Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1871/2024 04.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi (ƏM-in 70-ci maddəsinin ç bəndində nəzərdə tutulmuş əsaslarla) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-178/2024 nömrəli qətnam əsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı (bundan sonra-iddiaçı) 06 oktyabr 2015-ci ildə Cavabdehnə müfəttiş təyin olunmuşdur. 22 fevral 2023-cü il tarixli əmr ilə İddiaçı vergi orqanlarında Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
2. Mingəçevir Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli 1(051)-53/2023 saylı qərarına əsasən X2 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 22 fevr al 2023-cü il tarixli əmrinin etibarsız sayılmasına, onun işə bərpa edilməsinə və məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, heç bir qanuni əsas olmadan Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olmuşdur. İşdən azad olunmağına səbəb isə ona heç bir aidiyyəti olmayan şəxslər barəsində cinayət işinin başlanması olmuş və onun adı həmin işdə şahid qismində getmişdir. Hazırki müddətə qədər o əmək kitabçasını almamışdır.
5. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət edərək, iddiaçının iddiasının əsassız və əmək qanunvericiliyinin tələblərinə zidd olduğundan iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Yevlax Rayon Məhkə məsinin 6 sentyabr 2023-cü il tarixli, 2(039)- 1463/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı işdən azad edilməsinə dair Cavabdeh 22 fevral 2023-cü il tarixli **********024900 saylı əmrin etibrasız hesab edilməsi, İddiaçı Cavabdeh Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin büdcədənkənar vəsait hesabına saxlanılan müfəttişi vəzifəsinə bərpa edilməsi, İddiaçı məcburi iş buraxmaya görə işə çıxmadığı günlərə görə ona əmək haqqının hesablanaraq ödənilməsi qət edilmişdir. (hakim K.Əliyev)
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının işdən azad edilməsinə dair əmr verilərkən əmək qanunvericiliyin normaları pozulmuşdur. Belə ki, həmkarlar ittifaqının iclası keçirilməmişdir. Həmkarlar ittifaqına təqdimatla müraciət edilməli olduğu halda edilməmişdir. Yəni Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozulmuşdur.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1, 70, 72, 71.2, 74, 80.1, 80.2, 83.2, 84.2, 187.1, 187.2, 296.2, 300.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin 1 dekabr 2015-ci il tarixli **********840800 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət verg i orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.14-cü bəndinə əsasən əməkdaş xidməti vəzifələri və ya digər məsələlər barədə təhqiqat, istintaq orqanlarına və məhkəmələrə ifadə vermək üçün dəvət edildiyi halda bu barədə dərhal birbaşa rəhbərinə məlumat verməlidir. Araşdırma ilə əməlinə ********* nömrəli cinayət işi üzrə istintaq orqanı tərəfindən sübutların qiymətləndirilməsi zamanı hüquqi qiymət verilməsinin nəticəsindən asılı olmayaraq, İddiaçı vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirən, nüfuzunu aşağı salan davranışlar sərgilədiyinə görə barəsində hüquqmühafizə orqanına şikayət edilməsi ilə nəticələnən hərəkətlərə yol verməsi, hazırda onun yol vermiş olduğu nöqsanlarla Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” bəndin in, Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.1.2-ci, 3.2.1-ci və 3.14-cü bəndlərinin, Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin 34-cü bəndinin 1-ci və 5-ci abzaslarının, “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində daxili xidməti intizam Qaydaları”nın 4.1.6-cı bəndinin tələblərini pozduğu müəyyən edilmişdir. Həmçinin, iddiaçının iddia ərizəsində əmək kitabçasını almamasını bildirməsi ilə bağlı qeyd olunmuşdur ki, cavabdeh tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli **********702800 nömrəli məktub göndərilərək əmək kitabçasını 11 saylı Ərazi Vergilər Baş İdarəsindən götürməsi və ya poçt vasitəsilə göndərilməsinə rəsmi razılıq verməsinə dair müraciət olunmuşdur. Lakin sözügedən müraciət İddiaçı rəsmi qeydiyyatda olduğu ünvanda anası Təranə Əzizova tərəfindən qəbul edilməsinə baxmayaraq, İddiaçı əmək kitabçasını 11 saylı Ərazi Vergilər Baş İdarəsindən götürməmiş və poçt vasitəsilə göndərilməsinə rəsmi razılıq verməsinə dair müraciəti Baş idarəyə daxil olmamışdır. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Porkurorluğunun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 2-202/3/2-222026212/2023 nömrəli təqdimatı və alınmış izhatlarla İddiaçı əməlində cinayət tərkibinin olmaması, lakin onun əməlinin işlədiyi vəzifə ilə bir araya sığmayan fəaliyyət olduğu, yəni onun əməli nəticəsində cinayətin törədilməsinə şərait yaradıldığı öz təsdiqini tapmışdır. Belə ki, birinci instansiya məhkəməsinin qərarında göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir.
11. Şəki Apellyasi ya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - X4 (sədrlik edən və məruzəçi), X1 və X3) xx.xx.2024-cü il tarixli, 2(107)-178/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli, 2(039)-1463/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə kollegiya qeyd etmişdir ki, cavabdeh təşkilat iddiaçının əmək müqaviləsinə xitam verilməsini ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə əsaslandırmışdır. Belə ki, Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmuş hesab olunur. Lakin cavabdehin, əmək müqaviləsinə xitam veri lməsi üçün əsaslandırdığı hallar Azərbaycan Respublikası ƏM-nin 72-ci maddəsinin təsir dairəsinə düşmür.
13. Bundan əlavə, məhkəmə kollegiyası qeyd etmişdir ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 63-cü, Əmək Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə, 45, 47, 68, 69, 70,71, 73, 74 və 75 76, 79-cu və Mülki Prossesual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh tərəfindən kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-178/2024 nömrəli qətnaməsinin ləğv olunması və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının işə bərpa olunmaqla yenidən işəgötürənin proqram təminatına daxil olmaqla onun qanuni mənafeyinə xələl gətirmək inkanı yaradan məhkəmə qətnaməsi çıxarmışdır.
17. Kassator öz mövqeyini Əmək Məcəlləsinin 70-ci və 71-ci, Mülki Prossesual Məcəlləsinin 88, 106.1, 175.1, 218.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə et iraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası
19. Maddə
60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
20. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
21. Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: (bənd “a”) müəssisə ləğv edildikdə; (bənd “b”) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; (bənd “c”) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğ un gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; (bənd “ç”) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; (bənd “d”) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; (bənd “e”) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
22. Maddə
71. Hissə
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş ols un və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
23. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: (bənd “a”) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; (bənd “b”) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;[ (bənd “c”) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; (bənd “ç”) təqsirli hər əkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; (bənd “d”) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; (bənd “e”) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; (bənd “ə”) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; (bənd “f”) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 2
4. Maddə 80.Hissə
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
25. Maddə
300. Hissə
1. İşəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bə rpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarı
26. İşçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Azərbaycan Respubli kasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməs inin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Məhkəmə kollegiy ası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
37. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq iddiaçının işdən azad olunarkən həmkarlar ittifaqı təşkilatının razılığının alınmamasına və işçinin işdən azad olunmasının əsaslarının təsdiq olunmamasına istinad etmişdir. İşin materialları isə təsdiq olunur ki, iddiaçının tutduğu vəzifədən azad olunması zamanı belə razılıq alınmamışdır. Cavabdeh isə razılığın olması, lakin məhkəmələr tərəfindən nəzərə alınmamasına istinad etsə də təqdim olunan razılığın işçinin işdən azad edilməsindən sonra tərtib olm ası aşkardır.
38. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin iş in faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
39. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın tə min edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-178/2024 nömrəli, 25 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.