Məhkəmə qərarları › İş №2(102)-1870/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-1870/2020

20.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1870/2020 20.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əliyev Ələsgər Əliabbas oğlu Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh4 verdiyi kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 18 avqust 2017-ci il tarixli, qətnaməsi ilə İddiaçı-nin Cavabdeh1 və q. qarşı kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair iddiası qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 may 2019-cu il tarixli q ətnaməsi ilə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 18 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh7 verdikləri kassasiya şikayətləri əsasında iş mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsi tərəfindən Ali Məhkəməyə göndərilmişdir. Eyni zamanda həmin qətnamədən Cavabdeh4 bilavasitə kassasiya instansiyası məhkəməsinə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-nin 406.1-ci maddəsinə görə, kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Həmin Məcəllənin 406.2-ci maddəsinə əsasən, əgər kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə bilavasitə verilərsə, onda kassasiya instansiyası məhkəməsi tərəfindən həmin şikayət bu Məcəllənin 407-409-cu madd ələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilir. Yuxarıda göstərilən əsaslara görə hesab edirəm ki, kassasiya şikayəti kassasiya icraatına qəbul edilməməli və kassasiya şikayəti MPM-nin 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 236.1, 264, 408.1 və 408.1.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh4 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 may 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti MPM-nin 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün mülki işlə birlikdə kassasiya icraatına qəbul edilmədən Bakı Apellyasi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar