Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1875/2025 17.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: (maddi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)- 908/2024 nömrəli iş üzrə 26 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin bi nasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İnzibati xəta haqqında 28 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə özünə məxsus bir baş iri buynuzlu inəyi havanın qaranlıq olduğu vaxtı “Padar-Qarasu” marşurutunda olan qatarın dəmir yolu xəttinə buraxmışdır. Həmin hərəkətlərinə görə Əhmədov X3 Xətalar Məcəlləsinin 338.5.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. 2. "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi E.Muradovun xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, EŞ2-015 nömrəli qatarın ön buferi dəyişdirilmişdir. Qatarın ön buferinin dəyişdirilməsi üçün 20,47 manat əmək haqqı, 3,55 manat dolayı əmək haqqı, 5668,66 manat mal və materiallar, 0,26 manat amortizas iya olmaqla, ümumilikdə 5692,94 manat xərc çəkilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş 5692,94 manat məbləğdə zərərin və 77 manat məbləğdə dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində saat 19:58 radələrində 701 saylı Gəncə - Bakı marşrutu ilə hərəkət edən "xxxx" QSC-yə məxsus “STADLER EŞ2-015” nömrəli sürətli sərnişin qatarı “Padar-Qarasu” mənzilinin 156-cı km piket 2-də hərəkətdə olarkən iribuynuzlu heyvanların (3 baş inək) dəmir yolunun üzərindən keçməsini görərək maşinist təcili tormozlama etsə də, q atarı tam olaraq dayandıra bilməmiş, nəticədə inəyin birini vurmuş və qatarın ön hissəsinə ciddi ziyan dəymişdir. Hadisə nəticəsində iddiaçıya 5692,94 manat məbləğində maddi ziyan dəymişdir. Bununla bağlı Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi Yevlax Xətt polis şöbəsinin Hacıqabul Xətt polis bölməsində araşdırma aparılmışdır. Hacıqabul Xətt polis bölməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-1315-1-51/292/2023 nömrəli məktubdan görünür ki, aparılmış araşdırma zamanı xx.xx.2022-ci il tarixdə “Gəncə-Bakı” marşrutu ilə hərəkətdə olan iddiaçıya məxsus “STADLER EŞ2-015” sürətli elektrik qatarının “Padar-Qarasu” mənzilinin 156-cı km piket 2-də hadisəyə səbəb olan iribuynuzlu heyvanların sahibi Cavabdeh olması müəyyən olunmuşdur. Bununl a əlaqədar olaraq Əhmədov X1 xətt polis bölməsinə dəvət olunaraq izahatı alınmış və izahatında hadisənin onun səhlənkarlığı ucbatından baş verdiyini etiraf etmişdir. Sözügedən qatar İsveçrənin son texnologiyaları əsasında istehsal olunmuş, ikimərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarı olmaqla, 2015-ci ildə Azərbaycan Respublikasına gətirilərək istismara verilmişdir.
5. Hacıqabul Rayon Məhkəməsinin iş üzrə 06 iyun 2023-cü il tarixli 2(071)379/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Hüseynov) iddia təmin olunmuşdur.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1 və 1110-cu maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat
7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmırlar. Cavabdeh heyvanları hadisə baş verən gün səhər saat 8-in yarısında çoban Zaur Babayevə təhvil vermişdir. İşdən gələndən sonra saat 19:00-da Zaurun evinə gedib heyvanının harada olduğunu soruşmuşdur. O isə heyvanların hamısını kəndə qədər apardığını demişdir. Sürüdən sadəcə onun heyvanı tələf olmuşdur. Cavabdeh heyvanını çobana etibar etmişdir. Hadisənin əsas səbəbkarı Zaur Babayevdir. Ona görə də, həm qatara vurulmuş maddi zərərə, həm də heyvanın tələf olmasına görə o məsuliyyət daşımalıdır. İşə baxan məhkəmə əsassız olaraq cavabdehdən pul vəsaiti tutmuşdur. Hesab edir ki, iş üzrə əsas cavabdeh özü deyildir. Bundan əlavə, məhkəmə qərar qəbul edərkən iş materiallarında olan fotoşəkillərə və "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi E.Muradovun xx.xx.2022-ci il tarixli məlumatına əsaslanmışdır. Həmin məlumatda qeyd olunub ki, EŞ2-015 nömrəli qatarın ön buferi dəyişdirilmişdir. Qatarın ön buferinin dəyişdirilməsi üçün 20,47 manat əmək haqqı, 3,55 manat dolayı əmək haqqı, 5668,66 manat mal və materiallar, 0,26 manat amortizasiya olmaqla, ümumilikdə 5692,94 manat xərc çəkilmişdir. Məhkəmənin gəldiyi nəticə tam olaraq əsassızdır. Belə ki, fotoşəkillər və "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi E.Muradovun xx.xx.2022-ci il tarixli məlumatına əsasən dəymiş ziyan müəyyən oluna bilməz. Çünki həmin şəxs iş üzrə maraqlı şəxsdir və onun təqdim etdiyi məlumat mötəbər sübut qəbul oluna bilməz. Lakin məhkəmə həmin məlumatı mötəbər sübut kimi qəbul etmişdir. Belə çıxır ki, həmin şəxs hansı məbləği qeyd etsəydi, məhkəmə də həmin məbləği təmin edəcəkdir? İddiaçı tərəf qeyd edir ki, qatarın buferi dəyişdirilib. Ümumiyyətlə, qatarın buferinin dəyişdirilməsinə ehtiyac vardırmı? Əgər varıydısa, o zaman həmin buferi hardan və hansı qiymətə almaları ilə bağlı rəsmi qəbzi iddiaçı tərəf məhkəməyə təqdim etməli idi. Məhkəmə bu halları araşdırmadan özünün qulluq mövqeyinə əsasən qərar qəbul edib ki, bu da qanunsuz və əsassızdır. Məhkəmə ən azı iş üzrə ekspertiza təyin edə və dəymiş real zərəri müəyyən edə bilərdi. Əslində həmin sübutu iddiaçı tərəf məhkəməyə vaxtında təqdim etməli idi. İşə apellyasiya məhkəməsində baxılarkən bütün bunlar nəzərə alınmalı və iş üzrə ekspertiza təyin olunmalıdır, çünki iddiaçının tələb etdiyi məbləğ ağlabatan deyil. İddiaçının məqsədi hüquqdan sui-istifadə edərək əsassız olaraq varlanmaqdır.
9. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1338/2023 nömrəli iş üzrə 07 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər C.İmanov (sədrlik edən və məruzəçi), T.Kərimov, T.Heydərov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. b)Kassasiya instansiyası məhkəməsində birinci icraat
10. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə gondərilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətin in dəlillərinə görə məhkəmə iş materiallarında olan fotoşəkillərə və "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi E.Muradovun xx.xx.2022-ci il tarixli məlumatına əsaslanmışdır. Həmin məlumatda qeyd olunub ki, “EŞ2-015” nömrəli qatarın ön buferi dəyişdirilmişdir. Qatarın ön buferinin dəyişdirilməsi üçün 20,47 manat əmək haqqı, 3,55 manat dolayı əmək haqqı, 5668,66 manat mal və materiallar, 0,26 manat amortizasiya olmaqla, ümumilikdə 5692,94 manat xərc çəkilmişdir. Məhkəmənin gəldiyi nəticə tam olaraq əsassızdır. Belə ki, fotoşəkillər və "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi E.Muradovun xx.xx.2022-ci il tarixli məlumatına əsasən dəymiş ziyan müəyyən oluna bilməz, çünki həmin şəxs iş üzrə maraqlı şəxsdir və onun təqdim etdiyi məlumat mötəbər sübut kimi qəbul olu na bilməz. Lakin məhkəmə həmin məlumatı mötəbər sübut kimi qəbul etmişdir. Belə çıxır ki, həmin şəxs hansı məbləği qeyd etsəydi, məhkəmə də həmin məbləği təmin edəcəkdi? İddiaçı tərəf qeyd edir ki, qatarın buferi dəyişdirilib. Ümumiyyətlə qatarın buferinin dəyişdirilməsinə ehtiyac vardırmı? Əgər varıydısa o zaman həmin buferi haradan və hansı qiymətə almaları ilə bağlı rəsmi qəbzi iddiaçı tərəf məhkəməyə təqdim etməli idi. Məhkəmə bu halları araşdırmadan özünün qulluq mövqeyinə əsasən qərar qəbul edib ki, bu da qanunsuz və əsassızdır. Məhkəmə ən azı iş üzrə ekspertiza təyin edə və dəymiş real zərəri müəyyən edə bilərdi ki, məhkəmə ekspertiza keçirməkdən imtina etmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-219/2024 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)1338/2023 nömrəli iş üzrə 07 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
13. Ali Məhkəmə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, həmin məhkəmə öz yekun aktında cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməmiş, onlara hüquqi qiymət verməmiş, hansı dəlillə razılaşdığını, yaxud razılaşmadığını əsaslandırmamış, dəlillərə ümumi sözlərlə “... cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yaxud da, dəyişdirilməsi üçün əsas ola bilməz” məzmunda münasibət bildirmişdir. Halbuki, bu qərarda istinad olu nan MPM-in 392.2-ci maddəsi, Konstitusiya Məhkəməsi və Ali Məhkəmə plenumlarının, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları ilə tələb edilmişdir ki, yuxarı instansiya məhkəməsi aşağı instansiya məhkəməsinin qətnaməsindən şikayətə baxdıqda qəbul etdiyi aktda verilən şikayətlərin dəlillərinə hüquqi qiymət verməlidir (§15, 16, 17, 19). Bundan əlavə, apellyasiya məhkəməsi qətnamədə cavabdehin İnzibati Xətalar Məcəlləsinin 338.5.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildiyini qeyd etsə də, iş materiallarında yalnız xx.xx.2022-ci il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokol vardır. Həmin inzibati xəta haqqında iş üzrə cavabdehin barəsində hansı inzibati tənbeh tətbiq edildiyi isə işdən məlum olmur. Həmçinin, iş materiallarında olan fotoşəkillərə və "xxxx" Q SC-nin Sərnişin daşımaları departamentinin xx.xx.2022-ci il tarixli məlumatına əsaslanaraq qatarın ön buferinin dəyişdirildiyinə istinad edərək, ümumilikdə 5692,94 manat xərc çəkildiyi qənaətinə gələn apellyasiya instansiyası məhkəməsi iddiaçının nümayəndəsinin zərər dəymiş qatarın ehtiyat hissələrinin Azərbaycanda olmadığı, onların satışının həyata keçirilmədiyi, qatarın zədələnmiş hissəsini öz imkanları hesabına təmir etdirdikləri, ziyanın məbləğinin də həmin təmir xərclərinə görə müəyyən olunduğu barədə izahatına qiymət verməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə aparılan dəyərləndirmə bu qərarda (§ 29) qeyd olunan xüsusatları əhatə etməmişdir. Belə ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi y ükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Apellyasiya instansiyası məhkəməsi çəkişmə prinsipinə riayət etməklə, tərəflərin iştirakı ilə qeyd edilən hallar üzrə lazımi araşdırma apararaq, işdəki sübutlara və tərəflərin dəlillərinə əsaslandırılmış şəkildə qiymət verməmişdir. Halbuki, prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər göstərilməlidir. b)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
14. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-908/2024 nömrəli iş üzrə 26 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər P.Əhmədov (sədrlik edən və məruzəçi), İ.Əsədov və F.Hüseynov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Hacıqabul Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(071)379/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-219/2024 saylı qərarındakı göstərişlərə əsasən araşdırma apararaq apellyasiya məhkəməsi apellyasi ya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuş, lakin Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məlumatlarına əsasən ekspertizanın keçirilməsindən imtina olunmuşdur. 17. 14 iyun 2024-cü il tarixli Məlumatda ekspert qeyd etmişdir ki, “Stadler EŞ2-015” nömrəli sürətli sərnişin qatarının ehtiyat hissələrinin satışına və qiymətinə dair respublikada yerləşən ticarət məntəqələrində və yerli internet saytlarında məlumat olmadığından suallara cavab verilməsi mümkün deyildir.
18. Bu baxımdan, "xxxx" QSC-yə müvafiq sorğularla müraciət edilmiş və QSC-nin sədrinin birinci müavini tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-ci ta rixli məktubdan görünür ki, "xxxx" QSC ilə “Stadler” Bussnang AG arasında ehtiyat hissələrinin alınmasına dair xx.xx.2018-ci il tarixli NYU-14 nömrəli müqaviləyə və həmin müqavilənin xx.xx.2018-ci il tarixli NYU-14 nömrəli əlavəsinə əsasən alınmış ehtiyat hissələri iddiaçı tərəfindən ölkəyə gətirilmiş, adıçəkilən müqavilədə göstərilən ehtiyat hissələri Azərbaycan Respublikasında istehsal olunmadığı üçün "xxxx" QSC bu ehtiyat hissələrini istehsalçı şirkətdən müqavilə yolu ilə əldə edir. Sözügedən müqavilənin və həmin müqaviləyə əlavəsinin təsdiq edilmiş surətini və iddiaçıya dəymiş ziyanla bağlı kalkulyasiya arayışı iş materiallarına əlavə edilmişdir.
19. Adıçəkilən məktubda da vurulmuş zərərin məbləği 5692,94 manat (qatarın ön buferinin dəyişdirilməsi üçün 20,47 manat əmək haqqı, 3,55 mana t dolayı əmək haqqı, 5668,66 manat mal və materiallar, 0,26 manat amortizasiya olmaqla) göstərilmişdir. Habelə məhkəməyə təqdim edilmiş müqavilədən görünür ki, elektrik qatarının ön sağ buferinin dəyəri 3322.00 isveçrə frankı kimi qiymətləndirilmişdir.
20. Cavabdehin təqsirliliyi məsələsi iə bağlı məhkəmə hesab etmişdir ki, Hacıqabul Xətt polis bölməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 31315-1-51/292/2023 nömrəli məktuba əsasən aparılmış araşdırma zamanı xx.xx.2022-ci il tarixində “Gəncə-Bakı” marşrutu ilə hərəkətdə olan iddiaçıya məxsus “STADLER EŞ2-015” sürətli elektrik qatarının “Padar-Qarasu” mənzilinin 156-cı km piket 2-də hadisəyə səbəb olan iribuynuzlu heyvanların sahibi Cavabdeh olması müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq Əhmədov X1 xətt polis bölməsinə dəvət olunaraq izahatı alınmış və izahatında hadisənin onun səhlənkarlığı ucbatından baş verdiyini etiraf etmişdir.Cavabdehin qeyd edilən izahatı əldə edilərək iş materiallarına əlavə edilmişdir ki, həmin izahatlarda cavabdeh öz təqsirini etiraf etmişdir.
21. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 386.1, 1097.1, 1110, 1115 və 1096, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə qərar qəbul edilməs ini xahiş etmişdir.
23. Kassasiya şikayətinə görə hazırkı məsələdə cavabdehin təqsirinin müəyyən edilməsi üçün onun təqsirli olaraq hüquqa zidd əməli törətməsi öz təsdiqini tapmalıdır və işdən müəyyən olunur ki, cavabdehin əməlinin hüquqa zidd olması işin halları ilə öz təsdiqini tapmır. Belə ki, işdə olan sənədlərdən təqsirləndirilən şəxs barədə inzibati xəta haqqında 28 oktyabr 2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edildiyi, onun məsuliyyətini yaradan inzibati tənbehin verilməsi barədə qərarın tərtib edilmədiyi və cavabdehin təqsirinin öz təsdiqini tapmadığı müəyyən edilir. Təkrar apellyasiya baxışı zamanı da cavabdehin baş vermiş hadisəyə görə məsuliyyətini təsbit edən inzibati tənbeh vermə haqqında qərar iddiaçı və ya səlahiyyətli qurum tərəfindən təqdim edilməmişdir. La kin məhkəmə Ali Məhkəmənin göstərişlərindən kənara çıxaraq, yalnız Hacıqabul xətt Polis Bölməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-1315-151/292/2023 nömrəli məktuba və cavabdehin polis bölməsində verdiyi izahata istinad etməklə kifayətlənərək, onun hadisənin törədilməsində təqsirli olduğu qənaətinə gəlmişdir.
24. Hazırkı halda cavabdeh barəsində inzibati tənbehin verilməsi barədə yekun qərar səlahiyyətli qurum-Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X4 Polis İdarəsi Yevlax Xətt polis şöbəsinin Hacıqabul Xətt polis bölməsi tərəfindən qəbul edilməlidir və belə bir qərar qəbul edilməmişdir. Apellyasiya məhkəməsinin cavabdehin izahatını və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu əsas götürərək, deliktin törədilməsində onun təqsirli olmasını müə yyən etməsi isə şəxsi öz təsdiqini tapmamış əməlin törədilməsində ittiham etmək və onun hüquqlarını kobud şəkildə pozmaq kimi qiymətləndirilməlidir. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin mübahisələndirilən qətnaməsi həm də cavabdehi təqsirləndirildiyi əmələ görə Azərbaycan Respublikasının Konstitusiyası 65-ci və Avropa İnsan Hüquqları Konvensiyası 6-cı maddəsində təsbit edilmiş qəbul edilməsi gözlənilən qərardan (inzibati tənbehin verilməsi barədə qərar) gələcəkdə şikayət vermək, öz təqsirsizliyini sübut etmək imkanından məhrum edir və öz təsdiqini tapmamış hüquq pozuntusuna görə onun mülki hüquqi məsuliyyətini yaradır. Beləliklə şərh olunan hallar baş vermiş hadisəyə görə cavabdehin təqsirinin öz təsdiqini tapmadığını göstərir və Mülki Məcəllənin 1096-cı maddəsində təsbit edilmiş delik t anlayışının birinci şərti (əməlin təqsirli olaraq törədilməsi) ödənilmir. Belə olduğu halda İİ və İİİ şərtlərin ödənilib ödənilmədiyini araşdırmaq və həmin halları şərh etmək artıq öz əhəmiyyətini itirir. Bununla yanaşı İİ və İİİ şərtlərin də ödənilməməsinə münasibət bildirmək zəruridir. İİ. İddiaçının hüquqa zidd əməl nəticəsində zərər çəkməsini təsbit edən sübut yalnız "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli məktubu və məktubda göstərilən hallardır. Belə ki, həmin məktubun məzmununa əsasən baş vermiş hadisə nəticəsində “X4” şirkətinin istehsalı olan elektrik qatarının ön sağ buferinə ziyan dəymiş, bufer yararsız hala düşdüyündən yenisi ilə əvəz edilmişdir. Buferin təchizatı qatarın istehsalçısı “Stadler Bussnang AG” ilə imzalanan müqaviləyə əsasən aparılmışdır. Belə ki, 1 ədəd ön sağ b uferin dəyəri 3322,00 CHF (üç min üç yüz iyirmi iki) İsveçrə frankı əməliyyat tarixinin məzənnəsinə uyğun olaraq 5668,66 (beş min altı yüz altmış səkkiz manat altmış altı qəpik) manat, dəyişmə xərcləri isə 24,28 (iyirmi dörd manat iyirmi səkkiz qəpik) manat təşkil etmişdir. Göründüyü kimi dəymiş zərərin miqdarı yalnız məktubda qeyd edilən hallara əsaslanır. Məhkəmə həm də Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası məlumatlarına istinad etmişdir. xx.xx.2024-cü il tarixli məlumatda “Stadler Bussnang AG” nömrəli sürətli sərnişin qatarının ehtiyat hissələrinin satışına və qiymətinə dair respublikada yerləşən ticarət məntəqələri və yerli internet saytlarında məlumat olmadığından suallara cavab verilməsinin mümkün olmadığı müəyyən edilmişdir.
25. İlk növbədə qeyd edilir ki, "xxxx" QSC-nin xx.xx.2024 -cü il tarixli məktubu konkret müqaviləyə istinad etmir və belə bir müqavilə iddiaçı tərəfindən mötəbər sübut kimi məhkəməyə təqdim olunmamışdır. Bununla yanaşı, “Stadler Bussnang AG” nömrəli sürətli sərnişin qatarının ehtiyat hissələrinin satışına və qiymətinə dair respublikada yerləşən ticarət məntəqələri və yerli internet saytlarında məlumat olmaması rəy verməkdən imtina üçün əsas ola bilməz. Məhkəmə təkrar ekspertiza təyin etməklə xarici internet saytlarında olan məlumatlar əsasında zədələnmiş predmetin istehsalçı ölkədəki bazar dəyərinin müəyyən edilməsi barədə ekspertiza qarşısında əlavə sual qoyub ekspertizanın keçirilməsini təmin edə, həmin predmetin Azərbaycan Respublikasına gətirilmə xərclərini isə mütəxəssis cəlb etməklə hesablamaqla (gömrük xərcləri və s.) real zərərin miqdarın ı müəyyən edə bilərdi. Məhkəmənin mövqeyindən məsələyə yanaşdıqda belə nəticəyə gəlmək olar ki, istənilən iddia qaldıran hüquq subyektinin rəsmi təsdiq edilmiş arayışı iddianın təmin edilməsi üçün mötəbər sübut rolunu oynaya bilər. Belə yanaşma tərzi istənilən iddianın təmin edilməli olduğu anlamına gəlir və artıq işin hallarının araşdırılması zərurətini aradan qaldırmaqla məhkəmə araşdırması institunu lüzumsuz edir. Mövqeyi konkretləşdirərək qeyd edirik ki, mahiyyət etibarilə "xxxx" QSCnin xx.xx.2024-cü il tarixli məktubu iddia ərizəsindən fərqlənmir və həmin məktubun sübut kimi qəbul edilməsi iddia ərizəsinin sübut kimi qəbul edilməsi anlamına gəlir.
26. İddiaçı qanunvericiliyin tələbləri baxımından bilavasitə ərazidə xüsusi mühafizə zonası yaratmağa borcludur və bunu təmin etmədiyi üçün baş vermiş istənilən hadisəyə görə məsuliyyət daşımalıdır. İşin hallarından müəyyən olunur ki, cavabdeh heyvanları Zaur Babayev adlı şəxsə təhvil vermişdir. Bu baxımdan da hadisə baş verən vaxt heyvanlar cavabdehin sahibliyində olmadığı üçün onun hər hansı bir məsuliyyətindən söhbət gedə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araş dırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırki kasassiya baxışının predmetini apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
30. Maddə 386.1 öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Maddə 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərə rvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
32. Maddə 1110 heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir.
33. Maddə 1115 zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
34. Maddə 1096 mülki hü quq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respubli kasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
37. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
43. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə Ali Məhkə mənin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-219/2024 saylı qərarındakı göstərişlər nəzərə alınmaqla tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
44. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
45. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (106)-908/2024 nömrəli iş üzrə 26 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.