Məhkəmə qərarları › İş №2(102)-1869/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1869/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1869/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 Rafiq oğlu və İddiaçı2 Cavabdehnə qarşı ilk, iddiaçı Cavabdehlər İddiaçı1 Rafiq oğlu və İddiaçı2 qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilə üzrə öhdəliklərin icra edilməsi, borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 Rafiq oğlu və İddiaçı2 Cavabdehnə qarşı “pul” tələbinə dair ilk, Cavabdeh İddiaçı1 Rafiq oğlu və İddiaçı2 qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilm əsi” tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 yanvar 2023-cü il tarixli, 2(105)-167/2023 nömrəli qətnaməsindən İddiaçı1 Rafiq oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 3 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı1 və X4 birgə nikahlarından doğulmuş Mehrin və Fəxri adlı uşaqları 20182021-ci illərdə və Cavid isə 2021-ci ildə “İdrak Liseyi”ndə ödənişli əsaslarla təhsil alması barədə müqavilələr bağlanmışdır.

2. Mehrin və Fəxri Fərəclilər “İdrak Liseyi” ilə ataları İddiaçı1 arasında bağlanmış 09 iyul 2018-ci il tarixli, Cavid Fərəcli isə lisey və İddiaçı2 arasında bağlanmış 14 sent yabr 2021-ci il tarixli “Təhsil xidmətlərinin göstərilməsi” barədə müqavilələr əsasında liseyə qəbul olunmuşlar. Müqavilə şərtlərinə görə, lisey yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, digər tərəf isə həmin xidmətlərə görə təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə göstərilən xidmətlərə görə təhsil haqqı hər tədris ili üçün Mehrin və Fəxriyə münasibətdə 8.000 manat, Cavidə münasibətdə isə 7.500 manat müəyyən edilmişdir.

3. Göstərilən müqavilələrə 21 oktyabr 2021-ci il tarixdə xitam verilmişdir.

4. Tərəflər arasında 2021-2022 tədris ili üçün ödənilmiş 8.000 manat məbləğin geri qaytarılması ilə bağlı mübahisə yaranmış, uşaqların anası X8 həmin məzmunlu tələblə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2022-ci il tarixli qətnaməsi ilə X8 müqavilə t ərəfi olmadığı üçün subyektiv hüququnun yaranmaması əsası ilə iddia rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1 Rafiq oğlu və İddiaçı2 (bundan sonra – iddiaçılar) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi “İdrak Liseyi”nə (bundan sonra – cavabdeh yaxud qarşılıqlı iddia üzrə iddiaçı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilmiş təhsil haqqı 8000 manat, mənəvi zərər 2000 manat olmaqla cəmi 10000 manat və dövlət rüsumu kimi ödənilmiş 120 manat pulun alınıb iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 sentyabr 2021-ci il tarixdə, 20212022 tədris ili üçün X3 təhsil haqqı olaraq 5000 manat, 12 oktyabr 2021-ci il tarixdə 3000 manat olmaqla, cəmi 8000 manat ödəniş edilmişdir. Ödəniş etdikdən iki həftə sonra Mehrin Fərəclinin valideyinləri uşaqlarının təhsilini başqa təhsil müəsissəsində davam etdirəcəklərini lisey rəhbərliyinə bildirmiş və ödəniş etdikləri təhsil haqqının qaytarılmasını istəmişlər. Lakin bu günə kimi ödənilmiş məbləğin qaytarılması təmin olunmamışdır. Həmçinin, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının səhhətində problemlər yarandığından o, ağır günlər keçirmiş və bununla əlaqədar ona mənəvi zərər dəymişdir. 7. “İdrak Liseyi” qarşılıqlı iddia qaldıraraq, İddiaçı1 Fəxri Fərəcliyə göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu olan 4.331,6 manat və dəbbə pulu kimi 6.425,3 manat, Mehrin Fərəcliyə göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu olan 4.331,6 mana t və dəbbə pulu kimi 6.425,3 manat, X1 Cavid Fərəcliyə göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu olan 1040 manat və dəbbə pulu kimi 4.160 manat məbləğində pulun cavabdehin xeyrinə tutulması və qarşılıqlı iddianın verilməsi üçün 171 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçılardan müştərək qaydada tutularaq cavabdehin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Məhkəmə iclasında digər İddiaçı2 cavabdehdən tutulacaq məbləğin yalnız İddiaçı1 ödənilməsinə etiraz etmədiyini bildirmişdir.

9. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3165/2022 saylı iş üzrə 07 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) ilk iddia qismən təmin edilmiş, cavabdehdən ödənilmiş təhsil haqqı kimi 6891 manat və dövlət rüsumu kimi ödənilmiş 120 manat vəsaitin tutularaq i ddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi mənəvi zərər hissəsində və qarşılıqlı iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının uşaqları 2021-2022-ci tədris ilində cəmi 20 gün liseydə oxumuşlar. Bu halı cavabdeh tərəf özü də etiraf etmişdir. Bundan sonra X2 liseyin direktoruna ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsindən göründüyü kimi, təhsil haqqı üçün ödənilmiş məbləğin qaytarılması xahiş edilmişdir. İddiaçı tərəf müqavilənin 6.2-ci bəndinə əsasən liseyi qabaqcadan yazılı şəkildə xəbərdar etməklə müqaviləyə xitam verilməsini xahiş etmişdir. Belə olan halda, cavabdeh tərəfindən üç uşağın təhsil almaları üçün lisey öz öhdəliklərini yerinə yetirdiyi üçün iddia qismən təmin olunmalı və 1109 manat məbləğ nəzərə alınaraq, 6891 manat məbləğində pul cavabdehdən İddiaçı1 xeyrinə ödənilməlidir.

11. Həmçinin, birinci instansiya məhkəməsi ilk iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, iş materialları ilə və məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya mənəvi ziyan vurması təsdiqini tapmamış, bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Odur ki, mənəvi ziyanla əlaqədar iddia tələbi əsassızdır.

12. Bundan başqa, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ilə bağlı qənaətini onunla əsaslandırılmışdır ki, iddiaçının 2020-2021-ci il tədris ili üçün borcu olması barədə cavabdeh tərəfindən gətirilən dəlillərin heç bir əsası yoxdur. İddiaçının borcu olması barədə cavabdeh tərəfindən hər hansı bir rəsmi məlumat verilməsi barədə sənəd məhkəməyə təqd im olunmamışdır. Müqavilənin 3.2.6-cı bəndinə əsasən təhsil xidmətlərinin haqqı “Valideyn” tərəfindən ödənilməsi 1 ay müddətində gecikdirildikdə “Lisey” xidmət haqqı tam ödənilənədək öz öhdəliklərinin icrasını (şagirdin dərsə buraxılmasını) dayandıra və ya öz mülahizəsinə əsasən bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə bilər. Lakin, cavabdeh borc barədə bir il ərzində iddiaçı tərəfə məlumat verməmiş və bundan əlavə, 2021-2022-ci il üçün təhsil haqqını qəbul etmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 389.3, 390.1, 442.1, 448.1, 462.1, 462.3, -ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 80, 106.1, 124.2, 217, 220.5-ci maddələrinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunveri ciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilərək, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 yanvar 2023-cü il tarixli, 2(105)-167/2023 saylı qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən), Ş.Abasov və İ.Dəmirov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsini n qarşılıqlı iddia tələbinə aid hissədə ləğv edilərək həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 X6 göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu 4.331 manat, dəbbə pulu 200 manat, X5 göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu 4.331 manat, dəbbə pulu 200 manat, X1 X7 göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu 1.040 manat, dəbbə pulu borcu 100 manat pulun qarşılıqlı iddiaçının xeyrinə tutulması qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi ilk iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış 09 iyul 2018-ci il tarixli m üqaviləyə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Bu baxımdan iddiaçı Mehrin Fərəcliyə təhsil xidmətlərinin göstərilməsinə dair 09 iyul 2018-ci il tarixli müqavilə üzrə 2021-2022-ci tədris ili üçün 8.000 manat pul vəsaitini cavabdehə ödəmiş olsa da, həmin müqaviləyə xitam verilənədək cavabdeh tərəfindən öhdəliklərin yerinə yetirildiyi nəzərə alınmaqla həmin məbləğdən, yəni (8000-1109=6891) manat məbləğində pulun cavabdehdən müqavilə tərəfi olan İddiaçı1 xeyrinə tutulması barədə birinci instansiya məhkəəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

17. Bundan başqa, məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə münasibətdə bildirmişdir ki, İddiaçı1 mövcud olmuş müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi və liseyə borclu olması işin araşdırılmış halları ilə öz təsdiqini tapdığından, qanunvericiliyin və eləcə də tərəflər arasında bağlanmış müqavilələrin tələbi baxımından tərəflər arasında bağlanmış müqaviləyə xitam verilməsi tərəfləri həmin müqavilədən irəli gələn öhdəliklərini sonadək icra etmək vəzifəsindən azad etmir.

18. Belə ki, tərəflərin razılığa gəldiyi müqavilənin həmin şərtinə əsasən cavabdeh öz öhdəliyinin icrasını (şagirdin dərsə buraxılmamasını) dayandıra və ya bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə bilərdi. Lakin bu hal da cavabdehin vəzifəsi yox, hüququ kimi müqavilədə nəzərdə tutulmuşdur. Qeyd olunan hal heç də qarşılıqlı iddia üzrə cavabdehləri xidmət haqqı üzrə yaranmış borcu ödəməkdən, qarşılıqlı iddiaçını isə ödənilməmiş borcu tələb etmək hüququndan azad etmir.

19. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 386.1, 389.1, 399.1, 399.4, 405.1, 462.1, 467-ci, Mülki Prosesual Məcəllənin 372.1, 372.7, 384.0.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı1 Rafiq oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış təhsil xidmətlərinin göstəril məsinə dair 09 iyul 2018-ci il tarixli müqavilənin 3.2.6-cı bəndinə əsasən təhsil xidmətlərinin haqqı “valideyn” tərəfindən ödənilməsi 1 ay müddətində gecikdirildikdə “lisey” xidmət haqqı tam ödənilənədək öz öhdəliklərinin icrasını (şagirdin dərsə buraxılmasını) dayandıra və ya öz mülahizəsinə əsasən bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə bilər. Lakin, cavabdeh borc barədə bir il ərzində iddiaçı tərəfə məlumat verməmiş və bundan əlavə 2021-2022-ci il üçün təhsil haqqını qəbul etmişdir. Bundan əlavə, Sumqayıt şəhər Məhkəməsində şagirdlərin anası Rəna Fərəcova tərəfindən pul tələbinə dair iddia qaldırılarkən qarşı tərəf borc barədə qarşılıqlı iddia qaldırmamış və pul tələb etməmişdir. Daha sonra İddiaçı1 tərəfindən iddia tələbi irəli sürüldükdən sonra cavabdeh formal ola raq balans yaratmaq üçün qarşılıqlı iddia təqdim etmişdir. 2020-2021-ci tədris ili pandemiya dövrünə düşdüyü üçün tərəflər aralarında razılaşaraq təhsil haqqının hər uşaq üçün 3000 min manat razılaşmışlar və razılaşmaya uyğun olaraq 2020-2021-ci il tədris ili üçün həmin məbləğ ödənilmişdir. Məhkəmə kollegiyası qətnaməsində qeyd etmişdir ki, borc məbləği hesablanarkən 2020-2021-ci tədris ili üçün Fəxri və Mehrin Fərəclinin müqavilələri üzrə ödəniləcək məbləğlər üzrə Liseyin Bakı filialı üzrə 01/807 №li əmrinə əsasən 30% güzəşt nəzərə alınmaqla hesablanmışdır. Lakin, tərəflər arasında müqavilənin dəyişdirilməsi və ya müqaviləyə əlavə barədə hər hansı müqavilə tərtib olunmamış və iddiaçı ona imza etməmişdir.

22. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi mülki işə baxarkən cavabdeh tərə findən ödənişlər barədə arayış əsasında qətnamə qəbul etmiş, lakin həmin ödənişlərin hansı qaydada təhsil aylarına uyğun bölüşdürülməsini aydınlaşdırmamışdır. Cavabdeh əvvəl iddiaçıya ödədiyi məbləğdən geri qaytaracağını qeyd etsə də, sonra arayış təqdim edərək şişirdirilmiş məbləğlər göstərmişdir. Belə ki, məhkəmə-mühasibatlıq ekspertizası keçirilməklə ödənilən məbləğin təhsil aylarına uyğun bölüşdürülməsi zərurəti vardır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətin dən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırki kassasiya şikayətində İddiaçı1 Rafiq oğlu tərəfindən qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Maddə 389.1. Mülki hüquq və vəzifə lərin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

28. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

29. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

30. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

31. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

32. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırma lı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş də lillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Hazırki mübahisə tərəflər arasında ödənişli ümumi təhsillə bağlı münasibətlərdən yaranmaqla, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) özəl ümumi təhsil müəssisəsi, iddiaçı isə (qarşılıqlı iddia üzrə cavabdeh) həmin müəssisədə təhsil alan şagirdlərin valideynidir.

40. Tərəflər arasındakı münasibətlər müqavilə əsaslı olmaqla, 2018-ci ildən yaranmışdır.

41. Belə ki, əvvəld ə də qeyd edildiyi kimi, iddiaçının övladları Mehrin və Fəxri Fərəclilər “İdrak Liseyi” ilə İddiaçı1 arasında bağlanmış 09 iyul 2018-ci il tarixli, Cavid Fərəcli isə lisey və İddiaçı2 arasında bağlanmış 14 sentyabr 2021-ci il tarixli müqavilələrə əsasən, liseyə qəbul olunmuşlar. Təhsil xidmətlərinin göstərilməsinə dair həmin müqavilənin şərtlərinə görə, lisey yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, digər tərəf isə həmin xidmətlərə görə təhsil haqqı qismində vaxtaşırı ödənişləri icra etməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə göstərilən xidmətlərə görə təhsil haqqı 1 tədris ili üçün Mehrin və Fəxriyə münasibətdə 8.000 manat, Cavidə münasibətdə 7.500 manat müəyyən edilmişdir.

42. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, 2021-ci il 12 oktyabr tarixinə qədər 5.000 man at və 3.000 manat olmaqla, Mehrin Fərəclinin 2021-2022-ci tədris ili üçün liseyə 8.000 manat ödəniş edilmişdir. 21 oktyabr 2021-ci il tarixdən uşaqlar başqa təhsil müəssisələrinə keçirilmişlər.

43. İddiaçı ödənilmiş məbləğin qaytarılması ilə bağlı lisey rəhbərliyinə müraciət etmişdir.

44. Qeyd etmək lazımdır ki, bu imkan tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuşdur. Belə ki, həmin müqavilənin 5.4-cü bəndinə əsasən, xidmət haqqının qabaqcadan ödənildiyi hallarda müqaviləyə vaxtından qabaq xitam verilməsi zamanı cari ayın qalan günləri istisna olmaqla, növbəti aylar üçün ödənilmiş xidmət haqqı geri qaytarılır.

45. Lisey tərəfindən ödənişin geri qaytarılması üçün müraciətə müsbət cavab verilmədiyindən, uşaqların anası bu məzmunlu iddia ilə məhkəməyə müraciət etmiş, lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə X8 müqavilə tərəfi olmadığı üçün subyektiv hüququnun yaranmaması əsası ilə iddia rədd edilmişdir.

46. Bundan sonra iddiaçılar həmin məbləğin, yəni 8.000 manat məbləğində pul vəsaitinin liseydən onların xeyrinə tutulması, o cümlədən mənəvi zərərə görə 2.000 manat məbləğində kompensasiyanın ödənilməsinə dair hazırki iddianı qaldırmışdır.

47. Lisey tərəfindən irəli sürülmüş qarşılıqlı iddia tələbinin əsasını isə iddiaçıdan 26.712 manat məbləğində borcun tutulması təşkil edir.

48. Qarşılıqlı iddia üzrə iddiaçının arqumentlərinə görə, Mehrin və Fəxri Fərəclilərin 2020-2021-ci tədris ili üçün pandemiya ilə əlaqədar hər birinə münasibətdə 8.000 manat ödənilməli olan təhsil haqqına 1.778 manat güzəşt edilmiş və valideyn tərəfindən hər uşaq üçün 3.000 manat ödən iş edilmiş, nəticədə 3.222 manat qalıq borc yaranmışdır ki, həmin borcun ödənilməsinin gecikdirildiyi hər gün üçün gecikdirilən məbləğin 0,5 % məbləğində, yəni 5.316 manat dəbbə hesaba alınmaqla tutulmalıdır.

49. Həmçinin, lisey 2021-2022-ci tədris ili üçün 12 oktyabra qədər Mehrin və Fəxri Fərəclilərə münasibətdə hər bir uşağa görə 1.109 manat, Cavid Fərəcliyə 1040 manat təhsil haqqının və həmin məbləğlərə hesablanmış 4.160 manat dəbbə pulunun ödənilməsini tələb edir.

50. Göründüyü kimi, tərəflərin mübahisələndirmədiyi hal 2020-2021-ci tədris ilində Mehrin və Fəxrinin təhsil haqqı kimi liseyə hər bir uşaq üçün 3.000 manat ödəniş edilməsidir.

51. O da mübahisələndirilmir ki, həmin dövr pandemiya dövrünə təsadüf etdiyindən karantin qaydalarının yaratdığı çətinliklər, məhdudlaşdırıcı tədbi rlərin tətbiqinin mənfi təsirinə məruz qalma və bununla bağlı ödəniş qabiliyyətinin azalması müxtəlif sahələrdə ödənişlər üzrə güzəştlər müəyyən edilməsini zəruri etmişdir.

52. İş materiallarına əlavə edilmiş liseyin pedoqoji şurasının 16 may 2020-ci il tarixli iclasının protokolundan çıxarışdan da görünür ki, pandemiya ilə əlaqədar valideynlərə şagirdin illik ödənişinin 30 faizi nisbətində güzəşt edilməsi qərara alınmışdır.

53. Apellyasiya məhkəməsinin qarşılıqlı iddia üzrə həmin tələblərlə bağlı qənaəti belə olmuşdur ki, Fəxri Fərəcliyə təhsil xidmətinin göstərilməsinə dair müqaviləyə əsasən İddiaçı1 4.331 manat əsas borc, 6.425 manat dəbbə borcu, cəmi 10.756 manat, Cavid Fərəcliyə təhsil xidmətinin göstərilməsinə dair müqaviləyə əsasən Fəxriyyə Yusifzadənin 1.040 manat əsas borc, 4.160 manat dəbbə borcu, cəmi 5.200 manat, Mehrin Fərəcliyə təhsil xidmətinin göstərilməsinə dair müqaviləyə əsasən İddiaçı1 4.331 manat əsas borc, 6.425 manat dəbbə borcu, cəmi 10.756 manat borcu vardır.

54. Apellyasiya məhkəməsi tələb edilən dəbbə pulunun müqavilə üzrə öhdəliyi icra edə bilməyən cavabdeh tərəfin maddi vəziyyətini ağırlaşdırmasını, məhkəmə qaydasında hüquqları bərpa edilən iddiaçının hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə almaqla, Fəxri Fərəcliyə göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu 4.331 manat, dəbbə pulu 200 manat, Mehrin Fərəcliyə göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu 4.331 manat, dəbbə pulu 200 manat, Cavid Fərəcliyə göstəril ən təhsil xidmətləri üçün təhsil haqqı borcu 1.040 manat, dəbbə pulu borcu 100 manat Cavabdeh xeyrinə tutulmasını qət etmişdir.

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məıhkəməsinin qətnaməsi Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbləri pozulmaqla qəbul edilmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

56. Belə ki, təkrar vurğulanır ki, lisey tərəfindən 2020-2021-ci tədris ilində təhsil haqları üçün 30 faiz güzəşt tətbiq edilmişdir ki, sadə riyazi hesablama yolu ilə həmin məbləğin 2.400 manat təşkil etməsi müəyyən edilir. Halbuki, lisey həmin məbləği 1.778 manat kimi göstərmişdir.

57. Digər tərəfdən, iddiaçılar liseylə müqavilədən kənar əlavə güzəştlər edildiyini bildirmiş, lisey tərəfindən də apellyasiya məhkəməsinə təqdim edilmiş ödəniş qrafiklərində Fəxri və Mehrin üçün illik təhsil haqqı məbləği 7.600 manat göstərilmişdir.

58. Apellyasiya məhkəməsi həmin xüsusatlara ümumiyyətlə diqqət yetirməmiş, iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız lisey tərəfindən irəli sürülən dəlillərə istinad etməklə, tələb edilən borc məbləğini əks etdirən arayış iş üzrə digər obyektiv sübutlarla təsdiq edilmədiyi halda mötəbər sübut kimi qiymətləndirməklə, qarşılıqlı iddianın sübuta yetirilməsi barədə yanlış nəticəyə gəlmişdir.

59. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzg ün və ədalətli həll edilməsini istisna edir.

60. Digər tərəfdən, birinci instansiya məhkəməsi iddiaçının liseyə ödədiyi 8.000 manatın geri qaytarılması barədə iddiasını qismən təmin edərək, uşaqların cavabdeh tərəfindən üç uşağın təhsil almaları üçün liseyin öz öhdəliklərini yerinə yetirdiyi dövr, yəni 15 sentyabrdan 11 oktyabr 2021-ci il tarixə qədərki dövr üçün 1109 manat məbləğin nəzərə alınmaqla, 6891 manat məbləğində pulun liseydən İddiaçı1 xeyrinə tutulmasını qət etmişdir.

61. Apellyasiya məhkəməsi həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığı halda, 15 sentyabrdan 11 oktyabr 2021-ci il tarixə qədərki dövr üçün təhsil haqqı (1109 manat+1109 manat+1040 manat) tələbi hissəsində də təmin etmişdir ki, nəticə etibarilə iddiaçının üzərinə eyni xidmətə görə iki dəfə ödəniş icra etmək öhdəliyi qoyulmuşdur.

62. Göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamədə həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməmiş, ziddiyyətli məqamların aradan qaldırılmamış, əksinə işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar daxil edilmişdir.

63. Halbuki, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, 129-cu maddəsinin İİİ hissəsinə əsasən isə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

64. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və t am baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır.

65. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

66. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, iddiaçıdan dəbbə pulunun tutulması hissəsində də apellyasiya məhkəməsinin nəticəsi qanuni və əsaslı hesab edilə bilməz.

67. Lisey dəbbə pulu ilə bağlı tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 462-ci maddəsinin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz.

68. İstinad edilən normanın dispozisiyasından da göründüyü kimi, dəbb ə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Dəbbə pulunun tətbiqi o zaman mümkündür ki, borclunun təqsiri ucbatından öhdəlik icra edilməsin və ya lazımınca icra edilməsin.

69. Uşaqlar 2021-2022-ci tədris ilində yalnız 15 sentyabrdan 11 oktyabr 2021-ci il tarixə qədərki dövr üzrə liseydə təhsil almışlar ki, həmin tədris ili üçün əvvəlcədən 8.000 manat məbləğində ödənişin icra edilməsi işin mübahisəsiz halı olmaqla bərabər, hazırki məhkəmə mübahisəsinin əsasını məhz həmin məbləğin qaytarılması təşkil edir.

70. Belə olan halda, liseyin 15 sentyabrdan 11 oktyabr 2021-ci il tarixə qədərki dövr üçün ödənişin gecikdirildiyini göstərməklə dəbbə pulu tələb etmə sinin ümumiyyətlə qanuni əsası yoxdur.

71. Çünki, nəinki həmin dövr üçün, bütün tədris ili üzrə tam təhsil haqqının iddiaçı tərəfindən ödənilməsi sübuta yetirilir, digər tərəfdən isə müqaviləyə xitam verildikdən sonra qalan pulun geri qaytarılmasından imtina edən liseyin öz hərəkətləri özgəsinin pul vəsaitini qanunsuz saxlama kimi qiymətləndirilməlidir.

72. Bununla yanaşı iş materiallarından görünür ki, kassator İddiaçı1 kassasiya şikayətində qətnamənin ümumilikdə ləğvini xahiş etsə də, ilkin iddianın təmin edilən hissələrində qətnamə onun hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmur. Eyni zamanda İddiaçı1 ilkin iddianın qismən təmin, qarşılıqlı iddianın rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş, apellyasiya instansiyası məhk əməsinin hazırki iş üzrə qətnaməsi ilə ilkin iddianın təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

73. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən qarşılıqlı iddiaya aid hissədə maddi hüquq normaları düzgün tətbiq olunmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi, qarşılıqlı iddiaya aid hissədə qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl edilməmişdir.

74. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddiaya aid hissədə ləğv edilməli, həmin hissədə mübahisənin yeni dən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

75. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-167/2023 saylı, 11 yanvar 2023-cü il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv edilsin. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar