Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1876/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: XXX Cavabdehlər: Cavabdeh1, Cavabdeh2 İddia tələbi: kredit borcunun tutulması və tutmanın ipoteka predmətinə yönəldilməsi Açar sözlər: borc öhdəliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili Niftəliyev Zaur Gülaməddin oğlu, İddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiy a şikayətinə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən, «xxxx» ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə 20 % dərəcəsi ilə 76.000 manat kredit verilmişdir. Eyni tarixdə «xxxx» ASC ilə Cavabdeh2 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən sonuncuya məxsus mənzil bank qarşısında ipoteka ilə yüklü edimişdir. Birinci instansiya məhkəməsində icraat xx xxx 2018-ci il tarixdə LPO «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 LPO «xxxx» ASC-nin xeyrinə 79.303 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2015-ci il tari xə 22.337 ABŞ dolları faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 10.404 ABŞ dolları faiz olmaqla, cəmi 112.044 ABŞ dolları borcunun tutulması, tutmanın Cavabdeh2 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən Bakı şəhəri Xətai rayonu Afiyəddin Cəlilov küçəsi 8 saylı evin 21 saylı mənzilinə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması, mənzilin boşaldılması, satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə alınmış xx.xx.2019-cu il tarixli məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 borc alanın «xxxx» ASC-yə ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2015-ci il tarixə -əsas kr edit borcu 57747 manat, faiz borcu 16169 manat. xx.xx.2018-ci il tarixə -əsas kredit borcu 57747 manat, faiz borcu 23925 manat. xx.xx.2018-ci il tarixə (sonuncu ödəniş tarixi) - əsas kredit borcu 57747 manat, faiz borcu 14562 manat. Rəydə qeyd edilmişdir ki, xx xxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə xx xxx 2015-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan müddətə illik 5% hesablanan faizin məbləği 7755 manat təşkil edir. İş üzrə alınmış qiymətləndirmə rəyinə əsasən, XXXxx.xx.2019-cu il tarixə dəyəri 72500 manat təşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-299/2020 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx. xx.2013-cü il tarixli kredit xətti müqaviləsinin 3.4-cü bəndində borcalanın bankın tələbi ilə borcun məbləğini manatla, yaxud sərbəst dönərli valyuta ilə qaytarmağı öz üzərinə öhdəlik götürdüyü qeyd edilsə də, konvertasiyanın hansı tarixdə, hansı mübadilə kursu üzrə aparılması, eləcə də, filial tərəfindən belə bir konvertasiyanın aparılmasına səlahiyyətli olması, bununla bağlı filialın tabelik qaydasında yuxarı «xxxx» ASC-nin, eləcə də müqavilə tərəfi olan Cavabdeh1 bu barədə razılığının olması barədə məhkəməyə müvafiq sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, faktiki olaraq iddiaçı müqavilə şərtlərinə tərəfin razılığı olmadan dəyişiklik etmişdir ki, bu da müqavilə şərtlərinə uyğun olmadığı üçün yol verilməz hal kimi qiymətləndirilir. Məhkəmə hesab etmişdir ki, bankla Cavabdeh1 ara sında bağlanmış xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 76.000 manat məbləğində kredit xətti açılandan sonra sonuncunun borcun məbləğini manatla, yaxud sərbəst dönərli valyuta ilə qaytarmağı öz üzərinə öhdəlik götürməsi əsası kreditin filial tərəfindən ABŞ dollarına konvertasiya edilərək sistemdə dəyişiklik aparılmasına hüquqi əsas vermirdi. Cavabdeh1 «xxxx» ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə sonuncuya ödənilməli olan kredit borcu müqavilədə nəzərdə tutulmayan ABŞ dolları ilə qeyd edildiyindən və iddiaçı da cavabdehə həmin valyuta ilə vermədiyi məbləği tələb etdiyindən iddia əsassızdır. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4503/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov, F.Ş.Talışinski, Z.A.Şirinov) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia qismən edilmiş, Cavabdeh1 57747,83 manat əsas borc, 16169,39 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmış 7755,86 manat pul vəsait inin tutularaq iddiaçının xeyrinə verilməsi, tutmanın kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 8 saylı evin 21 saylı mənzilinə yönəldilməsi, ipotekanın ilkin satış qiymətinin 72500 (yetmiş iki min beş yüz) manat müəyyən edilməklə, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, əldə olunmuş məbləğ hesabına yuxarıda qeyd edilən pulun iddiaçının xeyrinə ödənilməsi, artıq qalan pul vəsaitinin isə Cavabdeh2 qaytarılması, ipoteka qoyulmuş qeyd edilən mənzilə tutma yönəldildikdə və o, satıldıqdan ən geci bir ay ərzində Cavabdeh2 mənzili tərk etmədiyi halda, məcburi çıxarılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Apellyasiya məhkəməsi kredit borcunun xarici valyuta ilə tələb olunmasının əsassızlığı ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşsa da, yalnız bu əsasa görə iddianın tamamilə rədd olunmalı olması barədə məhkəmənin gəldiyi nəticəri əsassız saymışdır. Çünki, iddiaçının tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gəlmişdir. Yəni, işdə olan sübutlarla Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü özdəliyi lazımınca icra etməmiş, bu səbəbdən də kredit borcu yaranmışdır. Kredit müqaviləsindən göründüyü kimi, bank tərəfindən Cavabdeh1 24 ay müddətinə 20% dərəcəsi ilə 76000 manat kredit verilmişdir. İddiaçı sonradan kreditin ABŞ dollarına konvertasiya edilərək sistemdə dəyişiklik aparılmasına istinad etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş və istin ad etdiyi halı əsaslandıra bilməmişdir (konvertasiyanın hansı tarixdə, hansı mübadilə kursu üzrə aparılması, eləcə də, filial tərəfindən belə bir konvertasiyanın aparılmasına səlahiyyətli olması, bununla bağlı müqavilə tərəfi olan Cavabdeh1 razılığının olması və s.). Lakin, bu halın mövcudluğu özü-özlüyündə iddia tələbinin qanuniliyinə mahiyyəti üzrə kreditin verildiyi Azərbaycan manatı ilə baxılmasına istisna etməmişdir. Bu hal iddia tələbindən kənara çıxma kimi də qiymətləndirilə bilməzdi (iddiaçının ərizəsindən də görünür ki, tələbin manatla təmin olunmasına etiraz etmirlər). Apellyasiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqını (faizl əri) tələb etməyə haqlıdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və şikayətini onula əsaslandırmışdır ki, iddiaçı ondan borcun ABŞ dolları ilə ödənilməsini tələb etdiyi halda, apellyasiya məhkəməsi tərəfindən borcun manatla ödənilməsi barədə iş üzrə gəlinən nəticə əsassızdır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin y axud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdehin kassasiya şikayətində irəli sürdüyü dəlilə gəldikdə isə, apellyasiya məhkəməsinin qətnaməsində göstərildi yi kimi, qeyd edilən halın mövcudluğu özüözlüyündə iddia tələbinin qanuniliyinə mahiyyəti üzrə kreditin verildiyi Azərbaycan manatı ilə baxılmasını istisna etməmişdir. Bu hal iddia tələbindən kənara çıxma kimi qiymətləndirilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin mahiyyətcə düzgün olan qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1876/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1876/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver