Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1870/2019 01.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh Heydər Əliyev adına Liseyin səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9380/2018 nömrəli iş üzrə 12 sentyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhər Xətai rayon məhkəməsinin (hakim Leyla Tal ıbova) 14 iyun 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Heydər Əliyev adına Liseyə qarşı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə 24.10.2017-ci il tarixli 272 saylı əmrin və İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 02.04.2018-ci il tarixli 71 saylı əmrin ləğv edilməsi, Heydər Əliyev adına Liseyin Həmkarlar Təşkilatının İddiaçı işdən azad olunması barədə razılıq verməsinə dair 28.03.2018-ci il tarixli 5 saylı qərarının ləğv edilməsi, onun müəllimə işinə bərpa edilməsi, 02.04.2018-ci il tarixdən sonrakı məcburi iş buraxma dövrü üçün əmək haqqı və digər haqq-hesabın cavabdehdən onun xeyrinə tutulması barədə iddia tələbləri rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Vüsalə Bax ışova, Vüqar Həsənov) 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Xətai rayon məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdeh Heydər Əliyev adına Liseyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək liseyin direktoru Nümayəndə 02.04.2018-ci il tarixli 71 saylı əmrinin ləğv edilməsi, onun müəllimə vəsifəsinə bərpa edilməsi, 02.04.2018-ci il tarixdən sonrakı məcburi iş buraxma dövrü üçün əmək haqqı və digər haqq-hesabın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı cavabdeh Heydər Əliyev adına Liseyə qarşı iddia ərizəsinə əlavə verərək liseyin direktoru Nümayəndə İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verməsi bar ədə 24.10.2017-ci il tarixli 272 saylı əmrinin və İddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitam verilməsi barədə 02.04.2018-ci il tarixli 71 saylı əmrinin ləğv edilməsi, Heydər Əliyev adına Liseyin Həmkarlar Təşkilatının İddiaçı işdən azad olunması barədə razılıq verməsinə dair 28.03.2018-ci il tarixli 5 saylı qərarının ləğv edilməsi, onun müəllimə vəsifəsinə bərpa edilməsi, 02.04.2018-ci il tarixdən sonrakı məcburi iş buraxma dövrü üçün əmək haqqı və digər haqqhesabın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 7 ildir həmin liseydə ingilis dili müəlliməsi işləmişdir. 2016-cı ildə liseyə direktor təyin olunmuş Nümayəndə ona təzyiq göstərmiş, əvvəlcə onun dərs saatlarını kəskin azaltmış və sonradan ona int izam təhbehi olaraq şiddətli töhmət vermişdir. Onun işdən azad olunmasının iki faktiki əsası olmuşdur. Birincisi 24.10.2017-ci il tarixdə şagirdlərə zor tətbiq edilməsi ilə bağlı olaraq şiddətli töhmət verilmiş, ikincisi isə 6 ay keçməmiş 2018-ci ilin yanvar ayında o, açıq dərs keçməkdən imtina etmişdir. O, şagirdlərə heç bir fiziki zorakılıq tətbiq etməmiş, məktəb rəhbərliyi valideynlərin və şagirdlərin şübhə yaradan ərizələri əsasında təqsirli bilinmişdir. Bundan başqa həmin əmr ona təqdim olunmamışdır. Açıq dərsin keçirilməsi ilə bağlı olaraq ümumiyyətlə məlumatı olmamışdır. Heydər Əliyev adına Lisey tərəfindən verilmiş intizam təhbehi əsaslandırılmamış, açıq dərsin təyin olunması, müəlliməyə bununla bağlı olaraq məlumat verilməsi, açıq dərsin keçirilməsindən imtina edilməsi ilə əıaqəda r heç bir sübut təqdim olunmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normalarını yanlış təfsir etmişdir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla ə mək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Bu əmək mübahisəsinin ən vacib normasıdır. Belə ki, işəgötürən sübut etməlidir ki, ona məhz hansı maddi ziyan dəymişdir, nə qədər dəymişdir və bu hansı sənədlərlə sübut olunur. Bu norma müəyyən edir ki, işçi hər cür pozuntu edərkən yox, o pozuntulara görə intizam tənbehi verilə bilər ki, onun nəticəsində işin normal ahəngi pozulmuş olsun. Cavabdeh iş materiallarından da göründüyü kimi ona dəymiş ziyanın məhz nədən ibarət olmasını sübut edə bilməmişdir. İstən ilən pozuntuya görə isə əmək müqaviləsinə xitam verilə bilməz. Cavabdeh daha çox son əmrdən öncə verilən töhmət və şiddətli töhmət əmrlərini qabartmaqla iddiaçı haqqında məhkəmədə mənfi təsəvvür oyatmağa cəhd etmişdir. Halbuki iş materiallarından da sübut olunur ki, sonuncu şiddətli töhmət əmri iddiaçıya rəsmən verilməmişdir. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməyərək prosessual qanunverciliyin tələblərini pozmuşdur. Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəyindən də açıqaşkar görünür ki, aktları imzlayan bəzi şəxslərin həmin məktəbin əməkdaşı olması sual altındadır və bir çoxları ilə əmək müqaviləsi bağlanması faktı təsdiq edilmir. Səlahiyyətsiz əməkdaşın imzaladığı akt və digər sənəd isə sübut kimi qəbul edilə bilməz. MPM-in 81-ci maddəsinə görə Qanuna yə ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.Məhkəməyə təqdim edilmiş və iddiaçının öz əmək funksiyalarını pozmasını guya təsdiq edən sənədlərdəki hallar və faktları isə ümumiyyətlə nəzərə alınmamalı və ona istinad olunmamalı idi. Belə ki, məktəbə ünvanlanmış çoxsaylı valideyn ərizələrində qeyd edilir ki, guya iddiaçı uşaqlara əl qaldırır və onları döyür. Qanunvericiliyə və məhz MPM-in 81-ci maddəsinə görə bu kimi hallar məhz bəlli sənədlərlə təsdiq edilməlidir. Əgər uşaqlara qarşı zorakılıq, döymə, sağlamlıqlarına və ya psixikalarına zərər vurulması faktları vardırsa, bu hallar konkret hüquq-mühafizə orqanlarının araşdırmaları, qərarları, habelə tibbi qurumların rəyləri, arayışları, epikrizləri və ya psixoloq rəyləri ilə təsdiq edilməli idi. Bu sübutların mümkünlüyünün ən vacib prinsipidir.Birinci instansiya məhkəməsi isə bunlara belə hüquqi qiymət vermişdir ki, belə çoxsaylı yazılı şikayətlər hüquq mühafizə orqanlarının araşdırılması və tibbi rəyin alınması üçün əsas deyildir. Apellyasiya instansiyası məhkməsi də eyni səhvi təkrarlamaqla sübutların mümkünlüyü tələbini pozmuşlar.Birinci instansiya məhkəməsi Dövlət Əmək Müfəttişliyinin rəyini və bu rəydə göstərilən çoxsaylı hüquqi məqamları nəzərə almamış, bunu belə əsaslandırmışdır ki, rəy sırf formal əsaslara görə verilib. Apellyasiya instansiyası məhkməsi də eyni mövqeyi sərgiləməklə sübutların araşdırılması tələbini pozmuşdur.Dövlət Əmək Müfəttişliyinin rəyində birbaşa qeyd edilir ki, cavabdehin direktoru vəzifəsini tutan və əmri imzalaya n şəxsin heç bir səlahiyyəti olmamışdır. Buradan görünür ki, sübut qanunsuz yola, yəni buna hüququ olmayan şəxs tərəfindən tərtib edilib və hüquqi şəkil verilib. Apelyasiya instansiyası bu məqama da heç bir qiymət verməmişdir.Eyni hüquqi yanaşma digər sübutlara münasibətdə də ola bilər. Xüsusən Həmkarlar İttifaqı üzvlərinin təyin edilməsi və onların səlahiyyətləri barədə, iddiaçının həmkarlar ittifaqının iclasına dəvət edilməməsi barədə, açıq dərs cədvəllərinin nə vaxt, kim tərəfindən, hansı sənədlə təsdiq edilməsi barədə, cavabdehin direktorunun rəsmən direktor kimi təyin edilməsinin təsdiq olunmaması və s. kimi məqamlar açıq qalmış və məhkəmə tərəfindən bunlar araşdırmaya məruz qalmadan əsassız hüquqi qiymət verilmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili Vəkil məhkəmə kollegi yasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh Heydər Əliyev adına Liseyin səlahiyyətli nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, İddiaçı və onun vəkili Vəkil izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı ilə cavabdeh Heydər Əliyev adına Lisey arasınd a əmək müqaviləsi bağlanmış və 15.09.2010-cu il tarixdə ingilis dili müəlliməsi işinə qəbul edilmişdir. 24 oktyabr 2017-ci il tarixli 272 saylı intizam tənbehi verilməsinə dair əmrin surətindən müəyyən olunur ki, İddiaçı əmək müqaviləsinin şərtlərini və liseydaxili nizam-intizam qaydalarını pozduğu üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “d” bəndi, 186-cı maddəsinin 1 və “2b” bəndlərinə əsasən ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. 71 saylı 02.04.2018-ci il tarixli əmrin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən İddiaçı ilə əmək funksiyasını pozduğuna görə ona verilmiş intizam təhbehindən nəticə çıxarmayaraq üç ay ərzində təkrarən əmək funksiyasını pozduğu üçün onunla Heydər Əliy ev adına Lisey arasında bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. 76 saylı 05.04.2018-ci il tarixli əmrin surətindən müəyyən olunur ki, Heydər Əliyev adına Lisey üzrə 71 saylı 02.04.2018-ci il tarixli əmrin iki yerində texniki səhv olaraq qeyd olunmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndi 70-ci maddənin “ç” bəndi ilə əvəz olunmuşdur. Heydər Əliyev adına Liseyin bir qrup valideynləri və şagirdləri tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə və liseyin direktoru Nümayəndə ünvanlanmış ərizələrin surətindən müəyyən olunur ki, İddiaçı şagirdlərlə pis rəftar etmiş, hətta şagirdləri vuraraq təhqir etmişdir. Bununla bağlı coxsaylı şikayətlər edərək ölçü götürülməsini xahiş etmişlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən Bu Məc əllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 70-ci maddəsinin ç) bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu Məcəllənin 72 maddəsinin e) bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin ko bud şəkildə pozulması hesab olunur. Birinci instansiya məhkəməsi işin faktiki hallarına əsasən müəyyən etmişdir ki, Məhərrəmova Sevinc Azay qızı iş prosesi zamanı nizam-intizam qaydalarını pozmuş, dərs prosesi zamanı etik davranış qaydalarına riayət etməmiş, şagirdlərin gözü qarşısında müəllimə yaraşmayan hərəkətlərə yol vermiş, açıq dərsin keçirilməsindən imtina etmişdir. İşlədiyi müddət ərzində şagirdlərlə kobud davranışı və onlara qarşı kobud ifadələr işlətməsi valideynlərin haqlı narazılığa səbəb olmuşdur. 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəyi ilə müəyyən olunmuşdur ki, liseyin direktoru Nümayəndə işəgötürən kimi qeydiyyatdan keçməmiş, bundan başqa şagirdlərə qarşı zorakılıq hərəkətlərinin olub-olmaması ilə bağlı olaraq hüquq mühafizə orqanlarının rəyi mövcud olmamış, h əmçinin bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar həmkarlar təşkilatının razılığı vaxtında alınmamış, son haqq hesabı qanunvericiliyə uyğun aparılmamışdır. Birinci instansiya məhkəməsi 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəyi ilə razılaşmayaraq hesab etmişdir ki, rəy formal əsaslara görə verildiyindən əsaslı hesab oluna bilməz. Belə ki, işəgötürənin özünün işə götürülməsi və onunla əmək müqaviləsinin bağlanılması Təhsil Nazirliyinin səlahiyyətinə aid olduğundan və onun həmin vəzifəyə təyin olunması ilə bağlı olaraq əmək müqaviləsinin elektron informasiya sisteminə işlənilməsi Təhsil Nazirliyinin səlahiyyətlərinə aid olduğundan, Nümayəndə liseyin direktoru olmaması qənaətinə gəlinə bilməz. Bundan başqa müəllimin hərəkətləri ilə bağlı olaraq bir cox valideynlərin və şagirdlərin məktəb rəhbərliyinə və Təhsil Nazirliyinə coxsaylı şikayətlərinin olması hüquq mühafizə orqanları tərəfindən araşdırılma və tibbi rəyin alınması üçün əsas deyildir. Həmçinin rəydə 16.03.2018-ci il tarixdə daxil olmuş təqdimata Həmkarlar Təşkilatı tərəfindən 28.03.2018ci il tarixdə qərar verildiyini və 10 gün müddətin buraxıldığını qeyd etmişdir. Azərbaycan Respublikasında 20.03.2018-ci il tarixdən 25.03.2018-ci il tarixə kimi qeyri iş günü hesab olunduğundan 10 gün müddət ötürülməmişdir. İş materiallarını araşdıraraq və yuxarıda sadalanan normalara istinad edərək məhkəmə hesab etmişdir ki, İddiaçı işdən azad olunarkən əmək qanunvericiliyin tələbləri pozulmadığından liseyin direktoru Nümayəndə İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verməsi barədə 24.10.2017-ci il tarix li 272 saylı əmrinin və İddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitam verilməsi barədə 02.04.2018-ci il tarixli 71 saylı əmrinin ləğv edilməsi, Heydər Əliyev adına Liseyin Həmkarlar Təşkilatının İddiaçı işdən azad olunması barədə razılıq verməsinə dair 28.03.2018-ci il tarixli 5 saylı qərarının ləğv edilməsi, onun müəllimə işinə bərpa edilməsi, 02.04.2018-ci il tarixdən sonrakı məcburi iş buraxma dövrü üçün əmək haqqı və digər haqq-hesabın cavabdehdən onun xeyrinə tutulması barədə iddiası təmin oluna bilməz. İddiaçının apellyasiya şikayətinə əsasən qətnaməni apellyasiya qaydasında yoxlayan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Apellyasiya instansiyası məh kəməsi bu nəticəyə gələrkən qeyd etmişdir ki, 24.10.2017ci il tarixli, 272 nömrəli əmrlə iddiaçıya intizam tənbehi - sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Belə ki, şagirdlər liseyin direktoruna ərizə ilə müraciət edərək bildirmişlər ki, iddiaçı onları sinifdə vurur. Habelə, valideynlər liseyin direktoruna ərizə ilə müraciət edərək tədris prosesində iddiaçının onların uşaqları ilə pis rəftar etməsindən və uşaqlara əl qaldırmasından şikayətlənmişlər. İntizam tənbehinin verilməsindən əvvəl iddiaçıdan izahat istənilmiş, lakin o, izahat verməkdən imtina etmiş, liseyin 3 əməkdaşı akt tərtib edərək imtinanı rəsmiləşdirmişlər. Lakin bundan 2 ay 19 gün sonra - 12.01.2018-ci il tarixində iddiaçı təkrarən əmək funksiyasını pozmuşdur. Belə ki, 12.01.2018-ci il tarixinə açıq dərs təyinolun muş, lakin iddiaçı açıq dərs keçməkdən imtina etmiş, ümumiyyətlə dərs keçməmişdir. Bu fakt liseyin 6 əməkdaşı tərəfindən tərtib edilmiş aktla təsdiq olunur. Aktda “müəllim 45 dəqiqə müddətində yerindən tərpənməmiş və heç bir dərs keçməmişdir” qeyd olunmuçdur. İddiaçının özü də açıq dərs verməyəcəyini telefon mesajında etiraf etmişdir.. Bu hala görə iddiaçıdan izahat istənilmiş, lakin iddiaçı izahat verməkdən imtina etmişdir, liseyin 3 əməkdaşı akt tərtib edərək imtinanı rəsmiləşdirmişlər. Hər hansı müəllimin açıq dərs təyin edilməsindən narazı qalması və ya açıq dərs təyin edilməsinin qaydalarının pozulması əsas vermir ki, ümumiyyətlə dərs keçməkdən imtina etsin. Dərs şagirdlər üçündür, şagirdlər məktəbdə təhsil hüquqlarını həyata keçirirlər, dərsin keçilməməsi bu hüququn pozulmasına səb əb olur. Direktor iddiaçının bu davranışını Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndində göstərilən pozuntu kimi qiymətləndirmiş və həmin maddəyə əsasən əmək müqaviləsini ləğv etmişdir. Ləğvetmədən əvvəl həmkarlar ittifaqı təşkilatının razılığı alınmışdır.Göründüyü kimi, qətnamə Əmək Məcəlləsinin tələblərinə uyğundur. Təhsil strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. Müəllimin şagirdlərlə pis rəftar etməsi və onlara əl qaldırması “Təhsil haqqında” Qanunun göstərişlərinə ziddir. Belə ki, həmin Qanunun 33.3-cü maddəsində təhsil verənlərin vəzifələri müəyyən edilmişdir. Bu vəzifələrin sırasına göstərilən vəzifələr də daxil edilmişdir: 1) şəxsi nümunəsi ilə təhsilalanlarda qanunlara, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə hörmət və qayğı hissləri aşılamaq; 2) pedaqoji etika və əx laq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək; 3) təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək; 4) uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq. Göründüyü kimi, qətnamə “Təhsil haqqında” Qanunun tələblərinə uyğundur. Lisey təhsil müəssisəsi olaraq iddiaçının iş yeridir, eyni zamanda uşaq müəssisəsi olaraq uşaqların təlim-tərbiyəsinin həyata keçirildiyi yerdir. Uşaq müəssisəsi digər iş yerlərinə (istehsal müəssisəsinə, xidmət müəssisəsinə və s.) bərabər tutula bilməz. Əgər iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsa həmin müəssisədə uşaqların təlim-tərbiyəsi ilə məşğul olacaq, odur ki, iddiaçının uşaq müəssisəsinə işə bərpa olunması həm də uşaqların barəsində görülən tədbir kimi qəbul olunur. Belə vəziyyətlərdə uşaqlar ın mənafeyi işçinin mənafeyindən daha üstündür. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “ Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən”. Odur ki, təhsil müəssisəsində (uşaq müəssisəsində) təlim-tərbiyə alan bütün uşaqların mənafelərinin daha yaxşı təmin edilməsi üçün iddiaçı ilə əmək müqaviləsi ləğv edilə bilər. Uşaqlarla pis rəftar edən, onlara əl qaldıran, uşaqlara nəinki açıq dərs, ümumiyyətlə dərs keçməkdən imtina edən müəllimin uşaqların təlim-tərbiyəsi ilə məşğul olması uşaqların mənafelər inə uyğun gəlmir. “Uşaq hüquqları haqqında” Konvensiya beynəlxalq müqavilə olduğuna görə onun göstərişi Əmək Məcəlləsinin göstərişlərindən üstündür. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, iddiaçı kassasiya şikayətində məhkəmənin maddi hüquq yanlış təfsir etməsini göstərmiş, həmçinin qeyd etmişdir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işəgötürən sübut etməlidir ki, ona məhz hansı maddi ziyan dəymişdir, nə qədər dəymişdir və bu hansı sənədlərlə sübut olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə razılaşmır. Məhkəmənin maddi hüquq normasının yalnış təfsir etdiyini qeyd edən iddiaçı özü kassasiya şikayətində maddi hüquq normasını səhv göstərmişdir. Belə ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızl ıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi norma iki hissədən ibarətdir: 1) işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın,; 2) mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi. Hazırki mübahisə üzrə iddiaçı tərəfindən vəzifəsinə səhlənkarlıqla yanaşması, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə liseydə əmək və icra intizamının normal ahənginin pozulması işin halları ilə müəyyən edilmişdir. İddiaçının hərəkətləri nəticəsində liseyə hər hansı bir maddi ziyanın dəyməsi əhəmiyyət kəsb etmir. Liseyə maddi ziyan vurulmadan da normanın tərkibinin yaranması mümkündür. Prosessual hüquq normaların tələblərinin pozulması ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər apellyasiya instansiya məhkəməsində işə baxılarkən də irəli sürülmüş və məhkəmə həmin dəlilləri tam, hərtərəfli, obyektiv araşdıraraq qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Xüsusilə qeyd edilməlidir ki, əgər əmək müqaviləsinin ləğvinin sənədləşdirilməsi zamanı, o cümlədən iddiaçının iz ahat verməkdən imtina etməsi zamanı aktlar tərtib edilərkən və digər sənədləşdirmə işləri aparılarkən qanunvericilikdə müəyyən edilmiş hər hansı formal tələblər pozulmuşdursa, belə halda “Uşaq hüquqları haqqında” Konvensiyanın göstərişi və Uşaq Hüquqlar ilə bağlı Azərbaycan Respublikasının Qanunvericiliyi tətbiq edilməli və uşaqların üstün mənafeyi nəzərə alınmalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (12.11.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Şərh edilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Odur ki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9380/2018 nömrəli iş üzrə 12 sentyabr 2018-ci il tarixli qətnaməsi d əyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1870/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1870/2019
01.04.2019 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver