Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1869/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: tikilinin sökülməsi, sübutların qiymətləndirilməsi 25.06.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-212/2024 nömrəli, 15 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallar ını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********86-10301 nömrəli, xx.xx.2021-cı il tarixli çıxarışla İddiaçı mülkiyyətinə Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsində yerləşən 0.0446 ha torpaq sahəsi verilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********30-06301 nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışla X1 mülkiyyətinə Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsində 0.0223 ha torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək darvazasının qarşısında Cavabdeh tərəfindən tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qanunsuz olaraq onun darvazasının 80 sm aralıda təhlükəsizlik qaydalarını pozaraq tikinti işləri aparmaqdadır. Cavabdehin tikmək istədiyi ərazi köhnə Rayponun (Azəriittifaqın nəzdindədir) ərizəsi olmuşdur. Həmin tikintiyə ayrılmış sahə yanğınsöndürmə mühafizə zolağındadır. Bu barədə Fövqalədə Hallar Nazirliyinin X5 İdarəsinin 27 iyul 2009-cu il tarixli məktubu vardır. Həmin ərazidə Vaqif adlı şəxs tikinti apardığına görə Aybəniz adlı şəxs məhkəmədə iddia qaldırmış, həmin tikili məhkəmə qətnaməsi əsasında sökülmüşdür. Hazırda cavabdeh də eyni qanunsuz əməli təkrarlayara q, darvazadan 80 sm aralıda təhlükəsizlik qaydalarını pozaraq tikinti işləri aparmaqdadır.
6. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçının tələb etdiyi torpaq sahəsi ona məxsusdur və onun xüsusi mülkiyyətindədir. O, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. İddiaçı onun torpaq sahəsində qanunsuz darvaza qoymuşdur. Onun tələbinə əsasən məhkəmədə mülki işə baxılmış və darvazanın sökülməsi qərara alınmışdır. Onun tikdirdiyi tikili özünə məxsus torpaq sahəsində yerləşir. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2023-cü il tarixli, 10/5280 nömrəli ekspert rəyindən görünür ki, X1 mülkiyyətində olan Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsində ye rləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********30-06301 nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışla mülkiyyətə verilmiş 0.0223 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyat « Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********86-10301 nömrəli, xx.xx.2021cı il tarixli çıxarışla mülkiyyətə verilmiş 0.0446 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. X4 tərəfindən inşası tam başa çatdırılmamış qeyri-yaşayış binası (yar ımçıq tikili) ona Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********3006301 nömrəli,xx.xx.2019-cu il tarixli çıxarışla mülkiyyətinə verilmiş 0.0223 ha torpaq sahəsində yerləşir. Qeyd edilən inşası tam başa çatdırılmamış qeyri-yaşayış binası (yarımçıq tikili) İddiaçı Beyləqan şəhəri Sevil Qazıyeva küçəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********8610301 nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışla mülkiyyətinə verilmiş 0.0446 ha torpaq sahəsində yerləşmir. Cavabdeh X4 tərəfindən İddiaçı mülkiyyətində olan Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********86-10301 nömrəli, xx.xx.2021-cı il tarixli çıxarışla mülkiyyətə verilmiş 0.0446 ha torpaq sahəsi zəbt edilməmişdir. Cavabdeh X1 mülkiyyətində olan Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********3006301 nömrəli, xx.xx.2019-cu İİ tarixli çıxarışla mülkiyyətə verilmiş 0.0223 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olan Beyləqan şəhər Sevil Qazıyeva küçəsində yerləşən Azərbaycan Respubli kası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********86-10301 nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışla mülkiyyətə verilmiş 0.0446 ha torpaq sahəsi ilə üst-üstə düşmür.
8. Beyləqan Rayon Məhkəməsinin (hakim Ramiz Nurullayev) 2(020)-82/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, məhkəmə xərcləri həll olunmuşdur.
9. Məhkəmə qeyd etmişdir ki, inşası tam başa çatdırılmamış qeyri-yaşayış binası (yarımçıq tikili) İddiaçı Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********8610301 nömrəli, xx.xx.202 1-ci il tarixli çıxarışla mülkiyyətinə verilmiş 0.0446 ha torpaq sahəsində yerləşmir. Cavabdeh X4 tərəfindən İddiaçı mülkiyyətində olan Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********86-10301 nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışla mülkiyyətə verilmiş 0.0446 ha torpaq sahəsi zəbt edilməmişdir. Cavabdeh X1 mülkiyyətində olan Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********3006301 nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışla mülkiyyətə verilmiş 0.0 223 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olan Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********86-10301 nömrəli, xx.xx.2021-cı il tarixli çıxarışla mülkiyyətə verilmiş 0.0446 ha torpaq sahəsi ilə üst-üstə düşmür.Qeyd olunan yarımçıq tikili Cavabdeh mülkiyyətində olan torpaq sahəsində yerləşir. Məhkəmə hesab etmişdir ki, iddia əsassızdır və təmin edilə bilməz.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 139.3, 152.1, 152.5, 157.1, 157.2, 157.4, 238.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinə, 67-ci maddəsinin 1-ci bəndinə, 67-ci maddəsinin 3-cü bəndinə, 84-cü ma ddəsinin 1-ci bəndinə, 84-cü maddəsinin 3-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır
13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Tofiq Heydərov – sədrlik edən və məruzəçi, İlham Əsədov və Samir Mayılov) 2(106)-212 /2024 nömrəli, 15 yanvar 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iddianın əsassız olması işin halları ilə kifayət qədər sübut olunmuşdur.
15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 238.1-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinə, 67-ci maddəsinin 1-ci bəndinə, 67-ci maddəsinin 3-cü hissəsinə, 84-cü maddəsinin 1-ci bəndinə, 84-cü maddəsinin 3-cü bəndinə istinadla əsaslandırmışdır. K assasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi iddia tələbində qeyd olunanlara hüquqi qiymət verməmiş, iddia tələbində qeyd olunanlar üzrə iddia tələbinin əsaslı olub-olmaması istiqamətində hər hansı araşdırma aparmamışdır. Məhkəmə icraatı zamanı həqiqətin müəyyən edilməsi təmin edilməmiş, ekspert qarşısında iddia tələbində qeyd olunanlara uyğun olaraq cavabdeh tərəfindən inşa edilən qeyri-yaşayış binasının (yarımçıq tikili) yanğın və tikinti təhlükəsizliyi qayda larına və tələblərinə uyğun olub-olmaması barədə sual qoyulmamış, məhkəmə qərarının əsaslandığı sübut – ekspert rəyi iddia tələbinin əsaslarına və mübahisənin predmetinə uyğun olmamışdır. Nəticədə ədalət mühakiməsi çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət edilmədən həyata keçirilmiş, məhkəmə icraatı zamanı həqiqətin müəyyən edilməsi üçün lazımi tədbirlər görülməmişdir. Məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Belə ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2023-cü il tarixli 10/5280 saylı ekspert rəyi iş üçün əhəmiyyəti olan halları təsdiq etmir. Çünki ekspert qarşısında iddia tələbinin əsasını təşkil edən və iddiaçı tərəfindən mübahisələndirilən cavabdeh tərəfindən inşa edilən qeyriyaşayış binasının (yarımçıq tikili) yanğın və tikinti təhlükəsizliyi qay dalarına və tələblərinə uyğun olub-olmaması ilə bağlı sual qoyulmamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumlarının müvafiq mütəxəssis rəyi alınmadan ekspertiza keçirilmişdir. Ekspert rəyinə bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymət verilməmişdir. Məhkəmələr iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 İdarəsinin 27 iyul 2009-cu il tarixli məktubu və daha əvvəllər həmin ərazidə aparılan tikintinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında sökülməsi ilə bağlı dəlillərə hərtərəfli, tam baxmamış mübahisənin həlli istiqamətində əhəmiyyətli olan sübutları araşdırmamış və həmin sübutları qiymətləndirməmişdir. Nəticədə məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməmə si səbəbindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Qeyd edilən bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
19. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Prosessual Məcəllə
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi i stinad etdiyi halları sübut etməlidir.
22. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır. Kassasiya baxışının hədləri
25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apel lyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, İddiaçı deyil, Cavabdeh mülkiyyətindəki torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının sökülməsi üçün qanuni əsaslar müəyyən edilmir.
29. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
30. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onlar ın dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
32. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-212/2024 nömrəli, 15 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.