Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1869/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və iddiaçı Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə, istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2198/2021 nömrəli iş üzrə 24 sentyabr 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 12 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sumayıt şəhəri, 19-cu məhəllə, ev 19/10-da yerləşən 5 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 19/10, mənzil 5 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində tam mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmışdır. Cavabdeh onun atasıdır. Onun 21 yaşı var, ailə qurmamışdır. Cav abdeh mənzilin giriş-çıxış qapısının açarını dəyişərək onu mənzilə buraxmır. O, tələbədir, qiyabi təhsil alır, işi ilə əlaqədar teztez Türkiyə Respublikasına gedib-gəlir. Lakin qayıtdıqda onun yaşamağa yeri olmur, başqa mənzildə sığınacaq tapmalı olur. Bu vəziyyət ona pis təsir edir, o, atasının mülkiyyətində olan və daimi qeydiyyatı üzrə mübahisəli mənzildə yaşamaq istəyir. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 may 2020-ci il tarixli, 2(050)-3688/2020 saylı qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbi təmin edilərək, İddiaçı SE saylı mənzilinə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh qızıdır, mübahisəli mənzildə anadan olmuş, orada yaşamış, valideynləri arasında nikah pozulduqdan sonra anasının himayəsində qalmış, cavabdeh uşaqların saxlanması üçün ödəməli olduğu aliment məbləğini indiyədək ödəməmiş, hazırda Cavabdeh 9130 manat məbləğində aliment borcu vardır. İddiaçı mübahisəli E saylı mənzilində qeydiyyatdadır. Lakin cavabdehlə ailə münasibətləri pisləşdiyindən cavabdeh tərəfindən törədilən maneəçilik nəticəsində mübahisəli mənzildə yaşamaq hüququndan məhrum olmuşdur və başqa yaşayış yeri yoxdur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 25.1, 25.3, 43.1-ci, Azərbaycan Respulikası Mülki Məcəlləsinin 6.1.7, 18, 228.5-ci, “Yaşa yış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinni rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə dair istifadə hüququna xitam verilməsi” barədə qarşılıqlı iddia ərizəsi ilə apelyasiya məhkəməsinə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinni təmin edilməsi və cavabdeh İddiaçı E saylı mənzilinə dair istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Məmmədov sədrlik edən və məruzəçi, Lətifə Məmmədova, Səyyad Qafari) 16 oktyabr 2019-cu il tarixli, 2(105)-3863/2019 saylı iclas protokolu ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Məmmədov sədrlik edən və məruzəçi, Lətifə Məmmədova, Səyyad Qafari) 27 noyabr 2019-cu il tarixli, 2(105)-3863/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3688/2019 saylı 20 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, ilk iddia tələbinin təmin edilməsi, İddiaçı E saylı mənzilinə köçürülməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçının mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüququnun yaranması halı mübahisəsizdir. Belə ki, ilk iddia üzrə iddiaçı mübahisəli mənzilin 2005-ci il tarixdən mülkiyyətçisi olan ilk iddia üzrə cavabdehin qızı olmaqla onun ailə üzvüdür. İddiaçı mübahisəli mənzildə onunla birlikdə yaşamışdır. O, valideynləri 2013-cü il tarixdə boşanarkən yetkinlik yaşına çatmamış və məhkəmə qətnaməsinə əsasən anasının yanında qalmışdır. Hazırda yetkinlik yaşına çatmışdır və özünə yaşayış sahəsini seçmək qərarına gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçının mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüququ olduğu üçün onun həmin mənzilə köçürülmə barədə tələbi əsasl ıdır. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçməsi, mübahisəli mənzildən istifad ə etməsini zəruri edən əsasın aradan qalxması barədə məhkəməyə mötəbər sübut təqdim edilmədiyindən, o cümlədən həmin hallar məhkəmə iclasında təqdim edilmiş sübutlarla müəyyən edilmədiyindən, qarşılıqlı iddia tələbi əsassızdır. Qarşılıqlı iddia ərizəsində və apelyasiya şikayətində qarşılıqlı iddia üzrə cavabdehin anasına məxsus mənzilin olmasına, o cümlədən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə qarşılıqlı iddia üzrə cavabdehin X2 arasında olan mübahisəli mənzilə dair mübahisə üzrə çıxarılmış məhkəmə aktlarına istinad edilir. Bu dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan İddiaçı həmin mülki işdə iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən isə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Digər tərəfdən, İddiaçı anasına məxsus mənzilin olması, onun atasına məxsus mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyil. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – İlqar Dəmirov - sədrlik edən və məruzə çi, Əhməd Əhmədov, Vüqar Həsənov) 23 iyun 2020-ci il tarixli, 2(102)-2359/2020 saylı qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 27 noyabr 2019-cu il tarixli, 2(105)-3863/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Kasasiya kollegiyası qərarını onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən müəyyən olunmuşdur ki, X1 uşaqları ilə birgə daimi yaşamaq üçün 2013-cü il tarixdən F saylı mənzilinə köçmüşlər. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29.03.2016-cı il tarixli qərarı ilə bağlı işin faktiki hallarını düzgün araşdırmamış, iddiaçının köçürülməsini tələb etdiyi mənzildə 2013-cü ildən yaşamamasına, həmin mənzildə ona aid heç bir əşyanın olmamasına, 2013-cü il tarixdən iddiaçının anasına məxsus mənzildə yaşamasına dair işin faktiki halları ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. ç) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Telman Quliyev sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Telman Məmmədov) 04 noyabr 2020-ci il tarixli, 2(105)-2495/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3688/2019 saylı 20 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, ilk iddia tələbinin təmin edilməsi, İddiaçı SE saylı mənzili nə köçürülməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçının mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüququnun yaranması halı mübahisəsizdir. Belə ki, ilk iddia üzrə iddiaçı mübahisəli mənzilin 2005-ci il tarixdən mülkiyyətçisi olan ilk iddia üzrə cavabdehin qızı olmaqla onun ailə üzvüdür. İddiaçı mübahisəli mənzildə onunla birlikdə yaşamışdır. O, valideynləri 2013cü il tarixdə boşanarkən yetkinlik yaşına çatmamış və məhkəmə qətnaməsinə əsasən anasının yanında qalmışdır. Hazırda yetkinlik yaşına çatmışdır və özünə yaşayış sahəsini seçmək qərarına gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçının mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüququ olduğu üçün onun həmin mənzilə köçürülmə barədə tələbi əsaslıdır. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçməsi, mübahisəli mənzildən istifadə etməsini zəruri edən əsasın aradan qalxması barədə məhkəməyə mötəbər sübut təqdim edilmədiyindən, o cümlədən həmin hallar məhkəmə iclasında təqdim edilmiş sübutlarla müəyyən edilmədiyindən, qarşılıqlı iddia tələbi əsassızdır. Qarşılıqlı iddia ərizəsində və apelyasiya şikayətində qarşılıqlı iddia üzrə cavabdehin anasına məxsus mənzilin olmasına, o cümlədən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə qarşılıqlı iddia üzrə cavabdehin X2 arasında olan mübahisəli mənzilə dair mübahisə üzrə çıxarılmış məhkəmə aktlarına istinad edilir. Bu dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan İddiaçı həmin mülki işdə iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən isə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Digər tərəfdən, İddiaçı anasına məxsus mənzilin olması, onun atasına məxsus mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyil. Ali məhkəmənin qərarında şərh edilən göstərişləri əsasında məhkəmə kollegiyasının iclasında toplanmış subutlarla və işin faktiki halları ilə müəyyən olur ki, ilk iddia üzrə İddiaçı atası Cavabdeh və anası T arasında olan nikah qeydi 2013-cü ildə pozulduqdan sonra məhkəmənin qərarı əsasında həmin vaxt 14 yaşında olan M anasının himayəsində qalmışdır. 2017-ci ildə anası ilə münasibətlərində soyuqluq yarandığınd an sonuncuya məxsus bir otaqlı mənzilindən çıxıb, həmin vaxtdan ünvan 1 ünvanında qeydiyyatsız, müvəqqəti olaraq yaşamağa başlamışdır. O, 2014-cü ildən bədii gimnastika idman növü üzrə idman ustası olmaqla Azərbaycan Respublikası Bədii gimnastika növü üzrə milli yığma komandanın üzvüdür. 20172020-ci illərdə xarici ölkələrdə Respublikanı təmsil etmiş və fəaliyyəti ilə əlaqədar olaraq ayrı-ayrı vaxtlarda uzun müddətə Türkiyə Respublikasında yaşamalı olmuşdur. Hazırda onun başqa bir ünvanda yaşayış sahəsi yoxdur. Məhz cavabdeh tərəfindən törədilən maneçilik nəticəsində mübahisəli mənzildə yaşamaq hüququndan məhrum olmuşdur. Həmçinin məhkəmə kollegiyasının iclasında müəyyən olur ki, ilk iddia üzrə İddiaçı 14 yaşında azyaşlı uşaq olarkən onun öz iradəsindən asılı olmayaraq mübahisəli mənzildə n məhz valideynlərinin arasında olan nikahın pozulması nəticəsində çıxıb, əvvəl anasının himayəsində, sonra isə başqa ünvanlarda tək yaşamağa məcbur olduğundan, hazırki vəziyyətdə onun hər hansı bir əmlakının mübahisəli mənzildə qalması və mövcud olmaması mümkündür və qəbulediləndir. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Odur ki, ilk iddia təmin, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. d) Kasasiya instansiyası məhkəməsində ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – İlqar Xələfov - sədrlik edən və məruzəçi, Gündüz Quliyev, Zaur Əliyev) 07 aprel 2021-ci il tarixli, 2(102)-2681/2021 saylı qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 04 noyabr 2020-ci il tarixli, 2(105)-2495/2020 saylı qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Kasasiya kollegiyası qərarını onunla əsaslandırmışdır ki, qətnamə tərəflərin qarşılıqlı münasibətinə və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun əsaslandırılmamışdır. İş materiallarından görünür ki, mübahisəli mənzil Cavabdeh mülkiyyətinə vəsiyyətnamə əsasında keçmiş və göstərilən mənzildə o, arvadı və qızları ilə birlikdə yaşamışdır. Nikahları pozulana qədər T və İddiaçı həmin mənzildən mülkiyyətçinin ailə üzvləri kimi istifadə etmişlər. Nikahlarının pozulması ilə əlaqədar İddiaçı X2nın himayəsinə verilmiş və sonuncu 2013-cü ildən mübahisəli mənzildən getməklə onun mənzildən istifadə hüququna xitam verilmişdir. 2013-cü ildə T "xxxx" MTK-dan aldığı mənzildə qızı İddiaçı ilə köçməklə orada yaşayır. Göstərilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, İddiaçı anası ilə birlikdə başqa daimi yaşayış yerinə köçməklə atası Cavabdeh ailə üzvlüyündən çıxmış və X2nın ailəsinin üzvü kimi ona məxsus mənzildən istifadə hüququ əldə etmişdir. İddiaçı 2013-cü ildə anasına məxsus mənzilə köçərkən y etkinlik yaşına çatmamış olsa da, 2016-cı ildə yetkinlik yaşına çatmış və ondan sonra da anasına məxsus mənzildə yaşamaqda davam etməklə yaşayış sahəsini seçmək hüququnu təmin etmişdir. İddiaçı anasına məxsus mənzildə onun ailəsinin üzvü kimi yaşamaqla ondan istifadə hüququ əldə etdiyi halda atasının ailə üzvü olmasını iddia edib ona məxsus mənzilə də, köçürülməsini tələb etməsi əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən mübahisənin bu baxımdan həlli imkanını müzakirə etməmiş, həmin hallara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə müvafiq olaraq qiymət verməmiş, eləcə də, mübahisənin göstərilən qaydada həllinə imkan verən konkret maddi hüquq normasına istinad etməmişdir. ç) Apelyasiya instansiyası məhkəməsində üçüncü icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şəmsəddin Abasov - sədrlik edən və məruzəçi, Hökümə Babayeva, Elman Əhmədov) 24 sentyabr 2021-ci il tarixli, 2(105)-2198/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2(060)-3688/2019 saylı qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı E saylı mənzilə dair istifadə hüququna xitam verilməsi, apelyasiya və kasasiya şikayətlərinin verilməsi üçün Cavabdeh ödədiyi dövlət rüsumlarının əvəzi, cəmi 31,60 manatın İddiaçı tutularaq ona ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasının araşdırmas ı zamanı müəyyən olundu ki, mübahisəli mənzil Cavabdeh mülkiyyətinə vəsiyyətnamə əsasında keçmiş və göstərilən mənzildə o, keçmiş arvadı və qızları ilə birlikdə yaşamışdır. Nikahları pozulana qədər T və İddiaçı həmin mənzildən mülkiyyətçinin ailə üzvləri kimi istifadə etmişlər. Nikahlarının pozulması ilə əlaqədar İddiaçı X2nın himayəsinə verilmiş və sonuncu 2013-cü ildən mübahisəli mənzildən getməklə mənzildən istifadə hüququnu itirmişdir. 2013-cü ildə T "xxxx" MTK-dan aldığı mənzildə qızı İddiaçı ilə köçməklə orada yaşayır. İddiaçı 2013-cü ildə anasına məxsus mənzilə köçərkən yetkinlik yaşına çatmamış olsa da, 2016-cı ildə yetkinlik yaşına çatmış və ondan sonra da anasına məxsus mənzildə yaşamaqda davam etməklə yaşayış sahəsini seçmək hüququnu təmin etmişdir. Başqa sözlə, Ali Məhkəmənin m əlum qərarında da göstərildiyi kimi İddiaçı anası ilə birlikdə başqa daimi yaşayış yerinə köçməklə atası Cavabdeh ailə üzvlüyündən çıxmış və X2nın ailəsinin üzvü kimi ona məxsus mənzildən istifadə hüququ əldə etmişdir. Bu səbəbdən də İddiaçı anasına məxsus mənzildə onun ailəsinin üzvü kimi yaşamaqla ondan istifadə hüququ əldə etdiyi halda atasının ailə üzvü olmasını iddia edib ona məxsus mənzilə də, köçürülməsini tələb etməsi əsaslı sayıla bilməz. Bununla belə, işdən göründüyü İddiaçı mübahisəli mənzilə dair mövcud olmuş və formal olaraq qalmaqda olan istifadə hüququndan istifadə edərək həmin mənzildə qeydiyyatda qalmaqla yenidən həmin mənzilə köçmək istəyir. Məhkəmə kollegiyası, mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, iş materialarından göründüyü kimi mübah isəli mənzil Cavabdeh mülkiyyətinə 20.07.2005-ci il tarixində vəsiyyətnamə əsasında keçmiş və həmin tarixdən göstərilən mənzildə o, keçmiş arvadı və qızları ilə birlikdə yaşamışdır. Başqa sözlə, tərəflər arasında hüquq münasibətləri həmin tarixdən yaranmışdır. Ona görə də, həmin mübahisə AR Mülk Məcəlləsinin 27.2-ci və 228.5-ci maddəsinin tələblərinə uyğun həll edilməlidir. İşin faktiki hallarından göründüyü kimi 2013-cü ildə iddiaçının X2 "xxxx" MTK-dan mənzil almış və qızı İddiaçı ilə həmin mənzilə köçməklə orada yaşayır. İddiaçı 2013-cü ildə anasına məxsus mənzilə köçərkən yetkinlik yaşına çatmamış olsa da, 2016-cı ildə yetkinlik yaşına çatmış və ondan sonra da anasına məxsus mənzildə yaşamaqda davam etməklə yaşayış sahəsini seçmək hüququnu təmin etmişdir. Başqa sözlə, Ali Məhkəmənin mə lum qərarında da göstərildiyi kimi İddiaçı anası ilə birlikdə başqa daimi yaşayış yerinə köçməklə atası Cavabdeh ailə üzvlüyündən çıxmış və X2nın ailəsinin üzvü kimi ona məxsus mənzildən istifadə hüququ əldə etmişdir. Yəni, İddiaçı mübahisəli yaşayış sahəsinə ehtiyacı aradan qalxmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı keçmiş ailə üzvü kimi mübahisəli mənzildən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsini tələb etməkdə Cavabdeh haqlı olmuşdur. Eləcə də, məhkəmə kollegiyası hesab edir ki, şərh olunan səbəblərdən İddiaçı mübahisəli mənzilə köçürülmə tələbi əsassızdır. Hazırkı halda məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin mülkiyyətçisi kimi Cavabdeh hüquqları qorunmalıdır. Ona görə də ilk iddia əsassız olduğundan rədd, qarşılıqlı i ddia isə əsaslı olduğundan təmin edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (vəkili Nümayəndə) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2021-ci il tarixli, 2(105)-2198/2021 saylı qətnaməsinin 6cı səhifəsinin 7-ci abzasında əssasız olaraq qeyd olunur ki, İddiaçı anası ilə birlikdə başqa daimi yaşayış yerinə keçməklə atası Cavabdeh ailə üzvlüyündən çıxmışdır. Bu səbəbdən də İddiaçı qeydi yyatda olduğu, atasına məxsus mənzilə köçürülməsi tələbi əsaslı sayıla bilməz. Lakin bildirir ki, İddiaçı mülkiyyətində mənzil yoxdur, həmçinin sonuncu atasına məxsus SE saylı mənzilə qeydiyyatdadır. Məhkəmələr hər dəfə yekun qərara gələn zaman İddiaçı 2013-cü ildə yetkinlik yaşına çatmadığı üçün anasının himayəsinə verilməsinə dair Sumqayıt şəhər məhkəməsinin 18.03.2013-cü il tarixli qətnaməsinə əsaslanır, lakin, iş materiallarında olan sübutlara əhəmiyyət vermirlər. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, İddiaçı ümumiyyətlə anası ilə yaşamamış, buna baxmayaraq yenə də Sumqayıt Apellyasiya məhkəməsi 24.09.2021-ci il tarixli qətnaməsində qeyd edir ki, İddiaçı X2 ilə Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən "xxxx" MTK-dan aldığı mənzildə yaşayır. Hal buki məhkəmə özü Sumqayıt şəhər İcra Hakimiyyətinin MKTİB-nin 4 saylı MKS tərəfindən verilmiş 08.09.2020-ci il tarixli, 553 saylı arayışa, 01.09.2020-ci il tarixli akta və "xxxx" MTK tərəfindən verilmiş arayışa istinad edir. Həmin arayış və aktlarda İddiaçı anası ilə yaşamaması qeyd olunmuşdur. X2 özünə məxsus evində digər qızı ilə yaşamış, İddiaçı nənəsinə məxsus R ünvanında 2017-ci ildən qeydiyyatsız yaşamışdır. Bundan başqa iş materillarına əlavə edilmiş AR Dövlət Sərhəd Xidmətindən əldə edilmiş məlumatlarda onun tez-tez Azərbaycan Respublikası hüdudlarını tərk etməsi, Azərbaycanda olmaması görsənir. Ən vacib məqam isə, atası Cavabdeh 23.01.2012-ci il tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həbsdə olması, həbsdən bir neçə il sonra azad olumasını məh kəmələr tərəfindən nəzərə alınmamsıdır. 2013-cü ildə boşanma zamanı İddiaçı yetkinlik yaşına çatmayan olmuş, valideynlərdən birinin yanında yaşamalı olmuşdur. Bu zaman onun atası ilə birlikdə yaşaması yuxarıda qeyd etdiyii obyektiv və subyektiv cəhətdən mümkün deyildir, çünki, Cavabdeh həmin vaxt cəzaçəkmə müəssisəsində olmuşdur. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra isə, Cavabdeh Türkiyə Cümhuriyyətinə köçmüş, bir müddət İddiaçı da onunla birlikdə orada yaşamışdır. Qətnamədə qeyd olunmuşdur ki, faktiki İddiaçı anasının yanında yaşadığı üçün atasının ailə üzvlüyündən çıxmışdır. Bununla bağlı bir daha qeyd etmək istəyir ki, İddiaçı anasının yanında yaşamamış və hazırda da yaşamır. Məhkəmə dolayısı ilə əsaslandırmaq istəyir ki, əgər İddiaçı Sumqayıt şəhər məhkəməsinin müvafiq qətnaməsi il ə anasının himayəsinə verilmişdirsə, faktiki atasının ailə üzvlüyündən çıxmışdır. Hesab edir ki, kökündən yanlış yanaşmadır. Onun atası ilə ayrı yaşaması hələ onun ailə üzvü olmaması demək deyildir. O, məntiqlə yanaşılsa T ilə Cavabdeh arasında bağlanmış nikah ləğv olunduğundan belə bir ailə artıq mövcud deyil, İddiaçı heç Tnın da ailə üzvü deyildir. Yetkinlik yaşına çatdıqdan sonra da məhkəmədə iddia qaldırmış, müstəqil olaraq öz yaşayış yerini seçmək hüququna malikdir və atasının mülkiyyətində olan boş qalmış mənzildə yaşamaq istəyir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən qeyd edilməlidir ki, İddiaçı atasına məxsus SE saylı mənzilinə olan istifadə hüququ saxlanılmalıdır. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Beləliklə, işin faktiki halları tam araşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq ərizəsində göstərmişdir ki, ilk iddiaçı kasasiya şikayətində Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad edərək hesab etmişdir ki, apelyasiya məhkəməsi bu maddəsinin tələblərini pozmuşdur. Lakin qeyd edilməlidir ki, iddiaçının həmin maddəyə istinad etməsi qanunsuz və əsassızdır. Həmin maddə 01.10.2009-cu ildən sonra yaranmış m ünasibətlərə tətbiq edilə bilər. İş materiallarından görünür ki, onlar arasında hüquq münasibətləri hazırda qüvvədə olan Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixdən (01.10.2009) əvvəl yarandığından həmin maddənin tələbləri tətbiq edilə bilməz. İlk iddiaçı hesab edir ki, mübahisəli mənzildə pasport qeydiyyatındadırsa deməli onun istifadə hüquqları vardır. O, 2016-cı ildə yetkinlik yaşına çatdıqda da anası ilə birgə yaşamağa davam etmiş və yalnız 21 yaşında məhkəməyə müraciət etmişdir. Bundan əlavə, kasasiya şikayəti Mülki Prosessual Məcəllənin 407.14, 407.2-ci maddələrinin tələblərinə cavab vermir. İlk iddiaçı kasasiya şikayətində işin faktiki hallarını göstərməklə onların araşdırılmamasını və bununla da maddi və prosessual hüquq normasının pozulmasını qeyd edir. İlk iddiaçı apelyasiya məh kəməsi tərəfindən maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını göstərməmişdir. Hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamə isə dəyişdirilmədən saxlanmalıdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələ rək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vulki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən s onra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 114-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməs ini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşay ış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını a lar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səb əbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürül məsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə y ol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin l əğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, ilk iddiaçı başqa yaşayış yerinin olmamasına, onun yaşayış sahəsinə ehtiyacının aradan qalxmamasına istinad etsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində 29.04.2019-cu il tarixində keçirilmiş məhkəmə iclasında ilk iddiaçının nümayəndəsi olan anası X1 iştirak etmiş, o, vermiş olduğu izahatında uşaqlarının onunla birgə bacısının evində yaşamasını göstərmişdir. Halbuki, iş materiallarından göründüyü kimi, ilk iddiaçının anası 2013-cü ildə bağladığı müqavilə əsasında "xxxx" MTK-dan mənzil satın almış və orada yaşamağa başlamışdır. İlk iddiaçının an ası hazırki iş üzrə qarşılıqlı iddiaçı ona qarşı istifadə hüququnun itirilməsi tələbi ilə məhkəməyə müraciət edərkən də bacısının mənzilində uşaqları ilə məskunlaşmasını göstərmiş, lakin həmin iş üzrə də məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, əslində o, özünün satın almış olduğu mənzildə yaşayır. İndiki halda da ilk iddiaçının anası olan nümayəndəsi o zaman vermiş olduğu izahatı təkrarlamaqla bir növ indiki ilk iddiaçının yaşayış sahəsinə ehtiyacı olmasını göstərməyə çalışmışdır ki, bu da iş materialları ilə təkzib olunmaqdadır. Belə ki, iş materiallarından da görünür ki, ilk iddiaçı anası ilə atası arasında olan nikah pozulduğu zamandan anasının himayəsində yaşamış, 2016-cı ildə o, yetkinlik yaşına çatmış, həmin dövrdən də 3 il sonra hazırki evə köçürülmə tələbi ilə məhk əməyə müraciət etmişdir. Bu halın mövcudluğu da onu təsdiq edir ki, ilk iddiaçının yaşayış sahəsinə ehtiyacı mövcud olmamışdır ki, o, yetkinlik yaşına çatdıqdan sonrakı 3 il ərzində hər hansı hərəkətlilik göstərməmiş, göstərməyə də cəhd etməmişdir. Halbuki o, yetkinlik yaşına çatdıqdan sonra anasının yanında ayrılıb fərdi qaydada müxtəlif ünvanlarda kirayənişin və ya digər statusda yaşamalı olmuşdusa, onun mütləq yaşayış sahəsinə ehtiyacı olmalı idi ki, həmin dövrdə də bu tələblə məhkəməyə müraciət etməli idi. Çünki yaşayış sahəsinə olan ehtiyac insanın duymuş olduğu ehtiyacların içərisində qısa müddətdə təmin edilməsi zəruri olan ehtiyac növlərindən biridir. Hazırki kasasiya şikayətində də ilk iddiaçı dəlili olaraq əsasən özünün mənafeyinə uyğun hesab etdiyi işin hallarını sadalamaqla kif ayətlənmiş, qəbul edilmiş qətnamənin qanunsuz və əsassız olmasını bildirmiş, lakin apelyasiya kollegiyası tərəfindən qətnamə qəbul edilərkən ilk iddiaçının istinad etmiş olduğu maddi və ya prosessual hüquq normalarından hər hansı birinin pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İd diaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2198/2021 nömrəli iş üzrə 24 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1869/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1869/2022
12.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver