Məhkəmə qərarları › İş №2(102)-1861/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1861/2024

02.07.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1861/2024 02.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından AzərbaycaniRespublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgüloğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-575/2024 nömrəli, 8 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 2 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə X3 xx.xx.2007-ci il tarixdə nikah bağlamışlar, bu nikahdan xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh1 Səxavət oğlu doğulmuşdur.

2. İddiaçı ailə qurduqdan sonra Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yaşamağa başlamışdır.

3. Mübahisəli mənzil Cavabdeh1 Nərimanov Rayon İcra Hakimiyyətinin 014533 nömrəli, xx.xx.1991-ci il tarixli orderi əsasında verilmiş və xx.xx.2010-cu ildə özəlləşdirmə ilə dövlət reyestrində mülkiyyət hüququ ilə onun adına qeydə alınmışdır. 4. 84 saylı MKİS-in xx.xx.2022-ci il tarixli, 414 saylı arayışına əsasən, iddiaçı mübahisəli mənzilə xx.xx.2010-cu il tarixdə qeydiyyata düşmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən mənzilin mülkiyyətçisi Cavabdeh1 onun qayınatası, Cavabdeh2 onun qaynanası və digər Cavabdeh3 isə qaynıdır. Gəlin köçdükdən təxminən 2 il sonra mübahisəli mənzildə qeydiyyata düşmüşdür. Həmin mənzilə qeydiyyata düşdüyü vaxt mənzilin orderi olmuş və sonradan ev qaynatasının adına özəlləşdirilmişdir. Həyat yoldaşı ilə münasibətlərinin soyumasından istifadə edən cavabdehlər ona mənzili boşaltmaqla bağlı təzyiqlər etmiş və sonunda azyaşlı övladı ilə birlikdə onu məcburi şəkildə avqust ayının 27-də mənzildən çıxarmışlar. O, hal-hazırda övladı ilə valideyninin yanına sığınmaq məcburiyyətində qalmışdır. Övladı məktəblidir, Nizami rayon 251 saylı tam orta məktəbin 9-cu sinfində oxuyur. Özü də həmin rayonda yerləşən Körpələr evində rus dili müəlliməsi vəzifəsində çalışır. Valideyninin evinin dar olmağı, uşağın təhsil aldığı məktəbin v ə iş yerinin uzaq olması bir sıra çətinliklər yaradır.

6. İş üzrə üçüncü şəxs X3 (əri) iddiaya münasibətdə xx.xx.2022-ci il tarixdə ərizə verərək, iddia tələbinə xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, arvadı İddiaçı ondan xəbərsiz, icazəsi olmadan, onunla məsləhətləşmədən doğma atası Cavabdeh1, anası Cavabdeh2 və qardaşı Cavabdeh3 qarşı mənzilə köçürmə tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsində yazılanlar onun valideynlərinə qarşı şər və böhtandır. Belə ki, sözügedən mənzil onun atası Cavabdeh1 tam mülkiyyətindədir. Valideynləri və orada yaşayan qardaşı humanizm göstərərək onların tikdirdikləri ünvan 2 ünvanda olan "xxxx" MMCyə məxsus mənzil hazır olana qədər ailəsi ilə birlikdə atasının mülkiyyətində olan mənzildə müvəqqəti yaşamağa icazə v ermişdir. Hal-hazırda həmin mənzil hazırdır, onlar həmin mənzilə köçmək ərəfəsindədirlər. Lakin onun arvadı İddiaçı anasının diktəsi ilə ailəyə narazılıq salıb. Narazılığın əsas səbəbi ondan ibarətdir ki, ona məxsus maaş kartından xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək pulları çıxardıb, ancaq "xxxx" MMC-yə ödəməyib. O bunu biləndən sonra arvadına irad bildirmiş, maaş kartını bağlatdırmış, yeni maaş kartı alıb özü krediti ödəməyə davam etmişdir. Bunun səbəbini arvadı İddiaçı soruşanda ona bildirdi ki, pulları maaş kartından çıxardıb anasına vermişdir. Bu söz-söhbət olandan sonra ümumi istifadə etdikləri mənzilin açarının surətini hamıdan xəbərsiz olaraq çıxartmış onlardan xəbəri olmadan evdən çıxıb getmişdir. Atası Cavabdeh1 şəkər xəstəsidir, anası Cavabdeh2 böyrək əməliyyatın dan sonra bir böyrəyi çıxarılmış, xəstədir, qardaşı Cavabdeh3 otuz iki yaşı var, evlənmək istəyir. Lakin o öz evi, mənzili ola-ola doğmalarına arvadı İddiaçı ilə birlikdə narahatlıq verirlər. Onun tikdirdiyi "xxxx" MMC-yə məxsus Xırdalan şəhəri, H.Əliyev pr. 167-də “AAAF Park” yaşayış massivi 28 saylı küçədə yerləşən 4 saylı binada 57 saylı mənzilləri hazırdır. Arvadı İddiaçı, övladı Cavabdeh1 Səxavət oğlunu götürüb öz mənzilinə köçür. Onun ailəsini saxlamağa imkanı var. Hələ valideynləri də ona kömək edir. Mənzilinin təmiri müddətində bir müddət kirayədə qalacaq. O, valideynlərinin bu yaşında razı deyil ki, onlar ona və ailəsinə görə əziyyət çəksinlər.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3172/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova) iddia təmin e dilərək İddiaçı övladı xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh1 Səxavət oğlu ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 88 saylı evin136 saylı mənzilinə köçürülməsi qət edilmişdir.

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarının 1-ci bəndinə görə 2000ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Mə cəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İddiaçı 2007-ci il tarixdə X3 ilə rəsmi nikaha daxil olaraq mübahisəli mənzilə köçsə də, həmin mənzil Cavabdeh1 Nərimanov Rayon İcra Hakimiyyətinin 014533 nömrəli, xx.xx.1991-ci il tarixli orderinə əsasən verildiyindən və bununla bağlı məsələlər köhnə Mənzil Məcəlləsi ilə tənzimləndiyindən məhkəmə hesab edir ki, hazırkı halda mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəaları tətbiq edilməklə qiymət verilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 ona orderlə verilən ünvan 3 ünvanında yerləşən 136 saylı mənzilə gəlini İddiaçı razılıq əsasında köçürmüş və İddiaçı mübahisəli mənzildə istifadə hüququ əldə etməklə 2007-ci ildən yoldaşı və cavabdehlərlə birgə yaşamışdır. Daha sonra Cavabdeh1 həmin mənzilin xx.xx.2010-cu ildə mülkiyyətçisi olduqdan sonra xx.xx.2010-cu il tarixdə İddiaçı oraya qeydiyyata salmışdır. Hazırda İddiaçı və X3 arasında nikah pozulmamış, onların birbirinə münasibətdə qarşılıqlı hüquq və vəzifələri yaranmışdır. Həmçinin, valideyn kimi öz uşağını yaşayış yeri ilə təmin etmək iddiaçının vəzifəsidir və onun azyaşlı uşağı var. Məhkəmə iclasında İddiaçı və X1 evlərinin hələ hazır olmaması, evə iddiaçının köçərək yaşaması üçün lazımi şəraitin olmaması, yəni evin təmirsiz olması, özünəməxsus başqa yaşayış sahəsinə malik olmaması öz təsdiqini tapmışdır. İş üzrə cavabdehlərin və iddiaçının həyat yoldaşının onların başqa yaşayış yerində kirayə qalacaq imkana malik olmasına dair gətirdikləri dəlillə bağlı məhkəmə bildirir ki, şəxsin kirayə haqqı öd ənilməklə müəyyən yerdə yaşaması imkanının olması onun əvvəllər istifadə hüququ yaranmaqla yaşadığı mənzilə olan ehtiyacını aradan qaldırmır. Bu hallar İddiaçı özünü başqa yaşayış sahəsi ilə təmin etməyə imkan verməməsinə və onun mübahisəli mənzilə ehtiyacının aradan qalxmamasına əsas verir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli mənzilə köçürülməlidir. İddiaçının altı ay və daha uzun müddətə başqa yerə getməsi isə onu yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. İddiaçı ilə birlikdə xx.xx.2008-ci il təvəllüdlü övladı Cavabdeh1 Səxavət oğlu ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 88 saylı evin 136 saylı mənzilinə köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslər in yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

9. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi xx.xx.1982-ci il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54, 60, 82, 87 və 123-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Cavabdehlər və üçüncü şəxs apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra– apellyasiya instansiyası məhkəməsi) 2(103)-2380/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.İsgə ndərov (sədrlik edən və məruzəçi), V.Sadıqov və M.Rüstəmli) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə çıxarılmaqla iddia rədd edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 2007-ci ildə mənzilə köçərkən mənzil mülkiyyətdə olmamış, yalnız 2010-cu ildə mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Belə olan halda xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Cavabdeh2 şikayəti üzrə 11 iyul 2014-cü il qər arında ifadə edilmiş hüquqi mövqeyə görə yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsi, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Mübahisəli mənzil üzərində mülkiyyət hüququnun qeydə alındığı zaman qüvvəyə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə müvafiq olaraq yaşayış sahəsi mülkiyyətçisinin ailə ü zvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə onun ailə üzvləri hesab edilə bilərlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-ci il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özün ün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən mülkiyyətçinin ailə üzvü olmayan şəxsin yaşayış sahəsinə istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə həmin şəxs arasında notariat qaydada təsdiq olunmuş saziş imzalanmalı və həmin hüquq daşınmaz əmlakın dövlət reyest rində qeydə alınmalıdır. Sadalanan qanunvericilik normalarına əsasən iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh1 ailə üzvü sayılmır və belə olan halda onun həmin mənzildən istifadə hüququ yalnız Mülki Məcəllənin 228.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada mülkiyyətçi ilə həmin şəxs arasında notariat qaydada təsdiq olunmuş saziş əsasında yarana bilər. İşdən göründüyü kimi, tərəflər arasında belə bir sazişin bağlandığı müəyyən edilmir.

13. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə, habelə Mənzil Məcəlləsinin 30-cu maddələrinə istinad etmişdir. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat

14. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 09 oktyabr 2023-cü il tarixli, 2(102)-2998/2023 saylı qərarı ilə (hakimlər Z.Əliyev (məruzəçi), A.Abbasov, V.Məmmədov) kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2380/2023 saylı, 12 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

16. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya kollegiyası nəzərə almamışdır ki, mübahisəli mənzillə bağlı tərəflər arasındakı hüquq münasibətlərinin iddiaçının ailə qu rması ilə həmin yaşayış sahəsinə köçdüyü 2007-ci ildə yaranması, həmin vaxt dövlət mülkiyyəti sayılan mənzilin order əsasında cavabdehlərin kirayəsində olması barədə iş materiallarında çox sayda məlumatlar mövcuddur. Bu xarakterli hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi ilə dəqiq şəkildə tənzimlənmişdir. Həmin Məcəllənin 53 və 54-cü maddələrinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İc arədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər (§ 36-37).

17. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı işə baxmış birinci instansiya məhkəməsi iddiaçının mübahisəli mənzildən istifadə etmək hüququnun qeyd olunan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə əsasən yarandığını, h azırkı məqamda iddiaçının mənzil ehtiyacını başqa yerdə qarşılamaq üçün real imkana malik olmamasını, bu səbəbdən mübahisəli yaşayış sahəsinə ehtiyacının aradan qalxmadığını və onun öz iradəsi ilə daimi olaraq başqa yerə köçməsi sübuta yetirilmədiyi üçün mübahisəli mənzilə münasibətdə yaranmış hüququnun aradan qalxmadığını vurğulamışdır (§ 13, 15). Buna baxmayaraq apellyasiya məhkəməsi qeyd edilən xüsusatlara münasibət bildirməmiş, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə hansı arqumentlərə görə razılaşmadığını lazımi şəkildə əsaslandırmamışdır. d)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

18. Cavabdehlər və üçüncü şəxs apellyasiya şikayəti verilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxa rılmasını xahiş etmişlər.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-575/2024 nömrəli, 08 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər G.Axundova (sədrlik edən və məruzəçi), C.Musayeva və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3172/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsində icarədar ilə birlikdə yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə etmək hüququna malik olması qanunda təsbit edilməklə yanaşı, bu hüququn aradan qalxma əsasları da nəzərdə tutulmuşdur. Belə ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayı ş məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Qanunvericiliyin tələbindən göründüyü kimi, iddiaçının mübahisəli mənzildən istifadə hüququ 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən yaranmışdır, iddiaçının mənzil ehtiyacını başqa yerdə qarşılamaq üçün real imkana malik olması işin halları ilə müəyyən edilmir.

21. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının əri Səxavət Mirzəyev ilə "xxxx" MMC arasında mənzil alğı-satqısı ilə bağlı xx.xx.2015-ci il tarixli müqavilə imzalanmışdır, onun təhvil verilməsi ilə bağlı halın aydınlaşdırılması üçün məhkəmə iclası təxirə salınmış, lakin üçüncü şəxs Səxavət Mirzəyev və cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının vəkili Vəkil1 izahatında bildirir ki, "xxxx" MMC ilə müqavilə bağlansa da ödənişlər vaxtı-vaxtında olmadığına görə mənzil başqa şəxsə satılmışdır.

22. İddiaçının xx.xx.2008-ci il təvəllüdlü övladı Cavabdeh1 ilə sözügedən mənzilə köçürülməsi tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır.

23. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 27.2, xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə, habelə MPM-in 385.2-ci maddə lərinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat a)Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

24. Cavabdeh1 (vəkili Vəkil2) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edərək, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı əri X2 məxsus maaş kartından xx.xx.2021-ci ildən xx.xx.2022- il tarixədək pulları çıxardıb, ancaq "xxxx" MMC-yə ödəməyib. X5 bunu biləndən sonra arvadına irad bildirib, maaş kartını bağlatdırıb, yeni maaş kartı alıb, özü krediti ödəməyə davam edib. Bunun səbəbini arvadı olan iddiaçıdan soruşanda o bildirib ki, pulları maaş kartından çıxardıb anasına vermişdir. Bundan sonra mənzilin açarının surətini hamıdan xəbərsiz olaraq çıxartmış, onların xəbəri olmadan evdən çıxıb getmişdir, onu evdən heç kim qovmamışdır. İddiaçının və ərinin öz mənzili ola-ola yaşlı qayınata və qayınanaya narahatlıq yaratmışdır. İddiaçı vəX5in tikdirdiyi Xırdalan şəhəri, H. Əliyev pr.167-də "AAAF PARK" yaşayış massivi 28 saylı küçədə yerləşən 4 saylı binada 57 saylı mənzilləri hazırdır. İddiaçının ərinin də ailəsini saxlamağa imkanı var, valideynləri də ona kömək edir. 1-ci instansiya məhkəməsinin iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs iddiaçının əri Cavabdeh1 arvadının iddiasını qəbul etmədiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. O qeyd etmişdir ki, onların evləri var, öz evlərində yaşaya bilərlər. İddiaçı məhkəmədə bu iddianı ondan xəbərsiz qaldı rmışdır. İddiaçı evin pulu ödəmək üçün kartdan çıxartdığı 6.000 manatı mənimsəmiş və evin ödənişini etməmişdir. İddiaçı bütün əşyalarını evdən götürərək icazəsiz çıxıb getmişdir. Hal-hazırda iddiaçının əri ayrıca ev kirayələmiş və orada yaşayır. Arvad necə ərsiz qalıb qayın, qayınata və qayınana ilə ərsiz yaşaya bilər? Yuxarıda qeyd olunanlara hakim hüquqi qiymət verməmiş, hüquq normalarını səhv təfsir etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

27. Maddə

43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılmas ı, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

29. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifad ə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

32. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

33. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

34. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

35. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəlikl ər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

36. Maddə 30.5. Əgə r yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir.

37. Maddə 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır.

38. Maddə 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 407.2. Kas sasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Cavabdeh1 kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

45. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin də lillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

46. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

47. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsində icarədar ilə birlikdə yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə etmək hüququna malik olması qanunda təsbit edilməklə yanaşı, bu hüq uqun aradan qalxma əsasları da nəzərdə tutulmuşdur. Yəni, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

48. Qanunvericiliyin tələbindən göründüyü kimi, iddiaçının mübahisəli mənzildən istifadə hüququ 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən yaranmışdır, iddiaçının mənzil ehtiyacını başqa yerdə qarşılamaq üçün real imkana malik olması işin halları ilə müəyyən edilmir.

49. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının əri Səxavət Mirzəyev ilə "xxxx" MMC arasında mənzil alğı-satqısı ilə bağlı xx.xx.2015-ci il tarixli müqavilə imzalanmışdır, onun təhvil verilməsi ilə bağlı halın aydınlaşdırılması üçün məhkəmə iclası təxirə salınmışdır. Lakin üçüncü şəxs Səxavət Mirzəyev və cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının vəkili Vəkil1 izahatında bildirmişdir ki, "xxxx" MMC ilə müqavilə bağlansa da ödənişlər vaxtı-vaxtında olmadığına görə mənzil başqa şəxsə satılmışdır.

50. İddiaçının xx.xx.2008-ci il təvəllüdlü övladı Cavabdeh1 ilə sözügedən mənzilə köçürülməsi tələbinə münasibətdə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır.

51. G östərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ilə razlaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etməklə düzgün nəticəyə gəlmiş və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1nın kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8 yanvar 2024-cü il tarix li, 2(103)-575/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar