Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1867/2025 17.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətə maneələrin aradan qaldırılması (neqator tələb), ekspert rəyi, kassasiya instansiyası məhkəməsinin göstərişləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “daş hasarın cavabdehin hesabına sökülməsi və torpaq sahəsinə giriş-çıxışa yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-28/2025 nömrəli 17 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 17 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Daşınmaz əmlakın xx.xx.2007-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, X1 rayonu, Masazır kəndində yerləşən 2.04 ha torpaq sahəsinin 0.03 ha hissəsini İddiaçı satmışdır. 2. ünvan1 də yerləşən 0.03 ha torpaq sahəsi xx.xx.2014- cü il tarixdə İddiaçı adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il tarixdə, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* saylı çıxarışa əsasən ünvan1ndə yerləşən və onun xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsinə gedən və Cavabdeh (bundan sonra “cavabdeh”) tərəfindən daş hasar çəkilməklə bağlanmış yolda həmin hasarın cavabdehin hesabına sökülməklə açılması, iddiaçının ünvan1ndə yerləşən və xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsinə daxil olmağına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbini onunla əsaslandırılıb ki, iddiaçı ünvan1ndə yerləşən 0,03 ha torpaq sahəsini aldıqdan sonra orada fərdi yaşayış evi tikmişdir. Evin tikintisi bitsə də, evin içərisinin təmiri başa çatmamışdır. Torpaq sahəsinə dair plan və ölçü tərtib edilərkən və çıxarış verilərkən torpaq sahəsinə giriş-çıxış üçün yol nəzərdə tutulmuşdur. İddiaçı da torpaq sahəsinə nəzərdə tutulmuş giriş-çıxış yolu ilə girib-çıxmışdır. Həmçinin, həmin yoldan istifadə etməklə torpaq sahəsinə minik və yük avtomobilləri gəlib-getmişdir. Evin tikintisi üçün materiallar gətirən ağır yük avtomobilləri həmin yoldan girib-çıxmışlar. Cavabdeh iddiaçıya məxsus ünvan1ndə yerləşən 0.03 ha torpaq sahəsinin qonşuluğunda torpaq sahəsi almış və orada tikinti işləri aparmışdır. Lakin cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış yolunu qanunsuz olaraq zəbt etməklə iddiaçıya torpaq sahəsindən rahat istifadə etməyə və həmin torpaq sahəsinə avtomobillərin daxil olmasına mane olmuşdur. Belə ki, cavabdeh heç bir icazə və razılıq olmadan istifadəsində olan torpaq sahəsinin ətrafına hasar çəkərkən, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə gedən yolun bir hissəsini də hasara alaraq öz torpaq sahəsinə daxil etmişdir. Cavabdehin hərəkətləri, yəni heç bir qanuni icazə və razılıq olmadan iddiaçıya məxsus torpaq sahəsinin giriş-çıxışı üçün nəzərdə tutulmuş yolu daş hasar çəkməklə daraltması və yük avtomobillərinin keçməsinə maneə yaratması qanunsuz və əsassız olmuşdur.
5. Birinci instansiya məhkəməsi iş üzrə ekspertiza təyin etmişdir.
6. Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 07 oktyabr 2022-ci il tarixli 10/4839 nömrəli ekspert rəyinə əsasən, faktiki vəziyyətdə naturada mövcud olan yolun ölçülərinin Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-in “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələbi ilə avtomobillərin hərək əti üçün nəzərdə tutulmuş normaya uyğun olduğu, yük avtomobillərinin həyətyanı sahəyə girişi üçün nəzərdə tutulmuş normaya uyğun olmadığı (cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin sənədi olmadığına görə, bu normanın cavabdeh tərəfindən pozulubpozulmadığını müəyyən etmək mümkün olmadı) müəyyən olundu. Həmçinin, faktiki naturada mübahisəli yolun daxilində kanalizasiya xətlərinin, mişar daşlarının, içi su ilə dolu olan metal qabın (torpaq səviyyəsində) mövcudluğu həmin yolda avtomobilin hərəkətinə maneə yaradır. Bundan əlavə, Azərbaycan Dövlət Tikinti Normalarının 2.6-1-nin “şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinə əsasən yaşayış evi ilə küçəni birləşdirən, piyadalar ü çün nəzərdə tutulan yolun eni 1,5 metr, hərəkət (avtomobil) yolunun eni 2,75-3,0 metr, yük avtomobillərinin həyətyanı sahəyə girişi üçün isə yolun eni 4,5 metr olmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən mübahisəli yolun avtomobillər üçün nəzərdə tutulan normaya uyğun olduğu, yük avtomobilləri üçün isə nəzərdə tutulan normaya uyğun olmadığı müəyyən edilmişdir.
7. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onun tikinti və torpaqla bağlı sənədi yoxdur. Lakin neçə ildir ki, həmin ərazidə yaşayır, iddiaçı ilə aralarında barışıq və razılaşma mümkün deyildir. İş üzrə alınmış ekspert rəyi ilə razıdır. Onun hasarının iddiaçıya heç bir maneçiliyi yoxdur.
8. Abşeron Rayon Məhkəməsinin 2(012)-51/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçının xüsusi mülkiyyətində olan ünvan1ndə yerləşən 0,03 ha torpaq sahəsinə gedən yolda cavabdeh tərəfindən inşa edilmiş daş hasarın cavabdehin hesabına sökülməklə açılması və cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə daxil olmasına yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir (hakim Cəmilə Səfiyeva).
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə ekspert rəyinə əsasən faktiki vəziyyətdə naturada mövcud olan yolun ölçülərinin avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş normaya uyğun olduğu, yük avtomobillərinin həyətyanı sahəyə girişi üçün nəzərdə tutulmuş normaya uyğun olmadığı müəyyən olundu. Ekspertin mülahizəsinə əsasən cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin sənədi olmadığına görə, bu normanın cavabdeh tərəfindən pozulub-pozulmadığını müəyyən etm ək mümkün deyil, iş materiallarından da göründüyü kimi cavabdehin mübahisəli ərazidə torpaq sahəsi mövcud deyildir. İddiaçı isə mülkiyyətində olan torpaq sahəsində evini tikərkən cavabdehin hasarı olmamış, yük avtomobilləri həmin yoldan sərbəst hərəkət etmişdir. Bu hal təqdim olunan foto şəkillərdən də görünür. Cavabdehin qeyd edilən ünvanda çəkdiyi hasar-divar göründüyü kimi iddiaçıya məxsus həmin ünvandakı torpaq sahəsinə yük avtomobillərinin giriş çıxışını məhdudlaşdırır, yolun eni normada nəzərdə tutulan 4,5 metrdən azdır.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 180.1, 180.4, 239.2-ci, Torpaq Məcəlləsinin 84, 111-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 107 və 119.1-ci ma ddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçi hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Məhkəmə qətnamə qəbul edərkən bu halı nəzərə almamış, onun sahiblik hüququnu pozmuşdur. Məhkəmə qərar qəbul edərkən iddiaçının xüsusi mülkiyyətçi olmasını əsas götürərək onun sahiblik hüququnun pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Mülkiyyət hüququ təbiəti etibarilə nəink i mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə mübahisəli torpaq sahəsi və tikilinin qanunvericiliyin tələblərinə uyğun şəkildə ayrılıb-ayrılmaması deyil, iddiaçının hansı hüququnun pozulması aydınlaşdırılmalı olduğu h alda, müvafiq maddi hüquq normalarını ona münasibətdə pozmuşdur.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-605/2023 nömrəli, 6 mart 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin rədd olunması qət edilmişdir (hakimlər Gülnar Cabbarova (sədrlik edən və məruzəçi), Almaz Süleymanova, Səyyad Qafari).
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı daş hasarın cavabdeh tərəfindən tikilməsi, habelə həmin daş hasarın onun torpaq sahəsinə giriş-çıxış üçün mane yaratması, yolunu bağlaması, habelə digər maneələrin nədən ibarət olması və bu maneələrin məhz cavabdeh tərəfindən törədilməsi və bununla onun hansı hüquqlarının pozulm ası kimi halları sübut etmək vəzifəsini daşıyır. Lakin iddiaçı tərəfindən məhkəmə araşdırması zamanı qeyd edilən halların müəyyən edilməsi ilə bağlı heç bir mötəbər sübut təqdim edilməmişdir (yalnız fotoşəkillər təqdim edilmişdir ki, həmin sübut əsasında isə iddia tələbinin əsası kimi istinad edilən halların müəyyən edilməsi mümkün deyildir). Bundan əlavə, iddiaçı məhkəmə araşdırması zamanı cavabdehin ona gələcəkdə mane ola biləcəyi kimi ehtimallara (ona veteranlar üçün avtomobil veriləcəyi, həmin avtomobil verildiyi halda, o avtomobillə hərəkət edə bilməyəcəyi kimi hallara) istinad etmişdir. Qeyd olunmalıdır ki, mülkiyyət hüququnun pozulmasına və ya mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik olunmasına əsas verən hal kimi istinad olunan ehtimallar real olmalı, həqiqi hallarla bağl ı olmalıdır. Həmçinin, iddiaçının məhkəmə iclasında verdiyi izahatından aydın olmuşdur ki, müvafiq ekspert rəyində maneə kimi qeyd edilmiş hallar onun torpaq sahəsindən istifadəsi üçün mane yaratmır, onun üçün yeganə maneə daş hasardır.
15. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, həmin daş hasar indiki halda cavabdehin faktiki istifadəsində olan sahə ilə bağlı olmaqla, qonşu sahə ilə sərhəddi müəyyən edir. Həmçinin, müvafiq ekspert rəyində həmin daş hasarın torpaq sahəsinə giriş-çıxış üçün və avtomobillərin hərəkəti üçün hər hansı maneə yaratmaması, yalnız yük avtomobillərinə münasibətdə (məsafə 4,5 metr olmalı olduğu halda 3,9 metr olmuşdur ) maneə yarada bilməsinin mümkünlüyü, lakin cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd olmadığınd an, bu normanın cavabdeh tərəfindən pozulub-pozulmaması halı müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı diqqətə çatdırmışdır ki, indiki halda mübahisə predmeti olan daş hasarın iddiaçıya məxsus torpaq sahəsinə giriş-çıxış üçün yolu bağlanmadığından (hansıki iddiaçının iddia tələbində bu əsas qeyd edilmişdir), bununla bağlı maneə yaratmadığından, avtomobillərin gediş-gəlişi üçün müəyyən edilmiş norma tələbləri pozulmadığından, habelə qonşu sahələr arasında sərhəddi müəyyən etməklə, cavabdehin həmin sahə ilə bağlı hüquq müəyyənedici sənədi olmadığından, faktiki onun istifadəsində olan sahəni əhatə etməklə, bununla bağlı norma tələblərinin (yük avtomobillərinə münasibətdə) cavabdeh tərəfindən pozulması halının müəyyən edilməsi müm kün olmamışdır. İddiaçı tərəfindən isə qeyd edilən hallara dair heç bir mötəbər sübut vasitəsi təqdim edilməmişdir. Nəticə etibarilə, hazırkı mülki iş üzrə cavabdehin hansı təqsirli hərəkətləri nəticəsində iddiaçının ona məxsus torpaq sahəsinə giriş-çıxış üçün hansı maneələrin mövcudluğu halının müəyyən edilməsi, bununla da iddiaçının hansı hüquq və mənafelərinin pozulması halının müəyyən edilməsi mümkün olmamışdır. Halbuki, qeyd olunan halları sübut etmək vəzifəsi məhz iddiaçı tərəfin üzərinə düşmüşdür. Bununla da, hazırkı mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində çıxış edən Mülki Məcəllənin 157.4-cü maddəsinin (tikilinin sökülməsinə münasibətdə həmçinin 180.4-cü maddəsinin) dispozitiv şərtləri aşkar olunmamışdır.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məc əllənin 152.5, 157.4, 170.2, 176.3, 180.1, 180.4, 239.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 88, 101.7 və 217.3-cü maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
18. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmış ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsində ev tikərkən cavabdehin hasarı olmamış, yük avtomobilləri həmin yoldan sərbəst hərəkət etmişlər. Bu hal təqdim olunan foto şəkillərdən də görünmüşdür. Cavabdehin qeyd edilən ünvanda çəkdiyi hasar (divar) göründüyü kimi iddiaçıya məxsus həmin ünvandakı torpaq sahəsinə yük avtomobillərinin giriş-çıxışını məhdudlaşdırır, yolun eni norm ada nəzərdə tutulan 4,5 metrdən azdır. Yəni artıq cavabdeh tikinti normasını pozmuşdur. Həmin yolun normaya uyğun olmaması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Həmçinin, məhkəmələr tərəfindən mübahisəli sahəyə yerli baxış həyata keçirilməmişdir. Belə ki, məhkəmə baxış keçirsə idi, iddiaçının həyətinə minik maşını ilə daxil olmağın mümkünsüz olduğunu görə bilərdi. Həyət evlərində, eyni zamanda torpaq sahələrinə yük avtomaşının daxil olması şərtdir. Çünki hələ təmir başa çatmamış, həyətə tikinti-təmir avadanlıqlarının, evin böyük əşyalarının daşınması üçün, eyni zamanda tikintidən qalıq qalmış tullantıların daşınması üçün yük avtomaşınının daxil olması zəruridir. Eyni zamanda təcili-tibbi yardım, yanğınsöndürən maşınlarının daxil olması üçün yol sahəsi mütləq saxlanmalıdır. Həm in hasar isə cavabdeh tərəfindən tikinti norma və qaydalarına uyğun inşa edilməmişdir. Cavabdehin apellyasiya qaydasında hasarı mübahisələndirməsi bir daha onu təsdiq edir ki, hasar onun tərəfindən qeyri-qanuni çəkilmişdir. Cavabdehin istifadəsində torpaq sahəsinin olması, torpaq sahəsinə onun tərəfindən hasarın çəkilməsi tərəflərin izahatları, işin halları ilə tam təsdiq olunmuşdur. Onun istifadəsində olan torpaq sahəsinin sənədinin olmaması gözlə görünən maneələrin olmasını danılmaz etmir. Bununla bağlı ekspert rəyi olsa da, tam deyildir. Həmin hasarın cavabdehin istifadəsində olması, onun tərəfindən tikilməsi birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin “Onun hasarının iddiaçıya heç bir maneçiliyi yoxdur” formada izahatı ilə təsdiq edilir. Bunu qəbul edir. Bundan başqa, iş üzrə də yalnız bir hasardan söhbət gedir. Belə ki, cavabdehin sənədinin olmaması hasarın olmaması anlamına gələ bilməz.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 27 iyul 2023-cü il tarixli, 2(102)-2868/2023 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir.
21. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur: - işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçının mülkiyyətində ünvan1ndə yerləşən 0.03 ha torpaq sahəsi vardır. İddiaçı həmin torpaq sahəsində ev inşa etmişdir. Cavabdeh iddiaçının qonşuluğunda olan torpaq sahəsində ev inşa etmiş və torpaq sahəsini hasara almışdır. İddiaçı cavabdehin hasar çə kməsindən sonra torpaq sahəsinə gələn yolun daraldığını, avtomobillərin gəliş-gedişinə də maneə törəndiyini iddia edir; - iddiaçının bu tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.4-ci maddəsi təşkil edir. Həmin normaya əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; - eyni zamanda iddianın həlli zamanı əlaqəli hüquq normaları kimi torpaq sahəsinə hüquqların yaranması əsaslarını müəyyən edən, habelə şəhərsalma və tikinti qaydalarını tənzimləyən normalar da nəzərə alınmalıdır; - apelyasiya instansiyası məhkəməsinin “mübahisə predmeti olan daş ha sarın iddiaçıya məxsus torpaq sahəsinə giriş-çıxış üçün yolu bağlamadığı, bununla bağlı maneə yaratmadığı, avtomobillərin (minik avtomobillərinə münasibətdə) gediş-gəlişi üçün müəyyən edilmiş norma tələblərinin pozulmadığı” barədə gəldiyi nəticə doğrudur. Çünki ekspert tərəfindən müəyyən edilib ki, mübahisə predmeti olan küçənin ölçüləri: iddiaçının torpaq sahəsinə giriş darvazası tərəfdə 3,8 metr; iddiaçının torpaq sahəsinə giriş darvazasının sol tərəfində yerləşən cavabdehin hasarının künc hissəsi tərəfdə 3,9 metr; iddiaçının giriş darvazasından çıxan sol tərəfə döndükdə başlanğıc hissədə 3,85 metr; yolun sonunda isə 3,9 metr təşkil edir; - bu ölçülər Azərbaycan Dövlət Tikinti Normaları (bundan sonra ADTN yazılacaq) 2.61-in “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərində küçələrin minik avtomobilləri üçün müəyyən edilmiş ölçülərinə uyğundur. Belə ki, həmin cədvəllərə görə yaşayış evi ilə küçəni birləşdirən, piyadalar üçün nəzərdə tutulan yolun eni 1,5 metr, hərəkət (avtomobil) yolunun eni 2,75-3,0 metr olmalıdır. Həmçinin iddiaçı yolun bağlandığını bildirməsinə baxmayaraq, yolun cavabdeh tərəfindən bağlanmadığı, iddiaçının torpaq sahəsinə giriş-çıxışı üçün (piyada və minik maşını ilə) maneə olmadığı müəyyən edilmişdir; - lakin nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsində ümumi şəkildə cavabdehin iddiaçının mülkiyyətində olan “torpaq sahəsinə giriş-çıxış yolunu qanunsuz olaraq zəbt etməklə həmin torpaq sahəsinə avtomobillərin daxil olmasına mane olduğunu” bildiri r. İddia ərizəsinin bu məzmunu, iddia tələbinin yolun yük avtomobilləri üçün müəyyən olunmuş ölçüləri baxımından da yoxlanmasını tələb edirdi. Apelyasiya instansiyası məhkəməsi də qətnaməsində göstərmişdir ki, “İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,... cavabdehin hərəkətləri, yəni heç bir qanuni icazə və razılıq olmadan ona məxsus torpaq sahəsinin giriş-çıxışı üçün nəzərdə tutulmuş yolu daş hasar çəkməklə daraltması və yük avtomobillərinin keçməsinə maneə yaratması qanunsuz və əsassızdır, bu baxımdan aradan qaldırılmalıdır”; - ADTN 2.6-1-in “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərində küçələrin yük avtomobilləri üçün müəyyən edilmiş ölçüsü 4,5 metr təşkil edir; - iş üz rə verilmiş ekspertin rəyindən göründüyü kimi yolun yük avtomobillərinin daxil olması üçün zəruri ölçüdə olmadığı aşkardır; - apelyasiya instansiyası məhkəməsi isə küçənin yük avtomobillərinin hərəkəti üçün müəyyən olunmuş ölçüləri baxımından iddia tələbini təhlil edərək qeyd etmişdir ki, “müvafiq ekspert rəyində sökülməsi tələb olunan daş hasarın... yalnız yük avtomobillərinə münasibətdə (məsafə 4,5 metr olmalı olduğu halda 3,9 metr olmuşdur) maneə yarada bilməsinin mümkünlüyü, lakin cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd olmadığından, bu normanın cavabdeh tərəfindən pozulubpozulmaması halı müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. İndiki halda mübahisə predmeti olan daş hasarın iddiaçıya məxsus torpaq sahəsinə giriş-çıxış üçün yolu bağlamadığından (hansı ki, iddiaçının iddia tələbində bu əsas qeyd edilmişdir), bununla bağlı maneə yaratmadığından, avtomobillərin gediş-gəlişi üçün müəyyən edilmiş norma tələbləri pozulmadığından, habelə qonşu sahələr arasında sərhəddi müəyyən etməklə, cavabdehin həmin sahə ilə bağlı hüquq müəyyənedici sənədi olmadığından, faktiki onun istifadəsində olan sahəni əhatə etməklə, bununla bağlı norma tələblərinin (yük avtomobillərinə münasibətdə) cavabdeh tərəfindən pozulması halının müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən isə qeyd edilən hallara dair heç bir mötəbər sübut vasitəsi təqdim edilməmişdir”; - apelyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ziddiyyətli olmaqla yanaşı, işin hallarının yarımçıq araşdırılmasına əsaslanır. Ona görə ki, “iddiaçıya məxsus torpaq s ahəsinə giriş-çıxış üçün yolun bağlanmaması, bununla bağlı maneə yaradılmaması” iddianın rədd olunması üçün kifayət deyildi. Çünki yuxarıda qeyd olunduğu kimi iddia tələbi həm də yoldan yük avtomobillərinin keçməsinin mümkünsüzlüyü ilə əsaslandırılmışdı və həqiqətən də yoldan yük avtomobillərinin keçməsinin mümkünsüzlüyü ekspert rəyi ilə müəyyən edilmişdi. Bu halda “avtomobillərin gediş-gəlişi üçün müəyyən edilmiş norma tələblərinin pozulmadığı” barədə gəlinən nəticə işin halları ilə ziddiyyət təşkil etmişdir; - apelyasiya instansiyası məhkəməsi yolun daralmasına cavabdehin səbəb olmasını araşdırmış, lakin araşdırmanı sonadək aparmamışdır. Məhkəmə qeyd etmişdir ki, “qonşu sahələr arasında sərhədi müəyyən etməklə, cavabdehin həmin sahə ilə bağlı hüquqmüəyyənedici sənədi olmadığından, faktik i onun istifadəsində olan sahəni əhatə etməklə, bununla bağlı norma tələblərinin (yük avtomobillərinə münasibətdə) cavabdeh tərəfindən pozulması halının müəyyən edilməsi mümkün olmamışdır”; - apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin faktiki olaraq istifadə etdiyi torpaq sahəsinə hüququn yaranması üçün əsas ola biləcək Torpaq Məcəlləsinin 55-ci maddəsində göstərilən hüquqmüəyyənedici sənədlərin olmaması, birmənalı olaraq hasarın çəkilməsinin hüquqi əsasının olmadığını təsdiq etmişdir. Bu halda, cavabdeh tərəfindən yolun ölçüsünə dair norma tələblərinin (yük avtomobillərinə münasibətdə) pozulmasının müəyyən edilməsinin mümkün olmadığı və bu barədə iddiaçının mötəbər sübut təqdim etməməsi barədə gəlinən nəticə əsassızdır; - nəzərə alınmaldır ki, mübahisənin həlli üçün ilk növbədə ərazinin kompleks yerquruluşu layihəsində (ərazinin baş planında) iddiaçının həyətinə giriş-çıxış üçün yolun nəzərdə tutulub-tutulmaması, nəzərdə tutulubsa, həmin yolun haradan keçməsi, həmin yolun ölçüləri müəyyən edilməlidir. Bundan sonra həmin yolun cavabdeh və ya başqa qonşular tərəfindən tutulması (daraldılması) araşdırılmalıdır. Nəzərdə tutulmuş yol həqiqətən də cavabdeh tərəfindən tutulmuşdursa, bu halda iddia təmin olunmalıdır. Çünki cavabdehin həmin sahəyə sahibliyinin hüquqi əsası yoxdur, sahəni özbaşına zəbt etmişdir; - bundan başqa, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən hasarın nə vaxt (iddiaçı tərəfindən ev inşa edildikdən sonra və ya əvvəl) çəkdiyini müəyyən etməmişdir. Halbuki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən hasarın heç bir hüq u müəyyənedici sənədi olmadan sonradan çəkildiyini müəyyən etmişdi və bu hal, cavabdehin aşıq-aşkar qanunazidd hərəkət etməsini təsdiq edirdi. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Təkrar apellyasiya baxışında Abşeron rayon İcra Hakimiyyətinin mütəxəssisləri, zəruri olduğu halda isə həmçinin Abşeron rayon Masazır Bələdiyyəsinin mütəxəssisləri və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin mütəxəssisləri cəlb olunmaqla məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, müvafiq sorğular verilmişdir. Səlahiyyətli şəxslər tərəfindən verilmiş cavablarda mübahisə olunan yolun yerləşdiyi ərazinin baş planının olmadığı qeyd edilmişdir.
23. Təyin edilmiş tikinti-texniki ekspertizasının ap arılmasından Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən imtina edilmişdir.
24. Təkrar apellyasiya baxışında mütəxəssis rəyi alınmışdır.
25. Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin aparıcı məsləhətçisi Vüqar Möhbalıyev tərəfindən verilmiş mütəxəssis rəyinə görə əraziyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən uzun müddət öncə inşa etdiyi hasar (H=2.20 m) ümumi istifadə olunan məhəllədaxili yolda 90 dərəcə bucaq altında yerləşir və ümumi istifadədə olunan yola müəyyən qədər maneçilik törədir. Qeyd edilən mövcud hasarın 90 dərəcə bucaq hissəsi sökülərək qövsvari (dairəvi) şəkildə inşa edildiyi halda minik avtomobllərinin sərbəst gediş-gəlişi təmin edilə bilər. Lakin ərazidə böyük həcmli avtonəqliyyat vasitələrinin gediş-gəlişini təmin etmək üçün şərai t mövcud deyildir.
26. Apellyasiya baxışında rəy vermiş mütəxəssis Vüqar Möhbalıyev dindirilmiş və o, mövcud hasarın 90 dərəcə bucaq hissəsinin hər iki tərəfdən iki metr sökülərək qövsvari (dairəvi) şəkildə inşa edilməklə mövcud vəziyyətdə yolun daralmış hissəsi üzrə maneənin aradan qaldırılmasının mümkün olduğunu bildirmişdir.
27. Apellyasiya baxışında iddiaçı yolun daralması üzrə həmin maneənin mütəxəssis rəyində göstərilmiş qaydada aradan qaldırılmasına tam razı olduğunu bildirsə də, cavabdeh ona məxsus hasarın yerləşdiyi torpaq sahəsinə və tikiliyə heç bir hüquq müəyyənedici sənədinin olmamasına baxmayaraq mütəxəssis rəyində göstərilmiş təkliflə razı olmadığını bildirmişdir.
28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 fevral 2025-ci il tarixli, 2(105)-28/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “daş hasarın sökülməsi”nə dair hissədə dəyişdirilmiş, iddiaçının xüsusi mülkiyyətində olan ünvan1ndə yerləşən 0,03 ha torpaq sahəsinə gedən yolda cavabdeh tərəfindən inşa edilmiş daş hasarın yola aid 90 dərəcə bucaq altında yerləşən hissəsi cavabdehin hesabına hər iki tərəfdən 2 metr sökülərək dairəvi (qövsvari) şəkildə inşa edilməklə iddiaçının torpaq sahəsinə avtomobillə daxil olmağa yaradılmış maneənin aradan qaldırılması qət edilmiş, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Zaur Məmmədov və Mirbahəddin Hüseynov).
29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Ali Məhkəmənin göstərişlərinə əsasən işə yenidən apellyas iya qaydasında baxılarkən Abşeron rayon İcra Hakimiyyətinin mütəxəssisləri, zəruri olduğu halda isə həmçinin Abşeron rayon Masazır Bələdiyyəsinin mütəxəssisləri və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin mütəxəssisləri cəlb olunmaqla məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə kollegiyasının, həmçinin birinci instansiya məhkəməsinin müvafiq sorğularına səlahiyyətli şəxslər tərəfindən verilmiş cavablarda mübahisə olunan yolun yerləşdiyi ərazinin baş planının olmadığı qeyd edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizasının aparılmasından imtina edilmişdir.
30. Apellyasiya inst ansiyası məhkəməsi Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin aparıcı məsləhətçisi tərəfindən verilmiş rəyə əsasən hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan 0,03 ha torpaq sahəsinə gedən yolun döngə hissəsində cavabdehin özbaşına tikdiyi hasar maneə olduğundan həmin hasarın 90 dərəcə bucaq altında olan hissəsi hər iki tərəfdən 2 metr sökülməklə və dairəvi (qövsvari) şəkildə yenidən inşa edilməklə həmin maneə aradan qaldırılmalıdır.
31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4, 170.2, 180.1, 180.4-cü, Torpaq Məcəlləsinin 48(2), 55, 68, 82, 84(1), Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 3
2. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv, həmin hissədə də iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
33. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 13, 25, 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4, 170.2-ci, Torpaq Məcəlləsinin 48.2, 82 və 84.1-ci, MPM-in 77.1, 88, 217.3-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iddiaçının xüsusi mülkiyyətçi olmasını əsas götürərək cavabdehin sahiblik hüququnun pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Qanunvericilik müddəalarının mənasından görünür ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş g eniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Torpaq sahəsi və tikilinin qanunvericiliyin tələblərinə uyğun şəkildə ayrılıb-ayrılmaması deyil, iddiaçının hansı hüququnun pozulması aydınlaşdırılmalı olduğu halda, məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarını ca vabdehə münasibətdə pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişini nəzərə almamışdır. Belə ki, məhkəmənin də qeyd etdiyi kimi həm məhkəmə kollegiyasının, həmçinin birinci instansiya məhkəməsinin müvafiq sorğularına səlahiyyətli şəxslər tərəfindən verilmiş cavablarda mübahisə olunan yolun yerləşdiyi ərazinin baş planının olmadığı qeyd edilmişdir. Qeyd edilənlərdən savayı, ümumiyyətlə, məhəllədaxili yollarda ağır tonnajlı və böyük qabaritli yük maşınının daimi giriş-çıxışı yalnız baş planda olan yollarda müəyyən edilmişdir ki, bu hal müvafiq orqan işə cəlb edilməklə tədqiq edilməmişdir. Halbuki, işdən göründüyü kimi, ümumiyyətlə, qeyd edilən ərazinin baş planı mövcud deyil və belə bir xüsusat da müəyyən edilməmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizasının aparılmasından imtina edilmişdir. Qeyd edilənlərdən məlum olmuşdur ki, ərazinin kompleks yerquruluşu layihəsi (ərazinin baş planı) olmadığından iddiaçının həyətinə giriş-çıxış üçün yolun nəzərdə tutulub-tutulmamasını da müəyyən etmək qeyri-mümkündür. Belə olan halda iddianın hazırkı formada təmin edilməsi cavabdehin konstitusiya ilə müəyyən edilən bərabərlik hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə iddianı təmin edərkən ərazinin kompleks yerquruluşu layihəsinin (ərazinin baş planı) olmamasını və cavabdehin tikilisinin sökülməsinin yalnız planda yolun nəzərdə tutulub-tutulmamasından asılı olmasını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13 (birinci hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29 (birinci hissə). Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29 (ikinci hissə). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəs t surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. ikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya ş əhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 48 (2). Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Maddə
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında v ə qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84 (1). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmə nin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və y a qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxl amaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Kassasiya şikayətində qətnamə iddianını təmin edilən hissəsində mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.
37. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi ilə razılaşır.
41. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq neqator (mülkiyyətə maneənin aradan qaldırılması) tələbidir.
42. Tələbin hüquqi əsasını Mülki Məcəllənin 157.4-ci maddəsi təşkil e dir. Həmin normaya əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
43. İşdən görünür ki, apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq mütəxəssis cəlb etmiş, araşdırma nəticəsində iddiaçının mülkiyyətindən istifadəyə cavabdehin maneə yaratmasını müəyyən edərək, iddianı tam təmin edən birinci instansiya məhkəməsini qətnaməsini dəyişməklə, iddia tələbini qismən təmin etmişdir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları düzgün qiymətləndirmiş, nəhayət, hazırkı iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul etmişdir.
45. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
46. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Məhz həmin dəlillərə də təkrar baxış zamanı apellyasiya instansiyası məhkəməsi qiymət verməklə, onları qəbul etməyib. Üstəlik, bu dəlillər kassasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə əvvəlki qərarında göstərilənlər baxımından da əsaslı sayıla bilməz.
47. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-28/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.