Məhkəmə qərarları › İş №2(102)-1868/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1868/2024

23.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1868/2024 23.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 7 mart 2024-cü il tarixli 2(106)1322/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Ağcabədi Rayon Məhkəməsinin ( hakim Quliyev Etibar) 2(017)18/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Torpağa Mülkiyyət Hüququna dair JN 0006 kod 60801018 nömrəli Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayon keçmiş T.İsmayılov adına təsərrüfatın ərazisində yerləşən 2,73 ha torpaq sahəsindən çıxarılması, aparılmış tədqiqatın dəyərini təşkil edən 19 manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq İddiaçı ödənilməsi, aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTR E********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülməsi qət edilmişdir.

2. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- X3 (sədrlik edən, məruzəçi), X4 və X5) 2(106)1322/2023 nömrəli, 04 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Ağcabədi Rayon Məhkəməsinin 2(017)18/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

3. Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən kassasiya şikayəti vermiş, eyni zamanda kassasiya şikayətinə buraxılmış müddətin bərpası barədə ərizə əlavə edərək buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir.

4. Şirvan Ap ellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 7 mart 2024-cü il tarixli 2(106)-1322/2023 nömrəli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlərX3 (sədrlik edən, məruzəçi), X4 və X5)

5. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)1322/2023 saylı, 04 sentyabr 2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən rəsmi qaydada qəbul edilmiş və bununla da həmin qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş 2 (iki) aylıq prosessual müddətin axımı başlanmış və həmin müddətin axımı 05 dekabr 2023-cü il tarixdə tamamlanmışdır.

6. Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən kassasiya şikayəti xx.xx.2024-cü il tarixdə yəni kassasiya şikayəti verilm ə müddəti bitdikdən 2 ay 9 gün sonra elektron sistemə yerləşdirilmişdir. Bununla da Cavabdeh kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 2 (iki) aylıq prosessual müddəti ötürmüşdür.

7. Cavabdeh vəkili və nümayəndəsi Vəkil müddətin bərpası barədə ərizəsində xx.xx.2023-cü il tarixli qətnaməsinin rəsmi qaydada alınmadığını təsadüf nəticəsində əldə etdiklərini qeyd edərək müddəti üzürlü hesab edərək bərpa edilməsini xahiş etmişdir.

8. Məhkəmə kollegiyası ərizədə qeyd edilən xüsussatları qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılan müddəti üzrlü hal kimi qəbul etmir, belə ki, iş materiallarından təsdiq olunur ki, cavabdeh qeyd olunan qətnaməni xx.xx.2023-cü il tarixdə rəsmi qaydada almışdır.

9. Ərizədə qeyd edilən hallar kassasiya şikayəti verilməsi üçün buraxılmış prose ssual müddətin bərpası üçün əsaslı sübut hesab edilə bilməz.

10. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdehapellyasiya instansiya məhkəməsinin aktından kassasiya instansiya məhkəməsinə şikayət etmək hüququ onun konstitsuion hüququdur və o, bu hüququnu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə istifadə edə bilərdi. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməməsi, tərəfin hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Əksinə müddətin əsassız bərpası qanun və məhkəmə qarşısında bərabərlik hüququnun pozulmasına (hazırkı işdə maraqlı şəxsə münasibətdə), süründürməçiliyə səbəb olur, şəxslərin intizamsızlığına şərait yaradır.

11. Apellyasiya instansiyası məhkəməsi h esab etmişdir ki, Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş müddətin bərpasına dair ərizəsinin dəlilləri əsassız olduğundan təmin edilməməli və verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinə görə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Rerspublikasının MPM-in 128.3, 129.1, 133.1, 405.0.1- ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

15. Cavabdeh kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-1322/2023 saylı qərardadının ləğv edilməsini, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)1322/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddənin pozulduğu göstərilərək qeyd edilmişdir ki, Cavabdeh apellyasiya instansiya məhkəməsinin aktından kassasiya instansiya məhkəməsinə şikayət etmək hüququ onun konstitsuion hüququdur. Bu hüququn məhdudlaşdırılmaması müt ləqdir.

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

18. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

19. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

20. Maddfə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

21. Maddə

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 22. 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;

23. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;

24. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

26. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

27. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

28. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiy ası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

33. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə prosessual hüquq normaları düzg ün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

34. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 mart 2024-cü il tarixli 2(106)1322/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar