Məhkəmə qərarları › İş №2(102)-1864/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-1864/2023

10.04.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1864/2023 10.04.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Ali Məhkəmənin Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-665/2023 saylı 27 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh Şirkəti tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Şirkətinə qarşı “işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-665/2023 saylı 27 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh Şirkəti kassasiya şikayət i vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin kassasiya şikayətinin məzmununu müəyyən edən 407.3-cü maddəsinin tələblərinə görə, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Hazırkı işdə kassasiya şikayəti Cavabdeh Şirkətinin vəkili Vəkil2 tərəfindən imzalansa da, həmin şəxsin cavabdehin nümayəndəsi olmasına dair etibarnamə şikayətə əlavə edilməmişdir. Odur ki, kassasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından şikayətin icraata qəbul olunmasından imtina edilməli və geri qaytarılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh Şirkətinin Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)665/2023 saylı 27 yanvar 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və geri qaytar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar