Məhkəmə qərarları › İş №2(102)-1867/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1867/2024

29.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1867/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər və kateqoriya: mənzildən çıxarılma, vindikasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2106/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 29 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AN-İ №0844805 nömrəli xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın alğı-satqı Müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X2 (bundan sonra cavabdeh) tam mülkiyyət üzrə ona məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 133.6 m2 yaşayış sahəsi 74 m2, yardımçı sahəsi 59.6 m2 olan 3 otaqlı fərdi yaşayış evini (bundan sonra mübahisəli ev) və ümumi sahəsi 0.05 ha olan torpaq sahəsini 20000 (iyirmi min) manata alıcı İddiaçı (bundan sonra iddiaçı) satmışdır.

2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********11-10301, inventar nömrəsi 9098 olan Texniki Pasportun notarial qaydada təsdiq olunmuş su rətinə əsasən mübahisəli evin mülkiyyətçisi iddiaçıdır.

3. Mübahisə cavabdehin mübahisəli evdən çıxmaması ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə iddia ərizəsi (iddianın həcminin azaldılması barədə ərizə) ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçının mülkiyyətində olan mübahisəli evdən çıxarılması və ödədiyi 100 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaxın qohumu Niyaməddin Məmmədov işi ilə əlaqədar Rusiya Federasiyanın Moskva şəhərində yaşayır. İş üzrə cavabdeh həmin şəhərdə olduğu müddətdə Niyaməddindən yüksək məbləğdə pul borc etmiş, həmin pulu qısa zamanda ödədiyini dəfə lərlə desə də, vədinə əməl etməmişdir. Bu söhbət 2020-ci ilin əvvəllərinə kimi davam etmişdir. Sonda hər ikisi öz aralarında razılığa gəlmiş və cavabdeh həmin pulun əvəzində öz şəxsi mülkiyyətində olan evi notarial qaydada alqı-satqı yolu ilə iddiaçının adına keçirmişdir. Əlavə olaraq belə razılaşılmışdır ki, alqı-satqı edilməsinə baxmayaraq cavabdeh 3 ay ərzində borclu olduğu pulu tam məbləğdə ödəyərsə, mülk özünə qaytarılacaq, ödəmədiyi halda isə evi boşaldaraq təhvil verəcəkdir.

3. Üç ay vaxt 2020-ci ilin iyun ayında bitmişdir və həmin vaxtdan bu günə kimi cavabdeh evdən çıxmamışdır. Cavabdehin evdən çıxması ilə əlaqədar dəfələrlə telefon vasitəsi ilə danışıqlar aparılmış, nəticəsi olmamışdır.

4. Cavabdeh iddiaya yazılı etiraz vermişdir. Etirazın dəlilləri belə olmuşdur: - Bərdə şəhəri, Təbriz küçəsi, döngə 4 ev 10 cavabdehin mülkiyyətindədir, həmin evi cavabdehə atası Tanrıverdiyev Tofiq Lətif oğlu bağışlamışdır; - cavabdeh Rusiya Federasiyasında Nizaməddin adlı şəxsdən 500 min rubl borc almışdır. Aldığı borcun məbləği Azərbaycan manatı ilə 8-9 min manat təşkil edir. Borcun bir qismini qaytardıqdan sonra Nizaməddin borcun bütövlükdə qaytarmağı tələb etmişdir. Cavabdehin buna imkanı olmadığı üçün Nizaməddinin yaxın adamları yəqin ki, onun göstərişi ilə cavabdehin mülkiyyətində olan Bərdə şəhəri, Təbriz küçəsi, döngə 4 ev 10-u təhdid altında alqı-satqı etmişdir. Lakin cavabdehin mülkiyyətində ünvan 2 ünvanlar müəyyən edilməlidir; - həmçinin cavabdeh iddiaçını tanımır, onunla heç bir müqavilə bağlamayıb.

5. Birinci instansiya məhkəməsinin sorğusu üzrə Daşınmaz Əmlakın Dövl ət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli məktubuna əsasən Tanrıverdiyev Tofiq Lətif oğlunun adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi ilə cavabdehin adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi eyni fərdi yaşayış evidir. O cümlədən daşınmaz əmlak obyektinə ünvan verilməsi məqsədilə Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 684 saylı arayışına əsasən ev sənədində səhvən döngə 4, ev 10 kimi qeyd olunmuş və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə ünvan 6 ünvan adlandırılmışdır.

6. Birinci instansiya məhk əməsinin sorğusu üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli məktubuna əsasən cavabdehin adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlak obyektinə ünvan verilməsi məqsədilə Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 684 saylı arayışına əsasən ev sənədində səhvən döngə 4, ev 10 qeyd olunub və ünvan 7 ünvan adlandırılmışdır.

7. Bərdə Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(021)-979/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh iddiaçının mülkiyyətində olan Bərdə şəhəri, Təbriz küçəsi, döngə 4, ev 10A ünvanında yerləşən ümumi sahəsi 133.6 m2, yaşayış sahəsi 74 m2, yardımçı sahəsi 59.6 m2 olan 3 otaqlı fərdi yaşayış evindən çıxarılmışdır. (hakim Qamət Əbilov )

8. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, AN-İ №0844805 nömrəli xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdeh tam mülkiyyət üzrə ona məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 133.6 m2, yaşayış sahəsi 74 m2, yardımçı sahəsi 59.6 m2 olan 3 otaqlı fərdi yaşayış evini və ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsini 20000 (iyirmi min) manata iddiaçıya satmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********11-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat ta rixli Çıxarışa əsasən hazırda həmin əmlak mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin mübahisəsiz halına görə mübahisəli ev rəsmi reyestrdə iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdeh iddiaçıya məxsus daşınmaz əmlakdan qanunsuz olaraq istifadə edir və bu, iddiaçının mülkiyyət hüququnu pozur.

10. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisəli ev iddiaçının mülkiyyətində olduğundan, cavabdeh həmin mübahisəli evi zəbt edərək iddiaçının mənzil üzərindəki hüquqlarını pozur. Buna görə də iddia tələbi təmin olunmalı, iddiaçının pozulmuş hüquqları bərpa edilməli, cavabdeh X2 onun mülkiyyətində olan yaşayış evindən çıxarılmalıdır.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1,152.5, 154.1, 157.2, 157.4, 178.1, 203.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin yaşadığı ev Bərdə şəhəri, Təbriz küçəsi döngə 4, ev 10 olmuşdur. Həmin ev atası Tanrıverdiyev Tofiq Lətif oğlu tərəfindən X1 26 oktyabr 2013-cü il tarixdə AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə alınmışdır. Evin ünvanı həmin alqı-satqı müqaviləsində də ünvan 10dir. Lakin məhkəmə öz qətnaməsində həmin alğı-satqı müqaviləsində atası Tanrıverdiyev Tofiq Lətif oğlunun X1 aldığı evin ünvanının guya ünvan 11işdir. Cavabdehin mülkiyyətində olan ev Bər də şəhəri, Təbriz küçəsi döngə 4, ev 10 ünvanıdır, Bərdə şəhəri, Təbriz küçəsi döngə 4, ev 10A ünvanının cavabdehə aidiyyatı yoxdur.

14. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2106/2023 nömrəli, 12 oktyabr 2023-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev, Afiq Hüseynzadə)

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, cavabdehin onun mülkiyyətindəki evin Bərdə şəhəri, Təbriz küçəsi döngə 4, ev 10 ünvanı olması, ünvan 14ədə dəlillərini isə qəbul etməyərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə cavabdeh tam mülkiyyət hüququ ilə üzrə ona məxs us mübahisəli evi iddiaçıya satmışdır.

16. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin məhkəmənin sorğusu üzrə verdiyi xx.xx.2023-cü il tarixli məktubuna əsasən Tanrıverdiyev Tofiq Lətif oğlunun adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi ilə cavabdehin adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi eyni fərdi yaşayış evidir. O cümlədən daşınmaz əmlak obyektinə ünvan verilməsi məqsədilə Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 684 saylı arayışına əsasən ev sənədində səhvən döngə 4, ev 10 kimi qeyd olunmuş və xx.xx.2020-ci il tarix li, ********** qeydiyyat nömrəsi ilə ünvan 6 ünvan adlandırılmışdır. a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (Vəkil2 Bunyat oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh məhkəmədə iddiaçıya 20000 manat borcunu qaytarmağa hazır olduğunu bildirmişdir. Mübahisəli evin alğı-satqısı isə formal olmuşdur. Elə bu səbəbdəndir ki, cavabdehin mülkiyyətində olan mübahisəli evin ünvanı ünvan 15sında olan alqı-satqı müqaviləsində və iddiaçının adına verilmiş çıxarışda Bərdə şəhəri, Təbriz küçəsi döngə 4, e v 10A göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.2.Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin halların ın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansi yası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

21. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

22. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul e dilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə qiymət vermişdir.

25. İddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus yaşayış sahəsindən cavabdehin çıxarılması barədədir. İddiaçı tələbinin əsası kimi mübahisədə adı keçən evi cavabdehdən alğı-satqı müqaviləsi əsasında almasına, buna baxmayaraq cavabdehin evdən çıxmamasına istinad edib.

26. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, mübahisəli ev iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci ildə qeydiyyata alınmış dır, cavabdeh isə hazırda da həmin evdə yaşamaqla iddiaçının mülkiyyət hüquqlarını pozur.

27. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş halları ilə üst-üstə düşür.

28. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.

29. Məhkəmə kollegiyası mübahisəli evin ünvanının ünvan 15sında olan alğı-satqı müqaviləsində və iddiaçının adına verilmiş çıxarışda Bərdə şəhəri, Təbriz küçəsi döngə 4, ev 10A kimi göstərilməsi, bununla da mübahisənin başqa evlə bağlı olması barədə kassasiya şikayətinin dəlillərini qəbul etmir.

30. İşdən görünür ki, bu dəlilləri cavabdeh iddiaya etirazında və apellyasiya şikayətində də bildirmiş, işə mahiyyəti üzrə baxan məhkəmələr müvafiq sorğu nəticəsində aldıqları arayışlara əsasən evlərin eyni olmasını müəyyən etmişlər.

31. Mübahisəli evin alğı-satqısının formal olması barədə dəlillər də əsassızdır. Qeyd edilməlidir ki, hazırki iddia tələbi qeydə alınmış əşya hüququna söykənir. İddiaçının mülkiyyət hüquqları qeydə alınıb. Əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir.

32. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin e dilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2106/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar