Məhkəmə qərarları › İş №2(102)-1871/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1871/2023

06.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1871/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi, delikt) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-245/2023 nömrəli, 09 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh (bundan sonra – cavabdeh) idarə etdiyi “Volksvagen Passat” markalı ** VZ *** dövlə t qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman yol nəqliyyat hadisəsi törədərək İddiaçı (bundan sonra – iddiaçı) idarə etdiyi “Hyundai Accent” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncuya maddi ziyan vurmuşdur.

2. Zərərin həcmi icbari sığorta aktında 4906 manat göstərilmiş və 4118 manat İddiaçı hesabına köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı 10092 manat maddi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 23 avqust 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş, cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli b ilinərək 40 manat məbləğində cərimə edilmişdir. Hadisə zamanı iddiaçıya məxsus olan avtomobilə 10092 manat məbləğində zərər dəymişdir. O, dəymiş ziyanı cavabdehdən tələb etsə də, hər hansı ödəniş edilməmişdir.

5. Məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli rəyləri ilə, “Avtomobillərin Texniki Xidmət Mərkəzi”nin xx.xx.2021-ci il tarixli və “Auto Azərbaycan”nın xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Hyundai Accent” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin təxminən 8.881 manat olduğu müəyyən edilmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra - birinci instansi ya məhkəməsi) 03 oktyabr 2022-ci il tarixli, 2(060)-232/2022 nömrəli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia qismən təmin edilmiş, cavabdehdən 788 manat dəymiş maddi ziyanın və dövlət rusumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, ekspertiza xərci cavabdehə aid edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı avtomobilinə dəymiş zərəri 10092 manat məbləğində olduğunu qeyd etsə də, iş materiallarına əlavə edilmiş Sığorta ödənişi ilə bağlı xx.xx.2021-ci il tarixli, 14459 nömrəli aktdan görünür ki, Cavabdeh tərəfindən İddiaçı məxsus “Hyundai Accent” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu maddi zərərin qiyməti 4906 manat məbləğində dəyərləndirilmiş və 4118 manat İddia çı hesabına köçürülmüş və məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili həmin məbləği aldıqlarını etiraf etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi yerdə qalan ödənilməmiş 788 manat hissəsində təmin edilməlidir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 1096.1, 1097.1, 1115, 1108.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 106, 119.1, 124.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətinin dəlill əri ondan ibarət olmuşdur ki, qanunvericiliyin normasına əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat məbləğində icbari sığorta ödənişi nəzərdə tutulmuşdur. Yəni, icbari sığortanın maksimal həddi 5000 manatdır. İddiaçı ona düşən icbari sığorta ödənişini qanunla nəzərdə tutulan qaydada və prosedurda almışdır. Lakin icbari sığorta ödənişinin 5000 manat məbləğində olması və iddiaçıya ödənilməsi vurulan maddi zərərin tam ödənilməsi anlamına gəlmir. Sözsüz ki, sığorta ödənişi sığorta müqaviləsi hansı məbləğə bağlanılıbsa, həmin məbləğin həddində ödənilir. Sığorta ödənişi məbləği ilə vurulan real zərərin məbləği eyniləşdirilə bilməz. Məhkəmənin iddiaçının icbari sığorta ödənişini almasını zərərin ödənilməsi kimi qiymətləndirməsi, iddiaçını zərərin qalan hissəsini almaqdan məhru m etmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-245/2023 nömrəli iş üzrə 09 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Zaur Məmmədov (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa istinadən qeyd etmişdir ki, iddiaçı nəinki həmin məbləği mübahisələndirməmiş və zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədiyi müəyyən olunmamış, hətta “Zərər akt”ı ilə Hyundai markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomaşının təmir bərpa xərcləri üçün müəyyən edilmiş 4906 manat məbləğlə razılaşmış və həmin məbləğin 4118 manatını qəbul etmişdir. Bu səbəbdən apellyasiya şikayətinin dəlilini əsassız sayır.

13. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1, 1115, 1108.1ci maddələri, MPM-in 77.1, 80-ci maddələri və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsi, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanununun 16.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

15. Kassasiya şikayətinin dəlilləri ondan ibarət ol muşdur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini təkrarlayaraq, Mülki Məcəllənin qeyd edilən maddələrini sadəcə sadalamış, iş materiallarında olan ekspert rəylərini, qüsur aktlarını nəzərə almadan yalnız icbari sığorta ödənişi məbləği ilə kifayətlənərək maddi ziyanın tam ödənildiyi qənaətinə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq İnsan Hüquqlarının və X4 X3:

17. Maddə 6, hissə.

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyası:

18. Maddə 60, hissə

1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

21. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

23. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu ş ərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etd iyi məlumatlar sübutlar hesab olunur.

26. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

30. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qə rardadda əsaslandırılmalıdır.

31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya mə hkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.

37. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yox lanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.

38. Baxılan işdə iddiaçı cavabdehin səbəb olduğu yol-nəqliyyat hadisəsi nəticəsində ona dəyən maddi zərərin əvəzinin ödənilməsini tələb edir.

39. Məlum olduğu kimi, Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntus u (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

40. Baxılan işdə mübahisə olunan hal iddiaçıya dəymiş zərərin həcmi ilə bağlıdır. Belə ki, iddiaçı delikt nəticəsində ona 10092 manat zərər dəydiyini bildirərək həmin məbləğdə pulun cavabdehdən tutulmasını tələb edir.

41. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli rəyləri ilə “Avtomobillərin Texniki Xidmət Mərkəzi”nin xx.xx.2021-ci il tarixli və “Auto Azərbaycan”nın xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Hyundai Accent” markalı, ** MY *** dövlət qeydiyyat nişa nlı avtomobilin təmir-bərpa xərcinin təxminən 8.881 manat olduğu müəyyən edilmişdir.

42. İşə mahiyyəti üzrə baxan məhkəmələr isə iddiaçının icbari sığorta ödənişi ilə bağlı aktda göstərilən 4906 manat zərər məbləği ilə razılaşdığını və həmin məbləğin 4118 manatını qəbul etdiyini əsas götürməklə iddianı 788 manat həcmində təmin etmişlər.

43. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə icbari sığorta təşkilatı arasındakı münasibətləri tənzimləməsi baxımından əhəmiyyət kəsb edən həmin aktın hansı əsasla mülki hüquq pozuntusundan zərər çəkən iddiaçı ilə delikt törədən şəxs arasındakı mübahisəyə tətbiq edildiyini izah etməmiş, iddiaçının sığortaçıdan 4118 manatı qəbul etməsi faktının ona dəymiş zərərin tam həcminə dair pozuntu törədən şəxsə qarşı mübahisə açmaq və sığorta mə bləği ilə qarşılanmayan zərərin sonuncudan tələb etmək imkanının hansı hüquqi dəlilə görə aradan qalxdığını əsaslandırmamış, habelə məhkmənin keçirdiyi ekspertiza rəyləri üzrə müəyyən olunmuş 8.881 manat zərər məbləğinin nə üçün nəzərə alınmadığını, əgər həmin rəylər əhəmiyyət kəsb etmirdisə, belə tədqiqatların hansı səbəbdən aparıldığını açıqlamamışdır.

44. Halbuki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə əsaslandırılmalıdır (§ 29-30).

45. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İşin düzgün h əlli üçün əhəmiyyətli olan halları müəyyən etmədən, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun qaydada qiymət vermədən çıxarılan qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

46. Bu qaydalara riayət edilməməsi həm İnsan Hüquqlarının və X4 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun, həm Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun pozulmasına dəlalət edir (§ 17-18).

47. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sü butların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

48. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

49. Qeyd olunanları nəzərə alaraq, kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, q ərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

50. Göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-245/2023 nömrəli, 09 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar