Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1874/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh5 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər:mirasa vərəsəlik hüququnun tanınması) 31.07.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 iyun 2023-cü il tarixli, 2(106)634/2023 saylı qətnaməsindən işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan Maraqlı şəxs2 X və Maraqlı şəxs1 X ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 31 iyul 2025-ci il tari xdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Əli-Bayramlı (indiki Şirvan) şəhər XDS İcraiyyə Komitəsinin 30 mart 1988-ci il tarixli, 94 saylı qərarı ilə Şirvan şəhəri, Energetik küçəsi 3 saylı evin 4 otaqlı, ümumi sahəsi 82,77 kv.metr olan 33 saylı mənzili X14 istifadəsinə verilmişdir. 2. 04 oktyabr 1991-ci il tarixli notarial qaydada təsdiq edimiş bağışlama müqaviləsinə əsasən, Şirvan şəhəri, Energetik küçəsi 3 saylı evin 33 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X14 adına qeydə alınmışdır. 3. 06 oktyabr 1998-ci il tarixdə X23, 03 may 2005-ci il tarixdə isə arvadı X10 ölmüşlər və onların birgə nikahından X, X, X, X, X, Xvə X adlı övladları doğulmuşdur. 4. 11 noyabr 2005-ci il tarixdə Xrəsmi nikah əsasında İddiaçı ilə ailə qurmuş və 03 mart 2022-ci il tarixdə X ölmüşdür.
5. Şirvan şəhəri, 1 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 04 aprel 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, notariat ofisinə mirasın qəbulu ilə bağlı ərizənin verilməməsi, mirasa sahiblik və ya idarə olunması barədə sübutlar təqdim edə bilməməsi mirasın qəbul edilməməsi anlamına gəlir, odur ki, müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan şəhəri, Energetik küçəsi 3 saylı evin 33 saylı mənzilinin miras əmlakı kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş m üddətin bərpa edilməsi, mirasın qəbul edilməsi vaxtının uzadılması, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və notariat ofisinin üzərinə miras əmlaka dair “Vərəsəlik hüququ haqqında” Şəhadətnaməsinin verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şirvan şəhəri, 1 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, xx.xx.1998-ci il tarixində vəfat etmiş qayınX7ndan miras qalmış Şirvan şəhəri, Energetik küçəsi 3 saylı evin 33 saylı mənzilindən xx.xx.2022-ci il tarixdə ölmüş əri Xa çatan paya “Vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsini xahiş etmişdir. Şirvan şəhəri, 1 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli məktubunda Mülki Məcəllənin 1246-cı maddəsinə istinad olunmaqla miras əmlak ın qəbul edilməsi faktının müəyyən edilməməsi və mirasın qəbulu ilə bağlı müddətin buraxılması əsas tutularaq “Vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məktubda vərəsənin vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə biləcəyi və mirasa vərəsəlik açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi qeyd olunmuş və bu səbəbdən də qanunvericiliklə nəzərdə tutulmuş müddət buraxıldığı üçün müddətin bərpası barədə məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Adıçəkilən mənzil mərhum qayınX7ndan miras qalmış və o, xx.xx.1998-ci il tarixdə ölmüşdür. Əri X da adıçəkilən miras əmlaka vərəsəlik hüququna malikdir. Əri X xx.xx.2022-ci il tarixdə, qayınX7 xx.xx.1998-ci ildə vəfat etməsinə baxmayaraq, mübah isə predmeti olan mənzilə dair vərəsəlik açılmamışdır. Lakin, buna baxmayaraq, miras əmlakı faktiki idarə etməklə mirası qəbul etmişdir. Əri X ilə xx.xx.2005ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuş və həmin mənzilə köçmüşdür. Onun cehiz əmlakları həmin mənzilə yığılmış və hal-hazırda da ordadır. xx.xx.2008-ci il tarixdən halhazırkı vaxtadək həmin mənzildə pasport qeydiyyatındadır. 2008-ci ildən xx.xx.2022-ci il tarixədək, yəni əri Xn ölən günədək həmin mənzildə yaşamışdır. Bu müddət ərzində mənzilin işıq, qaz, su, telefon istifadəsinə görə ödənişləri mərhum əri Xn adından ödəmişdir. 2022-ci ildə digər vərəsələrin təzyiqi ilə mənzildən qovulmuş və bununla bağlı polisə şikayət etmişdir. Məcburiyyət qarşısında qalaraq mənzildən çıxıb müvəqqəti yaşamaq üçün yaxın qohumlarının evinə köçm üşdür. Mübahisə predmeti olan mənzil halhazırda hər hansı bir şəxsin adına dövlət qeydiyyatına alınmamışdır.
8. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, X12, Cavabdeh5, X24 iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan şəhəri, Energetik küçəsi 3 saylı evin 33 saylı mənzilinin miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi, mirasın qəbul edilməsi vaxtının uzadılması, miras mənzildən payların müəyyən edilməsi və cavabdeh Şirvan şəhəri, 1 saylı notariat ofisinin üzərinə miras əmlaka dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan miras mənzilə onlar da sahib çıxmaq istəyirlər. Bu iddia tələbi Şirvan şəhəri, 1 saylı notariat ofisinə qarşı yönəlməlidir. İddiaçı miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti bərpa edə bilməz, mirasın qəbul edilməsi vaxtını uzada bilməz və miras əmlakın qəbul edilməsi faktını müəyyən edib “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verə bilməz. Həmçinin birgə cavabdehlərdən heç biri onun tələbini yerinə yetirə bilməzlər. Bunların hamısını yalnız notariat orqanı edə bilər və bu onun səlahiyyətindədir. Ona görə də, bu tələb norariat orqanına qarşı yönəlməlidir. Şirvan şəhəri, 1 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli məktubunda Mülki Məcəllənin 1243.2 və 1246-cı maddələrinə istinad olunmaqla miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməməsi və mi rasın qəbulu ilə bağlı müddətin buraxılması əsası ilə onların üçünə də “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Məktubda vərəsəyə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə biləcəyi və miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi qeyd olunmuş və bu səbəbdən də, qanunvericiliklə nəzərdə tutulan müddət buraxıldığına görə müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Cavabdehlər mübahisə predmeti olan mənzilin miras əmlakı kimi qəbul edilməsi üçün “qanunla müəyyən edilmiş müddətin bərpası, müddətin uzadılması və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbi ilə xx.xx.2022-ci il tarixdə ayrı-ayrılıqda Şirvan şəhəri, 1 say lı notariat ofisini də maraqlı şəxs kimi cəlb etməklə məhkəməyə müraciət etmişlər. Onlardan əvvəl eyni məzmunlu ərizə ilə məhkəməyə onlarla eyni hüquqlu vəziyyətdə olan X arvadı İddiaçı müraciət etmişdir. Məhkəmə, iddia ərizələrini bir icraatda birləşdirərək xx.xx.2022-ci il tarixli qərardadla İddiaçı, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3, X12, Cavabdeh5, X25 və Şirvan şəhəri, 1 saylı notariat ofisinin cəlb edilməsi ilə mirasın qəbul edilməsi vaxtının uzadılması və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılmış və ümumi əsaslarla iddia vermək hüquqlarının olduğu bildirilmişdir. Yenidən ümumi iddia qaydasında Şirvan şəhəri, 1 saylı notariat ofisini cavabdeh qismində cəlb etməklə mübahisə predmeti olan mənzilin miras əmlakı kimi qəbul edilməsi üçü n qanunla müəyyən edilmiş müddətin bərpası, müddətin uzadılması və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbi ilə iddia vermək istəyərkən məlum olmuşdur ki, İddiaçı eyni məzmunlu iddia tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Mübahisə predmeti olan mənzil mərhum X7ndan miras qalmışdır. Həmin miras mənzil ona xx.xx.1991-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, X28 iştirakçısı kimi əvəzsiz bağışlanmışdır. X7, daha sonra isə 2005-ci ildə anası X8 vəfat etdikdən sonra onların övladları Cavabdeh4, X15, Cavabdeh2, Cavabdeh3, X21, X və X17 miras mənzilə qanun üzrə birinci dərəcəli vərəsə qalmışlar. Amma ataları X14 ölümündən uzun illər keçməsinə baxmayaraq, nə qanun üzrə birinci dərəcəli vərəsələrdən heç biri, nə də sonradan irsi transmissiya üzrə vərəsələr mübahisə predmeti olan mənzilə dair vərəsəliklə bağlı notariat orqanına müraciət etməmiş və “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə almamışlar, amma miras mənzili faktiki idarə etməklə mirasa yiyələnmişlər. Birinci dərəcəli vərəsələrdən miras mənzildə hal-hazırda heç kim qeydiyyatda yoxdur və həmin mənzildə qeydiyyatda yalnız irsi transmissiya qaydasında vərəsələr olan X9 övladı X12 iki övladı ilə birlikdə və İddiaçı qeydiyyatdadırlar. X12 iki övladı ilə birgə doğulduğu gündən bu günədək həmin mənzildə yaşayırlar. Lakin 2020-ci ildən İddiaçı mənzildə yaşamır. Bu səbəbdən də mübahisəli mənzilin miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpası, mirasın qəbul edilməsi vaxtının uzadılması və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməs i barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
10. Şirvan Şəhər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(032)-1498/2022 saylı qətnaməsi ilə (hakim Səidə Məmmədova) ilk iddia qismən təmin edilərək, İddiaçı Şirvan şəhəri, Energetik küçəsi 3 saylı evin 33 saylı mənzilin miras əmlak kimi qəbul edilməsi faktın müəyyən edilməsi; onun həmin mənzildə payının ¼ hissədə müəyyən edilməsinə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsi öhdəliyinin Şirvan şəhəri, 1 saylı Dövlət Notariat Ofisinə həvalə edilməsi; qalan hissədə ilk iddianın rədd olunması; habelə qarşılıqlı iddianın qismən təmin edilərək, cavabdehlərdən X12 tərəfindən Şirvan şəhəri, Energetik küçəsi 3 saylı evin 33 saylı mənzilinin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi; onun həmin mənzildə pay ının ¾ hissədə müəyyən edilməsi barədə “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsi öhdəliyinin Şirvan şəhəri, 1 saylı Dövlət Notariat Ofisinə həvalə edilməsi və qalan hissədə qarşılıqlı iddianın rədd olunması qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərin etirazı əsassızdır və ilk İddiaçı əri X ölümündən sonra onun yaşadığı miras mənzildə yaşamaqla mirası faktiki qəbul etmişdir. Belə ki, ilk iddiaçı mübahisə predmeti olan mənzilə gəlin köçərək orada mərhum əri X və baldızı X17 ilə birgə yaşamaqla təsərrüfat aparmış, mərhum əri X ilə aralarında ailə münaqişələri olsa da fasilələrlə həmin mənzildə yaşamaqda davam etmişdir. Cavabdehlər özləri də izahatlarında etiraf etmişlər ki, mərhum X ölümündən sonra mənzilin açarlarını məhz İddia çı almışlar.
12. Göründüyü kimi, ilk iddiaçı mərhum əri X ilə müəyyən ailə mübahisələri yaşasa da, qeydiyyatda olmaqla fasilələrlə həmin mənzildə yaşamış, mənzilin kommunal məsələləri ilə məşğul olmuş və mənzilin açarı da məhz onda və mərhum əri X olmuşdur.
13. Məhkəmə həmçinin ilk iddiaçının miras mənzili tam qəbul etməsi və Cavabdeh1 istisna olmaqla, digər vərəsələrin mirası qəbul etməmələri ilə razılaşmışdır. Belə ki, hər bir cavabdeh izahatında sözügedən mənzildə yaşamadıqlarını, özlərinə məxsus mənzillərinin olmasını, sadəcə olaraq X23 və onun arvadının yas mərasimlərində iştirak etməklə kifayətlənərək, mirası idarə etməmiş, mirasa yiyələnmək üçün heç bir aktiv hərəkət göstərməmiş, nə qanuni yolla, nə də ki faktiki olaraq mirası qəbul etməmişlər. X3 artıq yuxarıda göstərilən əsaslarla anadan olduğu vaxtdan, habelə ailə qurduqdan sonra isə fasilələrlə həmin mənzildə yaşamış və anası X6 miras qalmış payı fiktiki idarə etməklə mirası qəbul etmişdir.
14. Məhkəmə iddiaçının mirasın qəbul edilməsi ilə bağlı buraxılmış müddətin bərpa edilməsinə münasibətdə qeyd etmişdir ki, bu hissədə tələbin təmin edilməsi işin faktiki halları, mülki qanunvericiliyin müvafiq göstərişləri baxımından məqsədəmüvafiq olmadığına görə təmin edilə bilməz.
15. Məhkəmə öz hüquqi mövqeyini 1964-cü ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527, 528, 532, 552, 553-cü, hazırda qüvvədə olan Mülki Məcəllənin 1133.1, 1146, 1159.1.1, 1243.2, 1273-1-cü maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Mülki Məcəllənin 1243-cü maddəsinin və Mülki Prosessua l Məcəllənin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372.1, 372.6 və 372.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin olunmamış, qarşılıqlı iddianın təmin olunan hissələrində ləğv edərək, ilk iddianın tam təmin olunması, qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan mənzil mərhum qayınX7ndan miras qalmışdır. O, xx.xx.1998-ci ildə vəfat etmiş və əri X adıçə kilən miras mənzilə vərəsəlik hüququna malikdir. Əri X xx.xx.2022-ci ildə, qayınX7 xx.xx.1998-ci ildə vəfat etməsinə baxmayaraq, mübahisə predmeti olan mənzilə dair vərəsəlik açılmamışdır. Lakin, buna baxmayaraq, o miras mənzili qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası faktiki qəbul etmişdir. İş materiallarından görünür ki, məhkəmə ilk və qarşılıqlı iddiaları qismən təmin edərkən miras mənzilin mülkiyyətçisi olmuş qayınX7 vəfat edərkən əri Xn mirası qəbul etməməsinə, digər vərəsə X9 həmin mənzildə yaşaması faktına istinad etmişdir. Mərhum əri Qarayev X19 Federasiyasında nikaha girdiyi arvadından rəsmi qaydada ayrılması ilə bağlı yaranmış problemlərlə əlaqədar adıçəkilən mənzildə yaşamamış və bu barədə problemləri həll etdikdən sonra Azərbaycan Respublikasına qayıtmışdır. Göründüyü k imi, Xmirasa birinci dəfə vərəsəlik açılarkən üzrlü səbəbdən mənzildə yaşamamışdır. X1 övladı X12 mirasa birinci dəfə vərəsəlik açılarkən həmin evdə yaşasa da, ailə həyatı qurduqdan sonra daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Məhkəmə ilk iddia tələbini qismən təmin edərkən, əri X mirası qəbul etməsi və qarşılıqlı iddia üzrə X4 ailə həyatı qurduqdan sonra miras əmlak olan mənzildə deyil, başqa ünvanda yaşaması səbəbindən həmin mənzili faktik olaraq qəbul etməməsinə dair faktiki hallar üzrə araşdırma aparmamışdır. Məhkəmə ilk iddia tələbini qismən təmin edərkən, bununla bağlı qənaətini mötəbər sübutlara deyil, daha çox cavabdehlərin ifadələri ilə əsaslandırmışdır.
18. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 iyun 2023-cü il tarixli, 2(106)634/2023 qətnaməsi ilə (hakimlər Pər viz Əhmədov (sədrlik edən, məruzəçi), Samir Həsənov və Tale Kərimov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı miras mənzili faktiki qəbul etməsinə dair təqdim etdiyi dəlillər qətnamənin dəyişdirilməsi üçün əsas deyil. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 1246-cı maddəsində nəzərdə tutulmuş 6 aylıq müddət kəsici müddət hesab edilə bilməz və bu müddət keçdikdən sonra vərəsəlik hüququna xitam verilə bilməz. Miras qoyanın vəfatı ilə vərəsəlik hüququ avtomatik yaranır və bu hüququn yalnız prosedur pozuntusuna görə aradan qalxması mülkiyyət və vərəsəlik hüquqlarının pozulması olar. Lakin, hazırkı işdə yalnız İddiaçı apellyasiya şikayəti verdiyi və digər vərəsələr tərəfindən şikayət olunmadığı üçün, onun mənzildə daha çox paya sahib olması tələbi dispozitivlik prinsipinin pozulması ilə nəticələnə bilər.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, formal həqiqət və prosessual qənaət prinsiplərinə istinadən İddiaçı birinci instansiya məhkəməsində olan proses zamanı və apellyasiya şikayətinin dəlillərində qeyd etməsinə rəğmən mübahisə predmeti olan mənzildən ona düşən payın daha çox olmasını sübut edə bilməmişdir. Apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər birinci ins tansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
21. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini 1964-cü il tarixdən qüvvəyə minmiş Mülki Məcəllənin 527, 528, 532, 552, 553-cü, hazırda qüvvədə olan Mülki Məcəllənin 1133.1, 1146, 1159.1.1, 1243.2, 1273-1-ci, Mülki Prosessual Məcəllənin 78.1, 217.1, 372.6, 372.7, 385.2, 402.1-ci maddələrinə, habelə “Azərbaycan Respublikası Mülki Məcəllənin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
22. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına şəxslərin ərizələri üzrə icraat 23. 19 noyabr 2024-cü il tarixdə Maraqlı şəxs1 X və Maraqlı şəxs2 X ayrı-ayrılıqda yazılı ərizələrlə və həmin ərizələrə əlavə olunmuş kassasiya şikayətləri ilə Ail Məhkəməyə müraicət edərək, işdə iştirak etməyə cəlb olunmadıqlarını və iş üzrə məhkəmə aktlarının onların maraqlarına toxunduğunu göstərib, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilk iddianın təmin olunun hissəsində ləğv edilməsi, mübahisəli mənzilin miras əmlak kimi qəbul edilməsi üçün qanunula müəyyən edilmiş müddətin bərpa edilməsi, mirasın qəbul edilməsi vaxtının uzadılması, miras mənzilin qəbul edilməsi faktının müəyyən edilməsi, həmin miras mənzilin İddiaçı aid edilmiş ¼ hissəsinin irsi transmissiya qaydasında vərəsə olaraq hər üçünə aid edilməsi, həmin payın onlar arasında bölünərək paylarının müəyyən edilməsi, cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə hər üçünün paylarına uyğun olaraq “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması barədə ərizələrinin təmin edilməsi barədə qərardad qəbul edilməsini və ərizələrə əlavə edilmiş kassasiya şikayətlərinin Azərbaycan Respublikası MPM-in 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər.
24. Maraqlı şəxs1 X və Maraqlı şəxs2 X ayrı-ayrılıqda verdikləri ərizələrini onunla əsaslandırmışlar ki, onların mərhum babaları X11 miras qalmış mənzilə dair mübahisənin olmasından qohumlarının vasitəsilə 2024-cü ilin oktyabr ayında xəbər t utmuşlar. X2 miras qalmış həmin mənzildən ataları X16 çatan paya irsi transimissiya qaydasında vərəsəlik hüquqları vardır. İş üzrə məhkəmə aktları maraqlarına toxunduğu halda, işdə iştirak etməyə cəlb olunmamışlar. Bundan başqa, məhkəmə araşdırmaları zamanı mübahisəli mənzilə münasibətdə vərəsələrin dairəsi müəyyən edilməmiş və bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 28 dekabr 2024-cü il tarixli, 2(102)-4096/2024 saylı qərardadı ilə (hakimlər Vüsalə Baxışova (məruzəçi), Zaur Əliyev və Zəki Babayev) Maraqlı şəxs1 X və Maraqlı şəxs2 Xn ərizələri təmin edilərək, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 iyun 2023-cü il tarixli, 2(106)634/2023 saylı qətnaməsindən kassasiya şikayət i vermək üçün maraqlı şəxslər kimi işə cəlb olunmuş, Maraqlı şəxs1Xu və Maraqlı şəxs2 X ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri Azərbaycan Respublikası MPM-in 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
26. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı maraqlarına toxunan Maraqlı şəxs2 X və Maraqlı şəxs1 X (vəkilləri Vəkil2) eyni məzmunlu kassasiya şikayətləri verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxladığı “ilk iddia üzrə İddiaçı miras əmlak olan Şirvan şəhəri Energetik küçəsi 3 saylı evin 33 saylı mənzilində 1/4 hiss ədə payının müəyyən edilməsinə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsinin Şirvan şəhəri, 1 saylı Notariat Ofisinə həvalə edilməsi” hissəsində ləğv edilməsi və onlara münasibətdə mübahisə predmeti olan mənzlin miras əmlakı kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpası, mirasın qəbul edilməsi vaxtının uzadılması, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlakın İddiaçı aid edilmiş 1/4 hissəsinin irsi transmissiya qaydasında vərəsə olan onların üçünə aid olması və bu 1/4 hissənin üç vərəsə (üç iddiaçı), yəni maraqlı şəxslər və İddiaçı arasında bölünərək paylarının müəyyən edilməsi və Şirvan şəhəri, 1 saylı Notariat Ofisinin üzərinə onların da paylarına uyğun “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmə si öhdəliyinin qoyulması üçün kassasiya şikayətinin mülki işlə birlikdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
27. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı maraqlarına toxunan Maraqlı şəxs2 X və Maraqlı şəxs1 X kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, onların miras mənzilə irsi transmissiya qaydasında vərəsəlik hüquqları pozulmuşdur. Belə ki, notariat orqanı tərəfindən mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün heç bir tədbir görülməmişdir. Halbuki, Mülki Məcəllənin 1318-ci maddəsinin tələbinə görə “Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmçinin, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üçün müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin qarşılıqlı münasibətlərinin çox gərgin olduğunu nəzərə almamış və qətnamə çıxararkən iş üçün əhəmiyyəti olan halları, bütün vərəsələrin dairəsini və tərəflərin hansı hüquqi münasibətdə olmalarını müəyyən etməmişdir. Bununla da onların miras mənzilə vərəsəlik hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, onlar da babaları X11 miras qalmış mənzilə irsi transmissiya qaydasında İddiaçı kimi vərəsə olduqlarına görə ataları X düşən pay onlar arasında bərabər payda bölünməlidir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni miras mənzildən ataları X18 düşən payın bütövlükdə İddiaçı verilməsi hissəsi ilə razı deyillər və hes ab edirlər ki, qətnamə həmin hissədə ləğv olunalı, onlara münasibətdə də mübahisəli mənzilin miras əmlakı kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpası, mirasın qəbul edilməsi vaxtının uzadılması, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlakın İddiaçı aid edilmiş 1/4 hissəsinin irsi transmissiya qaydasında vərəsə olan onların hər birinə aid olması və miras mənzilin 1/4 hissənin onlar arasında bərabər bölünərək paylarının müəyyən edilməsi və cavabdeh Şirvan şəhəri, 1 saylı Notariat Ofisinin üzərinə onların hər birinin paylarına uyğun “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi üçün mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi iş üçün əhəmiyyətli olan bir faktı, yəni vərəsələrin dairəsini müəyyən etməmişdir. Bu hal məhkəmənin sonda vərəsələrin paylarını düzgün bölməməsinə səbəb olmuşdur. Kassasiya şikayətinə qarı etirazın dəlilləri
28. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
29. Maddə
29. Bənd Vİİ. Dövlət vərəsəlik hüququna təmanat verir.
30. Maddə
60. Bəndi İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 31. 01.09.2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsi n. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsəlik yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir.
33. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılması vaxtı, miras qoyan şəxsin öldüyü gün, o ölmüş elan edildikdə isə həmin Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.
34. Maddə
532. Qanun üzrə vərəsəlikdə paylar bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir.
35. Mad də
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılığını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab o lunur.
36. Maddə
553. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
38. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
39. Maddə 1252. Əgər vərəsə mi ras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya).
40. Maddə 1253.1. Mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir.
41. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
42. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər.
43. Maddə 1300. Əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar.
44. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer mü əyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər.
45. Maddə 1318. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.4. Məhkəm ə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
53. Maddə 418.4 və 418.4.6. Apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə ləğv edilməlidir. Kassasiya baxışının hədləri
54. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya inst ansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
55. Kassatorlar ayrı-ayrılıqda verdikləri eyni məzmunlu kassasiya şikayətlərində qətnaməni ilk iddianın təmin olunan hissəsində mübahisələndirsələr də, apellyasiya instansiyası məhkəməsi işdə iştirak etməyə cəlb edilməyən Maraqlı şəxs2 X və Maraqlı şəxs1 X hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan nəticəyə gəldiyindən, qətnamə tam yoxlanıldı.
56. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
57. Kassasitya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəli llərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb.
58. Belə ki, işə əlavə edilmiş sübutlardan görünür ki, X23 rəsmi nikah əsasında X10 ilə ailə qurub və onların birgə nikahından Səxavət, İlham, Sevda, Sədaqət, Siyasət, Sübhan və X adlı övladları doğulub. Əli-Bayramlı (indiki Şirvan) şəhər XDS İcraiyyə Komitəsinin 30 mart 1988-ci il tarixli, 94 saylı qərarı ilə Şirvan şəhəri, Energetik küçəsi 3 saylı evin 33 saylı mənzili X14 istifadəsinə verilib. 04 oktyabr 1991-ci il tarixli notarial qaydada təsdiq edimiş bağışlama müqaviləsinə əsasən həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X14 adına qeydə alın ıb. 06 oktyabr 1998-ci il tarixdə X23, 03 may 2005-ci il tarixdə isə arvadı X10 ölüb.
59. Daha sonra, işə əlavə edilmiş digər sübutlardan, o cümlədən kassasiya şikayətlərinə əlavə edilmiş sənədlərdən görünür ki, mirası qoyanın övladı X rəsmi nikah əsasında X20 ilə ailə qurub və onların birgə nikahından X və X adlı övladları doğulub. 25 dekabr 2001-ci il tarixdə X ilə X20 arasında bağlanmış nikah pozulub. Bundan sonra, 11 noyabr 2005-ci il tarixdə X rəsmi nikah əsasında İddiaçı ilə ailə qurub, 03 mart 2022-ci il tarixdə isə ölüb.
60. Göründüyü kimi, X14 06 oktyabr 1998-ci il tarixdə, X5 03 may 2005-ci il tarixdə, habelə X isə 03 mart 2022-ci il tarixdə ölmələri ilə onlardan miras qalmış mənzilə vərəsəlik açılıb.
61. Hazırda İddiaçı, mərhum əri X digər vərəsələrinin olduğunu göstərmədən, ond an miras qalmış əmlaka (mənzildəki paya) sahiblik etməyə faktik başlamaqla mirası qəbul etdiyini göstərib, mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsini, mirasın qəbul edilməsi vaxtının uzadılmasını, miras mənzilin qəbul olunması faktının müəyyən edilməsini və notariat ofisinin üzərinə miras mənzilə dair “Vərəsəlik hüququ haqqında” Şəhadətnaməsinin verilməsi öhdəliyinin qoyulmasını iddia edir.
62. İşə baxan məhkəmələr müəyyən etmişlər ki, mirası qoyan X14 06 oktyabr 1998-ci ildə ölümündən sonra miras mənzili birinci növbəli vərəsələrdən arvadı X10 və övladı X17 idarə etməklə faktiki qəbul edib. X isə atası öldükdən bir müddət sonra ölkəyə geri qayıdaraq mübahisəli mənzildə yaşayıb və 11 noyabr 2005-ci il tarixdə İddiaçı ilə ailə quraraq onu da həmin mənzilə köçürüb. Daha sonra, X5 03 may 2005-ci ildə ölümündən sonra mənzili birinci növbəli vərəsələrdən X və X17 idarə etməyə faktik başlamaqla mirası qəbul edib. Onların ölümündən sonra isə mirası idarə etməyə faktik başlamaqla X arvadı İddiaçı, X9 övladı X12 qəbul edib. Hazırda miras evdə İddiaçı ¼ hissədə, X4 isə ¾ hissədə payları vardır.
63. Əvvəla, Mülki Məcəllənin 1159.1.1-ci maddəsində qanun üzrə vərəsə sayılan şəxslərin dairəsindən və onların vərəsəliyə çağırılması növbəliyindən bəhs olunur və həmin normada göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə- ölənin uşaqları...arvad (ər), valideynləri bərabər pay hüquqlu vərəsələr sayılırlar.
64. Apellyasiya instansiyası məhkəməsi, miras mənzildə İddiaçı payını ¼ hissədə müəyyən edərkən, mirası qoyan X digər birinci növbəli vərəsəl ərinin olub-olmaması, vərəsələrin dairəsi, qalan vərəsələrin vərəsəliyə çağırıldıqlarını bildikləri gündən üç ay ərzində mirasın qəbulundan imtina edib-etməmələri ilə bağlı heç bir araşdırma aparmadan, İddiaçı ümumiyyətlə Maraqlı şəxs2 X və Maraqlı şəxs1 X vərəsəliyə çağırılmaları üçün olduqları yeri müəyyənləşdirməməsini, onların vərsəliyə çağırılmaları üçün ağlabatan tədbirlər görməməsini, əksinə onların mirasa vərəsə olmalarını gizlətməsini nəzərə almadan, yalnız onun irəli sürdüyü arqumentlərlə kifayətlənərək, ilk iddianı qeyd olunan hissədə təmin etməklə, əslində işdə iştirak etməyə cəlb edilməyən Maraqlı şəxs2 X və Maraqlı şəxs1 X miras mənzilə vərəsəlik hüquqlarına dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul edib.
65. Halbuki, Mülki Məcəllənin 1300-cü maddəsinin m ənasına görə, miras əmlak qanun üzrə vərəsələr arasında bərabər surətdə paylar müəyyən edilməklə bölüşdürülür və bütün birinci növbəli vərəsələrin miras əmlakdan pay almaq hüquqları vardır. Buna görə də mirasa vərəsəlik açıldıqda bütün vərəsəlik hüququ olan vərəsələr vərəsəliyə çağırılmalı və miras əmlak onlar arasında bərabər payda bölüşdürülməlidir. Əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar.
66. Digər tərəfdən, işin mübahisələndirilməyən hallarına görə, hazırkı iddia ərizəsi məhkəmənin icraatına 29 avqust 2022-ci il tarixdə daxil olub və mülki iş məhkəmənin icraatında olduğu dövrdə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən “M ülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərar qəbul edilib və həmin Qərarla Konstitusiya Məhkəməsinin Plenumu, Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini, mütənasiblik baxımından konstitusiyanın prinsiplərinə və Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığı üçün qüvvədən salıb.
67. Belə olan halda kassasiya instansiyası məhkəməsi hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prins iplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, ilk iddia tələbinin əsaslılığını yuxarıda sadalanan normaların tələbləri baxımından hüquqi qiymət verilməlidir.
68. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 1256-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
69. Nəzərə alınmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndiril məməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir.
70. Belə ki, həmin Qərarda göstərilir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir.
71. Göründüyü kimi, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imti na etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.
72. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir.
73. Hazırkı işdə mirası qoyan X 03 mart 2022-ci il tarixdə ölməsi ilə ondan miras qalmış sözügedən mənzildəki payına vərəsəlik açılıb və onun birinci növbəli vərəsələri olan Maraqlı şəxs2 Xvə Maraqlı şəxs1 X vərəsəliyə çağırıldıqlarını bildikləri və ya bilməli olduqları gündən üç ay ərzində mirasın qəbulundan imtina etm əyiblər. Belə olan halda qəbul edilmiş sözügedən miras mənzildəki paya vərəsəlik açıldığı gündən məhz birinci növbəli vərəsə kimi onların da mülkiyyət hüququ olub.
74. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işdə iştirak etməyə cəlb edilməmiş Maraqlı şəxs2 X və Maraqlı şəxs1 X hüquqlarına dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Bu isə Azərbaycan Respublikası MPMin 416.2, 418.4 və 418.4.6-cı maddələrinin tələblərinə görə kassasiya şikayətinin dəlillərindən asılı olmyaraq iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır
75. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan Maraqlı şəxs2 X və Maraqlı şəxs1 X kassasiya şika yətlərinin dəlilləri ilə razılaşır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
76. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da ifadə olunub.
77. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən madd i və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan Maraqlı şəxs2 X və Maraqlı şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 iyun 2023-cü il tarixli, 2(106)-634/2023 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.