Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1871/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 aprel 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim E.Ağayev, iş № 2(010)-10171/2017 saylı mülki iş) iddia tələbi q ismən təmin olunaraq, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, ÜNVANndə yerləşən, ümumi sahəsi 0,1455 ha torpaq sahəsində cavabdehlər tərəfindən tikilmiş tikililər onların öz hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq iddiaçıya verilməsi, mənəvi zərərin əvəzi kimi 2.000 manat cavabdehlərdən alınaraq iddiaçıya verilməsi, qalan hissədə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən, məruzəçi), V.Baxışova və V.Həsənov, 2(103)8822/2018 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli qətnaməsi qismən- mənəvi zərərin əvəzi kimi 2.000 manat pulun tutulması hissəsində ləğv edilmiş, həmin tələb təmin edilməmiş, qətnamə qalan mü bahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, maddi və mənəvi zərər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, ÜNVANndə yerləşən ümumi sahəsi 0,1455 ha torpaq sahəsində cavabdehlər tərəfindən özbaşına tikilmiş tikilinin onların hesabına sökülməsi, ərazinin boşaldılması, vurulmuş maddi ziyanın əvəzi olaraq 5000 manat pulun, dəymiş mənəvi zərərin əvəzi olaraq 50.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya instan siyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesa b etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddianı qismən təmin edərək iddiaçının mülkiyyətində olan Bakı şəhəri,Suraxanı rayonu,ÜNVANndə yerləşən,ümumi sahəsi 0,1455 ha torpaq sahəsində cavabdehlər tərəfində tikilmiş tikililərin onların öz hesabına sökülərək,torpaq sahəsi boşaldılaraq iddiaçıya verilməsi,mənəvi zərərə görə 2000 manat cavabdehlərdən alınaraq iddiaçıya v erilməsi,iddianın qalan hissəsinin rədd olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini qismən –mənəvi zərər əvəzi kimi 2000 manat pulun tutulması hissəsində ləğv edib həmin tələbi rədd edən, qətnamənin qalan mübahisələndirilən hissəsini dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olmaqla, cavabdehin torpaq sahəsi üzərində hər hansı hüquq müəyyənedici sənədi olmamaqla, onlar torpaq sahəsini zəbt etmiş və torpaq sahəsindəki tikililər özbaşına inşa olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla qətnamə maddi hüquq normaları pozulmaqla qəbul edilmişdir. İş materiallarından görünür ki, i ddianı qismən təmin edən birinci instansiyası məhkəməsi ona istinad etmişdir ki, 07 noyabr 2017-ci il tarixli mütəxəssis rəyinə əsasən tərəflərin iştirakı ilə mübahisələndirilən torpaq sahəsinə yenidən baxış keçirilib torpaq sahəsinin koordinatları ölçülmüş,müəyyən edilmişdir ki, tərəflər arasındakı mübahisəli torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatları ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reystrindən verilmiş N ******* saylı çıxarış və 018951 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatları üst-üstə düşür və iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində yarımçıq tikili mövcuddur. Cavabdehlərin dəlillərindən görünür ki, mübahisəli torpaq sahəsi İddiaçı çıxarışında plan və ölçüsündə göstərilmiş torpaq sahəsi deyildir. Həmin torpaq sahəsi Suraxanı rayon unun inzibati ərazisindən kənarda Nizami rayonu ərazisində yerləşir və iddiaçı özü onların torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Belə ki, mübahisəli torpaq sahəsinin ünvanı Nizami rayonu Şərq küçəsi 4085-ci məhəllədir və onlar həmin torpaq sahəsinə görə Bakı şəhəri Nizami bələdiyyəsinə ödəniş də edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki iş üzrə iddianı qismən təmin edən, cavabdehlər Suraxanı rayonu ÜNVANndə yerləşən 0,1455 ha torpaq sahəsindən çıxardaraq həmin torpaq sahəsini İddiaçı verən məhkəmələr cavabdehlə rin mübahisəli torpaq sahəsinin Suraxanı rayonu ərazisində deyil, Nizami rayonu ərazisində yerləşməsinə dair dəlillərinə obyektiv qiymət verməmiş, həmin dəlilləri qəbul etməməsinin səbəblərini əsaslandırmamış, yalnız işdə olan mütəxəssis rəyinə istinad etmişdir. Ona görə də işin yeni apellyasiya baxış zamanı həqiqətə nail olması üçün mübahisəli torpaq sahəsi ilə bağlı müvafiq ekspertiza təyin edilməklə rəy alınmalı, cavabdehlərin dəlilləri obyektiv yoxlanılmaqla qiymətləndirilməli, əldə edilmiş nəticədən asılı olaraq qanuni nəticəyə gəlinməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 senty abr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-1871/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1871/2019
03.04.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver