Məhkəmə qərarları › İş №2(102)-1861/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1861/2019

13.03.2019 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1861/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli 2(103)11002/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim L.O.Talıbova, iş № 2(011)-5691/2018) İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.T.Həsənov, V.Ə.Baxışova və N.Ş.Cəfərov) iddiaçının apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Xətai rayon məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh Təmir-Tikinti İdarəsinin 10 may 2018-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı “Cavabdeh Təmir-Tikinti İdarəsinin Texniki İstehsalat şöbəsi rəisinin müavini vəzifəsinə bərpa edilməsi, məcburi işburaxmaya görə 17 aprel 2018-ci il tarixdən hesablanmaqla əmək haqqının İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İşin halları: Tərəflər arasında bağlanmış 05 iyun 2014-cü il tarixli əmək müqa viləsinə əsasən iddiaçı İstehsalat Birliyinə işə qəbul olunmuş və 26 yanvar 2018-ci il tarixdən həmin müəssisənin X2 rəis müavini vəzifəsinə işə qəbul olunmuş və cavabdehin 10 may 2018-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. 2018-ci ilin iyun ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 18 aprel 2018-ci il tarixə kimi əmək məzuniyyətində olmasını, lakin xəstələnməsi ilə əlaqədar məzuniyyətdən sonra işə çıxmamasını və bununla əlaqədar müalicə olunduğu X1 tərəfindən ona əmək qabiliyyətinin olmaması barədə vəsiqə verilməsini, lakin buna baxmayaraq cavabdehin 10 may 2018-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onunla bağlanmı ş əmək müqaviləsinə xitam verilməsini əsas göstərməklə həmin əmrin ləğv edilməsi, vəzifəsinə bərpa olunması, məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsi və mənəvi zərərə görə onun xeyrinə 30.000 manat tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək iddiaçının əmək qabiliyyətinin olmaması barədə onlara məlumat verməməsini, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə dair cavabdehin 10 may 2018-ci il tarixli əmri onunla əsaslandırılmışdır ki, o, 18 aprel 2018-ci il tarixdə heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir. İşin apellyasiya instansiya sı məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı kəskin bronxit angina diaqnozu ilə 17 aprel 2018-ci il tarixdən 15 may 2018-ci il tarixə kimi əmək qabiliyyətinin olmaması ilə əlaqədar işdən azad olunmuş və bu iddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş X1nın əmək qabiliyyətinin olmaması vərəqəsi ilə təsdiq olunur. (i/v 15) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə görə özünün xəstəliyi, yaxın qohumlarının xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 74-cü maddəsinə edilmiş qeydə əsasən əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə x itam verilməsi üçün əsas ola bilməz. Qanunun göstərilən müddəaları xəstə olduğu vəziyyətdə işçi ilə əmək müqaviləsinə xitam verilməsini istisna etdiyindən, iddiaçı isə xəstə olması səbəbindən işə çıxmamasına baxmayaraq işdən azad olunduğundan, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə kollegiyası iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 30 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar