Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1870/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sahiblik, sahibliyin özbaşınalıqdan müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-7/2025 nömrəli iş üzrə 10 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Maraqlı ş əxs 24 mart 2003-cü il tarixli, 12 saylı sərəncamı ilə rayonun inzibati ərazisində yerləşən Kuratan Qobu adlanan qış otlağında 53 ha torpaq sahəsi beş il müddətinə Laçın rayonunun Şeylanlı kənd sakini İddiaçı1 Firidun oğlunun icarəsinə verilmişdir.
2. İddiaçılar torpaq sahəsi üzərində sahibliklərinə Cavabdeh tərəfindən müdaxilə olunduğunu bildirərək aşağıdakı tələbləri irəli sürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 xx.xx.2021-ci il tarixdə Ağcabədi Rayon Məhkəməsində iddia qaldıraraq Cavabdeh onların istifadəsinə verilmiş, Ağcabədi rayonu, 12-ci sahə X8 Otlaq sahəsində apardığı şumlama işlərinin dayandırılması və onun həmin torpaq sahələrindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş et mişlər.
4. İddiaçılar tələblərini belə əsaslandırmışlar ki, mübahisəli sahə icra qaydasında onların istifadələrinə verilmişdir. Cavabdeh 06 yanvar 2021-ci il tarixdə traktorla gəlib onların istifadəsində olan torpaqları özbaşına şumlamış, sahəni güclə onların sahibliyindən çıxarmışdır. Qanunazidd olduğu üçün bu hərəkətə son qoyulmasını tələb edirlər.
5. Məhkəmə iclasında Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, tərəfindən iddiaçılara məxsus əmlaka müdaxilə olunmamış, iddiaçılara aid torpaq sahəsini zəbt və istifadə etməmişdir. İddiaçıların heç bir əsaslı sənədi yoxdur. Mübahisəli ərazidə dostu X6 15 il müddətinə rayon İcra Hakimiyyəti tərəfindən 55 ha torpaq sahəsi verilmişdir. O, Elşən Əhmədov ilə birlikdə torpaqdan istifadə edir və oranı əkirlər.
6. Ağcabədi Rayon Məhkəməsinin (ha kim S.Ləzimov) 13 aprel 2021-ci il tarixli, 2(017)-235/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinə dair Maraqlı şəxs Başçısının 24 mart 2003-cü il tarixli sərəncamı ilə beş il müddətinə İddiaçı3 və İddiaçı1la bağlanmış icarə müqaviləsinin müddəti 24 mart 2008-ci ildə bitmişdir. Müqavilə müddətinin bitməsindən 11 il keçməsinə baxmayaraq iddiaçılar tərəfindən icarə müqaviləsinin onların adına yenilənməsi barədə Maraqlı şəxsnə müraciət etməmişlər. Bundan başqa Ağcabədi rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid qış otlaq sahəsindən 55 ha torpaq sahəsi Ağcabədi şəhər sakini X6 15 il müddətinə icarəyə verilmiş və torpaq icarə müqaviləsi təsdiq edilmişdir.
8. Məhkəmə öz mövqeyini Konstitusiyanın 29, 60, 129-cu, Mülki Məcəllənin (bundan sonra - MM) 14.1, 14.2.7, 719.1-ci, Torpaq Məcəlləsinin 66.2, 67.1, 84.3-cü maddələrinə, Nazirlər Kabinetinin 42 saylı xx.xx.2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək səhələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” qaydalarının 3-cü bəndinə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. İddiaçılar apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsini xahiş etmişlər.
10. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər T.Heydərov - sədrlik edən və məruzəçi, M.Əsədli və A.Novruzova) 10 fevral 2025-ci il tarixli, 2(106)-7/2025 nömrə li qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi rayon məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq bildirmişdir ki, iddiaçıların bu tələbi irəli sürməyə subyektiv hüquqları yoxdur.
12. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 148.2, 152.5, 157.2, 157.8, 158.1,158.2, 238.1, 238.3, 239.2-ci və Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçılar kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişlər.
14. Kas sasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaları əsaslı olmuş, buna baxmayaraq apellyasiya məhkəməsi hüquq normalarını düzgün tətbiq etməyərək iddianı rədd etmişdir. Bundan əlavə, məhkəmə iclasda iddiaçıların iştirakını təmin etməməklə hüquqlarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:
16. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 X3:
17. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
19. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
20. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
21. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onu n hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
22. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
23. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumet mə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
24. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmələr tələbi rədd edərkən ona əsaslanmışlar ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının 2003-cü ildə bağladığı 5 illik icarə müqaviləsinin müddəti 2008-ci ildə bitmiş və sonradan uzadılmamışdır. Bundan əlavə, həmin ərazidə 55 ha torpaq sahəsinin 15 il müddətinə X5 icarəsinə verilməsi haqqında müqavilə bağlanmışdır. Bu səbəblərdən iddiaçıların Cavabdeh qarşı hazırkı tələbi irəli sürməyə subyektiv hüquqları yoxdur.
35. Məhkəmələr nəzərə almamışlar ki, iddiaçılar torpaq üzərindəki sahibliyinin özbaşınalıqdan qorunması üçün iddia qaldırmışlar. Bu tələbi irəli sürən iddiaçı əşya üzərində qanuna və ya müqaviləyə əsasən hüquqa malik olduğunu sübuta yetirməyə borclu deyil.
36. Belə ki, əşyanın geri qaytarılması və ya pozuntuya son qoyulması barədə iddialar aşağıdakı növlərdə ola bilər: a) hüquq ha qqında mübahisələr – vindikasiya iddiası (MM, m.157.2), neqator iddia (MM, m.157.4) və sair; b) sahibliyin özbaşınalıqdan müdafiəsinə dair iddialar – geriqaytarma tələbi (MM, m.164.2) və pozuntuya son qoyulması tələbi (MM, m. 165.1).
37. Bu iddia növləri mahiyyəti və təyinatı etibarilə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər.
38. Hüquq haqqında mübahisələrdə iddiaçı mübahisənin obyektinə münasibətdə özünün mülki hüquqlarını - mülkiyyət haqqını, qanundan və ya müqavilədən irəli gələn əmlak hüquqlarını sübuta yetirməyə borcludur. Bu səbəbdən vindikasiya iddiasını irəli sürən şəxs MM-in 157.2-ci maddəsinə əsasən ilk növbədə özünün mülkiyyətçi olduğunu, yaxud MM-in 288.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanı özgəsinin qanunsuz sahibliyindən, o cümlədən girov qoyanın sahibliyindən t ələb edən girov saxlayan özünün girov hüququnu sübut etməlidir. Əks halda həmin normalara söykənən tələblər təmin edilə bilməz.
39. Göründüyü kimi, hüquq haqqında mübahisələrdə tələb edilən əşya üzərində tərəflərin hüquq sahibi olub-olmaması önəm kəsb edir və iddianın həllinə təsir göstərir.
40. Bununla belə, sahibliyin müdafiəsi məqsədilə qaldırılan iddialar mülki qanunvericiliyimizdə hüquq haqqında mübahisə kimi yox, özbaşınalığın qarşısının alınmasını təmin edən tələblər kimi nəzərdə tutulmuşdur.
41. Bu baxımdan kassasiya məhkəməsi sahiblik və sahibliyin qorunmasına dair normaların mahiyyətini və təyinatını nəzərdən keçirməyi zəruri hesab edir.
42. MM-in 159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir (§ 18).
43. Sahiblik (possessio) hüquqi vəziyyət ol araq, bir şəxsin əşya üzərində iradəvi şəkildə əməli (faktiki) hakimiyyət qurması, əşyaya fiziki malik olması, yaxud əşyanı özünün təsir dairəsində saxlamasıdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır.
44. Sahiblik, bir şəxsin əşya üzərində faktiki hakimiyyəti özünün iradəsi ilə ilkin olaraq qazanması (məsələn, sahibsiz daşınar əşyanın mənimsənilməsi - MM, m.184), yaxud başqası tərəfindən sahibliyin ona verilməsi (MM,m.181.1) və ya vərəsəlik yolu ilə əldə edilə bilər (MM,m.1255).
45. Sahiblik institutu mülki hüquq münasibətlərində bir neçə əhəmiyyətli funksiyanı yerinə yetirir. Onlar aşağıdakılardır: əşya üzərindəki hüquqları üçüncü şəxslərə göstərən açıql ığı təmin edən funksiya (MM, m.166); əşya hüquqlarının bir şəxsdən digərinə verilməsini və ya qazanılmasını təmin edən funksiya (MM, m.181.1); cəmiyyətdəki nizamı və sosial sülhü qoruma funksiyası (MM,m.164,165). Hazırkı işin halları baxımından sonuncu funksiya xüsusi önəm kəsb edir.
46. Heç kəsə icazə verilmir ki, (hətta əşya üzərində hüquq sahibi olsa belə) cəmiyyətdəki hüquq qaydasını və nizamı pozaraq, başqasının hakimiyyəti altında olan bir əşyanı özbaşına qəsb etsin, yaxud sahibliyə maneə törətsin. Başqa sözlə, heç kəs əşyanı sahibliyində saxlayan şəxsin əslində buna haqqı olmadığını irəli sürərək, özbaşına şəkildə onun əlindən ala və ya sahibliyini poza bilməz. Əks halda cəmiyyətdə qarşısıalınmaz bir özbaşınalıq vəziyyəti meydana gələr.
47. Bu səbəbdən MM-in 164.1-ci maddəsində sa hibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır (birinci cümlə, § 20).
48. Normanın mahiyyətini və məqsədini nəzərə alsaq qeyd etmək olar ki, özbaşınalıq dedikdə, bir şəxsin qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına, eləcə də sahibin iradəsinə zidd olaraq onun sahiblikdən məhrum edilməsi və ya sahibliyinin pozulması başa düşülür.
49. Məhrumetmə və pozulma özbaşınalığın iki ayrı formasını təşkil edir. Birincisində sahib əşya üzərindəki faktiki hakimiyyətini itirirərək ondan məhrum olur. İkinci halda isə şəxs əşya üzərindəki sahibliyini itirməsə də, özbaşınalıq nəticəsində əşyadan sərbəst və təyinatı üzrə istifadə edə bilmir, onun sahibliyinə əngəl törədilir.
50. Özbaşınalığın əsas əlamətlərindən biri müdaxiləni n qanunazidd olmasıdır. Diqqət edilməlidir ki, müdaxilənin qanuniliyi və ya qanunsuzluğu özbaşınalıq edənin əşyaya münasibətdə hüquqa malik olub-olmaması ilə deyil, onun hərəkətinin sahibə münasibətdə yolverilən olub-olmaması ilə ölçülür. Məsələn, mülkiyyətçisi özünün saatını başqa bir şəxsin qolunda gördükdə (hətta sonuncunun əşyaya hüquqi əsas olmadan sahiblik etdiyi aşkar olduqda) “mənimdir” düşüncəsi ilə onu qəsb edərsə, yaxud qeyri-yaşayış sahəsini kirayəyə vermiş mülkiyyətçi “bura onsuz da mənim mülkiyyətimdədir” deyib, kirayəçinin oraya daxil olmasını əngəlləyərsə, hər iki halda mülkiyyətçi özbaşınalıq etmiş sayılar. Ona görə ki, özbaşınalıq hərəkətinin meyarı əşya üzərindəki hüquq deyil, sahibə qarşı edilmiş hərəkətin (sahiblik vəziyyətinə müdaxilə aktının) hüquqa uyğun olubolmamas ıdır.Halbuki,misalda göstərilən eyni hərəkətləri bir müstəntiq götürmə və ya digər istintaq hərəkəti çərçivəsində etmiş olsa, belə müdaxilə özbaşınalıq sayılmayacaq.
51. Beləliklə, qanunverici, cəmiyyətdəki nizam və sosial sülhü qorumaq məqsədilə, əşya üzərində hüquq sahibi olsun və ya olmasın, hər bir şəxsə özbaşınalıqdan operativ şəkildə müdafiə olunmaq imkanı tanıyır. Hətta qanunsuz sahibin əşya üzərindəki sahibliyi özbaşınalıqdan qorunur. Bu baxımdan,qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək hüququnun kimlərə aid olduğunu göstərən MM-in 164.2-ci maddəsində “hər bir sahib” ifadəsindən istifadə edilməsi təsadüfi deyil.
52. Odur ki, belə iddialara baxılarkən əşya üzərindəki mübahisəli subyektiv hüquqlar (mənfəətlər) araşdırılmadan və onlara hüquqi qiymət verilmədən özbaşına lığa məruz qalmış sahibin tələbi əsasında öncəki faktiki vəziyyət (status-kvo) sürətli şəkildə bərpa edilir. Bununla da özbaşınalığın, yəni üçüncü şəxslərin başqasının sahibliyinə qanunsuz müdaxilə etməsinin qarşısı alınır və cəmiyyətdəki sosial nizam təmin olunur.
53. Sahibliyin müdafiəsi ilə bağlı iddianın dərhal, uzağı məhrumetmə və ya pozuntu anından başlayaraq bir il ərzində qaldırılması ilə bağlı qayda (MM,m.165.2) da özbaşınalığın qarşısının təxirəsalınmadan alınmasına yönəlmişdir. Göstərilən müddətlər keçdikdən sonra yaranan sahiblik vəziyyəti yeni bir status-kvo kimi qəbul edilir və bu səbəbdən sahibliyin müdafiəsi iddiaları istisna olunur.
54. Qeyd edilənlər həm də onu deməyə əsas verir ki, əslində məhkəmələr də özbaşınalıqdan müdafiə haqqında iddialara mümkün olan ən qısa müddət də baxmalı və yekun qərar çıxarmalıdırlar. Bunun üçün sahiblik iddialarının şərtlərinin sürətli şəkildə araşdırılması kifayət edir (bu barədə daha ətraflı bax: § 67-69).
55. Sahiblik iddialarının təyinatı özbaşınalığın qarşısını almaq olduğu üçün belə tələblərə baxılarkən hüquq haqqında mübahisəli halların, o cümlədən əşyaya sahiblik hüququ verən əsasların sübut edilməsinə, yaxud cavabdehin əşyaya daha üstün bir hüquqa malik olması barədə etirazların dinlənilməsinə və bu dəlillərin araşdırılmasına gərək yoxdur. Çünki, əşya üzərindəki mülki hüquqlar sahiblik iddiasının predmeti xaricində qalmaqla mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir. Yəni, sahiblik iddiasını həll etmiş məhkəmə aktı mübahisənin obyekti üzərində tərəflərdən hansınınsa hüququnu tanımış və ya təkzib etmiş olmur. Bu qərar yalnız özbaşınalıqla pozulmuş sahiblik vəziyyətini bərpa edir, onu ilkin vəziyyətə qaytarır.
56. Ona görə də, sahibliyin müdafiəsinə dair iddianın həllindən (nəticəsindən) asılı olmayaraq, hər bir tərəfin həmin əşya barəsində ayrıca icraatda hüquq haqqında mübahisə açmaq imkanı var. Məsələn, MM-in 164.2-ci maddəsində nəzərdə tutulan geriqaytarma tələbi rədd edilən şəxs, sonradan mülkiyyətçi kimi əşyanın özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsi barədə vindikasiya iddiası qaldıra bilər (MM, m.157.2). Yaxud, əksinə - şəxs özbaşınalıqla qəsb etdiyi əşyanı MM-in 164.2-ci maddəsi çərçivəsində qaytardıqdan sonra mülkiyyət hüququna söykənərək eyni əşyanı vindikasiya qaydasında geri istəyə bilər (MM, m.157.2).
57. Kollegiya xüsusilə vurğulayır ki, sahibliyin müdafiəsi haqqında tələbi n həllinə dair məhkəmə qərarı eyni əşyaya münasibətdə qaldırılan hüquq haqqında mübahisəyə dair işdə preyudisial əhəmiyyət kəsb etmir.
58. Mülki qanunvericiliyimizə görə sahibin özbaşınalıqdan müdafiə oluna bilməsi üçün aşağıdakı imkanlar nəzərdə tutulmuşdur: sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı (MM,m.164.1, ikinci cümlə, §20); sahibliyin müdafiəsinə dair iddialar qaldırmaq hüququ. 59. “Possessor tələblər” adlandırılan sahiblik iddiaları qanunda aşağıdakı kimi əks olunmuşdur.
60. MM-in 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər (birinci cümlə, §21). Bu norma məhrumetmə halında özbaşınalıqdan müdafiəni təmin edir.
61. Həmin Məcəllənin 165.1-ci maddəsinə görə, sahiblik qadağan e dilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər (birinci cümlə, § 22). Bu norma isə sahibliyin pozulması halında özbaşınalıqdan müdafiəni təmin edir.
62. Göstərilən normalarla hər növ əşya üzərindəki sahibliyə, hər kəs tərəfindən edilən müdaxilə aradan qaldırılır.
63. Yəni, sahibliyin müdafiəsi çərçivəsində özbaşınalıqdan qorunma iddiaları həm daşınar əşyalar, həm rəsmi və ya dövlət reyestrində qeydiyyatdan keçmiş daşınar və daşınmaz əşyalar, həm də reyestrdə qeydə alınmamış daşınmaz əşyalar baxımından keçərlidir. Bu qayda MM-in 166.3-cü maddəsində aşağıdakı məzmunda ifadə edilmişdir: “Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınma z əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər”, § 24).
64. Özbaşınalıq edən tərəfin əşya üzərində hüququnun olması və ya təqsirin dərəcəsi iddianın həlli üçün əhəmiyyət kəsb etmir. Hətta əşyanın mülkiyyətçisi müdaxiləni ehtiyyatsızlıqdan etsə belə, yuxarıda göstərilən məqsədlər naminə özbaşınalığa məruz qalan tərəf müdafiə olunur.
65. Baxılan işdə iddiaçılar ərizələrində açıq şəkildə bildirmişdilər ki, sahiblik etdikləri torpaq sahəsi cavabdeh tərəfindən onların iradəsinə zidd və özbaşına şəkildə şumlanmış, torpaq üzərindəki sahibliklərinə müdaxilə edilmişdir.
66. Belə olan halda iddiaçıların özbaşınalıqdan müdafiə olunmaq üçün sahiblik iddiasını irəli sü rməyə subyektiv hüquqları olmuşdur. Buna baxmayaraq məhkəmələr yuxarıda şərh olunan normaları tətbiq etməyərək iddiaya səhvən hüquq haqqında mübahisə kimi baxmışlar.
67. Kollegiya bildirir ki, işin müəyyən olunmuş faktiki hallarından asılı olaraq iddiaya MM-in 164.2-ci və 165.1-ci maddələri əsasında baxıla bilər. Ona görə də kassasiya məhkəməsi sahiblik iddialarının şərtləri və yoxlanılma ardıcıllığı barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
68. Məhkəmə tərəfindən iddianın bu normalar əsasında təmin edilməsi üçün aşağıdakı şərtlər müəyyən edilməlidir: 1) İddiaçı əvvəlki və ya mövcud sahib olmalıdır. Hansı şəxsin sahib hesab olunacağına bu qərarın 42-44-cü bənlərində aydınlıq gətirilmişdir. Əvvəlki sahib dedikdə, əşya üzərindəki faktiki hakimiyyətdən tamamilə məhrum edilmiş, möv cud sahib dedikdə isə sahibliyini itirməsə də, əşyadan istifadəsinə maneçilik törədilən şəxs nəzərdə tutlur. 2) İddiaçıya qarşı qadağan edilmiş özbaşınalıq törədilməlidir. Özbaşınalıq əməli, sahibin iradəsi xaricində,qanunvericiliyə zidd şəkildə,insan tərəfindən edilən bir davranışdır (bu barədə daha ətraflı bax: §47-50). Başqa sözlə, sahiblikdən məhrum olmaq və ya sahibliyin pozulması sahibin iradəsi daxilində, qanuna uyğun şəkildə, yaxud bir təbiət hadisəsi və ya heyvanın gücü nəticəsinə baş verdikdə özbaşınalıqdan söhbət gedə bilməz. 3) Cavabdehin hazırkı sahibliyi və ya təcavüzü qanunsuz olmalıdır. Əgər cavabdehin əşya üzərindəki sahibliyi qazanması və ya ona müdaxiləsi keçərli bir hüquqi əsasa söykənmirsə, özbaşınalıq onun tərəfindən edilmişdirsə, qanunsuz sayılır. Keçərli hüquqi əsas lara zəruri müdafiə (MM,m.563), son zərurət (MM,m.564), özünəyardım (MM,m.564), qanuni səlahiyyətin həyata keçirilməsi və digər bu kimi halları misal göstərmək olar. 4) Sahiblik iddiasının təmin edilməsini istisna edən hallar olmamalıdır. Bu şərt MM-in 164.2-ci və 165.1-ci maddələrinin ikinci cümləsində və 165.2-ci maddəsindəki qaydaları özündə ehtiva edir (§ 21-23). Belə ki, sahibliyinin pozulmasına istinad edən iddiaçının özü cavabdehə münasibətdə qüsurlu sahibdirsə (məsələn, iddiaçı həmin əşyanı daha əvvəl cavabdehdən özbaşına şəkildə qəsb etmişsə və bu hərəkətin törədilməsindən bir il müddət keçməyibsə) və ya iddiaçıya qarşı pozuntunun üzərindən bir ildən artıq müddət ötmüşsə, sahibiyin müdafiəsinə dair iddianın təmin edilməsi istisna olunur.
69. Sahibliyin müdafiəsi barədə iddialar yu xarıda göstərilən şərtlər əsasında və ardıcılıqla yoxlanılmaqla həll edilir. Bu şərtlərin hər biri aşkar edildikdə iddia əsaslı sayılaraq təmin olunur. Onlardan hər hansı birinin müəyyən edilməməsi sahibliyin müdafiəsi çərçivəsində iddianın rədd edilməsinə əsas verir və sonrakı şərt(lər)in yoxlanılmasına gərək qalmır.
70. Beləliklə, məhkəmə tərkibi yuxarıda göstərilənləri ümumiləşdirərək bu qənaətə gəlir ki, məhkəmələr hazırkı iş üzrə iddianın mahiyyətini və ona tətbiq edilməli olan hüququ düzgün müəyyən etməmiş, iddiaya yuxarıda göstərilən maddi hüquq normalarına uyğun hüquqi qiymət verməmiş, qətnaməni müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamışlar (§ 28-29).
71. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konst itusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X4 X2 əks olunan ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 16-17).
72. Qeyd edilənləri nəzərə alaraq kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla işin hallarının araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməsi üçün iş yeni apellyasiya baxışına qaytarılmalıdır.
73. Göstərilənlərə əsasən, MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-7/2025 nömrəli iş üzrə 10 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni a pellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.