Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1877/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun nümayəndəsi və vəkili X3 və İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadından Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (iş № 2(103)-6510/2019, hakimlər Ş.A.Məmmədova, V.T.Həsənov və X.Ə.Sarıyev) Cavabdeh B akı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh nümayəndəsi verdiyi kassasiya şikayətində qərardadın ləğv edilib prosessual müddətin ötürülməmiş hesab edilərək qətnamədən verdiyi kassasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün Ali Məhkəməyə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iş materiallarında olan poçt xəbərnaməsindən (i.v-116) görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019cu il tarixli qətnaməsinin surəti xx xxxxxx 2019-cu il tarixd ə Cavabdeh rəsmi surətdə təqdim edilmişdir. Kassasiya şikayəti ilə isə apellyasiya instansiyası məhkəməsinə xx.xx.2019-cu ildə, yəni həmin tarixdən təxminən 04 aydan çox müddət sonra müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405-ci maddəsinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Həmin Məcəlləsinin 408-ci maddəsi ilə kassasiya şikayətinin geri qaytarılması əsasları müəyyən edilmişdir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Apellyasiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, kassasi ya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmiş, eyni zamanda kassator tərəfindən buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət də təqdim olunmamışdır. Beləliklə, apellyasiya məhkəməsinin qərardadı kassasiya şikayətinin geri qaytarılması əsaslarını müəyyən edən prosessual qanunvericiliyinin tələblərinə uyğun olmaqla kassasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1877/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1877/2020
10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver