

39. Maddə 296, 6-cı hissə. Bu maddədə göstərilən müddətlər üzürlü səbəbdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

40. Maddə

375. Hüqu qun müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq o laraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri t ərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv o lunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. İddia tələbinin hüquqi əsaslarından biri kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. işəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;

2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;

3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsini müəyyən etmişdir.

53. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi üçün Əmək Məcəlləsinin 300-cü maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur.

54. Tərəflər arasında yaranmış münasibətlər müddətli əmək münasibətləridir və məhkəmələr iddianın həllinə haqlı olaraq Əmək Məcəlləsinin müddətli əmək müqaviləsi üzrə münasibətləri tənzimləyən müddəalarını tətbiq etmişlər.

55. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə görə əmək müqaviləsi işəgötürənlə işçinin hüquq və vəzifələrini müəyyən edən əsas sənəddir.

56. Buna görə də iddiaçının onunla bağlanmış müqavilə ilə müəyyən olunan hüquq və vəzifələrdən kənar tələb irəli sürməsinin qanuni əsası yoxdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin qanunsuz hesab olunması tələb edilməmişdir.

57. Bundan başqa, fərdi əmək mübahisələ rinin həllində iddia müddətlərindən bəhs edən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

58. Bu normada bəhs olunan “hüququnun pozulmasının aşkar edildiyi gün” dedikdə işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün başa düşülür.

59. Baxılan işdə iddia müddətinin hesablanması ilə bağlı məhkəmələr xüsusi hal kimi qeyd ediblər ki, İddiaçı bundan əvvəl Səhiyyə Nazirliyi Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5337/2021 nömrəli, 19 avqust 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır.

60. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.

61. Məhkəmələr sözügedən iddianın baxılmamış saxlanması barədə qərardada istinad edərək bildirmişdir ki, iddiaçı hazırki iddia ərizəsi ilə həmin qərardad çıxarılandan təxminən 6 ay sonra məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia müddəti hər hansı üzürlü səbəbin mövcudluğu göstərilmədən ötürülmüşdür.

62. Məhkəmə kollegiyası apely asiya instansiyası məhkəməsinin bu qənaəti ilə razılaşır. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə görə iddia müddətinin üzrlü səbəbləri – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı ola bilər.

63. İddiaçının müddəti ötürməsinə səbəb kimi bu hallara istinad olunmamışdır.

64. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

65. Kassasiya şikayətinin bəzi dəlilləri işin fakt iki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

66. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1034/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi anda

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar